Namazda topuqlar birləşdirilməlidirmi? (4)
٧٦ - بَابُ إِلْزَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ وَالْقَدَمِ بِالْقَدَمِ فِي الصَّفِّ.
76- Səfdə, çiyni, çiynə; ayağı (da), ayağa bitişdirmək babı
وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ: «رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ».
Numan b. Bəşir dedi:
Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna bitişdirir(di).
-----------------------
(Şərhi):
(بَابُ: إِلْزَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ، وَالْقَدَمِ بِالْقَدَمِ) أَيْ: نُدِبَ ذَلِكَ.
• "Səfdə, çiyni, çiynə; ayağı (da), ayağa bitişdirmək babı"
Yəni: "O, məndub görülmüşdür."
(رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ) بِضَمِّ الْيَاءِ.
• "Bizdən, bir adam gördüm."
("Yulziqu" kəliməsindəki) "yə" (hərfi), damma ilədir.
(كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ) هُوَ بَعْضُ حَدِيثٍ رَوَاهُ أَبُو دَاوُدَ.
• "Topuğunu, dostunun topuğuna..."
O, əbu Davud'un rəvayət etdiyi hədisin bir qismidir. (hədis no: 662)
وَالْكَعْبُ: هُوَ الْعَظْمُ النَّاتِئُ بَيْنَ السَّاقِ وَالْقَدَمِ.
Topuq: baldırla sümük arasındakı çıxıntılı sümükdür.
--------------------------------
--------------------------------
٧٢٥ - حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ، قَالَ: حَدَّثَنَا زُهَيْرٌ، عَنْ حُمَيْدٍ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي، وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ».
725- Amr b. Xalid bizə xəbər verdi. Dedi:
Bizə, Zuheyr, Humeyd'dən; Ənəs'dən; Nəbi (sallallahu aleyhi və səlləm)'dən xəbər verdi. (Nəbi, belə) buyurdu:
"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."
Və bizdən biri, çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına bitişdirirdi.
------------------------
(Şərhi):
(عَمْرُو بْنُ خَالِدٍ)
• "Amr b. Xalid"
فِي نُسْخَةٍ: «عَمْرٌو، وَهُوَ ابْنُ خَالِدٍ».
(Bir) nüsxədə: "Amr. O, Xalid'in oğludur." (deyə keçməkdədir).
(عَنْ أَنَسٍ) أَيْ: «ابْنِ مَالِكٍ»، كَمَا فِي نُسْخَةٍ.
• "Ənəs'dən"
Yəni: "ibn Malik." Necə ki, (bir) nüsxədə (belə keçir).
(وَكَانَ أَحَدُنَا إِلْخَ)
• "Bizdən biri..." ila axir...
هُوَ قَوْلُ أَنَسٍ،
O, Ənəs'in sözüdür.
وَأَرَادَ بِهِ الْمُبَالَغَةَ فِي تَسْوِيَةِ الصَّفِّ، وَسَدِّ خَلَلِهِ؛
Bununla, səfi düzəltməkdə mübaliğə və boşluğu örtmək murad etmişdir.
لِيَمْتَنِعَ الشَّيْطَانُ مِنْ دُخُولِهِ الْفُرَجَ،
Şeytan'ın, boşluqlara daxil olmasına mane olmaq üçün...
وَقَدْ وَرَدَ الْأَمْرُ بِذَلِكَ فِي خَبَرِ أَبِي دَاوُدَ وَغَيْرِهِ، بِلَفْظِ:
əbu Davud (hədis no: 666) və başqalarının xəbərlərində, buna dair, bu ləfzlə bir əmr varid olmuşdur:
«أَقِيمُوا صُفُوفَكُمْ، وَحَاذُوا بَيْنَ الْمَنَاكِبِ، وَسُدُّوا الْخَلَلَ، وَلَا تَذَرُوا فُرَجَاتِ الشَّيْطَانِ، وَمَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللَّهُ، وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللَّهُ عَزَّ وَجَلَّ»
"Səflərinizi düzəldin; çiyinlərinizi bir hizaya gətirin; boşluğu örtün; və şeytan üçün boşluq buraxmayın. Kim səfi birləşdirərsə, Allah (da) onu birləşdirər. Kim səfi kəsərsə, Allah (da) onu kəsər."
Zəkəriyyə əl-Ənsari əş-Şafii, "Minhətu'l-Bari bi şərh-i Sahihi'l-Buxari" (digər adı ilə: "Tuhfətu'l-Bari")
https://shamela.ws/book/18106/1085?fbclid=IwY2xjawVZxbxleHRuA2FlbQIxMQBw...
