Namazdan sonra camaatla bərabər dua etmək bidətdirmi?

Bəzi Hind diyarlarındakı bidətçilərə, Allah rəhmət etsin. Bu diyarlarda, "Allahummə! Əntə's-sələmu və minkə's-sələmu" oxunduqdan sonra, imam və camaat, fərz namazın arxasından, dərhal qalxıb namaza dururlar. Sonra, sünnətləri və nafilələri qılıb bitirdikdən sonra, imam, ilk əvvəl, fatihə oxuyur; arxasınca da, ikinci dəfə, açıqdan dua edir. Camaat isə, imamın duasına, "amin" deyir. Bu tətbiqat, mütəmadi və heç istisnasız edilməkdədir. Hətta, bəzi cahillər, sünnət və nafilədən sonra, imam və camaatın bərabər dua etməsinin, zəruri olduğunu zənn etməkdədirlər. Necə ki, bunlar, imamın, sünnət və nafilələri uzun-uzadı qılması səbəbilə gecikdiyini gördüklərində, özlərinə: "Biz, ikinci duanı gözləyirik. İmam isə, namazını uzadır." deyərək, şikayət edirlər. Hətta, məscidlərin mütəvəlli heyəti, vəzifəli imamı, sünnət və nafilə namazlardan sonra, bəhsi keçən duanı, heç tərk etmədən etməyə məcbur edirlər. Buna razı olmayan imamı isə, imamlıqdan uzaqlaşdırıb ayıblayırlar. Özləri kimi hərəkət etməyən şəxsin arxasında, namaz qılmırlar.

Allaha and olsun ki, bu, dində sonradan uydurulmuş bir bidətdir.

~ Mətndə, 12-ci hədisdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, cümə namazından və ya məğrib namazından sonra 2 rükəti gedib evində qıldığını öyrənmiş olduq. Bu, həsən bir hədisdir.

~ Mətnin 13-cü hədisində (916 no-lu hədis) isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "İnsanın evdə qıldığı namazmı daha fəzilətlidir, yoxda məsciddə qıldığı namazmı?" deyə soruşulduğunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Evimin, məscidə nə qədər yaxın olduğunu görmürsənmi? Fərz namazlar xaric, evimdə namaz qılmaq, məsciddə qılmaqdan Mənə daha sevimlidir." buyurduğunu öyrəndik. Bu hədis, səhih və ya həsəndir.

Bütün bu hədislər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnət və nafilə namazları əda etməkdə, ümumi olaraq adətinin, bunları, evində qılmaq şəklində olduğunu göstərməkdədir. Heç bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bunları, evdə qıldıqdan sonra dua üçün məscidə geri qayıtdığı ifadə edilməməkdədir. Zatən, belə bir tətbiqatda məşəqqət olduğu, çox açıqdır. Digər tərəfdən, bir məndub, öz səviyyəsindən daha yuxarı yüksəldiyində, məkruha çevrilir. Bir nümunə verməli olsaq, ibadətlə bağlı xüsuslarda, həmişə sağdan hərəkət etmək, müstəhəbdir. Lakin, ibn Məsud (radiyallahu anh), xalqın, bunun vacib olduğuna inanacağından qorxduğu üçün, istisnasız belə hərəkət etməyin, məkruhluğuna işarət etmişdir. Müstəhəb belə olarsa, hər hansı bir bidət və ya münkəri israrla etmək, necə olar?!

Qarşı tərəf, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bəzən, məsciddə nafilə namaz qıldığı yolundakı tətbiqatını dəlil olaraq gətirə bilməz! Bəhsi keçən rəvayətlərdən biri, Tahavi'nin, ibn Abbas (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayətdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), işa namazını qıldı. Ardından, nafilə namaza durdu. Məsciddə, Özündən başqa heç kim qalmayana qədər, namazına davam etdi." (Tahavi, "Məani'l-Asar", l, 339)

Bir digər rəvayət isə, əbu Davud'un, ibn Abbas (radiyallahu anh)'ın:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), məğrib namazının fərzindən sonra qıldığı namazda, qiraətini, məsciddə olanlar gedənə qədər uzadardı." şəklindəki xəbəridir. (əbu Davud, "Tatavvu"/15)

Məsciddə namaz qılına biləcəyini, kimsə inkar etmir. Bizim üzərində durduğumuz nöqtə, bunun, əfdal olub-olmadığı və ardından hamı birlikdə dua edilib-edilməyəcəyidir. Nafilə namazın evdə qılınmasının fəziləti haqqında, qövli (sözlü) hədis vardır. Üsul elmində ifadə edildiyi üzərə, qövli hədis, feli hədisdən əvvəl götürülür. Dolayısı ilə, tətbiqat, caizliyin bəyan edilməsi şəklinə həml edilir. Bu rəvayətlərdə və başqalarında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, nafilələrin ardından, camaatla bərabər dua etdiyini göstərən hər hansı bir ifadə yoxdur. Tam əksinə, başa düşülən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, məsciddəki camaat dağılana qədər, namaz və qiraətlə məşğul olmağa davam etdiyidir. Qarşı tərəfin, məsciddə nafilə namazdan sonra dua edilməsinin isbat yolunda axtardıqları dəlil, bu rəvayətlərin harasındadır?! Əksinə, imamı və camaatı, məsciddə sünnət və nafilə qılmaq şəklindəki öz tətbiqatlarına məcbur etdikləri təqdirdə, bu hərəkətləri, məşru və daha fəzilətli olana dəyişdirmək və uca Allahın genişlik bəxş etdiyi şeyi daraltmaq mənasına gəlir. Bu da, dində, haram olan bidətdir.

Mətndə, əbu'l-Əhvəs vasitəsilə, ibn Məsud (radiyallahu anh)'ın:

"İmam namazı bitirmiş; hələ yerindən qalxmamış və başqa bir tərəfə çəkilməmiş ikən belə, camaatdan biri, ehtiyaclarından dolayı gedər və imamı tərk edərsə, namazı, tamamlanmış olar." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", lX, 182) dediyi, daha əvvəl (917 no-lu hədisdə) keçmişdi. Bu rəvayətin raviləri, siqadır.

Bundan daha açığı isə, "Məcmau'z-Zəvaid"dədir. Heysəmi: "Raviləri, Səhih'in raviləridir." deyərək, yenə ibn Məsud (radiyallahu anh)'dan, belə nəql etməkdədir:

"İmam, salam verdiyində, camaatdan birinin ehtiyacı varsa, imam salam verdiyinə görə, üzünü camaata çevirməsini, gözləməsin. Çünki, namazdan ayrılmaq, salam verməklədir." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", lX, 268; Heysəmi, "Məcmau'z-Zəvaid", ll, 147)

Bütün bu rəvayətlər, imam namazı bitirib salam verdikdən sonra, camaatdan hər hansı birinin, namazdan çıxıb ehtiyacı ardınca getməsinin caizliyini göstərməkdədir. Sünnət və nafilələrdən sonra dua etməyi gərəkli görmək, bu caizliyi dəyişdirmək; imamı və camaatı, ortada hər hansı bir səbəb yox ikən, sıxışdırmaq mənasına gəlir. Çünki onlar, nafilə namazları məsciddə və ya evdə ya da istədikləri hər hansı bir yerdə qılmaq və ya fərz namazdan sonra ehtiyacları arxasınca getməkdə, şəran (şəriə cəhətdən) bir genişlik və ruxsat içindədirlər. Uca Allah, belə buyurur:

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ...

"Namaz başa çatdıqdan sonra, yer üzünə dağılıb Allahın lütfünü axtarın..." (Cümə/10)

Bu qrupa, gərək fərz, gərək nafilə hər namazdan sonra dua xüsusunda, ümumi təşviq dəlil ola bilməz. Çünki, bunda, bəhsi keçən duanın hər kəs birlikdə və imamı gözləyərək ediləcəyi bildirilməməkdədir. Şurunbulali'nin, "Nuru'l-İzah" və şərhindəki bu ifadələri də, bunlara dəlil ola bilməz:

"Fərzdən sonrakı sünnəti əda etmək üçün, fərzin dərhal ardından ayağa qalxmaq, sünnətdir."

Bunun şərhində isə, belə deyilməkdədir:

"İmamın salamdan sonra (sol tərəfinə çəkilməsi), fərzdən sonrakı sünnəti qılması, müstəhəbdir. İmamın, sünnətdən sonra üzünü camaata çevirməsi, 3 əstəğfirullah demələri, fələq, nas və ayətu'l-kürsini oxumaları, 33 subhanallah, əlhəmdulilləh və Allahu əkbər demələri, sonra əllərini qaldıraraq özlərinə və müsəlmanlara dua etmələri, müstəhəbdir."

Bu ifadədə, bütün bunların və duanın sünnətdən sonra birlikdə oxunacağını və bunların hamısının məsciddə ediləcəyini göstərən, hər hansı bir ünsür yoxdur. Çünki, cəm siğası, toplanmağı və birlikdə etməyi, əsas etibarı ilə gərəkdirməz. Bunu, üsulçular, açıqca bildirməkdədirlər. Şurunbulali'nin söyləmək istədiyi; fərz namazlardan sonra, müsəlmanların riayət edilən duaları oxumalarıdır. Ancaq, hər müsəlman, öz başına oxuyacaq və hər bir fərd, özünə və müsəlmanlara dua edəcəkdir. Çünki, Şurunbulali'nin şəxsən özü, bundan əvvəl: "Sünnətlərdə əfdal olanın -istər evində, istər başqa bir yerdə- onları riyadan daha uzaq bir şəkildə və tam bir ixlas içində, əda etməsidir." deməkdədir. (s. 182)

Sünnətlərin, Şurunbulali'yə görə, ev və bənzəri yerlərdə qılınması, daha əfdal olduğuna görə: "Allaha istiğfar edib həmd edərlər." şəklindəki ifadəsini, bunların, topluca məsciddə ediləcəyi şəklinə həml etməyin imkanı vardırmı?! Bununla bərabər, Şurunbulali'nin, bundan əvvəl, "Məcmau'r-Rivayət"dən nəqlən: 'İnsan, namazını bitirdiyində, virdini, istərsə oturaraq, istərsə ayaqda oxuyar.' deməkdədir. "İmamın sünnətdən sonra üzünü camaata çevirməsi, müstəhəbdir." sözünün mənası, imam, dua üçün üzünü çevirər demək deyildir. Əksinə, fərz namazda, imam olması dolayısı ilə, kürəyinin camaata çevrilmiş olmasını ortadan qaldırmaq, müstəhəbdir. Bu, istər olduğu yerdə oturaraq üzünü onlara çevirmək şəklində olsun; istərsə də ehtiyacı arxasınca getmək üzərə ordan ayrılmaq şəklində olsun, fərqi yoxdur. Necə ki, Şurunbulali'in şəxsən özü, bu xüsusdakı muxayyərliyi açıqca bildirməkdədir (s. 182). Çünki, bütün bu hərəkətlər, bəhsi keçən kürəyin dönüklüyünü ortadan qaldıran fellərdir. Bunu bil!

(Təhanəvi, "İ'lau's-Sünən", s. 1004-1008)

--------------------------

--------------------------

Əlavələr:

Günümüzdə, belə tətbiqatların mövcud olması və davam etməsi, möhtəmələn:

~ toplu zikr və dua tərk edildiyində, camaatın buna etiraz edəcəyi (ki, yuxarıdakı mətndə, camaatın imam üzərində təsiri haqqında danışıldı); və ya

~ bu zikr və duaların, tək halda oxunmayacağı qorxusundan

qaynaqlanmaqdadır. Dolayısı ilə, "Heç edilməməsindənsə, toplu halda edilməsi, daha yaxşıdır." deyə düşünülməkdədir.

Ancaq burda, bir sünnətin ortadan qaldırılıb, yerinə bir bidətin ihdas edildiyinə diqqət edilməlidir!

Read 32 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR