Namazda aminin gizli söylənməsi
720. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İmam, 'ğayri'l-məğdubi aleyhim vələddallin' dediyində, 'amin!' deyin. Şübhəsiz, amini, mələklərin sözünə (yəni, amininə) müvafiq olan kimsənin, keçmiş günahları bağışlanar."
Hədisi, Buxari ("Kitabu'l-Azan", 113) rəvayət etmişdir.
----------------------------
721. əbu Musa əl-Əşari (radiyallahu anh)'ın rəvayət etdiyi uzun bir hədisin (mövzumuzla bağlı olan qismində), belə deyilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, xütbə verərək yolumuzu açıqlayıb namazımızı öyrətdi. Bizə, belə buyurdu:
"Namaz qılacağınız zaman, səflərinizi düzəldin. Sonra, sizdən biri, sizə imam olsun. O, təkbir gətirdiyində, siz də təkbir gətirin. 'Ğayri'l-məğdubi aleyhim vələddallin' dediyində, 'amin' deyin, (ki), Allah sizə icabət etsin."
Hədisi, Muslim ("Salat", 62) rəvayət etmişdir.
Bu hədis(lər)'in, camaatın, imamın "vələddallin" dedikdən sonra "amin" deyəcəyinə dəlaləti, açıqdır. Hədisdən, imamın, amini gizli söyləcəyi başa düşülməkdədir. Çünki, imamın amini açıqdan olsaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), camaatın aminini, vələddallinə bağlamaz; imamın amininə bağlayardı.
Deyə bilərsən ki:
"Bu babda zikr edilən dördüncü (723 no-lu) hədisdə: 'İmam amin dediyində, siz də amin deyin.' şəklində bir əmr gələcəkdir. Bu rəvayətdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), camaatın aminini, imamın amininə bağlamışdır."
Biz, bunun cavabını, "Tə'liqu'l-Həsən"dən belə veririk:
Cumhur, "İmam, amin dediyində" ifadəsilə, "İmam, 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin' dediyində, amin deyin.' rəvayətilə uzlaşdırmaq üçün, birinci əmri, məcaza həml etmiş və bundan məqsədin, "İmam, amin demək istədiyində, amin deyin." demək olduğunu söyləmişlərdir. Necə ki, Quranda,
...إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ...
"...namaza durduğunuzda..." (Maidə/6) ayəti, "...namaza durmaq istədiyinizdə..." mənasındadır.
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, deyir:
Alimlər deyirlər ki, 2 rəvayəti, bir-birilə uzlaşdırmaq, 'İmam, amin dediyində' ifadəsini, məcaz olaraq qəbul etməyi iqtiza etməkdə/gərəkdirməkdədir.
Suyuti, "Tənviru'l-Havalik" adlı əsərində, deyir:
"Cumhur, son görüşü tərcih etmişdir. Lakin onlar, 'İmam, amin dediyində' ifadəsini, imamla camaatın amini birlikdə olsun deyə, 'İmam, amin demək istədiyində' şəklində açıqlamışlardır. Çünki, imamla camaatın amininin birlikdə olması, müstəhəbdir."
Deyirəm:
Bu rəvayətin mənası, "İmam, amin demək istədiyində" şəklində olduğuna görə, bundan, imamın amini açıqdan oxuyacağı hökmü, çıxmaz!
"əl-Cəvhəru'n-Naqi"də (l, 132), belə deyilir:
"əl-Umdə"ni şərh edən Şafii alim ibn Dəqiqi'l-İd, belə deyir: "Hədis, imamın, amini açıqdan deyəcəyinə dəlalət etməkdədir."
Sonra o, belə davam edir:
"Ancaq hədisin imamın amini açıqdan oxuyacağına olan dəlaləti, amin deyəcəyinə olan dəlalətindən, daha zəifdir. Çünki, imamın, amini açıqdan deməyəcəyini göstərən dəlil ola bilər."
--------------------------------
722. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İmam, 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin' dediyində, sizlər, 'amin!' deyin. Çünki mələklər, 'amin!' deyərlər. İmam, 'amin' deyər. Kimin 'amin'i mələklərin amininə müvafiq gələrsə, keçmiş günahları bağışlanar." (Hədis, səhihdir.)
Hədisi:
~ Əhməd b. Hənbəl (ll, 275);
~ Nəsai ("İftitəh", 34);
~ Darimi, ("Sünən", l, 284)
rəvayət etmişlərdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 1901)
Hədisi,
~ ibn Hibban, "Səhih"ində (V, 117) rəvayət etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 194)
Bu hədis, imamın amininin gizli olduğunu göstərməkdədir. Yoxsa, açıqca başa düşüləcəyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun felini bildirmək üçün, "İmam, amin dediyində" şəklində bir ifadə istifadə etməyə ehtiyac duymazdı.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "İmam, 'ğayri'l-məğdubi aleyhimi...oxuduğunda" şəklindəki ifadəsi, camaatın, fatihəni oxumadığını da göstərməkdədir. Əks təqdirdə, "Hər hansı biriniz, ğayri'l-məğdubi aleyhim vələ'd-dallin dediyində" deməsi, daha uyğun olardı.
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 220), buna, belə cavab gətirir:
"Bu rəvayət, camaatın, imam fatihəni oxuyarkən onu oxumaması gərəkdiyini göstərməkdədir. Yoxsa, heç oxunmayacağını ifadə etməməkdədir."
Bizcə, bunun yersizliyi, çox açıqdır. Düşün!
----------------------------------
723. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İmam, amin dediyində, siz də amin deyin. Çünki, amini, mələklərin amininə müvafiq gələn kimsənin, keçmiş günahları bağışlanar."
ibn Şihab, deyir: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərdi."
Hədisi, Buxari ("Azan"/111) rəvayət etmişdir. Bu hədis, mürsəldir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "amin deyin!" əmri, cumhura görə, məndubluq bildirir. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 219), bunu açıqca ifadə etməkdədir. Bunun sünnət olması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in davamlı amin deməsinə söykənməkdədir. Davamlılığın dəlili isə, ibn Şihab'ın mürsəl rəvayətidir. Onun mürsəlləri, hər nə qədər zəif isə də, -iləridə gələcəyi üzərə- mövsul hədislərlə dəstəklənmişdir.
---------------------------------
724. İbrahim ən-Nəxai'nin belə dediyi rəvayət edilir:
"5 şey vardır ki, imam, bunları gizli söyləyər:
~ Subhanəkə Allahummə və bihəmdikə;
~ Əuzu billəhi minə'ş-şeytani'r-racim demək;
~ Bismilləhi'r-Rahməni'r-Rahim demək;
~ Amin;
~ Allahummə, Rabbənə ləkə'l-həmd."
Bu rəvayəti, Abdu'r-Razzəq, "əl-Musannəf"ində (ll, 87) nəql etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 99)
Bunu, ayrıca, imam Muhamməd b. əl-Həsən, "əl-Asar"ında rəvayət etmişdir. Onun,
imam əbu Hənifə ---> Hammad isnadı ilə nəqlinə görə, İbrahim ən-Nəxai, belə demişdir:
"4 şey vardır ki, imam, bunları gizli oxuyar."
Bu rəvayətdə, "Allahummə, Rabbənə ləkə'l-həmd" zikr edilməmişdir. ("Camiu Məsənidi'l-İmam", l, 322). Bu rəvayətin bütün raviləri, siqadır.
-------------------------------
Böyük tabiun (alimin)'in sözü, məzhəbimizdə hüccətdir!
Bu rəvayət, hər nə qədər bir tabiun aliminin sözü olub, cumhurun nəzdində dəlil dəyəri daşımırsa da, bizim məzhəbimizdə, dəlildir! Çünki, bizə görə, bir tabiun aliminin sözü, mərfu bir rəvayətlə zidd düşmürsə; və o alim də, səhabə dövründə fətva verən bir kimsədirsə, sözü, dəlildir. İbrahim ən-Nəxai, bax belə bir alimdir. Çünki O, səhabə dövründə dünyaya gəlmiş və onların zamanında vəfat etmişdir.
~ Zəhəbi, "Təzkiratu'l-Huffaz"da (l, 70), belə deyir: "İbrahim ən-Nəxai, 95-ci ilin sonlarında, yaxşıca qocalmadan (yəni, orta yaşlı ikən) vəfat etmişdir."
~ əbu Nuaym isə, belə deyir: "İbrahim ən-Nəxai, hicri 96-cı ildə vəfat etmişdir."
~ Amr b. Əli isə, Onun, hicri 95-ci ilin sonunda vəfat etdiyini söyləməkdədir.
Nəxai'nin doğulma tarixi isə, hicri 50-ci ildir. Hicri 45-ci ildə dünyaya gəldiyini söyləyənlər də vardır.
Şeyximizin ifadəsinə görə, bu rəvayətin zahirindən başa düşülən, bu mövzuda, imamla camaatın eyni mövqedə olduğudur. Bəhsi keçən duaları, imam gizlicə oxuyacağına görə; camaat da, eyni şəkildə gizlicə oxuyar.
------------------------------
725. Hasan əl-Basri'nin nəqlinə görə, Səmura b. Cundub və İmran b. Husayn (radiyallahu anhumə), (bir gün) elmi müzakirə edirdilər. Səmura b. Cundub, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, 2 "səktə/səssiz duruş"u xatırladığını söylədi. (Onlardan):
~ biri: təkbir gətirdikdən sonra;
~ digəri də: "ğayri'l-məğdubi aleyhim vələ'd-dallin"i bitirdikdən sonra.
Səmura, bunları əzbərində saxladığını söylədi. İmran b. Husayn isə, bunu inkar etdi (yəni, qəbul etmədi). Hər ikisi, birlikdə, (bunu soruşmaq üçün), Ubey b. Ka'b'a məktub yazdılar. (Ka'b'ın cavab məktubunda, belə yazılmışdı): "Səmura'nın hifz etdiyi/əzbərlədiyi kimidir."
Hədisi, əbu Davud ("Salat", 120) və digərləri rəvayət etmişlərdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 95)
"Tə'liqu'l-Həsən"də, belə deyilir:
"əl-Mirqat'ın nəqlinə görə, ibn Həcər, belə demişdir: Hədisi, əbu Davud rəvayət etmişdir. İsnadı, həsən; hətta, səhihdir."
Deyirəm:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, təkbir gətirdikdən sonra dərhal qiraətə başlamayıb qısa bir müddət səssiz qalması, subhənəkəni oxumaq; ikincisi isə, gizlicə amin demək üçün idi. İkinci sükutu, -bəzilərinin dediyi kimi- "(Bu), nəfəs almaq məqsədilə idi." deyiləcək olarsa, burdan, camaatın amininin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in aminindən əvvəl olması lazım gəlir. Çünki, daha əvvəl keçən əbu Hureyrə (radiyallahu anh) hədisi, camaatın, imam fatihəni bitirdikdən sonra vələddallin deyər-deməz, amin dediklərini ifadə etməkdədir. Hətta, bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "İmam, amin dediyində amin deyin." ifadəsini, daha əvvəl Suyuti'dən nəql edərək bildirdiyimiz üzərə, imamla camaatın amininin birliyi pozulmasın deyə, "İmam, amin demək istədiyində..." mənasına həml edilmişdir. İkinci sükutun nəfəs almaq məqsədilə olması halında, camaatın amini, o əsnada; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in amini isə, daha sonra olmuş olur. Halbuki, camaatın, imamdan əvvəl davranması, nəhy edilmişdir.
Bəzilərinin "İkinci sükut, camaatın o əsnada fatihəni oxuması üçündür." (şəklindəki görüşlərini dəstəkləyəcək) hər hansı bir dəlil yoxdur. Ayrıca, bu görüşü "İmam, vələddallin dediyində, qısa bir müddət susar." ifadəsi rədd etməkdədir. Camaatın fatihə oxuması üçün sükut etməyin, bundan daha uzun olması gərəkdiyi, hər kəsin məlumudur. Allamə əl-Əmir əl-Yəməni, "Sübulu's-Sələm şərh-u Buluği'l-məram" adlı əsərində, deyir:
"İmamın arxasında fatihə oxunmasının vacib olduğu görüşündə olan alimlər, bunun, nə vaxt oxunacağı xüsusunda ixtilafa düşmüşlərdir. (Onlardan):
~ Bəziləri: "Fatihənin ayələrini oxuyarkən, (ayə) aralarında durduğu vaxt oxuyar." deyərlərkən;
~ Bəziləri də: "Fatihəni oxuyub bitirincə oxuyar." demişlərdir.
Hədisdə isə, bu 2 görüşü dəstəkləyən hər hansı bir dəlil yoxdur."
Eyni şeylər, "ət-Tə'liqu'l-Həsən"də (l, 85) ifadə edilməkdədir. Bu əsərdə, bir də, əbu Davud'un, Qatadə ---> Həsən isnadı ilə rəvayəti yer almaqda və Yunus b. Ubeyd'in, Daraqutni'də, ikinci sükutun məhəlli xüsusunda, ona mutabaat etdiyi ifadə edilməkdədir. (Beyhaqi, "Sünən", l, 336)
Eyni şəkildə, Əhməd b. Hənbəl'in rəvayətində, Mənsur, Yunus ilə müttəsil (bitişik) olaraq zikr edilməkdədir. Qatadə'nin bu xüsusda yanıldığını söyləyən kimsələrin ifadəsi isə, isabətli deyildir. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 95)
əbu Davud'da yer alan başqa bir rəvayətə görə, Səmura (radiyallahu anh), belə deyir:
"Mən, namazda qiraət etməyib sükut etmək (xüsusun)'da 2 yer xatırlayıram. (Onlardan):
~ Biri: imamın təkbir gətirməsindən qiraətə başlayana qədər;
~ Digəri isə: Fatihə və damm-u surəni bitirib rukuya getmədən əvvəl." (əbu Davud, "Salat"/120)
əbu Davud'dakı bir başqa rəvayətdə isə, belə deyilir:
"İmam, namaza girdiyində və qiraəti bitirdiyində."
Bundan sonra, ravi, belə deyir:
"İmam, 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin' dediyində." (əbu Davud, "Salat", 120)
Beləcə, 3 sükut yeri ortaya çıxmaqdadır.
Şəvkani, "Nəylu'l-Əvtar"da, belə deyir:
"Əvzai, Şafi, Əhməd b. Hənbəl və İshaq, bu 3 sükutun, müstəhəb olduğu görüşündədirlər. Rey əshabı və imam Malik isə, (bəhsi keçən) sükutun, məkruh olduğu görüşündədirlər." (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", ll, 122)
Deyirəm:
Hənəfi məzhəbində məkruh olan susmaq, içində zikr olmayan susmaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in susmasının belə olduğuna dair, hər hansı bir dəlil yoxdur. Ən doğru olanı isə, budur: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
~ Birinci sükutu: gizlicə subhanəkəni oxumaq üçün idi. Dolayısı ilə, bu susmaq, zikrdən boş deyildir. Bu, sadəcə, -əbu Hureyrə (radiyallahu anh)'ın iftitəh təkbiri xüsusunda daha əvvəl keçən hədisində açıqlandığı üzərə-, sadəcə səsini yüksəltməməkdən ibarət idi. O rəvayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, təkbirlə qiraət arasında səssiz qalıb: "Allahummə! Bəid bəyni və bəynə xatayəyə = Allahım, mənimlə günahlarımın arasını uzaqlaşdır." şəklində dua etdiyi rəvayət edilirdi.
~ İkinci sükutu isə: gizlicə amin demək üçün idi. Bunu da, Hənəfilərdən heç kim inkar etməməkdədir.
~ Üçüncü sükuta gəlincə: bu, nəfəs almaq üçün və ya qiraətlə ruku arasını ayırmaq məqsədilə qısa bir an durmaqdan ibarət idi. Çünki, qiraətlə ruku arasında qısa bir fasilə qoymaq, bizim məzhəbimizə görə, daha əfdaldır. Ancaq, oxunan surənin sonu və "Və kəbbirhu təkbira = Və təkbir gətirərək, Onu ucalt." (İsra/111) ayətində olduğu kimi; səna və tərif olarsa, dərhal rukuya getmək, daha əvladır. Bunu, ibn Abidin, "Tatarxaniyyə"dən nəqlən, "Raddu'l-Muhtar"da (l, 514) rəvayət etməkdədir. "Nəylu'l-Əvtar"da, belə deyilir: "Nəvəvi, imam Şafi'nin məzhəbinə mənsub müctəhidlərdən belə bir nəqlə yer verir: İkinci sükutda, imam, camaatın fatihəni oxuyacağı qədər sükut edər."
Şəvkani, deyir:
"Zikr, dua və qiraətin, gizlicə edilməsi tərcih edilir. Çünki, namazda, imam cəhətindən, sükut deyə bir şey yoxdur." ("Nəylu'l-Əvtar", ll, 122)
Əli əl-Qari, "əl-Mirqat" adlı əsərində (l, 518), Şəvkani'yə, "Bu miqdar susmağın sünnət olduğunu göstərən hər hansı bir hədisdə, elə bir dəlalət yoxdur! Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu sükut əsnasında, hər hansı bir şey oxuduğu da, sabit deyildir!" deyərək qarşı çıxmışdır.
Bizim, namazda sükutla bağlı hədisləri, bu mövzuya (yəni, amini gizli demək xüsusunda) dəlil gətirmək sədədində zikr etmədiyimizi, bilmək lazımdır. Ancaq, Hənəfi imamlarımızın, bu rəvayətləri, amini gizli söyləmək xüsusunda dəlil olaraq göstərdikləri üçün rəvayət etdik. Yoxsa, bunların, dəlil olaraq gətirilmək xüsusunda, bizim etirazımız vardır. Düşün!
--------------------------
727. əbu Vail'dən belə nəql edilir:
"Əli (radiyallahu anh) və Abdullah b. Məsud (radiyallahu anh),
~ bismilləhi'r-rahməni'r-rahimi;
~ əuzu billəhi minə'ş-şeytani'r-racimi; və
~ amini
açıqdan söyləməzlərdi."
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 262) rəvayət etmişdir. İsnadında, əbu Sə'd əl-Baqqal vardır. Bu şəxs, siqa; ancaq müdəllisdir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 185)
Deyirəm:
Bu hədisin, amini gizli söyləməyin, iləridə gələn böyük səhabələrin feli (tətbiqatı) olduğuna dəlaləti, açıqdır. Daha əvvəl də dəfələrlə bildirdiyimiz üzərə, tədlis, bizə görə, zərər verməz.
--------------------------------
728. əbu Kureyb'in, əbu Bəkr b. Ayyaş ---> əbu Səid (əbu Sə'd əl-Baqqal) isnadı ilə nəqlinə görə, əbu Vail, belə deyir:
"Ömər və Əli, bismilləhi'r-rahməni'r-rahim və amini, açıqdan söyləməzlərdi."
Hədisi, ibn Cərir ət-Tabəri, "Təhzibu'l-Asar"ında rəvayət etmişdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi" l, 130)
Deyirəm:
Bu hədisin raviləri, əl-Baqqal xaric, Kütüb-ü Sittə raviləridir. əl-Baqqal isə, -daha əvvəl keçdiyi üzərə- siqa, ancaq müdəllisdir.
-------------------------
əbu Səid əl-Baqqal'ın, siqa olması:
Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən"də (l, 99) deyir:
Bu hədisin isnadında, əbu Səid mövcuddur. Bu şəxsə, əbu Sə'd Səid b. əl-Mərzuban əl-Baqqal deyilir, ki, bir çox şəxs, onun zəif olduğunu bildirmişdir.
Deyirəm:
Heysəmi, "Məcmau'z-Zəvaid"də, onun, siqa olduğunu söyləmişdir. O, deyir:
"O, özü haqqında, dəfələrlə bəhs etdiyimiz üzərə, siqa, ancaq müdəllisdir."
ibn Həcər, "Təhzibu't-Təhzib"də (lV, 79), belə deyir:
"əbu Hişam ər-Rifai ---> əbu Usamə ---> Səid b. əl-Mərzuban deyir ki: ...Səid b. Mərzuban, siqa idi."
əbu Zur'a isə, onun haqqında belə deyir:
"Hədisi, leyyindir və müdəllisdir. Saduq olduğunu söyləyənlər də vardır. Bəli, saduqdur. Çünki yalan danışmazdı."
Digər tərəfdən, Şu'bə, Süfyan b. Uyeynə, Süfyan əs-Sevri, Ə'məş və siqa olan başqaları, ondan hədis rəvayət etmişlərdir. Bu da, "Təhzibu't-Təhzib"də ifadə edilməkdədir. Şu'bə, -daha əvvəl də ifadə edildiyinə görə- sadəcə nəzdində siqa olan ravilərdən rəvayət edərdi. Bu halda, onun haqqında ixtilaf vardır. (Bu cür) ixtilaf isə, zərər verməz.
əbu Bəkr b. Ayyaş'ın, siqa olması:
Hədisin isnadında, əbu Bəkr b. Ayyaş vardır. Bu şəxs haqqında da, kəlam edilmişdir. O, Buxari'nin ravilərindən olub, ibnu'l-Mübarək onu tərifləmişdir.
~ Əhməd b. Hənbəl, əbu Bəkr üçün: "O, siqadır. Xəta etmiş ola bilər. İbn Main, onun siqa olduğunu bildirmişdir." deyir.
~ ibn Hibban isə, belə deyir: "Onun, adı haqqında ixtilaf edilmişdir. Doğru olanı, adının, künyəsi olduğudur. Özü, abidlərdən; sağlam hədis hafizlərindən biri idi."
~ Yəhya və Əli b. əl-Mədini, onun haqqında, mənfi rəy bildirmişlərdir.
Səbəbinə gəlincə, qocaldığında, yaddaşı pozulmuşdu. Hədis rəvayət etdiyində, xəta edirdi. Xəta və vəhm, insanın yaxasını buraxmayan şeylərdəndir. -Adil olması şərtilə- çox xəta və vəhm etməyən kimsənin hədisi, tərk edilməyə layiq deyildir.
Eyni şeylər, "Təhzib"də (Xll, 35) də keçməkdədir. Dolayısı ilə, bu 2 hədisin, "aminin gizli söylənməsi"nə dəlaləti, açıqdır.
-------------------------------
729. Alqamə b. Vail'in nəqlinə görə, atası:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər namaz qılmışdır. Allah rəsulu (sallallahu aleyhi və səlləm), 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin'ə gəlincə, amin demiş və bunu, səssiz söyləmişdir." (Hədis, səhihdir!)
Hədisi:
~ Əhməd b. Hənbəl (lV, 316);
~ əbu Davud ət-Tayalisi;
~ əbu Yə'lə əl-Mövsili, "Müsnəd"lərində;
~ Daraqutni, "Sünən"ində (l, 334-335);
~ Hakim, "əl-Müstədrək"ində (ll, 232)
rəvayət etmiş və "Kitabu'l-Qiraa"sında, "Səsini, aminlə bərabər azaldırdı." şəklində nəql etmişdir. Hakim, isnadının səhih olduğunu, ancaq, Buxari və Muslim'in, onu rəvayət etmədiklədini bildirməkdədir. (Zeylai, "Nasbu'r-Rayə", l, 194)
(Not: Hədisi, ibn Hibban da, səhih bir isnadla "Səhih"ində, [1807] rəvayət etmişdir.)
--------------------------------
730. əbu Səkən Hucr b. Anbəs əs-Səqafi'nin nəqlinə görə, Vail b. Hucr əl-Hadrami, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaz qılarkən gördüm. Namazı bitirdiyində, yanağını sağ və sol tərəfdən gördüm. 'Ğayri'l-məğdubi aleyhim vələ'd-dallini oxuyunca, amin dedi. Bunu söyləyərkən, səsini uzatdı. Zənn edirəm, bunda, bizi öyrətməkdən başqa bir qəsdi yox idi."
Hədisi, Hafiz əbu Bişr əd-Dulabi, "əl-Əsma və'l-Kunə" adlı əsərində,
əl-Həsən b. Əli b. Affan ---> əl-Həsən b. Atiyyə ---> Yəhya b. Sələmə b. Kuheyl ---> atası Kuheyl ---> əbu Səkən
isnadı ilə rəvayət etmişdir. Hədisin isnadında, Yəhya b. Sələmə mövcuddur. Hakim, onun, güclü olduğunu söyləyərkən; bir qrup alim isə, zəif olduğunu bildirmişdir. (Niməvi, "Asaru's-Sünən", l, 92)
Deyirəm:
ibn Hibban, "əs-Siqat"ında ona yer vermiş və hədisini, "Kitabu'd-Duafa"sında (Xl, 225) rəvayət etmişdir. Eyni şey, "ət-Təhzib"də də keçməkdədir. Hədisin digər raviləri, siqadır.
Şu'bə'nin, Sələmə b. Kuheyl'dən rəvayət etdiyi bu hədis haqqında, mühəddislər, "Nasbu'r-Rayə"də (l, 194) ifadə edildiyi üzərə, bir neçə cəhətdən kəlam etmişlərdir. Daraqutni, belə deyir:
"Şu'bə'nin rəvayətinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini azaltmışdır. Ancaq bu rəvayətdə, Şu'bə'nin xəta etdiyini söyləmişlərdir. Çünki, Süfyan əs-Sevri və Muhamməd b. Sələmə b. Kuheyl, Sələmə'dən nəql etdikləri rəvayətdə, 'Peyğəmbər (sallallahu aleyhi və səlləm), səsini, amin deyərkən yüksəldirdi.' demişlərdir ki, doğru olanı da, budur."
"ət-Tənqih" müəllifi, Şu'bə'nin bu hədisinə, "Özündən, bunun əksi rəvayət edildi." deyərək, tən etmişdir. Necə ki, Beyhaqi'nin "Sünən"ində, əbu'l-Vəlid ət-Tayalisi ---> Şu'bə isnadı ilə nəqlinə görə, Sələmə b. Kuheyl, belə deyir:
Hucr əbu Anbəs'in nəqlinə görə, Vail b. əl-Hadrami, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in arxasında namaz qıldığını; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "vələ'd-dallin"ə gəlincə, səsini yüksəldərək amin dediyini bildirmişdir. (Beyhaqi, "Sünən", ll, 58)
"ət-Tənqih" müəllifi, belə deyir:
Bu rəvayət, Süfyan'ın rəvayətinə uyğundur. Beyhaqi, "əl-Marifə"də, bu rəvayətin isnadının səhih olduğunu və Şu'bə'nin, "Süfyanın özündən daha hafiz" olduğunu söylədiyini nəql etməkdədir. Yəhya əl-Qattan və Yəhya b. Main, "Şu'bə, Süfyana müxalif bir rəvayət edərsə, Süfyanın rəvayəti götürülər." Beyhaqi, belə deyir: "Buxari və bənzəri hədis hafizləri, Şu'bə'nin xəta etdiyində, ittifaq etmişlərdir. Çünki, çox sayda təriqdən edilən rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), amini, açıqdan söyləmişdir."
ibn Həcər, "Təlxisu'l-Habir"ində (l, 89), belə deyir:
Tirmizi, "Sünən"ində ("Salat", 70), belə deyir:
"Bu hədisi, Şu'bə,
Sələmə b. Kuheyl ---> Hucr əbu'l-Anbəs ---> Alqamə b. Vail ---> atası Vail
isnadı ilə rəvayət edir. Bu rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin'i oxuyunca, amin demiş və amin deyərkən, səsini azaltmışdır."
Tirmizi, belə davam edir:
Mən, Muhamməd'dən belə eşitdim: Süfyan'ın hədisi, Şu'bə'nin hədisindən, daha səhihdir. Şu'bə, bu hədisin, bir neçə yerində xəta etmiş və 'Hucr b. Anbəs' deyəcək yerdə, Hucr əbu'l-Anbəs demişdir. Sonra, əbu's-Səkən deyə, künyəsini bildirmiş; buna, Alqamə ---> Vail'dən deyə bir əlavə etmişdir. Halbuki, 'Alqamə'dən' şəklində bir ifadə, mövcud deyildir. Hədis, Hucr b. Anbəs ---> Vail b. Hucr isnadı ilə nəql edilmişdir. O, 'Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini azaltmışdır.' demişdir. Halbuki, doğru olanı, 'Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini uzatdı.' olacaqdır. Əbu Zur'a da, eyni şeyi söyləmişdir.
Tirmizi, belə deyir:
əl-Ə'lə b. Salih əl-Əsədi, Sələmə b. Kuheyl vasitəsilə, Süfyan'ın rəvayətinin bənzərini nəql etmişdir. (Tirmizi, "Sünən", ll, 29)
əbu Bəkr əl-Əsrəm, belə deyir:
Şu'bə, bu hədisin isnadında və mətnində, idtirab yaşamaqdadır. Hədisi, Süfyan rəvayət etmiş və düzgün bir şəkildə nəql etmişdir. Onun rəvayətinin isnadında və mətnində, hər hansı bir idtirab yoxdur. İbnu'l-Qattan, belə deyir: Şu'bə və Süfyan, bu hədis haqqında ixtilaf etmişlərdir. Şu'bə: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini azaltdı." deyərkən; Süfyan əs-Sevri, "yüksəltdi" deməkdədir. Şu'bə, Hucr əbu'l-Anbəs deyərkən; Süfyan əs-Sevri, Hucr b. Anbəs deməkdədir. Buxari və əbu Zur'a, Süfyan əs-Sevri'nin doğru söylədiyini bildirmişlərdir. Bu 2 alimin, Hucr b. Anbəs'in, əbu'l-Anbəs olması üçün, bu 2 görüşü niyə doğrulamadıqlarını bilmirəm.
Deyirəm:
ibn Hibban'ın, "əs-Siqat"ında, qəti bir dillə ifadə etdiyinə görə, onun künyəsi, atasının adı kimidir. Lakin Buxari, belə demişdir: "Onun kunyəsi, əbu's-Səkən'dir." Bir nəfərin, 2 kunyə almasında, bir problem yoxdur.
ibnu'l-Qattan, belə davam edir: Bu 2 ravi başqa bir xüsusda da ixtilaf etmişlərdir. Süfyan əs-Sevri, 'Hucr vasitəsilə, Vail'dən' deyərkən, Şu'bə, Hucr ---> Alqamə b. Vail isnadı ilə atası Vail'dən deməkdədir.
Deyirəm:
ibnu'l-Qattan, əbu Muslim əl-Kəcci'nin "Sünən"indəki bu isnadından xəbərdar ola bilməmişdir: Amr b. Mərzuq'un ---> Şu'bə ---> Sələmə b. Kuheyl ---> Hucr ---> Alqamə b. Vail ---> atası Vail...
əbu Muslim, belə deyir:
Hucr, bu hədisi, Vail'dən, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qıldı." deyə başlayıb, rəvayət etmişdir. Əbu Davud ət-Tayalisi də, hədisi, "Müsnəd"ində, Şu'bə vasitəsilə Sələmə'dən belə nəql etmişdir. Bu isnada görə, Hucr hədisi, əbu'l-Anbəs, Alqamə b. Vail vasitəsilə Vail'dən eşitmişdir. Alqamə, belə deyir: "Mən, bu hədisi, Vail'dən eşitdim." Bu ifadə, hədisdəki idtirabları ortadan qaldırmaqdadır.
Geriyə, Şu'bə ilə Süfyan əs-Sevri arasında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səsini azaldıb yüksəltdiyi cəhətindəki ziddiyyət qalmaqdadır. Süfyanın rəvayəti, -Şu'bə'nin əksinə- iki kişinin mutabaatı dolayısı ilə daha qalib görünməkdədir. Bundan dolayı, hədis tənqidçiləri, onun rəvayətinin daha səhih olduğunu bildirmişlərdir. Allah, ən doğru biləndir...
Deyirəm:
Biz isə, (açıqlamaya), Sevri'nin, Şu'bə'dən daha hafiz olduğu cəhətindəki iddiadan başlamağı tərcih edirik. Bu, üzərində ittifaq edilən bir xüsus deyildir. Əksinə, bunda, 2 ravidən birinin digərinə tərcihi xüsusunda iləri sürülmüş fərqli dəyərləndirmələr bəhs mövzusudur. Tirmizi, "əl-İləl"ində, belə deyir: Əli deyir:
Mən, Yəhya'dan, "Bunların hansı, uzun hədisləri daha yaxşı əzbər bilməkdədir? Süfyan, yoxsa Şu'bə?" deyə soruşdum. Mənə, belə cavab verdi: "Şu'bə, bu işdə daha yaxşıdır."
Yəhya b. Səid, belə deyir: Şu'bə, isnad zəncirini saymağı (yəni, filandan, filandan deyə hədisin ricalını zikr etməyi), daha yaxşı bilirdi. Süfyan əs-Sevri isə, hədis mövzularında (yəni, fiqhə görə təsnifində) daha yaxşı idi.
əbu Talib'in nəqlinə görə, Əhməd, belə deyir:
Şu'bə, əhkam xüsusunda, Ə'məş'dən daha sağlamdır və əhkam hədislərini, daha yaxşı bilməkdədir. Şu'bə olmasaydı, əhkam hədisləri yox olub gedərdi. Şu'bə, hədis cəhətindən, Sevri'dən daha yaxşıdır. Şu'bə'nin zamanında, hədisdə, özü kimi başqa biri yox idi. Hədisi, ondan daha yaxşı bilən mövcud deyildi. Hədisdən ona bir nəsib təqsim edilmişdi (verilmişdi).
Muhamməd b. əl-Abbas ən-Nəsai isə, belə deyir:
əbu Abdullah'dan, "Kim daha sağlamdır? Şu'bə yoxsa Süfyan?" deyə soruşdum. Mənə, belə cavab verdi: "Süfyan, hafiz idi, saleh bir insan idi. Şu'bə isə, ondan daha sağlam və daha təqva sahibi idi."
Abdullah b. Əhməd'in nəqlinə görə, atası Əhməd b. Hənbəl, belə deyir:
"Şu'bə, hədis raviləri (xüsusun)'da, tək başına bir ümmət idi."
O (imam Əhməd), bu sözü ilə, Şu'bə'nin, rical biliyinə, hədisə vaqiflikdəki sağlamlığına və raviləri ayıra bilməkdəki məharətinə, tək başına kifayət etdiyini qəsd edirdi.
Hammad b. Zeyd, belə deyir:
"Şu'bə, mənə müvafiq olduqdan sonra, başqalarının müxalifətinə əhəmiyyət vermərəm. Ancaq, hər hansı bir xüsusda, o, mənə müxalifət edərsə, mən, o şeyi tərk edərəm."
əbu Davud'dan: "O, hədis cəhətindən, Süfyandan yaxşı idimi?" deyə soruşulduğunda, belə cavab vermişdir:
Dünyada, hədis cəhətindən, Şu'bə və -rəvayəti az olmaqla bərabər- Malik'dən daha üstün kimsə yoxdur. Zühri, hədis cəhətindən, insanların ən yaxşısı idi. Şu'bə, zərər verməyəcək və ayıb sayılmayacaq nöqtələrdə xəta edərdi.
Bununla, ravilərin adları xüsusu qəsd edilməkdədir.
Daraqutni, "əl-İləl"ində, belə deyir:
Şu'bə, hədislərin mətnlərilə məşğul olduğu üçün, ravilərin adları xüsusunda, çox xəta edərdi. (ibn Həcər, "Təhzibu't-Təhzib", lV, 344 -müxtəsər bir şəkildə)
Bütün bunlar, Şu'bə'nin, Süfyan əs-Sevri'yə nəzərən, daha hafiz və daha sağlam olduğunu göstərməkdədir. O, hədislərin mətnlərində deyil; sadəcə, bəzən ravilərin adlarında xəta edərdi. Şu'bə'nin, burda, ravilərin adları xüsusunda da xəta etmədiyini gördük.
Şu'bə hədisini, Süfyan əs-Sevri'nin hədisinə tərcih edilməsini gərəkdirən, başqa bir yön daha vardır. O da, budur:
Şu'bə, zəif olsun, siqa olsun, ravilərdən nəql etdiyi rəvayətlərdə, heç bir vaxt tədlis etməmişdir. Zəhəbi, "Təzkiratu'l-Huffaz"da (l, 183), belə deyir:
əbu Zeyd əl-Hərəvi, deyir:
Mən, Şu'bə'nin, "Göydən yerə düşüb parça-parça olmağı, hədis rəvayət edərkən tədlis etməyə tərcih edirəm." deyərkən eşitdim.
Bununla bərabər, bu hədisi nəql edərkən, "əxbərani = mənə xəbər verdi" cümləsini açıqca istifadə etməkdə və belə deməkdədir:
"Mənə, Sələmə b. Kuheyl, xəbər verdi."
Necə ki, bu ifadə, əbu Davud ət-Tayalisi'nin əsərində mövcuddur. Bunu, Niməvi, "Asaru's-Sünən"ində (l, 97) qeyd etməkdədir.
Süfyan əs-Sevri'yə gəlincə, o, "an fulən, an fulən" şəklindəki rəvayətlərdə, bəzən tədlis edirdi.
Hafiz ibn Həcər, "Təqrib"də (s. 74) belə deyir:
"Süfyan əs-Sevri, tədlis etmiş ola bilər."
Mühəddislərin, -Şu'bə'nin əksinə- 2 nəfərin özünə mutabaat etməsi səbəbilə, Süfyan əs-Sevri'nin rəvayətinin tərcih edildiyi şəklindəki görüşlərinə gəlincə, buna, belə cavab verilə bilər:
O 2 nəfərin özünə mutabaat etməsi, hər hansı bir fayda təmin etməz. Çünki, mutabaat edənlərdən birincisi, Ələ b. Salih haqqında, Zəhəbi, "Mizanu'l-İ'tidal"ında (ıı, 212), əbu Hatim'in, "O, şiənin öndə gələnlərindəndir." dediyini nəql etməkdədir.
ibnu'l-Mədini isə, onun üçün, "Münkər hədislər rəvayət etmişdir." demişdir.
"ət-Təqrib"də (s. 164), Ələ üçün, "Saduqdur. Vəhmləri çoxdur." deyilməkdədir.
Süfyana mutabaat edən Muhamməd b. Sələmə'yə gəlincə, Zəhəbi, "Mizanu'l-İtidal"da (lll, 67), onun üçün, Cüzcani'nin, "Hədisdə zəifdir." dediyini nəql edir.
Dolayısı ilə, bu haldakı 2 nəfərin Süfyana mutabaat etmələri, Şu'bə'nin rəvayətinə, hər hansı nöqsanlıq gətirməz. Çünki, bunların ikisi də, siqa və sağlam ravilərdən deyillər ki, "Şu'bə, siqa ravilərə müxalifət etmişdir. Rəvayəti, şazz olub, məhfuz deyildir." deyilsin.
Mühəddislərin, Beyhaqi'nin "Sünən"ində, əbu'l-Vəlid ət-Tayalisi'dən nəql etdiyi üzərə, "Şu'bə'dən, bunun əksi rəvayət edilmişdir." şəklindəki görüşlərinə gələcək olsaq, bu görüşə, "ət-Təliqu'l-Həsən"də (l, 98), Allamə Zahir, bu şəkildə cavab vermişdir:
Bu rəvayət, şazz'dır və əbu'l-Vəlid, rəvayətində tək qalmışdır. Ondan, İbrahim b. Mərzuq rəvayət etmişdir. Özünə, Şu'bə'nin dostlarından əbu Davud ət-Tayalisi, Muhamməd b. Cəfər, Yezid b. Zurey və Amr b. Mərzuq və başqaları kimi birdən çox kimsə, müxalifət etmişlərdir. Bu alimlərin hamısı, Şu'bə'dən rəvayət etmişlər və mövzumuzla bağlı olaraq, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini gizlədi və ya azaltdı." demişlərdir.
Bununla bərabər, İbrahim b. Mərzuq əl-Basri, vəfat etmədən əvvəl, gözlərini itirmişdir. "ət-Təqrib" və başqa əsərlərdə zikr edildiyi üzərə, bəzən xəta edər, ancaq, bundan dönməzdi.
Deyirəm:
Zəhəbi, "Mizanu'l-İ'tidal"da (l, 31), Daraqutni'nin bu sözünə yer verir:
"Lakin İbrahim b. Mərzuq, xəta edər. Bəzən də doğru rəvayət edərdi. Xəta etdiyində isə, bundan dönməzdi."
ibn Həcər, "Təhzibu't-Təhzib"də (l, 163) deyir:
Nəsai deyir: O, "salih = hədisi dəlil olaraq istifadə edilə bilən" bir adamdır. Başqa bir yerdə də, "lə bə'sə bih = onda beis yoxdur" demişdir.
Daraqutni isə, belə deyir:
"O, siqadır. Ancaq, bəzən, xəta edərdi. Xətası özünə söyləndiyində, bundan dönməzdi."
Dolayısı ilə, bu adam haqqında, ixtilaf bəhs mövzusudur. Bundan dolayı, siqa və sağlam ravilərə müxalif olaraq tək başına qaldığı rəvayət, qəbul edilməz.
Şu'bə'dən, bu hədis xüsusunda məhfuz olanı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, amin deyərkən, səsini azaltdığıdır.
Geriyə, sadəcə, Şu'bə ilə Süfyan əs-Sevri arasındakı ixtilaf qalmaqdadır. Bu halda, bunlardan birini tərcih edib digərini təvil etməkdən başqa, çarə yoxdur.
-------------------------------
Duanın ən xeyirlisi, gizli olanıdır:
Bizim bu xüsusda görüşümüz, budur:
Məzhəbimizə görə, amin deyərkən səsi azaltmaq ilə bağlı hədis, həm rəvayət, həm dirayət (əqli) yönündən, tərcihə daha uyğundur. İşə,
• Rəvayət yönündən başlayacaq olsaq, Şu'bə, Süfyan'dan daha hafiz, tədlisdən daha uzaqdır.
• Dirayət cəhətindən baxacaq olsaq, amin demək, bir duadır. Duada əsl olan isə, gizli etməkdir. Necə ki, Allah Taala, belə buyurmaqdadır:
ٱدْعُوا۟ رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً
"Rəbbinizə acizanə, həm də gizlicə dua edin!" (Əraf/55)
Buxari'nin "Səhih"ində, nəql etdiyinə görə, Ata, "Amin, duadır." demişdir. (Buxari, Azan/111)
İləridə, vitr mövzusunda, "Gizlicə edilən dua, açıqdan edilən 70 duaya bərabərdir." şəklində, bir rəvayət gələcəkdir. Bunu, əbu'ş-Şeyx, Ənəs vasitəsilə, səhih bir sənədlə mərfu olaraq rəvayət etmişdir. (Əzizi, ll, 36)
"əl-Bahru'r-Raiq"də, belə deyilir:
ibn Hibban'ın "Səhih"ində (lll, 91), mərfu olaraq nəql edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Duanın ən xeyirlisi, gizli olanıdır." buyurmuşdur.
Digər tərəfdən, amin demək, əuzunu deməkdən daha əvla deyildir. Necə olsun ki?! Uca Allah, əuzu deməyi, bu ayətdə əmr etməkdədir:
فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَـٰنِ ٱلرَّجِيمِ
"Quran oxuduqda, qovulmuş şeytandan Allaha sığın!" (Nəhl/98)
Bununla bərabər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əuzunu açıqdan dediyi, sabit deyildir. Aminin gizli söylənməsi, ondan daha əvladır. Çünki, amin kəliməsi, Quranda keçməməkdədir. Bundan da əlavə, ərəb dilindən də deyildir. Fatihə ilə damm-u surə arasında, bunu açıqca söyləmək, qiyasın əksinədir. Çünki bu, onun, Qurandan olduğunu vəhm etdirməkdədir. Aminin alçaq səslə söylənməsindən bəhs edən hədis, qiyasa uyğun olduğu üçün, tərcihə daha uyğundur. Digər tərəfdən, səhabə və tabiunun əksəriyyəti, "əl-Cəvhəru'n-Naqi"də (l, 32) yer aldığı üzərə, bunu, gizlicə edərlərdi. Tabəri, belə deyir:
"Bu xəbər, ibn Məsud (radiyallahu anh), Nəxai, Şa'bi, İbrahim ət-Teymi'dən rəvayət edilmişdir. Bu alimlərin hamısı, amini, gizli söyləyərlərdi. Doğrusu, aminin, gizli və açıq söylənəcəyinə dair gələn 2 xəbərin ikisi də, səhihdir! Səhabələrin və tabiunun əksəriyyəti, amin deyərkən, səslərini azaltdıqları üçün, mənim tərcihim bu olmaqla bərabər, alimlərdən müəyyən bir qrup, bu 2 rəvayətin ikisinə də görə əməl etmişlərdir."
Bura qədər sadaladıqlarımız, Şu'bə hədisinin, dirayət cəhətindən tərcih edilməsini gərəkdirən səbəblərdir.
Süfyan əs-Sevri'nin, "Amin deyərkən səsini uzatdı." şəklindəki rəvayəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm), amini, ləfz cəhətindən qısaya görə deyil; uzun oxunuşuna görə tələffüz etdi mənasına həml edilir. (Yəni, uzatmaqdan məqsəd, səsi ucaldaraq oxumaq deyil, amin ləfzindəki amini, "amiiiiin" şəklində uzadaraq oxumaqdır!)
Çünki, Süfyan əs-Sevri'nin öz məzhəbi, amini, açıqdan deyil; gizlicə deməkdir. Bəzilərinin, "Amin deyərkən səsini yüksəltdi." şəklindəki rəvayətin, bu ehtimalı uzaq qıldığı yolundakı ifadələrinə gəlincə, bütün rəvayətlərin hamısı, -səbəbini açıqlayacağımız üzərə- tənqiddən uzaq ola bilməz. Biz, bu rəvayətin səhih olduğunu qəbul etsək belə, bu, (yəni), "Amini açıqdan söyləmək, camaata, bunu öyrətmə məqsədinə dairdir." mənasına həml edərik. Necə ki, Ömər (radiyallahu anh), təkbir gətirdikdən sonra, bəzən, subhanəkəni açıqdan oxuyardı. Əbu Hureyrə (radiyallahu anh) da, əuzu billəhini açıqdan gətirərdi.
Deyirəm:
Bu təvilin nəticəsi,
~ Şu'bə'nin "Amin deyərkən səsini azaldardı." şəklindəki rəvayətilə;
~ Süfyan'ın "Amin deyərkən səsini yüksəldərdi." şəklindəki rəvayəti,
ayrı-ayrı hallar üçün edilmiş tətbiqatlar şəklində düşünməkdir və yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu xüsusda, fərqli hərəkətlər etdiyi üçün, Vail (radiyallahu anh), bir dəfə amin deyərkən səsini azaltdığını; başqa bir səfər də, yüksəltdiyini görmüşdür və bu rəvayət, 2 halı bildirmək üçün nəql edilmişdir, deyərik. Lakin, doğru olanı, amin deyərkən səsin azaldılmasının, əsl olduğudur. Bu prinsip, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ümumi olaraq felindən/tətbiqatından anlaşılmaqdadır. Necə ki, Dulabi rəvayətində, Vail (radiyallahu anh)'ın: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), amin deyərkən, səsini uzatdı. Zənn edirəm, bizə öyrətməkdən başqa bir qəsdi yox idi." şəklindəki ifadəsi də, bunu göstərməkdədir.
Bu, ancaq, Vail (radiyallahu anh)'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, qalibən/çoxluqla, səsini azaldarkən; bir dəfə də, səsini yüksəldərək görmüş olması halında isabətli olar. Bu təqdirdə, Vail (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yüksək səslə amini deməsini, insanlara öyrətmək məqsədli olaraq açıqlamışdır. Əgər onun tətbiqatında əksəriyyət, səsini yüksəltmək şəklində olsaydı, etdiyi bu izah, açıqlama isabətli olmazdı. Əksinə, amin deyərkən səsini azaltmasının caizliyinin bəyanına həml edilməsi, daha yerində olardı. Bil!
Ancaq, 2 rəvayəti bir-birilə uzlaşdırmaq, birinə görə əməl edib digərini bir tərəfə qoymaqdan daha əvladır. Siqa olan raviləri, xüsusilə Şu'bə kimi birini, 2 rəvayəti bir-birilə uzlaşdırmaq mümkün olduğu müddətcə, bəzilərinin etdiyi kimi xətalı göstərmək, uyğun bir davranış deyildir.
Hafiz ibnu'l-Qayyim, "Zadu'l-Məad"da, qunut duası babında deyir:
"İmamın, insanlara öyrətmək üçün, bəzən açıqdan amin deməsində, bir beis yoxdur. Necə ki, Ömər (radiyallahu anh), camaata öyrətmək üçün, iftitəh təkbirini açıqdan gətirirdi. ibn Abbas (radiyallahu anh) da, cənazə namazında, insanlara, sünnət olduğunu öyrətmək üçün, Fatihəni açıqdan oxuyardı. İmamın amini açıqdan oxuması da, bu qəbildəndir. Bu, edən və etməyənin qınanmasının gərəkmədiyi, mübah olan ixtilaflardan birisidir." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 71)
Bu görüşü, əd-Dulabi rəvayətilə, mətndə yer alan Vail b. Hucr (radiyallahu anh) hədisindəki "Zənn edirəm, bizə öyrətməkdən başqa bir qəsdi yox idi." şəklindəki ifadəsi də, dəstəkləməkdədir. Hədis, hər nə qədər Yəhya b. Sələmə səbəbilə illətli isə də, fərqli hədisləri bir-birilə uzlaşdırmaqda, kifayət edir. Çünki, bu iki rəvayəti bir-birilə uzlaşdırmaq, qiyasla da mümkündür. Bəhsini etdiyimiz hədis, xüsusilə, səhih şahidlərlə gücləndiyi təqdirdə, bunun üçün, daha əvladır. Bu şahidlər, daha əvvəl keçmişdi.
----------------------------------
Bundan sonra, amini açıqdan söyləməkdən bəhs edən rəvayətləri zikr edib, sonra bunlara cavab verməyə çalışaq. (Belə ki), bu rəvayətlərdən:
1. "Təlxisu'l-Habir"də (l, 89), əbu Hureyrə (radiyallahu anh)'ın, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), Fatihəni bitirincə, səsini yüksəldər və amin deyərdi." şəklindəki hədisidir.
Bu hədisi:
~ Daraqutni ("Sünən", l, 335); və
~ Hakim ("əl-Müstədrək", l, 223)
rəvayət etmişlərdir.
Daraqutni, "Onun isnadı, həsəndir." deyir. Hakim, "Buxari və Muslim'in şərtinə görə səhihdir." demişdir. Beyhaqi isə ("Sünən", ll, 58), "Həsən-səhihdir." demişdir. "əl-Cəvhəru'n-Naqi"də (l, 132) bildirildiyinə görə, isnadında Yəhya b. Osman olduğu səbəbilə, bu rəvayətə tənqid yönəldilmişdir. ibn əbi Hatim, "Yəhya haqqında, tənqid vardır." deməkdədir. Zəhəbi'nin "əl-Kaşif"ində, "Yəhyanın münkər hədisləri vardır." deyilir. Onun şeyxi İshaq əz-Zəbidi haqqında, əbu Davud, "O, heç bir şey deyildir." demişdir. Nəsai isə, "O, siqa deyildir." dedikdən sonra, Humus'un mühəddisi Muhamməd b. Avf ət-Tai'nin, onu yalançılıqla ittiham etdiyini bildirmişdir.
"ət-Tə'liqu'l-Həsən"də (l, 93), Hakim və Daraqutni'nin isnadları, birlikdə sayılmaqdadır. Sonra, ibnu't-Türkməni, belə deyir: "Hədisin isnadında, İshaq b. İbrahim əl-Ələ əz-Zəbidi b. Zibriq vardır. Buxari və Muslim, "Səhih"lərində, ondan hədis rəvayət etməmişlərdir. Onun xaricində, Kütüb-ü Sittə imamlarından 4 Sünən sahibi də, rəvayət etməmişlərdir. Nəsai və əbu Davud, onun zəif olduğunu bildirmiş; Muhamməd b. Avf ət-Tai, onun yalançı olduğunu ifadə etmişdir. "Təhzibu't-Təhzib"də (l, 216), belə deyilir: "Acurri'nin, əbu Davud'dan nəqlinə görə, Muhamməd b. Avf ət-Tai, belə demişdir: İshaq b. Zibriq'in yalan söylədiyi xüsusunda, heç bir şübhəm yoxdur." ibn Həcər'in, "ət-Təqrib"ində, onun, saduq olub çox xəta etdiyi də ifadə edilməkdədir (s. 3) Hakim'in, "Rəvayət Buxari və Muslim'in şərtinə görə, səhihdir." şəklindəki görüşü də, isabətli deyildir.
2. Aminin açıqdan oxunacağı yolundakı başqa bir rəvayəti, ibn Macə ("Sünən", "İqamətu's-Saləh", 14) və haqqında "Səhihdir." deməklə ibn Cərir, ibn Şahin nəql etmişlərdir. Bu rəvayətdə, Əli (radiyallahu anh), belə demişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), vələ'd-dallin deyincə, amin deyər və səsini yüksəldərdi." (Əli əl-Müttəqi, "Kənzu'l-Ummal", lV, 210)
Deyirəm:
Bu hədisi, ibn Macə,
Osman b. əbi Şeybə ---> Humeyd b. Abdu'r-Rahmən ---> ibn əbi Leyla ---> Sələmə b. Kuheyl ---> Huceyyə b. Adiyy və Əli (radiyallahu anh)
isnadı ilə rəvayət etmişdir. Buna görə, Əli (radiyallahu anh), "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, vələddallin deyincə, amin deyərkən eşitdim." demişdir. (Diqqət edilsə), bu rəvayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, amin deyərkən səsini yüksəltdiyindən bəhs edilməməkdədir. Amini açıqdan oxuduğunu eşitmək məsələsinə gəlincə, imamın amini, yanında olunduğu təqdirdə, aşağı səslə söyləsə də, eşidilə bilər. Hər halda, bəzi ravilər, Əli (radiyallahu anh)'ın amini eşitməsini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, amin deyərkən səsini yüksəltdiyi şəklində ifadə etdilər və hədisi, məna etibarı ilə rəvayət edib, iki cümlə arasındakı məna fərqliliyini, bir-birindən ayıra bilmədilər. Necə ki, mətndə, Əli (radiyallahu anh)'ın, "Amini gizli şəkildə oxuyurdu." şəklindəki rəvayəti, bunu dəstəkləməkdədir. ibn Abdu'l-Hadi, "ət-Tənqih" adlı əsərində, bismillahın açıqdan oxunulması xüsusunda, belə deyir: "Camaat, imama yaxın olduğunda və ya onunla eyni hizada olduqlarında, imamın, gizlincə oxuduqlarını eşidə bilər. Buna, cəhri/açıqdan oxumaq deyilməz. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səhabələrə, zöhr namazını qıldırdığı və Fatihədən sonra oxuduğu 1 və ya 2 ayəti, bəzən onlara eşitdirdiyi varid olmuşdur." "Raddu'l-Muhtar"da, belə deyilir: "Gizli oxumağın ən aşağı səviyyəsi, oxuduğunu, özünə və yanında olana eşitdirməkdir. İmamın oxuduğunu 1-2 nəfərin eşitmiş olması, açıqdan oxumaq sayılmaz." Allamə ibn Abidin, "əl-Xülasə"dən belə bir fətva nəql edir: "İmam, qiraətin gizli olduğu namazlarda, 1 və ya 2 nəfər eşidəcək qədər açıqdan oxuyarsa, bu, açıqdan oxumaq sayılmaz." (ibnu't-Türkməni, "ət-Tə'liqu'l-Həsən", l, 92)
Amin deyərkən, səsi yüksəltməkdən bəhs edən rəvayətlərin hamısı, bizcə:
~ ya insanlara öyrətmək məqsədlidir;
~ ya da ravilərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in aminini eşitməsini, səsini yüksəltmək
şəklində ifadə etməsidir mənasına həml edilmişdir.
3. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, amini açıqdan söylədiyinə dair rəvayətlərdən biri də, Tirmizi'də yer alan Vail b. Hucr (radiyallahu anh)'ın, bu sözüdür:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ğayri'l-məğdubi aleyhim vələ'd-dallini oxuduqdan sonra amin dediyini və bunu, uzadaraq söylədiyini eşitdim." (Tirmizi, "Saləh", 70)
Deyirəm:
Bu hədis, Süfyan əs-Sevri'nin hədisidir. Şu'bə'nin, "Amin deyərkən səsini azaltdı." ifadəsilə nəql etdiyi rəvayət, bununla zidd düşməkdədir. Bundan əvvəl, Şu'bə'nin rəvayətinin tərcih səbəbləri və Süfyan hədisinin təvili keçmişdi. Xatırlamaq istəyən, ora baxa bilər.
4. Aminin açıqdan söyləndiyinə dair rəvayətlərdən biri də, ibn Macə'də ("İqamətu's-Saləh", 14) yer alan əbu Hureyrə (radiyallahu anh)'ın, bu xəbəridir:
"İnsanlar, amin deməyi tərk etdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ğayri'l-məğdubi aleyhim vələ'd-dallini deyincə, birinci səfdə dayananlar eşidəcək qədər amin dedi; sonra bütün məscid, amin səsilə dalğalandı."
Deyirəm:
Bu hədis, isnad və mətn cəhətindən, düzgün deyildir. Belə ki:
• Hədisin isnadındakı Bişr b. Rafi haqqında,
~ Buxari, "Hədisi, mutabaat edilməmişdir." demişdir.
~ Əhməd b. Hənbəl isə, onun, zəif olduğunu bildirmişdir.
~ ibn Main, "O, münkər hədislər rəvayət etmişdir." demişdir.
~ Nəsai isə, "O, qüvvətli deyildir." demişdir.
~ ibn Hibban, "Özü üçün sanki mötəməd olan bəzi uydurma rəvayətlər nəql etmişdir." deyir. (Zəhəbi, "Mizanu'l-İtidal", l, 147)
~ Hafiz ibn Həcər, "Təhzibu't-Təhzib"də (l, 449), belə deyir:
ibn Abdi'l-Bərr, "əl-Kunə" adlı əsərində, onun haqqında, "Bişr b. Rafi, mühəddislər nəzdində zəif olub, hədisi, münkərdir." demişdir. "Kitabu'l-İnsaf"da, belə deyilir: Bişrin hədisinin münkər olduğu və rəvayətini, dəlil olaraq istifadə etməmək gərəkdiyi xüsusunda, alimlər ittifaq etmişlərdir. Hədis alimləri, bu mövzuda, hər hansı bir ixtilaf içində deyillərdir. İbn Hibban, belə deyir: Bişr b. Rafi, Yəhya b. Kəsir'dən, sanki özü üçün mötəməd olan bir çox mövzu/uydurma xəbərlər rəvayət etmişdir ki, işi hədis olmayan kimsə belə, bunu başa düşə bilər.
• Hədis mətninin istiqamətsizliyinə (yəni, probleminə) gəlincə:
Hədisdəki "fə yərtəccu bihə əl-məscid = məscid onunla/aminlə dalğalandı" ifadəsi, hər kəsin məlumu olduğu üzərə, eyni hədisin içindəki "birinci səfdəkilər eşidəcək qədər" ifadəsinə ziddir. (haşiyə)
------------------
Haşiyə:
Yəni, şeyx Təhanəvi'nin qəsdi, budur: Əgər məscid amin səsilə dalğalandısa, necə olur ki, onu, yalnız ilk səfdəkilər eşitmişdilər?
------------------
Digər tərəfdən, hədisi, əbu Davud, Bişr b. Rafi vasitəsilə, "fə yərtəccu bihə'l-məscid" ifadəsi olmadan rəvayət etmişdir. (əbu Davud, "Salat", 168) əbu Davud'un rəvayəti, belədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ğayri'l-məğdubi aleyhim vələ'd-dallini oxuduqdan sonra, birinci səfdə olanlar eşidəcək qədər amin deyərdi."
əbu Yə'lə, "Müsnəd"ində, Bişr b. Rafi ---> əbu Hureyrə (radiyallahu anh)'ın əmisi oğlu əbu Abdullah isnadı ilə əbu Hureyrə (radiyallahu anh)'ın, ibn Macə'də yer alan bir rəvayətini nəql edir. Bu rəvayətdə, "fə yərtəccu bihə'l-məscid" cümləsi yoxdur. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 94)
Bu hədisi,
~ Daraqutni ("Sünən", l, 127), başqa bir isnadla, əbu Hureyrə (radiyallahu anh)'dan bu şəkildə rəvayət etmişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Fatihəni bitirdikdən sonra, səsini yüksəldərək amin deyərdi."
Hədisin isnadında İshaq b. İbrahim mövcuddur. Onun haqqındakı sözümüz, daha əvvəl keçmişdi.
Hədisi,
~ ibn Hibban da, "Səhih"ində, Zeylai'də ifadə edildiyi üzərə (l, 196), Daraqutni'nin ləfzilə eyni şəkildə rəvayət etmişdir. Bu rəvayətdə, "fə yərtəccu bihə'l-məscid" ifadəsi yoxdur. Bununla birlikdə, hədis, zəif ravilərdən şazz və qeyr-i məhfuz olaraq rəvayət edilmişdir.
Mətndəki "fə rafəa savtəhu = səsini yüksəltdi" cümləsilə, "birinci səf eşidəcək dərəcədə" cümlələri, imamın arxasında duran birinci səfdəkilər eşidəcək qədər mənasına həml edilir. Necə ki, əbu Davud'un rəvayəti, bunu açıqca bildirməkdədir.
Daha əvvəl də gördük ki, imama yaxın olan 1 və ya 2 nəfərin, imamın qiraətini eşitməsi, açıqdan oxumaq sayılmaz. Dolayısı ilə, belə bir rəvayətlə, aminin açıqdan söylənəcəyi hökmü çıxarıla bilməz!
5. Aminin açıqdan söyləndiyinə dair bir başqa rəvayət, İshaq b. Rahuyə'nin "Müsnəd"ində,
ən-Nadr b. Şumeyl ---> Harun əl-Ə'vər ---> İsmayıl b. Muslim ---> əbu İshaq ---> ibn Ummu'l-Husayn ---> anası
isnadı ilə yer almaqdadır. Buna görə, anası ummu'l-Husayn, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in arxasında namaz qılmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), vələ'd-dallin deyincə, amin demiş və ummu'l-Husayn, qadınların safında olduğu halda, bunu eşitmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 196)
Deyirəm:
Hədisin isnadında, İsmayıl b. Muslim əl-Məkki mövcuddur. Bu şəxs, zəifdir.
~ İmam Əhməd və başqaları, onun hədisinin, münkər olduğunu ifadə etmişlərdir.
~ Nəsai və başqaları isə, onun, mətruk olduğunu demişlərdir.
~ ibnu'l-Mədini isə, belə deyir: "Mən, Yəhya'dan eşitdim. Ondan, İsmayıl b. Muslim əl-Məkki haqqında soruşuldu. O, belə dedi: 'O, hədisi qarışdırardı. Bizə, bir hədisi, 3 şəkildə rəvayət edərdi."
~ ibn Main'in isə, İsmayıl b. Muslim əl-Məkki haqqında, "O, bir şey deyildir." dediyi rəvayət edilir.
~ Əli b. əl-Mədini: "Onun hədisi yazılmaz." dediyi nəql edilməkdədir.
~ əs-Sə'di, onun üçün: "O, çoz zəifdir." demişdir. (Zəhəbi, "Mizanu'l-İtidal", l, 115)
6. Aminin açıqdan oxunacağına dair rəvayətlərdən biri də, Buxari'nin ("Azan"/111), Ata'dan təliqən və Abdu'r-Razzəq'in, ibn Cureyc ---> Ata isnadı ilə mövsul olaraq rəvayət etdiyi, bu xəbərdir:
- Ata'dan soruşdum: "ibn Zubeyr, Fatihəni bitirdiyində, amin deyirdimi?"
- O, mənə belə cavab verdi: "Bəli, arxasındakı kimsələr də, amin deyirlərdi. Hətta məscid, amin səsilə cingildəyərdi." (ibn Həcər, "Fəthu'l-Bari", Vll, 217)
Yenə, "Fəthu'l-Bari"də (ll, 221) nəql edildiyinə görə, Beyhaqi, Ata'dan, başqa bir isnadla, belə bir rəvayət nəql edir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən, bu məsciddə, 200 nəfər ilə qarşılaşdım. İmam, vələddallin deyincə, onların amin deyərək məscidi lərzəyə gətirdiklərini gördüm." (Beyhaqi, "Sünən", ll, 59)
Deyirəm:
Səhabələrin felləri (yəni, tətbiqatları), yenə onların içindən başqalarının fellərinə və sözlərinə müxalif olduğunda, hüccət olmaq gücünü itirər.
Bizim dəlilimiz isə, mətndə yer alan Ömər, Əli və Abdullah b. Məsud (radiyallahu anhum)'un, amini gizli söylədikləri şəklindəki rəvayətdir. Bu səhabələr, bizə, nümunə olaraq kifayət edər. Yenə, Tabəri'nin ifadəsində daha əvvəl keçdi ki: Səhabələrin ən böyükləri və tabiun alimləri, amini gizli söyləyərlərdi.
Bütün bu rəvayətlərə veriləcək ümumi cavaba gəlincə:
Amini gizli söyləmək, -təfsilatı bundan əvvəl keçdiyi üzərə- əsldir. Bunun əksinə bir dəlil olmadığı müddətcə, bu əsl, tərk edilə bilməz!
Aminin açıqdan söyləndiyinə dair gələn rəvayətlərin hamısı, ümumiliyi olmayan tətbiqat xəbərləridir və bunlar, fərqli şəkillərə möhtəməldirlər. Dolayısı ilə, bunlar, bizə qarşı dəlil ola bilməzlər! Üstəlik, bu xəbərlərin çoxu, cərh edilməkdən də uzaq deyildirlər. Səhih olanları isə, açıq və qəti deyildir. Açıq və qəti olanları da, səhih deyildir. Səhabədən nəql edilən xəbərlər, fərqli-fərqlidir. Bu halda, tərcih, əsl qaydanın, duaların gizli olması gərəyi, aminin də gizli oxunmasıdır. Allah, ən doğru biləndir.
-----------------------------
Fayda:
Taberani'nin, "əl-Mu'cəmu'l-Kəbir"ində (XXll, 22) nəqlinə görə, Vail b. Hucr (radiyallahu anh), belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaza girərkən gördüm. Fatihəni bitirincə, 3 dəfə amin dedi."
Bu hədisin raviləri, "Məcmau'z-Zəvaid"də (l, 187) yer aldığı üzərə, siqadır.
Deyirəm:
Bu xəbər, caizlik ifadə edir mənasına həml edilmişdir. Lakin ən uyğun olanı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, davamlı olaraq etdiyi kimi etməkdir. Bu da, 1 dəfə amin deməsinin əsas alınmasıdır.
Deyə bilərsən ki:
İmam Muhamməd, "əl-Muvatta"sında (s. 103), belə deyir:
"əbu Hənifə'yə gəlincə, O, belə demişdir: 'İmamın arxasında dayananlar, amin deyərlər. İmam isə, amin deməz.' Bu, imamın amin deməsi gərəkdiyinə dair açıq və qəti olan hədislərin əksinə bir rəvayət deyildirmi?!"
Deyirəm:
Doğru olanı, budur: imam əbu Hənifə, bu fətvasından, imameyn (əbu Yusuf və Muhamməd)'in görüşünə dönmüşdür. İmam Muhamməd'in, "Kitabu'l-Asar"ında (l, 322) söylədikləri, bunu göstərməkdədir. Bununla bərabər, "Camiu'l-Məsənid"də, əbu Hənifə, Hammad vasitəsilə İbrahim ən-Nəxai'inin bu sözünü nəql edir:
"4 şey vardır ki, imam, bunları gizli oxuyar:
1. Subhanəkəllahummə;
2. Əuzu...
3. Bismilləh...
4. Amin."
İmam Muhamməd, bu nəqldən sonra, belə deyir: "Biz də bu görüşü götürürük. Bu, imam əbu Hənifə'nin də görüşüdür."
Amini gizli söyləmək, -hər kəsin məlumu olduğu üzərə- amin demiş olmağı gərəkdirir. Digər tərəfdən, "əl-Hidayə" müəllifi Mərğinani və mətn müəlliflərinin əksəriyyəti, bu mövzuda, 3 imamımız arasında, hər hansı bir ixtilaf olduğundan bəhs etməmişlərdir. Bununla bərabər, bilmək lazımdır ki, hədislərin zahiri, səssiz oxunan namazlarda, camaatın imamdan amini eşitmədikləri üçün, gizlicə amin deməyəcəklərini göstərməkdədir. Bəzən, bunu eşitsələr belə, hökm, belədir.
• "əl-Fətəva əl-Hindiyyə"də (l, 46), bu fətva yer almaqdadır: "Camaat, zöhr və əsr namazları kimi, qiraətin açıqdan edilmədiyi bir namazda, imamın 'vələddallin' dediyini eşidəcək olsalar, bəzi müctəhidlərimiz, 'amin deməz' demişlərdir. Fəqih əbu Cə'fər əl-Hinduvani isə, 'Amin deyər.' demişdir. "Muhit"də də belədir."
• "Raddu'l-Muhtar"da isə, belə deyilir: "Qiraətin gizli olduğu namazlarda, camaat, imamın vələddallin dediyini eşidəcək olsalar belə, 'amin' deməzlər. Çünki, onun eşidilmiş olmasına etibar edilməz." (ibn Abidin, "Raddu'l-Muhtar", l, 514)
• "Məraqi'l-Fələh"də, bu ifadə yer alır: "İmam və camaatın amin deməsi, sünnətdir."
Tahtavi, bu əsər üzərinə yazdığı 'Haşiyə'sində (s. 151), bu cümləni belə açıqlayır: 'Camaat, qiraətin gizli olduğu namazlarda, amini eşidəcək olsalar, amin demələri, sünnətdir. Eyni şəkildə, cümə və bayram namazlarını qılarkən, ya da izdihamlı bir camaatda olub özü kimi imama tabe olan birindən, amin dediyini eşidəcək olsa, yenə, amin deməsi, sünnətdir."
Şeyximiz deyir:
Qiraətin açıqdan olduğu bir namazda, camaatdan birindən amini eşitmək, imamın, qiraəti və amini açıqdan etdiyinə bir dəlildir. Dolayısı ilə, o şəxs, camaatdan bunu söyləyən şəxsə, ondan eşitdiyi üçün deyil; onun imamdan eşitmiş olmasından dolayı tabe olar.
(Təhanəvi, "İ'lau's-Sünən")
