Namazda topuqlar birləşdirilməlidirmi? (1)

٧٦- بَابُ إِلْزَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ وَالْقَدَمِ بِالْقَدَمِ فِي الصَّفِّ

76- Səfdə, çiyni, çiynə; ayağı (da), ayağa bitişdirmək babı

.وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ: رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ

Numan b. Bəşir dedi:

Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna bitişdirir(di).

٧٢٥ - حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ: حَدَّثَنَا زُهَيْرٌ، عَنْ حُمَيْدٍ، عَنْ أَنَسٍ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: «أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي». وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ

725- Amr b. Xalid bizə xəbər verdi. Dedi:

Bizə, Zuheyr, Humeyd'dən; Ənəs'dən; Nəbi (sallallahu aleyhi və səlləm)'dən xəbər verdi. (Nəbi, belə) buyurdu:

"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."

Və bizdən biri, çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına bitişdirirdi.

------------------------

Şərhi:

.قَالَ الْحَافِظُ: الْمُرَادُ بِذَلِكَ الْمُبَالَغَةُ فِي تَعْدِيلِ الصَّفِّ وَسَدِّ خَلَلِهِ

Hafiz (ibn Həcər Asqalani) dedi:

Onunla (yəni, bu bitişdirmək) ilə murad olunan, səfi düzəltməkdə mübaliğə etmək; və boşluğu örtməkdir.

.قُلْتُ: وَهُوَ مُرَادُهُ عِنْدَ الْفُقَهَاءِ الْأَرْبَعَةِ، أَيْ أَنْ لَا يُتْرَكَ فِي الْبَيْنِ فُرْجَةٌ تَتَّسِعُ فِيهَا ثَالِثًا

Dedim:

4 fəqih (müctəhid imam) nəzdində, çiyni çiynə bitişdirməkdən məqsəd, yəni, arada içinə üçüncü (şəxs)'in yerləşəcəyi bir boşluq qoyulmamasıdır.

 

.بَقِيَ الْفَصْلُ بَيْنَ الرجلَيْنِ: فَفِي «شَرْحِ الْوِقَايَةِ» أَنَّهُ يُفْصَلُ بَيْنَهُمَا بِقَدْرِ أَرْبَعِ أَصَابِعَ، وَهُوَ قَوْلٌ عِنْدَ الشَّافِعِيَّةِ، وَفِي قَوْلٍ آخَرَ: قَدْرُ شِبْرٍ

2 ayaq arasını fəsl etmək (ayırmaq) qaldı. "Şərhu'l-Viqayə"də, (belə deyilir):

"O ikisinin arası, 4 barmaq miqdarı ayrılar. Və o, Şafii'lərin də qövlüdür. Başqa bir qövl isə: 'bir qarış miqdarıdır."

Dedim:

.وَلَمْ أَجِدْ عِنْدَ السَّلَفِ فَرْقًا بَيْنَ حَالِ الْجَمَاعَةِ وَالِانْفِرَادِ فِي حَقِّ الْفَصْلِ بَيْنَ قَدَمَيِ الرَّجُلِ

Mən, sələfdə, kişinin 2 ayağı arasını açması haqqında, camaat halı ilə infirad (tək qılmaq) halı arasında bir fərq tapmadım.

بِأَنَّهُمْ كَانُوا يُفَصِّلُونَ بَيْنَ قَدَمَيْهِمْ فِي حَالِ الْجَمَاعَةِ أَزْيَدَ مِنْ حَالِ

(Ki) onlar, camaat halında ayaqlarının arasını, infirad (tək qılmaq) halından daha çox açırdılar. (haşiyə)

-----------------------------

(Haşiyə:

Əgər topuqları birləşdirmək, sünnətdirsə; bundan o nəticə çıxır ki, tək namaz qılarkən ayaqların vəziyyətilə, camaat halında ayaqların vəziyyəti, bir-birindən fərqli olacaq.

Burda İmamın qəsdi də, budur ki, əgər elədirsə, sələfdən belə bir tətbiqat bizə çatıbmı? 

Əgər camaat və tək halda namaz qılarkən ayaqların vəziyyəti bir-birindən fərqli olsaydı, əlbəttə bu haqda rəvayət edilərdi. Halbuki, belə bir rəvayət yoxdur. Və heç bir sünni məzhəb, camaat namazında topuqları birləşdirməyi, sünnət olaraq zikr etməmişdir.

------------------------------

وَهَذِهِ الْمَسْأَلَةُ أَوْجَدَهَا غَيْرُ الْمُقَلِّدِينَ فَقَطْ، وَلَيْسَ عِنْدَهُمْ إِلَّا لَفْظُ الْإِلْزَاقِ

Bu məsələni, yalnız qeyr-i müqəllidlər icad ediblər. Və onlar nəzdində (yəni, onların əllərində), (mətndəki) "ilzəq/bitişdirmək" ləfzindən başqa (bir şey) yoxdur.

وَلَيْتَ شِعْرِي مَاذَا يَفْهَمُونَ مِنْ قَوْلِهِمُ: الْبَاءُ لِلْاِلْتِصَاقِ

Kaş ki biləydim, "Bə (hərfi), iltisaq (bitişmək) üçündür." sözündən, nəyi fəhm edirlər?!

ثُمَّ يُمَثِّلُونَهُ: مَرَرْتُ بِزَيْدٍ

Sonra da: "Mərartu bi Zeydin = Zeydin yanından keçdim." (kəliməsini) misal gətirirlər.

فَهَلْ كَانَ مُرُورُهُ بِهِ مُتَّصِلًا بَعْضُهُ بِبَعْضٍ أَمْ كَيْفَ مَعْنَاهُ؟

Onun keçməsi, bir-birinə bitişmiş olmaq demək idi? Yoxsa, (burda) onun (yəni, bi-nin) mənası, necədir?

 

ثُمَّ إِنَّ الْأَمْرَ لَا يَنْفَصِلُ قَطُّ إِلَّا بِالتَّعَامُلِ

Sonra, şübhəsiz, bir iş, sadəcə təamul (o hədislə əməl) ilə ayrılar (yəni, həll edilər).

"وَفِي مَسَائِلِ التَّعَامُلِ لَا يُؤْخَذُ بِالْأَلْفَاظِ, كَلَفْظِ: «فَوْقَ الصَّدْرِ

Və təamul (hədislə əməl) məsələsində isə, (hökm), ləfzlərlə (yəni, ləfzlərə görə) götürülməz. "Sinənin üstündə" ləfzi kimi...

عِنْدَ ابْنِ خُزَيْمَةَ، فَإِنَّهُ مِنْ تَوَسُّعِ الرُّوَاةِ قَطْعًا، لِأَنَّهُ لَمْ يَعْمَلْ بِهِ أَحَدٌ مِنَ الْأَئِمَّةِ

ibn Xuzeymə nəzdində, o, qəti olaraq, ravilərin əlavəsidir. Çünki, onunla, imamlardan heç biri əməl etməmişdir.

.وَلَا يُوجَدُ الرَّفْعُ بِهَذَا النَّوْعِ فِي كُتُبٍ مِنَ الشَّافِعِيَّةِ، إِلَّا فِي «الْحَاوِي» لِلْمَاوَرْدِيِّ، وَهُوَ أَيْضًا مُسَامَحَةٌ عِنْدِي

-Mavərdi'nin "əl-Havi" (kitabı) istisna olmaqla- Şafii'lərin kitablarında, (əlləri), bu növ (yəni, şəkil) ilə qaldırmaq yoxdur.

فَإِنَّ الرَّاوِيَ أَضَافَ لَفْظَ: «عَلَى الصَّدْرِ» بَعْدَ مُرُورِ الْقُرُونِ

Şübhəsiz, ravi, əsrlərin keçməsilə, -sinə üzərinə- ləfzini əlavə etmişdir.

ثُمَّ لَمْ يُرَدْ بِهِ إِلَّا قَرِيبًا مِنَ الصَّدْرِ

Sonra, onunla, ancaq sinəyə yaxın (olan yer) murad edilmişdir.

وَلَيْسَ الطَّرِيقُ أَنْ يُبْنَى الدِّينُ عَلَى كُلِّ لَفْظٍ جَدِيدٍ بِدُونِ النَّظَرِ إِلَى التَّعَامُلِ

Təamul (hədislə əməl)'ə nəzər etmədən, dinin, hər yeni ləfz üzərinə bina edilməsi, bir yol deyildir.

وَمَنْ يَفْعَلُ ذَلِكَ لَا يَثْبُتُ قَدَمُهُ فِي مَوْضِعٍ

Kim onu edərsə, onun ayağı, bir yerdə sabit qalmaz.

وَيُخَرِّجُ كُلَّ يَوْمٍ مَسْأَلَةً

Və hər gün, bir məsələ çıxarar.

.فَإِنَّ تَوَسُّعَ الرُّوَاةِ مَعْلُومٌ، وَاخْتِلَافَ الْعِبَارَاتِ وَالتَّعْبِيرَاتِ غَيْرُ خَفِيٍّ فَاعْلَمْهُ

Şübhəsiz, ravilərin (mətni, ləfzlə) genişləndirmələri, məlumdur. Və ibarə və təbirlərin ixtilafı isə, gizli deyildir. Bunu bil!

فَاللَّفْظُ وَإِنْ كَانَ يَصْلُحُ لِلْوَضْعِ فَوْقَ الصَّدْرِ

Elə isə, ləfz, (hətta) sinənin üzərinə qoyulmağa əlverişli olsa da...

.لَكِنْ لَمَّا فَقَدْنَا الْعَمَلَ بِهِ عَلِمْنَا أَنَّهُ مِنْ تَوَسُّعِ الرُّوَاةِ، فَهُوَ بِدْعَةٌ عِنْدِي

Lakin, onunla əməli tapa bilmədiyimiz üçün, bildik ki, şübhəsiz o, ravilərin genişləndirməsidir. Və o, Mənim nəzdimdə, bidətdir.

 

وَسَأَلَ عَنْهُ أَبُو دَاوُدَ الْإِمَامَ أَحْمَدَ رَحِمَهُ اللهُ تَعَالَى

əbu Davud, imam Əhməd (rahiməhullahu Taala)'dan bu haqda soruşmuş:

فَقَالَ: لَيْسَ بِشَيْءٍ

O (da): "Bir şey deyildir." demişdir.

"كَذَا فِي كِتَابِ «الْمَسَائِلِ

"Məsail" kitabında da, belədir. (haşiyə)

---------------------------

(Haşiyə:

"Məsail" kitabında, belə keçir:

قَالَ أَبُو دَاوُدَ: قُلْتُ لِأَحْمَدَ: وَضْعُ الْيَمِينِ عَلَى الشِّمَالِ فِي الصَّلَاةِ تَخْتَارُهُ؟ قَالَ: نَعَمْ

وَسَمِعْتُهُ سُئِلَ عَنْ وَضْعِهِ، فَقَالَ: فَوْقَ السُّرَّةِ قَلِيلًا، وَإِنْ كَانَ تَحْتَ السُّرَّةِ فَلَا بَأْسَ

وَسَمِعْتُهُ يَقُولُ: يَكْرَهُ أَنْ يَكُونَ، يَعْنِي: وَضْعَ الْيَدَيْنِ عِنْدَ الصَّدْرِ

əbu Davud dedi:

- Əhmədə dedim: "Namazda sağı solun üstünə qoymağı seçirsən?"

- O: "Bəli" (deyə) cavab verdi.

Və eşitdim ki, Ondan (əllərin) qoyuluş yeri haqqında soruşuldu. (İmam Əhməd) dedi:

"Göbəyin bir az üstündə. Göbəyin altında olsa da, bir beis yoxdur."

Və eşitdim ki, deyirdi: "(İmam Əhməd), olmasını məkruh görür." - yəni əlləri sinənin yanında qoymaq.

əbu Davud, "Kitab-u Məsaili'l-imam Əhməd rivayət-u əbi Davud əs-Sicistani", məsələ no: 222-224, [Tariq İvazullah təhqiqi ilə]

 

• Kəşmiri'nin, "O, bir şey deyildir." (deyə) imam Əhməd'ə nisbət etdiyi sözə gəlincə:

İmam Əhmədin üsulunda bir ravi zəifdirsə, onun tək gətirdiyi ziyadəyə "ləysə bi şey = bir şey deyildir" deyir.

Kəşmiri (rahmətullahi aleyh) də, məhz bunu nəzərdə tutaraq, "ləysə bi şey" sözünü imam Əhmədə nisbət etmişdir. Məsələn,

İmam Əhməd'in oğlu Abdullah, Vazi' b. Nafi haqqında, imam Əhməd'in belə dediyini nəql edir:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ أَحْمَدَ قَالَ: سُئِلَ يَحْيَى بْنُ مَعِينٍ وَأَنَا أَسْمَعُ عَنِ الْوَازِعِ بْنِ نَافِعٍ فَقَالَ: لَيْسَ بِثِقَةٍ... وَسَأَلْتُ أَبِي عَنْهُ فَقَالَ: لَيْسَ حَدِيثُهُ بِشَيْءٍ

Bizə Abdullah ibn Əhməd xəbər verdi. O dedi:

Yəhya b. Main'dən, (Vazi b. Nafi haqqında) soruşuldu; mən də eşidirdim, o dedi: "Siqa deyil."

Mən də atamdan onun haqqında soruşdum, o dedi: "Onun hədisləri, bir şey deyildir."

(əl-Uqayli, "əd-Duafau'l-Kəbir, 4/330)

------------------------------

.وَهَذَا الَّذِي عَرَضَ لِلْمُحَدِّثِينَ، فَإِنَّهُمْ يَنْظُرُونَ إِلَى حَالِ الْإِسْنَادِ فَقَطْ، وَلَا يُرَاعُونَ التَّعَامُلَ

Mühədisslərdə baş verən budur ki, onlar, yalnız, isnadın halına nəzər edirlər; (ancaq), təamulə (isə), riayət etmirlər.

فَكَثِيرًا مَا يَصِحُّ الْحَدِيثُ عَلَى طَوْرِهِمْ

Buna görə də, hədis, onların üsuluna görə, çox vaxt səhih sayılır.

ثُمَّ يَفْقِدُونَ بِهِ الْعَمَلَ فَيَتَحَيَّرُونَ

Sonra isə, (mühəddislər), onunla əməl tapa bilmirlər və heyrətə düşürlər.

:حَتَّى أَنَّ التِّرْمِذِيَّ أَخْرَجَ فِي «جَامِعِهِ» حَدِيثَيْنِ صَالِحَيْنِ لِلْعَمَلِ، ثُمَّ قَالَ

Hətta, Tirmizi, "Cami"sində, əməl üçün 2 hədis təxric edir, sonra isə belə deyir:

.إِنَّهُ لَمْ يَعْمَلْ بِهِمَا أَحَدٌ، وَذَلِكَ لِفِقْدَانِ الْعَمَلِ لَا غَيْرُ، وَإِلَّا فَإِسْنَادُهُمَا صَحِيحٌ

"Şübhəsiz, heç kim, o ikisilə əməl etməmişdir. Və o, əməlin itməsindən dolayıdır. Başqa bir şeydən dolayı deyildir. Ancaq, hər ikisinin isnadı, səhihdir." (haşiyə)

------------------------

(Haşiyə:

«مَنْ شَرِبَ الْخَمْرَ فَاجْلِدُوهُ، فَإِنْ عَادَ فِي الرَّابِعَةِ فَاقْتُلُوهُ»

(1) "Kim şərab içsə, ona şallaq vurun. Əgər 4-cü (dəfə) təkrarlasa, onu öldürün." (Tirmizi, hədis no: 1444)

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ: جَمَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ وَبَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِالْمَدِينَةِ مِنْ غَيْرِ خَوْفٍ وَلَا مَطَرٍ

(2) ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Mədinə'də, -qorxu və yağış olmadığı halda-, zöhr ilə əsri; məğrib ilə işanı cəm etdi (yəni, birləşdirdi)." (Tirmizi, hədis no: 187)

------------------------

,وَكَذَلِكَ قَدْ يُضَعِّفُونَ حَدِيثًا مِنْ حَيْثُ الْإِسْنَادِ، مَعَ أَنَّهُ يَكُونُ دَائِرًا سَائِرًا فِيمَا بَيْنَهُمْ

Və beləcə, bəzən, isnad cəhətindən hədisi zəif görürlər; bununla (yəni, zəif olması ilə) bərabər, onların arasında, (bu hədis), (dillərdə) dövr və seyr etməkdə olur.

.وَيَكُونُ مَعْمُولًا بِهِ فَيَتَضَرَّرُ هُنَاكَ مِنْ جِهَةٍ أُخْرَى

Və özü ilə mə'mul (əməl edilən) olur. Beləliklə də, orda (yəni, o məsələdə), başqa bir cəhətdən zərər dəyir. (haşiyə)

-------------------------

(Haşiyə:

Yəni, imamın qəsdi, budur:

Tətbiq edilən bir fiqhi hökm, yıxılmış olur. Və ya ümmətin təvarüs etdiyi əməl, batil edilmiş olur. Və ya insanlar, sünnətdən məhrum edilmiş olur.

Xülasə, təamulu nəzərə almayan, bu cəhətlərlə zərər vurur.

-------------------------

فَلَا بُدَّ أَنْ يُرَاعَى مَعَ الْإِسْنَادِ التَّعَامُلُ أَيْضًا

Bundan dolayı, isnad ilə bərabər təamulun da nəzərə alınması, labüddür.

.فَإِنَّ الشَّرْعَ يَدُورُ عَلَى التَّعَامُلِ وَالتَّوَارُثِ

Şübhəsiz, şəriət, təamul və təvarüs (miras olaraq ötürülmə) üzərinə dövr edir.

Xülasə:

لَمَّا لَمْ نَجِدِ الصَّحَابَةَ وَالتَّابِعِينَ يُفَرِّقُونَ فِي قِيَامِهِمْ بَيْنَ الْجَمَاعَةِ وَالِانْفِرَادِ

Madam ki, (istər) camaat (halında), (istərsə də) infirad (halı)'nda, səhabə və tabiun'un, qiyamlarında bir fərq qoyduqlarını tapa bilmədik...

.عَلِمْنَا أَنَّهُ لَمْ يُرَدْ بِقَوْلِهِ إِلْزَاقُ الْمَنْكِبِ إِلَّا التَّرَاصَّ وَتَرْكَ الْفُرْجَةِ

(Elə isə), bildik ki, "çiyni bitişdirmək" sözü ilə: "sıx durmaq" və "boşluğu tərk etmək"dən başqa bir şey murad edilməyib.

 

ثُمَّ فَكِّرْ فِي نَفْسِكَ، وَلَا تَعْجَبْ: أَنَّهُ هَلْ يُمْكِنُ إِلْزَاقُ الْمَنْكِبِ مَعَ إِلْزَاقِ الْقَدَمِ إِلَّا بَعْدَ مُمَارَسَةٍ شَاقَّةٍ؟

Sonra, öz nəfsində bir düşün və təəccüb etmə:

Çətin məşq(lər)dən sonra belə, çiyini bitişdirmək ilə ayağı bitişdirmək mümkün ola bilərmi?!

وَلَا يُمْكِنُ بَعْدَهُ أَيْضًا

Ondan sonra da mümkün olmaz.

.فَهُوَ إِذَنْ مِنْ مُخْتَرَعَاتِهِمْ لَا أَثَرَ لَهُ فِي السَّلَفِ

Elə isə, o, sələfdə əsəri olmayan ixtira etdikləri (şeylərdən)'dir.

:"وَعِنْدَ أَبِي دَاوُدَ فِي بَابِ وَضْعِ الْيُمْنَى عَلَى الْيُسْرَى فِي الصَّلَاةِ «صَفُّ الْقَدَمَيْنِ وَوَضْعُ الْيَدِ عَلَى الْيَدِ مِنَ السُّنَّةِ

əbu Davud nəzdində (yəni, "Sünən"ində), "Namazda sağı solun üzərinə qoymaq" babında, (belə deyilir):

"Saff-u qadəmeyn = Ayaqları saff etmək (yəni, düzləşdirmək); və əli, əl üzərinə qoymaq, sünnətdəndir." (hədis no: 754)

قُلْتُ: وَمُرَادُهُ اسْتِوَاءُ الْقَدَمَيْنِ مَعَ التَّجَافِي

Dedim:

Onun (bununla) muradı, təcafi (yəni, aralı qoymaq) ilə bərabər 2 ayağı düzləşdirməkdir.

فَلَا يَبْحَثُونَ عَنْ إِلْزَاقِ الْكَعْبَيْنِ أَصْلًا

Bundan dolayı, onlar, heç vaxt, topuqları bitişdirməyin arxasınca düşməmişdilər.

وَلَا يَذْكُرُونَ فِيهِ إِلَّا الصَّفَّ

Və onda, ayaqları düzləşdirməkdən başqa bir şey də zikr etmirlər.

 

:ثُمَّ فِي النَّسَائِيِّ فِي بَابِ الصَّفِّ بَيْنَ الْقَدَمَيْنِ

Sonra, Nəsai'də ("Sünən", "Kitabu'l-İftitəh" 13-cü bab:) "Bab-u saffi bəynə'l-qadəmeyn fi's-saləh = Namazda, 2 ayaq arasını birləşdirmək babı", hədis no: 892) (belə rəvayət edilir):

«أَنَّ رَجُلًا صَفَّ بَيْنَ الْقَدَمَيْنِ، فَقَالَ لَهُ ابْنُ مَسْعُودٍ رَضِيَ اللهُ عَنْهُ: "خَالَفْتَ السُّنَّةَ، لَوْ رَاوَحْتَ كَانَ سُنَّةً

"Bir kişi, 2 ayaq arasını birləşdirmişdi. ibn Məsud (radiyallahu anh), ona (belə) dedi:

"Sünnətə müxalifət etdi. Əgər muravəha etsəydi, sünnət olardı." (haşiyə)

--------------------------------

(Haşiyə:

Mətn, belədir:

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ، قَالَ حَدَّثَنَا يَحْيَى، عَنْ سُفْيَانَ بْنِ سَعِيدٍ الثَّوْرِيِّ، عَنْ مَيْسَرَةَ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرٍو، عَنْ أَبِي عُبَيْدَةَ، أَنَّ عَبْدَ اللَّهِ

رَأَى رَجُلاً يُصَلِّي قَدْ صَفَّ بَيْنَ قَدَمَيْهِ فَقَالَ: خَالَفَ السُّنَّةَ وَلَوْ رَاوَحَ بَيْنَهُمَا كَانَ أَفْضَلَ

Bizə, Əmr b. Aliyy xəbər verdi; bizə, Yəhya xəbər verdi; O (yəni, Yəhya) ---> Süfyan b. Səid əs-Sevri'dən; o ---> Məysərə'dən; (Məysərə) ---> Minhal b. Amr'dan; (Minhal) ---> əbu Ubeydə'dən; (əbu Ubeydə) ---> Abdullah (b. Məsud)'dan (belə rəvayət edir):

(Abdullah b. Məsud), namaz qılan bir kişi gördü. (Bu kişi), iki ayağını bir-birinə birləşdirmişdi (mətnin ərəbcəsində: saffə bəynə qadəməyhi).

- (ibn Məsud) dedi: "Sünnətə müxalifət etdi. Əgər, muravəha etsəydi (yəni, 2 ayaq arasında növbələşsəydi; yəni, növbə ilə ağırlığını, bəzən sağ ayağa; bəzən də sol ayağına versəydi və ya rahat öz halı üzərinə buraxsaydı), daha əfdal olardı."

Not: Bütün raviləri, siqadır!)

---------------------------------

وَمُرَادُهُ بِعَكْسِ مَا هُنَاكَ

Onun (burdakı) muradı, ordakının tam əksidir.

.أَيْ يَضُمُّ بَيْنَ قَدَمَيْهِ، وَلَا يَتْرُكُ فُرْجَةً بَيْنَهُمَا

Yəni: 2 ayaq arasını birləşdirir; və ikisi arasında, boşluq buraxmır.

.وَأَرَادَ بِالْمُرَاوَحَةِ: التَّفْرِيجَ بَيْنَ الْقَدَمَيْنِ

"Muravəha" ilə, "2 ayaq arasını açmaq (aralı qoymaq)." murad etdi.

فَالصَّفُّ عِنْدَ أَبِي دَاوُدَ بِعَكْسِ مَا فِي النَّسَائِيِّ فَتَنَبَّهْ

Bundan dolayı, əbu Davud'dakı "saff" (kəliməsi), Nəsai'dəki ("saff" kəliməsinin) əksidir. Buna diqqət et! (haşiyə)

--------------------------------

(Haşiyə:

İmamın, burda, "saff" kəliməsini misal verməsindəki qəsdi, budur:

-Hədis mətnindən də öyrəndiyimiz kimi- əgər insanın, öz 2 ayağını bir-birinə bitişdirməsi, sünnətə müxalifdirsə; iki fərqli adamın, ayaqlarını bir-birinə bitişdirməsi, necə sünnət ola bilər?!

Demək ki, Buxari'dəki "ilzəq/bitişdirmək" ləfzi də, əbu Davud'dakı "saff" ləfzi kimi, "düz dayanmaq" mənasındadır. "Bitişdirmək" mənasında deyil.

----------------------------

.فَإِنَّهُ لَيْسَ مِنَ الْمُصْطَلَحَاتِ لِيُلْزَمَ بِالْمُخَالَفَةِ

Şübhəsiz, o (yəni "saff" kəliməsi), özünə müxalifət edilməsi lazım gələn (yəni, həmişə eyni mənada başa düşülməli olan) istilah (termin)'lərdən deyildir.

...وَلَا تَتَوَهَّمْ أَنَّ بَيْنَ اللَّفْظَيْنِ تَنَاقُضًا، فَإِنَّهُ يَبْنِي

İki ləfz arasında tənaquz (ziddiyyət) olduğunu vəhm etmə! Şübhəsiz, o (yəni, hər bir alim), bina edir (yəni, hər biri, öz görüşünü, öz dəlilinə əsasən qurur)...

İmam Muhamməd Ənvərşah əl-Kəşmiri əl-Hənəfi, "Feydu'l-Bari alə Sahihi'l-Buxari"

--------------------------------

--------------------------------

Əlavələr:

Namazda topuqlar birləşdirilməlidirmi? (2)

https://suallarlaislam.com/sual/namazda-topuqlar-birl%C9%99sdirilm%C9%99...

Namazda topuqlar birləşdirilməlidirmi? (3)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

Read 572 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR