Namazda topuqlar birləşdirilməlidirmi?

Sual:

Namazda ayaqların arasını 4 barmaq aralı tutmağın sünnət olduğu,

• Nuru'l-İzah;

• Məraqi'l-Fələh;

• Ğunyətu'l-Mutəməlli

kitablarında zikr edilmişdir.

Bu hökm, namazı münfəridən (tək başına) qılan üçündürmü? Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Vallahi, ya səflərinizi düzəldərsiniz, yaxud da Allah qəlblərinizi başqa-başqa tərəflərə çevirər." buyurmuşdur.

Hədisin ravisi Numan b. Bəşir (radiyallahu anh) belə dedi:

"Mən, sonra gördüm ki, hər kəs çiynini dostunun çiyninə, dizini dostunun dizinə, topuğunu da dostunun topuğuna birləşdirirdi." (Əbu Davud, hədis no: 662)

Bununla bərabər, Buxari, "Səhih"ində bu rəvayətə yer vermişdir:

Ənəs b. Malik (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Namazda səflərinizi düzəldin. Çünki Mən, sizləri, arxamdan da görürəm."

Ənəs (radiyallahu anh) belə deyir:

"Bizim hər birimiz, çiyin-çiyinə verir, ayaqlarımızı da, bir-birimizin ayağına birləşdirirdik." (Buxari, hədis no: 725)

Xülasə, bu rəvayətlərdən də anlaşıldığına görə, namazda (insanın öz) ayaqları arasındakı məsafə, 4 barmaqdan daha çox olur.

------------------------------

Cavab:

Namazda ayaqların halı ilə bağlı olaraq Hənəfi məzhəbinin qaynaqlarında "4 barmaq" qeydinin zikr edildiyi, doğrudur.

• Bədruddin əl-Ayni də, bunun müstəhəb olduğunu bildirmişdir. (bax: əl-Ayni, "Şərh-u Sunən-i əbu Davud", lll, 354)

• İbnu'l-Humam, namaz qılan kimsənin, qiyamda ayaqlarının arasındakı açıqlığın 4 barmaq miqdarı olmasının, münasib olacağını söylədikdən sonra, imam Tahavi'nin, bu görüşün səhih olduğunu söylədiyini bildirmişdir. (bax: ibnu'l-Humam, "Fəthu'l-Qadir", l, 258)

• Buxari'nin "Səhih"i üzərinə yazdığı şərhində ("Feydu'l-Bari"də), Muhamməd Ənvərşah əl-Kəşmiri, bu məsələ üzərində durarkən, namazda ayaqların arasındakı açıqlığın camaat halında qılınan namazla, fərdi qılınan namazda bir-birindən fərqli olacağına dair, Səhabə və Tabiun'dan hər hansı bir nəql gəlmədiyini bildirir və belə deyir:

"Tələsmə və düşün:

(Səfdə duranlar üçün) həm çiyinləri, həm də ayaqları bir-birinə birləşdirmək, çətin bir alışdırma mərhələsi keçmədən, heç mümkün ola bilərmi? Hətta ondan sonra belə, mümkün olmaz! Bu, (ravilərin və ya sonrakıların) ortaya çıxardığı bir tətbiqatdır.

Əbu Davud'un "Sünən"ində, "Namazda sağ əlin, sol əl üzərinə qoyulması" babında:

"Ayaqları bir səfdə (sırada) tutmaq və (sağ) əli, (sol) əl üzərinə qoymaq, sünnətdəndir." deyə nəql edilmişdir. (bax: əbu Davud, hədis no: 754)

Burda "ayağı bir səfdə tutmaq"dan məqsəd: Ayaqları eyni cərgədə və aralarını açıq tutmaq, deməkdir. Onlar, səfdə duranların topuqlarının bir-birinə birləşdirilməsinin ardına düşməmiş, bu məsələni, sadəcə ayaqların birləşdirilməsi haqqında zikr etmişlərdir.

Nəsai'nin "Sünən"ində, "Ayaqların birləşdirilməsi" babında, belə rəvayət edilmişdir:

"Bir kimsə, (qiyamda) ayaqlarını bir-birinə birləşdirmişdi. İbn Məsud, ona:

'Sünnətə müxalifət etdi. Əgər ayaqlarını sərbəst (öz təbii halına) buraxsa idi, sünnətə uyğun davranmış olardı." deyə etiraz etdi. (Nəsai, "Sünən", "Salat"/13)

Namazda ayaqların halı ilə bağlı olaraq, Muhamməd Ənvərşah əl-Kəşmiri, sözünə belə davam edir:

"İbn Məsud'un demək istədiyi, burdakı halın tam əksidir. Yəni o şəxs, ayaqlarını bir-birinə birləşdirmiş, ayaq aralarını açmamışdı. İbn Məsud, "ayaqları sərbəst (öz halına) buraxmaq (muravəha)" ifadəsilə, ayaqların arasını açmağı qəsd etmişdir.

Bu halda, əbu Davud rəvayətində keçən "saff" kəliməsi ilə, Nəsai'nin rəvayətində keçən "saff" kəliməsi, bir-birinin tamamilə əksi mənasındadır. (Haşiyə)

----------------------------------

(Haşiyə:

İmamın qəsd etdiyi budur:

~ Əbu Davudun rəvayətində keçən "saff" kəliməsi, camaatdan hər birinin saf halında dayanarkən, ayaqların arasını açaraq, yanındakının ayaqları ilə eyni cərgəyə gətirməsini;

~ Nəsai rəvayətindəki "saff" kəliməsi isə, insanın, öz ayaqlarını bir-birinə birləşdirməsini bildirməkdədir. (bax: Feydu'l-Bari, ll, 236-237)

-------------------------------

İmam Ənvərşah əl-Kəşmiri, bu bəhsi işlədiyi yerin başında, "Şərhu'l-Viqayə"dən nəqlən, ayaqlar arasındakı açıqlığın 4 barmaq və ya bir qarış miqdarı olacağı görüşünün, mövzu haqqında Şafilər tərəfindən mənimsənmiş görüşlərdən biri olduğunu da, bildirməkdədir.

"Ğunyətu'l-Mutəməlli"də isə, belə deyilmişdir:

"Qiyamda ikən, ayaqların arasının, bir-birinə bitişik 4 barmaq miqdar qədər açıq olması, uyğundur. Əl-Xülasə'də belə deyilmişdir. Bu da -yuxarıda zikr edilənlər kimi- səlim yaradılış (sağlam bir bədənin normalı halı) etibarı ilə, təkəllüfsüz (heç bir məcburiyyətlə edilməmiş) olmalıdır. Yoxsa insan, (məsələn) ayaqlarının arası açıq biri olarsa, ayaqları arasındakı açıqlıq, 4 barmaqdan daha çox belə olsa, yaradılışının əsl halının gərəkdirdiyi şəklin xaricinə çıxmaq üçün, özünü məcbur etməməlidir. (Haşiyə)

--------------------------

(Haşiyə:

İnsanlar arasında bəzi kimsələrin ayaq araları, normal olaraq, digər insanlara görə, bir az daha açıq olur. Belə şəxslərin, ayaqlarının arasındakı açıqlıq 4 barmaq olsun deyə özlərini məcbur etmələri, doğru deyildir. Burda qəsd edilən budur.)

--------------------------

Çünki əsl olan, hər halda təkəllüfsüzlükdür (yəni özünü məcbur etməməkdir.) Bütün bunlar, namazın ədəblərindəndir. Tərk edən kimsə isə, günah işləmiş olmaz." (İbrahim əl-Hələbi, "Ğunyətu'l-Mutəməlli", s. 339)

Burada, bir xüsusa da toxunmaq lazımdır:

Əbu Davud'un rəvayətində, səfdəki camaatın həm çiyinlərini, həm dizlərini, həm də topuqlarını bir-birilərinə bitişdirdikləri zikr edilməkdədir. Belə bir halın, bütün namaz boyunca necə mümkün olacağını da düşünmək lazımdır.

Kəşmiri (rahmətullahi aleyh), çiyinlərlə bərabər, ayaqların da bir birinə birləşdirilməsinin çətin bir alışdırma mərhələsindən sonra belə mümkün ola bilməyəcəyini vurğulamışdı. Buna, bir də, "dizlərin" bir-birinə birləşdirilməsini əlavə etdiyimizdə, həqiqətən, xeyli çətin bir halla qarşılaşacağımız, qətidir.

Elə isə, əbu Davud rəvayətində yer alan halı, camaatın, NAMAZA BAŞLAMAMIŞDAN ƏVVƏL, səfdə düz bir cərgədə, aralarda ən kiçik boşluq buraxmadan və tam bir intizam halında olmaq üçün, diqqət etdiyi bir xüsus olaraq anlamaq, -Allahu alim- ən doğrusudur.

Nəticə olaraq, qiyamda ayaqların arasındakı açıqlığın miqdarı, namazın sihhətinə hər hansı bir şəkildə təsiri olmayan bir tətbiqat olaraq görülməli və eyni səfdə İlahi hüzura çıxmış olan möminlər, bu məsələ səbəbilə, bir-birilərini qınamaq kimi bir yalnışa düşməməlidirlər.

Read 8 times
In order to make a comment, please login or register