Namazdan sonra ayətu'l-kursi oxumaq sünnətdirmi?

933. Həsən b. Əli (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Hər kim, fərz namazların ardından ayətu'l-kursini oxuyarsa, bir sonrakı namaza qədər, uca Allahın zimmətindədir."

Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lll, 85) rəvayət etmişdir. İsnadı, həsəndir

--------------------------------

--------------------------------.

934. əbu Umamə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Hər kim, fərz namazın ardından ayətu'l-kursini oxuyarsa, cənnətə girməsinə, ölümdən başqa bir əngəl yoxdur."

Hədisi, Nəsai ("Aməlu'l-yəvm və'l-ləylə", s. 100) rəvayət etmiş; ibn Hibban ("Kitabu's-Salat"), səhih olduğunu bildirmişdir. Taberani ("Kitabu'd-dua", 675), bu hədisə, İxlas surəsini də əlavə etmişdir. (ibn Həcər, "Büluğu'l-Məram", l, 57)

"ət-Tərğib"də (ll, 448), hədisin isnadının, bu əlavə ilə də "ceyyid" olduğu bildirilmişdir.

(Təhanəvi, "İlaus-Sünən")

Read 21 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR