Namazda səsli və ya səssiz oxumaqla əlaqədar hökmlər nələrdir?

    Namazda səssiz oxunması lazım olan yerdə səsli oxumaq namazı pozmaz; ancaq səhv səcdəsi lazımdır.

    Tək başına namaz qılan kimsə sübh, axşam və şam (işa,yatsı) namazlarını istərsə səsli bir oxuyuşla və istərsə də gizli bir oxuyuşla qılar. Gecə qılacağı nafilə namazlarda da hökm belədir. Lakin günorta və ikindi namazlarında və gündüz qılacağı nafilə namazlarda gizli oxuması vacibdir. Aşkar oxuması halında səhv səcdəsi etmək lazımdır.

    İmamın gündüz qıldırdığı namazları səssiz qıldırması və gecə qılınan namazları da səsli qıldırması vacibdir. Vacibin tərkindən dolayı isə səhv səcdəsi etmək lazımdır.

    Səssiz oxunacaq yerdə səsli oxumaqdan dolayı səhv səcdəsini tələb edən miqdar isə namazın fərz olan qiraəti qədərdir. Bu isə qısa üç ayə və ya qısa üç ayə uzunluğunda bir ayə oxumaqla səhv səcdəsi lazımdır; bundan az olsa lazım deyil. Məsələn, günorta namazında səsli bir şəkildə üç ayə və ya üç qısa ayə uzunluğunda bir ayə oxunsa o zaman səhiv səcdəsi edilməlidir.

    Bir vacibin vəsfini dəyişdirmək, səhiv səcdəsini tələb edir. İmamın aşkara oxuması lazım olan ayələri gizlicə(səssiz) oxuması və ya gizlicə oxunacaq ayələri aşkara oxuması kimi. Bu oxuma miqdarı, namaz səhih olacaq qədər oxumaqdır. Fatihə surəsinin ilk ayələrində oxumaq bu qisimdəndir. Bununla birlikdə qısa bir ayə oxunması da İmamı Azam'a görə bu hökümdəndir. İki imama görə isə, bu hökmdə deyil.

    Səssiz oxumaq, oxunanı öz qulağımızda pıçıltılı hiss etməkdir. Əgər oxuduqlarımızı özümüz pıçıltı şəklində eşitmiriksə, deməli oxumuruq, sadəcə olaraq “ürəyimizdən” və ya zehnimizdən keçiririk. Səssiz oxumağın ən az səviyyəsi bütün hərfləri dil və dodaqlarımızı tərpədərək tələffüz etməkdir. Ola bilsin ki, bu təqdirdə heç bir səs çıxmasın və ya eşidilməsin. Ancaq kənardan baxan nə isə oxuduğumuzu analayır. Yoxsa ürəkdən keçirmək oxumaq sayılmır. Yəni Fatihəni, zəmmi surəni ürəyimizdən keçirsək onları oxumamış olarıq. Bəzi kitablarda “Özü eşidəcəyi qədər oxumaq səssiz, yanındakı şəxsin eşidəcəyi qədər oxumaq isə səsli oxumaqdır”˗ ifadəsi qeyd edilmişdir.

Read 6.772 times
In order to make a comment, please login or register