Namazdan sonra dua etmək sünnətdirmi?

936. Əhməd b. əl-Həsən'in, əbu İshaq Yaqub b. Xalid əl-Bəlisi ---> Əbdü'l-Əziz b. Abdu'r-Rahmən əl-Quraşi isnadı ilə, Ənəs (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Qıldığı hər namazın ardınca, əllərini açıb:

اللَّهُمَ إلَهِي وَإلَهَ إبْرَاهِيْمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ، وَإلَهَ جَبْرَئِيلَ وَمِيْكَائِيْلَ وَإسْرَافِيْلَ ، أسْألُكَ أنْ تَسْتَجِيْبَ دَعْوَتِي فإنِّي مُضْطَرٌّ ، وَتَعْصِمَنِي في دِيْنِي فَإنِّي مُبْتَلَىً ، وَتَنَالَنِي بِرَحْمَتِكَ فَإِنِّي مُذْنِبٌ ، وَتَنْفِيَ عَنِّي الْفَقْرَ فَإِنِّي مُتَمَسْكِنٌ.

'Allahummə iləhi və iləhə İbrahim və İshaq və Yə'qub və İləhə Cibrail və Mikəil və İsrafil. Əsəlukə ən təstəcibə də'vəti. Fə inni mudtarrun və tə'siməni fi dini. Fə inni mubtələn. Və tənələni bi rahmətikə. Fə inni muznibun. Və tənfiyə ənni'l-faqra. Fə inni mutəməskinun.'

Yəni:

'Ey mənim, İbrahim, İshaq və Yaqubun, Cəbrail, Mikail və İsrafilin ilahı olan Allahım! Səndən, duama icabət etməyini istəyirəm. Mən, çarəsiz bir haldayam. Məni, dinim xüsusunda qorumağını istəyirəm. Çünki mən, imtahandayam. Məni, rəhmətinə nail et. Çünki mən, günahkaram. Məndən yoxsulluğu nəfy et, çünki mən miskinəm.'

deyə dua edərsə, Allah üzərində haqdır ki, onun əllərini boş çevirməsin."

Hədisi, ibnu's-Sünni, "Əməlu'l-yəvm və'l-ləylə"də (s. 57) rəvayət etmişdir. Allamə Zəbidi, belə deyir:

"Hədisin isnadında, -Mi'zanu'l-İtidal və başqa əsərlərdə bildirildiyi üzərə- haqqında tənqidlər mövcud olan Əbdü'l-Əziz b. Abdu'r-Rahmən yer almaqdadır. Ancaq, fəzilətli əməllər mövzusunda, (onun hədisilə) əməl edilə bilər."

--------------------------

--------------------------

937. əbu Bəkr b. əbi Şeybə'nin "əl-Musannəf"ində, Əsvəd b. Amiri'nin atasından nəql etdiyi bu xəbər, bir əvvəlki hədisi dəstəkləməkdədir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, sabah namazı qıldım. Salam verincə, yerindən ayrıldı və əllərini qaldırıb dua etdi."

Hədis alimləri, "Zəif bir ravinin rəvayətinin, başqa bir zəif rəvayətlə birlikdə nəql edilməsi, o hədisi, süqut dərəcəsindən etibar edilə biləcək bir mərtəbəyə yüksəldər." demişlərdir, ki, bu qayda, hər kəscə məlumdur. (haşiyə)

------------------------

(Haşiyə:

Hədisi, ibn əbi Şeybə ("əl-Musannəf", l, 302) rəvayət etmişdir.

--------------------------

Bu hədis, fərz namazından sonra dua edərkən, əllərin qaldırılacağını, açıqca göstərməkdədir. Hədis, hər nə qədər zəif isə də, ibn əbi Şeybə'nin "Musannəf"ində, Əsvəd rəvayətilə şahidi mövcuddur. Zəif rəvayət, beləcə, bir güc və qüvvət qazanmaqdadır. Digər tərəfdən, müstəhəblik, mövzu (uydurma) olmamaq şərtilə, zəif hədislə də sabit olur. Bunu, ibnu'l-Humam, "Fəthu'l-Qadir"in "Kitabu'l-Cənaiz"ində, açıqca bildirməkdədir. Eyni hökm, Abdulhayy'ın "Fətəva"sında da (ll, 427) yer almaqdadır.

--------------------------

--------------------------

938. əl-Fadl b. Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Namaz, iki-iki qılınar. Hər 2 rükətdə təşəhhüd edər və xuşulu, tazarru (halında) olar, boynunu bükər və əllərini ovuc içləri üzünə çevirəcək şəkildə qaldırar və (belə) deyərsən: 'Yə Rabb, Yə Rabb!' Bunu etməyən şəxs, belədir, belədir."

Hədisi, Tirmizi ("Salat"/166); Nəsai ("əs-Sünənu'l-Kubra", l, 212) və "Səhih"ində (ll, 217) ibn Xuzeymə rəvayət etmişlərdir. (haşiyə)

------------------

(Haşiyə:

Hədisi, ibn Macə, "İqamətu's-Salat"/172; əbu Davud, "Tatavvu"/13 də rəvayət etmişlərdir.)

------------------

ibn Xuzeymə, duanın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aidiyyəti xüsusunda, şübhəsi olduğunu bildirmişdir.

Tirmizi, belə deyir:

"ibnu'l-Mübarək'dən başqası, bu hədisi, 'Belə etməyinin namazı əskikdir.' şəklində rəvayət etmişdir."

Rəvayətin, əbu Davud və ibn Macə'də belə olduğunu bildirməliyik. Hədisin bütün raviləri, siqadır. İbn Xuzeymə'nin bu hədis haqqındakı tərəddüdü, Abdullah b. Nafi əl-Əmyə'dən, İmran b. əbu Ənəs'dən başqasının rəvayət etməməsindən qaynaqlanmaqdadır. Lakin İmran, -Munziri'nin ifadə etdiyi üzərə- siqadır. Onun şeyxi Rəbia b. əl-Haris, "ət-Təqrib"də (s. 58) bildirildiyi üzərə, səhabədir. Nəticə olaraq, hədis, ibn Hibban'ın qaydalarına (hədisi götürmə krtiteriyalarına) görə, səhihdir. Çünki o, "ət-Təhzib"də bildirildiyi üzərə, Abdullah b. Nafi'ni, öz kriteriyaları gərəyincə, siqa ravilərin arasında zikr etmişdir. Munziri'nin "ət-Tərğib"ində, hədisi, "an" ləfzini istifadə edərək nəql etməsi, müqəddiməsində diqqət çəkdiyi üzərə, həsən gördüyünə işarətdir. Üstəlik, ilk 3 nəsildə halı bilinməyən olan bir ravinin rəvayəti, bizim məzhəbimizdə (yəni, Hənəfi məzhəbində), məqbuldur. Çünki, belə bir hədis, nəhayətdə mürsəl olur. Bu da, Hənəfilərə görə, əhəmiyyətli deyildir. İraqi, "Şərhu'l-İhya"da, hədisin isnadı cəhətindən mudtarib (haşiyə) olduğunu bildirməkdədir. Biz, haşiyə qismində, buna cavab verəcəyik.

-----------------------------

(Haşiyə:

Mudtarib: Bir-birinə bərabər müxtəlif surətlərdə rəvayət edilmiş olan hədisdir. Bunun, 1 ravidən 2 və ya daha çox rəvayət edilmiş olması ilə, ikinci bir ravidən və ya tərcih edilmə səbəbi olmayan 2-dən çox ravidən rəvayət edilmiş olması arasında, heç bir fərq yoxdur. Əgər 2 rəvayətdən və ya rəvayətlərdən 1-i, ravisinin hifzi və ya digər tərcih növlərindən birilə mürəccəh (tərcih edilmiş) olarsa, bu halda, hökm, racih (sihhət yönü daha qüvvətli) olan rəvayətindir və hədis, mudtarib olmamış; və mərcuh (racih olmamış) olan rəvayət də, şazz və ya münkər olmuş olur.

İdtirab (rəvayətin mudtarib olması), bəzən sənəddə, bəzən mətndə və bəzən hər ikisində də vaqe ola bilər.)

-----------------------------

-----------------------------

939. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

əbu Səid (radiyallahu anh)'dan,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, salam verdikdən sonra oxuduğu hər hansı bir şeyi xatırlıyırsanmı?" deyə soruşduq. Bizə: "Bəli!" dedikdən sonra, belə cavab verdi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm):

سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ • وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ • وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Subhanə Rabbikə Rabbi'l-izzəti ammə yəsifun. Və sələmun alə'l-mursəlin. Və'l-həmdu lilləhi Rabbi'l-aləmin. (Saffat/180, 181, 182)

Yəni:

'Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır. Elçilərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!' ayələrini oxuyardı."

Hədisi, əbu Yə'lə rəvayət etmiş olub, raviləri, siqadır. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 201)

----------------------------

----------------------------

940. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kim, hər fərz namazın arxasınca,

~ 33 dəfə subhanallah;

~ 33 dəfə əlhəmdulilləh;

~ 33 dəfə də Allahu əkbər

deyərsə, bunların cəmi, 99 edər. 100-cü olaraq da,

~ Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh ləhu'l-mulku və ləhu'l-həmdu və Huvə alə kulli şəyin qadir

deyərsə, günahları, dənizin köpüyü qədər olsa belə, bağışlanar." (Muslim, "Məsəcid"/146)

-------------------------

-------------------------

941. Muslim'in, Ka'b b. Ucrə (radiyallahu anh)'dan nəql etdiyi başqa bir rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bəzi muaqqibət (namazın arxasınca edilən şeylər) vardır ki, onları, hər fərz namazın arxasınca söyləyən -yaxud edən-, heç bir vaxt itirməz. (Bunlar):

~ 33 təsbih etmək (yəni, subhanallah demək);

~ 33 təhmid etmək (yəni, əlhəmdulilləh demək);

~ 34 təkbir gətirmək (yəni, Allahu əkbər demək)'dir." (Muslim, "Məsəcid"/144)

-----------------------

-----------------------

942. Zəzən'in nəqlinə görə, ənsardan bir nəfər, belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazın ardından, 100 dəfə:

'Allahumməğfir və tub alə. İnnəkə Əntə't-təvvəbu'l-ğafur.'

Yəni:

'Allahım! Məni bağışla və tövbəmi qəbul et. (Çünki) Sən, Təvvab (tövbələri çoxca qəbul edən) və Ğafur (çox bağışlayan)'san.' (şəklində) dua edərkən, eşitdim."

Hədisi, ibn əbi Şeybə rəvayət etmişdir ("əl-Musnanəf", Xlll, 462). Hədis, səhihdir. ("Kənzu'l-Ummal", l, 296)

-------------------

-------------------

İraqi, bu (938 no-lu) rəvayətdə keçən fellərin, mudari feli olub, başlarındakı tə'lərdən birinin hazf edildiyini bildirmişdir. Necə ki, əbu Davud'dakı rəvayətdə keçən "və ən təşhədə" ifadəsi, buna dəlalət etməkdədir. Bəzi rəvayətlərdə, kəlimə, isim olaraq qəbul edildiyi üçün, tənvinli gəlməkdədir. Ancaq, bu, bəzi ravilər tərəfindən edilmiş bir təshifdir. Suyuti, bunu, "Qutu'l-Muğtəzi"də bildirməkdədir. Eyni yerdə, Xattabi'nin, hədisdə keçən "iqnau'l-yedeyn" təbirinin, dua edərkən və bir şey istəyərkən, əl qaldırmaq mənasında olduğunu bildirdiyi yer almaqdadır. İbnu'l-Arabi: "Bu, namazın içində deyil, namazdan sonra olur." deməkdədir. İraqi: "Əl qaldırmaq, namaz içində, qunut duaları oxuyarkən ola bilər; çünki, qunut duaları, namazın içindədir." demişdir.

Deyirik:

Əl qaldırmağı, qunut duası oxumaq əsnasına həml etmək, uzaq bir ehtimaldır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Namaz, iki-iki qılınır. Hər 2 rükətdə, bir təşəhhüd oxuyarsan..." şəklindəki ifadəsi, bunun, hər hansı bir şeylə qeydli (bağlanmış) namaz üçün deyil; mütləq namaz üçün sabit bir hökm olduğunu, açıqca bildirməkdədir. Qunut duası, sadəcə bir namazda gətirilmişdir. Qunut duası, bizim (Hənəfi) məzhəbinə görə, vitr namazında; Şafii məzhəbinə görə isə, sübh namazında oxunur. Dolayısı ilə, hər hansı bir dəlil olmadan, mütləqi təqyid etmək; amm olan bir ləfzi, təxsis etmək, caiz deyildir. Bu hədisdə isə, belə bir dəlil mövcud deyildir. Doğrusu, ibnu'l-Arabi'nin, "Əl qaldırmaq, namazda deyil, namazdan sonradır." şəklindəki ifadəsidir. Tirmizi'ni şərh edən əbu't-Tayyib əs-Sindi əl-Mədəni, bu görüşü tərcih etmiş və belə demişdir:

"Namazdan sonra, dua üçün əllərini qaldırarsan. Bu ifadə, bir məhzuf fel üzərinə ətf edilmişdir. Cümlə: 'Namazı bitirdiyin vaxt, salam ver; namazdan sonra, ehtiyacını Allahdan istəmək üçün, əllərini qaldır.' şəklindədir." (Sindi, "Şərhu't-Tirmizi", l, 379)

Bundan dolayı, şeyximiz (Əşrəf Əli ət-Təhanəvi), "ət-Təşərruf bi mərifəti əhədisi't-Tasavvuf" adlı əsərində (s. 22), eynilə belə deyir:

"Bu hədis, namazda xuşu içində olmağın gərəkli olduğunu və namazın sonunda -salehlərin və namaz qılanların adəti olduğu üzərə- əlləri qaldıraraq dua etməyin məşru olduğunu göstərməkdədir. Çünki, namaz içində, əl qaldırılmaz."

Bu hədisin, bir əvvəlki hədisi dəstəkləyən gözəl bir şahidi olduğu görüşündəyik. Üsul elmində, zəif hədis, bir mutabi və ya şahid ilə dəstəkləndiyində, güclənir. Beləcə, hədis, bəzən həsən, bəzən də səhih dərəcəsinə yüksəlir, şəklində, bir qayda vardır. Bu hədis sayəsində, əvvəlki hədisdəki Əbdü'l-Əziz b. Abdu'r-Rahmən'dən qaynaqlanan zəiflik, ortadan qalxmış olmaqdadır.

İraqi'nin, bu hədisin isnadında idtirab olduğu yolundakı iddiasına cavabımız isə, budur:

İdtirab, 2 rəvayət yolundan biri digərinə tərcih edilə bilmədiyində zərərli olur. Tərcih edilə bildiyində isə, isnaddan qaynaqlanan idtirab, ortadan qalxır. Burda da, eynilə belədir. Çünki, Leys b. Sa'd, Tirmizi, Nəsai və ibn Xuzeymə'dəki nəqldə, bu hədisi,

Abdu Rabbih b. Səid ---> İmran b. əbu Ənəs ---> Abdullah b. Nafi b. əl-Amya ---> Rəbia b. əl-Haris ---> əl-Fadl b. Abbas

isnadı ilə nəql etmişlərdir.

Hədisi, "ət-Tərğib və't-Tərhib"də (s. 86) ifadə edildiyi üzərə, əbu Davud və ibn Macə'də,

Şu'bə ---> Abdu Rabih ---> Ənəs b. əbu Ənəs ---> Abdullah b. Nafi əl-Amya ---> Abdullah b. əl-Haris ---> Abdu'l-Muttalib b. əbu Vəda'a ---> Peyğəmbər (sallallahu aleyhi və səlləm)

isnadı ilə nəql edilmişdir. (əbu Davud, "Tatavvu"/13; ibn Macə, "İqamətu's-Salat"/171)

Lakin, mühəddislər, isnaddakı Şu'bə haqqında, xəta etməkdədirlər. Tirmizi, belə deyir:

"Muhamməd b. İsmayıl əl-Buxari'nin, belə dediyini eşitdim:

'Şu'bə, bu hədisi, Abdu Rabih b. Səid'dən rəvayət etmişdir və bir çox yerdə, xəta etmişdir.'

'Ənəs b. əbu Uneys'dən nəql edildiyinə görə...' deməkdədir. Halbuki, o, İmran b. əbu Ənəsdir.'

'Abdullah b. əl-Haris'dən nəql edildiyinə görə...' deməkdədir. Halbuki o da, Abdullah b. Nafi b. əl-Amya olub, hədisi, Rəbia b. əl-Haris'dən rəvayət etməkdədir.

Şu'bə, 'Abdullah b. əl-Haris'in, əl-Muttalib'dən nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur...' deməkdədir. Halbuki, bu isnad da, Rəbia b. əl-Haris b. Abdu'l-Muttalib ---> əl-Fadl b. Abbas və Peyğəmbər (sallallahu aleyhi və səlləm) şəklində olmalıdır.

Buxari, davam edərək belə deyir:

"Leys b. Sa'd'ın hədisi, Şu'bə'nin hədisindən daha səhihdir."

Yaqub b. Süfyan da, Buxari ilə eyni qənaətdə olub, Şu'bə'ni xətalı görərkən; Leys b. Sa'd'ın isabət etdiyini bildirməkdədir. Muhamməd b. İshaq b. Xuzeymə də, Munziri'nin "ət-Tərğib"də ifadə etdiyi üzərə, eyni şeyi söyləməkdədir. Beləcə, isnaddakı idtirab problemi, ortadan qalxmaqdadır.

İbnu'l-Amya'nın məchulluğu mövzusuna gəlincə:

ibn Hibban'ın, onun siqa olduğunu bildirdiyindən bəhs etmişdik. Bu halda, bu hədis, həsən səviyyəsindən daha aşağı ola bilməz. Bundan dolayı, hədisi, ibn Xuzeymə, "Səhih"ində rəvayət etmişdir. Buna görə, hədis, dəlil olaraq istifadə edilə biləcək haldadır. Digər tərəfdən, İmran b. əbu Ənəs, ondan rəvayətdə tək başına qalmış deyildir. Tam əksinə, ibnu'l-Amya'dan, "Təhzibu't-Təhzib"də (Vl, 50) bildirildiyi üzərə, ibn Lehia da rəvayət etmişdir. Müqəddimə qismində zikr etdiyimiz üzərə, mühəddislərə görə, 2 ravinin rəvayətilə, məchul ravinin cəhaləti (yəni, bilinməzliyi) ortadan qalxmaqdadır. Beləcə, hədis, dəlil olmağa əlverişli hala gəlməkdə və ibnu'l-Qayyim'in: "Namazda, salamdan sonda qibləyə və ya camaata üzünü çevirmiş olaraq dua etmək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətləri arasında yoxdur. Peyğəmbərdən, səhih bir isnadla belə bir rəvayət gəlmədiyi kimi; həsən olaraq da gəlməmişdir." şəklindəki iddiası da, batil olmaqdadır. İbnu'l-Qayyim üçün heyrət verici olan şey, hədisin əsli, 4 "Sünən" kitabında rəvayət edildiyi halda, bunu, necə iddia edə bildiyidir. Əgər insaflı olsaydı, hədisin buna dəlalət etdiyini və dəlil olmağa əlverişli olduğunu etiraf edərdi! Ən doğrusunu, Allah bilir...

Tənbeh:

Mətndə zikr etdiyimiz hədislər dolayısı ilə, fərz namazdan sonra əlləri qaldırmaq surətilə dua etməyin sabit olduğu, artıq qəbul ediləcəkdir. Xüsusilə, bu bölmədə:

~ 18-ci sırada zikr edilən: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazını qılıb salam verincə: "Allahumməğfirli mə qaddəmtu....

Yəni: 'Allahım! Əvvəl işlədiyim günahları bağışla...' deyə dua edərdi." şəklindəki Əli (radiyallahu anh) hədisi;

~ 23-cü sıradakı: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazını bitirmədikcə əllərini qaldırmazdı." hədisi;

~ 25-ci sıradakı: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), sabah namazını qılıb, salam verincə: 'Ey Rəbbim! Səndən faydalı elm...istəyirəm." şəklindəki Ümmü Sələmə (radiyallahu anha) hədisi;

~ 33-cü sıradakı: "Hər namazdan sonra əllərini açan elə bir qul yoxdur ki..." şəklindəki mərfu Ənəs (radiyallahu anh) hədisi; və bunlarla bərabər

~ "Peyğəmbər (sallallahu aleyhi və səlləm), sübh namazını qılıb salam verdiyində, namazdan çıxar və əllərini qaldıraraq dua edərdi." şəklindəki əl-Əsvəd əl-Amiri'nin atasından nəql etdiyi hədis; və son olaraq,

~ 34-cü sıradakı əl-Fadl b. Abbas (radiyallahu anh) hədisi

görüldükdən sonra, buna (yəni, namazdan sonra dua ediləcəyinə dair), kimsənin etirazı olmayacaqdır.

Qastallani, "əl-Məvahibu'l-Ləduniyyə" əsərində, ibnu'l-Qayyim'in: "Namazı bitirib salam verdikdən sonra, gərək tək başına, gərəksə də imam və camaat halında üzünü qibləyə çevirərək dua etmək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətləri arasında əsla mövcud deyildir. Nə səhih və nə də həsən bir isnadla, Özündən belə bir şey rəvayət edilməmişdir." görüşünü nəql etdikdən sonra, eynilə belə deyir:

"ibnu'l-Qayyim'in bu qəti iddiasından sonra, ağlıma, bunun, həqiqətən belə olduğuna dair fikir doğmuşdu. Sonra, şeyxlərimizin şeyxi olan ibn Həcər Asqalani'nin, onu tənqid etdiyini gördüm, ki, o, belə deyirdi:

'ibnu'l-Qayyim'in, bu mövzuda mütləq oalraq hər hansı bir rəvayət olmadığı şəklindəki iddiası, mərdud (rədd edilən)'dir. Muaz b. Cəbəl hədisinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona, belə buyurmuşdur:

Ey Muaz! Mən, səni sevirəm. Hər namazın arxasınca: 'Allahım! Səni zikr etməkdə mənə kömək et.' deyə, duanı əsla tərk etmə." (haşiyə)

------------------

(Haşiyə:

Hədis, səhihdir!

~ Nəsai, "əs-Sünənu'l-Kubra"sında (Vl, 32);

~ ibn Hibban, "Səhih"ində (V, 364-365) səhih bir isnadla;

~ Əhməd b. Hənbəl (V, 244-245);

~ əbu Davud, "Vitr"/26;

~ ibn Xuzeymə, "Səhih", l, 369;

~ Hakim, "əl-Müstədrək" (l, 273) səhih olduğunu bildirirərək rəvayət etmişdir. Zəhəbi də, bunun səhih olmasında, Hakimlə eyni görüşdədir.)

---------------------------

Bir digər hədis isə, Zeyd b. Ərqam'ın rəvayətidir. Zeyd, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, hər namaz arxasından, "Ey Rəbbim! Ey hər şeyin Rəbbi olan Allahım..." şəklində dua edərkən eşitdim, demişdir. (Nəsai, "əs-Sünənu'l-Kubra", Vl, 30. Bax: "Fəthu'l-Bari", Xl, 137)

Hədisi, Nəsai rəvayət etmiş; ibn Hibban və başqaları, səhih olduğunu bildirmişlərdir."

ibn Həcər, davam edərək belə deyir:

"Əgər, 'namazın arxasınca' ifadəsilə, 'namazın bitməsindən az əvvəl gələn təşəhhüd' qəsd edilirsə, biz, buna, belə cavab verərik:

Namazın sonunda zikrin əmr edildiyi hədislər vardır. Bunlar, Ayətu'l-Kürsi, Fələq və Nas surələrini oxumaq; 33 subhanallah, 33 əlhəmdulilləh; 33 Allahu Əkbər demək və başqalarıdır. Dolayısı ilə, 'namazın ardınca' ifadəsindən məqsəd, alimlərin ittifaqı ilə, salamdır. Burda da, əksinə bir dəlil olmadığı müddətcə, məna, eyni şəkildədir. Taberani'nin nəqlinə görə, Cəfər b. Muhamməd əs-Sadiq, belə bir rəvayət edir:

'Fərz namazından sonra dua etmək, nafilədən sonra dua etməkdən daha fəzilətlidir. Bu, eynilə, fərz namazın, nafilə namaza üstünlüyü kimidir."

ibn Həcər, açıqlamasına belə davam edir:

"Bir çox hənbəli alimi, ibnu'l-Qayyim'in məqsədinin, namazdan sonra, mütləq olaraq dua edilə bilməyəcəyini ifadə etmək olduğunu zənn etmişlərdir. Halbuki, həqiqət, belə deyildir. Onun sözünün özü, budur:

Namaz qılan şəxsin, həmişə üzünü qibləyə çevirməsi və salamın dərhal ardınca bu duanı oxuması gərəyi deyə bir şey yoxdur. Buna müqabil olaraq, insan, üzünü qiblədən çevirdiyində və ya məşru olan zikrləri əvvəlcədən oxuduğunda, ibnu'l-Qayyim'ə görə də dua edə bilər." ("Fəthu'l-Bari", ll, 245-246)

Mətndə, ibnu'l-Qayyim'in ifafəsini bu qeydlərlə belə olsa rədd edən rəvayətləri də nəql etdik. Bunu, xatırla! Burdan başa düşülür ki, bizim bu diyarlarda və digər İslam ölkələrində yayğın olduğu şəkildə, hər fərz namazdan sonra ara vermədən əlləri qaldırmaq surətilə dua etmək, müstəhəbdir.

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 103 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR