Namazı pozan şeylər hansılardır?
Namazı pozan bəzi hallar:
1. Sabah namazını qılarkən, günəşin doğması;
2. Cümə namazını qılarkən, əsr vaxtının girməsi;
3. Yara sağaldığı üçün, sarğının düşməsi;
4. Üzrlü bir kimsənin -namaz içində- üzrünün sonlanması;
5. Ümminin, imamın yerinə keçməsi;
6. İma ilə namaz qılanın, ruku və səcdələrə gücünün çatması;
7. Məstləri üzərinə məsh etmiş olaraq namaz qılmaqda olan bir kimsənin, namaz içində, məsh müddətinin bitməsi;
8. Təyəmmümlə namaz qılmaqda olan kimsənin, -namaz əsnasında- su tapması;
9. Ayaqdakı məstlərin, asanlıqla çıxması;
10. Ümmi'nin, bir surəni düşünərək oxuya bilməsi;
11. Ümmi'nin, -namaz içində- dinləyərək, Quran əzbərləməsi
kimi hallarda, namaz pozulur.
• Təyəmmümlə namaz qılmaqda ikən su tapan bir kimsə, onu istifadə etməyə gücü çatmaz; və ya onu istifadəyə imkan tapmazsa, namazı pozulmaz.
• Bir kimsənin, məstləri geniş olduğu üçün, zəhmətsiz çıxarsa, dəstəmazı, pozular. Lakin, məstlər, çətin bir fellə çıxarsa, namazı, tamdır.
• Ümmi, Quran oxuyan bir kimsədən, -çox- məşğul olmadan Quran oxumağı həqiqətən öyrənərsə, namazı, tamdır. Bu hökm, ümminin, namazı, münfərid (tək başına) olaraq qıldığı və ya imam olduğu zamandadır. Belə olarsa, ümminin imamlığı, caiz ola bilər.
Lakin ümmi, gözəl Quran oxuyan bir kimsənin arxasında namaz qıldığı vaxt, -Quran öyrənərsə- ümuma görə, namazı, fasid olar. əbu'l-Leys isə, o ümminin namazının pozulmadığı görüşünü seçmişdir. "Təbyin"də də belədir. Səhih olan da, budur. "Zahiriyyə"də də belədir.
12. Çılpaq halda namaz qılan kimsə, təmiz və özü ilə namaz qılmaq caiz olacaq qədər bir paltar taparsa, namazı, pozular.
13. Pis bir paltar ilə namaz qılmaqda olan bir kimsə, o nəcasəti təmizləyəcək bir imkan tapar və ya bu imkanı tapa bilməz, lakin, paltarının 1/4-i və ya daha çoxu təmiz olar və bununla örtünməsi mümkün olduğu halda o şəxs bunları etməzsə, namazı, pozular.
14. Təyəmmümlü olaraq namaz qılmaqda olan bir kimsə, namaz əsnasında su tapar və istifadəyə də gücü çatarsa, namazı pozular.
15. Tərtib sahibi olan bir kimsə, namaz qılarkən, keçirmiş olduğu bir namazı xatırlasa, namazı pozular.
16. Dəstəmazlı bir kimsə, təyəmmümlü bir imamın arxasında namaz qılarkən su görsə və ya bu kimsə, imamın, tərtib sahibi olduğunu və onun da bir faitə'si (qəzaya qalmış namazı) olduğunu xatırlarsa, sadəcə, o muqtədinin namazı pozular, batil olar. "Təbyin"də də belədir.
• Bu hallarda namaz batil olduğu vaxt, bu namaz, nafiləyə çevrilmiş olmaz. Yalnız, bu 3 yerdə, bu namazlar, nafiləyə çevrilmiş olar:
1. Tərtib sahibinin, -namaz əsnasında- qıla bilmədiyi bir namazı xatırlaması halında;
2. Sabah namazını qılarkən, günəşin doğması halında;
3. Cüməni qılarkən, əsr vaxtının girməsi halında.
"Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Pis bir paltar ilə namaz qılarkən, onu təmizləyəcək bir şey tapan kimsənin namazı, pozular.
• Bir kimsə, qəza namazı qılarkən, tulu (günəş doğması), zaval (günəşin təpə nöqtəsində olması), qürub (batması) kimi kərahət vaxtı girərsə, o namaz, pozular.
• Bir cariyə, baş örtüsüz namaz qılarkən azad edilər və o anda, başını örtməzsə, namazı, pozular.
• Bu məsələlərdən hər hansı biri namaz qılan bir kimsəyə, -təşəhhüd miqdarı oturduqdan sonra və ya səhv səcdəsi edərkən belə- ariz olarsa, o kimsənin namazı, batil olar. Əgər bu kimsə, imamdırsa, arxasındakı camaatın da namazları, batil olar.
Namazdan salamla çıxmış olan bir kimsənin üzərində, səhv səcdəsi olsa və bu əsnada, məzkur (yuxarıda zikr edilən) hallardan biri ariz olsa; bu kimsə, əgər səhvindən dolayı səcdə edərsə, namazı, batil olar; səhv səcdəsi etməzsə, namazı, batil olmaz.
• Camaatdan olan bir kimsə, təşəhhüd miqdarı oturduqdan sonra, imamdan əvvəl salam verib namazdan çıxmış; sonradan da, bu şəxsə, saydığımız hallardan biri ariz olarsa, sadəcə bu şəxsin namazı, batil olar. Camaatın -və imamın- namazına, bir şey olmaz.
Yenə, imam, səhv üçün səcdə etdiyi vaxt, camaatdan olanlar, səhv səcdəsi etməsələr, imama da bu hallardan biri ariz olsa, bu halda, imamın namazı, pozular; camaatın namazı isə, pozulmaz. "Təbyin"də də belədir.
---------------------------
Yeddinci bab: Namazı pozan şeylər və Namazın məkruhları
A. Namazı pozan şeylər:
Namazı pozan şeylər, 2 növdür:
1. Namazı pozan sözlər;
2. Namazı pozan fellər.
1. Namazı pozan sözlər:
• Namazda unudaraq, qəsdən, xətaən və ya bilərək, az və ya çox danışan kimsənin namazı, pozular.
Muqtədi (namazda imama tabe olan)'ın,
Namazın islahı üçün,
~ oturacağı yerdə qalxan imama: "Otur!";
~ qalxacağı yerdə oturan imama da: "Qalx!" deməsi; və ya
Namazın islahı üçün olmayan, insanların sözlərindən hər hansı biri ilə danışması, bizə görə, namazı pozar. Və bu namazların, yenə başdan qılınması lazımdır. "Muhit"də də belədir.
• Bu hal (danışma), son oturuşda, təşəhhüd miqdarı oturmadan əvvəl olarsa, namazı pozar. "Fətəva Qadıxan"da da belədir.
• Danışmaqla namaz, danışmağın eşidiləcək qədər olması ilə pozulur. Danışmaq, başqaları tərəfindən eşidilməsə, lakin sadəcə danışan tərəfindən eşidilsə, yenə namazı ifsad edər, pozar. "Muhit"də də belədir.
• Əgər bir kimsənin danışdığı, -özü tərəfindən belə- eşidilməzsə, hərflər sihhətli olsa belə, o kimsənin namazı, pozulmaz. "Zahidi"də də belədir.
• "Nəvazil"də: "Namazda yatar halda da olsa danışınca, namaz, pozular. Muxtar olan da, budur." deyilmişdir. "Muhit"də də belədir.
• Namaz qılan kimsə, başqasına salam verərsə, namazı pozular.
Bu kimsə, namazın bitməsi zənni ilə salam versə, yenə namazı pozular.
Bu kimsə, namazda olduğunu unudaraq salam vermiş olsa, yenə namazı pozular.
Namaz qılan kimsə, bir adamın verdiyi salama, salamla qarşılıq vermiş olsa, yenə namazı pozular. "əbu'l-Məkarim Şərhi"ndə də belədir.
• Bir məsbuq (imama, sonradan qoşulan), imamla birlikdə salam verərsə, baxılar:
~ Əgər üzərində qalan rükətləri xatırladığı halda salam vermişdirsə, bu məsbuqun namazı, pozular. Lakin əgər üzərində qalan rükətləri unudaraq salam vermişdirsə, bu məsbuqun namazı, pozulmaz. Çünki unudaraq salam vermək, sahibini, namazın həddindən çıxarmaz. "Tahavi şərhi"ndə də belədir.
• İşa namazını qılan kimsə, təravih zənni ilə 2 rükət tamamlanınca salam versə; və ya bir kimsə, cümə namazı zənni ilə zöhr namazının ikinci rükətində salam versə; və ya muqim olan bir kimsə, səfəri olduğu zənni ilə 2 rükəti tamamlayınca salam versə, namazı pozular; yenidən qılması lazımdır.
• Bir kimsə, dördüncü rükət zənni ilə, ikinci rükətdə salam vermiş olsa, bu kimsə, namazına davam edər. Sonunda da, səhv səcdəsi edər. "Fətəva Qadıxan"da da belədir.
• Salamı unutmaq, əgər salam, namazın əslində vaqedirsə, namazın pozulmasını gərəkdirir; və əgər salam, namazın vəsfində vaqedirsə, ifsadını gərəkdirməz.
• Bir kimsə, namazda, unudaraq, bir adama salam verməyi qəsd etsə və "əs-sələm" deyər-deməz, namazda olduğunu xatırlasa, o kimsənin salam verməsi, həqiqətən münasib olmaz; bu kimsə, dərhal susar. Lakin yenə də bu kimsənin namazı, pozular. "Muhit"də də belədir.
• Bir kimsə, salam niyyətilə namazda musafaha etsə (əl ilə salamlaşsa), namazı pozular. Çünki o, məna ilə (yəni, mənən) danışmaqdadır.
Bir kimsə, işarət ilə də, bir başqasına salam verə bilməz. Ancaq salama cavab olaraq işarət verməklə, namaz pozulmaz.
Namaz qılan kimsədən bir şey istənilsə, o kimsə də başı ilə "bəli" və ya "xeyr" mənasında bir işarət etsə, namazı pozulmaz. Lakin bu hal, məkruh olar. "Munyə şərhi"ndə də belədir.
• Bir kimsə asqırsa, namaz qılmaqda olan şəxs də "yərhəmukəllah" desə, namazı pozular. Hər iki "Muhit"də də belədir.
• Namaz qılan kimsə, asqıran kimsəyə, qəlbindən "yərhəmukəllah" desə, bu, namazına zərər verməz. "Xülasə"də də belədir.
• Namaz qılan bir kimsə, asqırdığında, bir başqa şəxs ona "yərhəmukəllah" desə, özünün, bu duaya qarşı "amin" deməsi, namazı pozar. "Munyətu'l-Musalli"də də belədir.
• Bir kimsə, asqırmış olsa, namaz qılan kimsə "əlhəmdulilləh" desə, namazı pozulmaz. Çünki bu söz, cavab deyildir. Namaz qılan kimsə, bu sözü, dua qəsdi ilə söyləmiş olsa belə, səhih olan qövlə görə, o kimsənin namazı pozulmaz. "Timurtaşi"də də belədir.
• Namaz qılan kimsə asqırsa, ardınca da "əlhəmdulilləh" desə, namazı pozulmaz. Bunu, qəlbindən deməsi, daha uyğundur. Ən gözəli isə, susmaqdır. "Xülasə"də də belədir.
• Namazda asqıran "əlhəmdulilləh" deməzsə, namazdan sonra deməsi, səhihdir.
• Namaz qılan kimsə, əgər muqtədirsə, asqırdığında, gizli olaraq da, açıq olaraq da "əlhəmdulilləh" deməz. Alimlərin qövlləri, budur. "Timurtaşi"də də belədir.
• Namaz qılan 2 nəfərdən biri asqırsa, namazın xaricindən bir kimsə də "yərhəmukəllah" desə; bu duaya, namaz qılanların ikisi də "amin" desələr; bu halda, asqıran şəxsin namazı pozular; digərinki pozulmaz. Çünki o, özü üçün dua etməmişdir. "Fətəva Qadıxan"da da belədir.
• "Fətəva"da: "Namaz qılan 2 nəfərdən biri, namaz xaricində asqıran birinə, 'yərhəmukəllah' desə, namaz qılan digər şəxs də 'amin' desə, 'amin' deyənin namazı, pozulmaz. Çünki bu halda 'amin' deməsi, öz nəfsinə dua deyildir." deyilmişdir. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan kimsə, özünə əmr edən və ya özünü nəhy edən kimsəyə, xitab niyyətilə Quran oxuduğu və Allah Taalanı zikr etdiyi vaxt, namazı pozular.
Bunu, özünü məşğul edən bir şəxsə tənbeh (xəbərdarlıq) niyyətilə edərsə, namazı pozulmaz. "Təhzib"də də belədir.
• İmama bir şey ariz olduğu vaxt, muqtədinin "subhanallah" deməsində, bir beis yoxdur. Çünki bu halda qəsdi, namazı islahdır.
İmam, qa'dətu'l-ulə (ilk oturuş)'a oturmayıb qalxarsa, bu halda, imama "subhanallah" deyilməz. Çünki imamın geri qayıtması, caiz olmaz. İmam qiyama yaxın olduğu vaxt, təsbih də faydalı olmaz. "Bədai"dən nəqlən "Bahru'r-Raiq"də də belədir.
• Bir muqtədi, öz imamından başqa bir imama, -o imamın Quran oxuyarkən ilişmiş olmasından dolayı- açmaq (yəni, kömək etmək) niyyətilə Quran oxusa, bu muqtədinin namazı, pozular. Bu muqtədi, o oxuyuşla, sadəcə Quran oxumağı qəsd etsə, təlimi qəsd etmiş olmasa, onun namazı, pozulmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Başqa imamı, bir dəfə açan (yəni, namazda Quran oxuyarkən ilişmiş olmasından dolayı kömək edən) kimsənin namazı, fasid olmuşdur. Namazın fəsadı üçün, təkrar etmiş olmaq, şərt qılınmamışdır. Əsahh (ən doğru olan) da, budur. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, öz imamı ilişdiyi vaxt, onu açarsa, imamın namazı da, öz namazı da, fasid olmaz.
Namaz qılan bir kimsə, namaz qılmayan bir kimsənin açmasına tabe olarsa, namazı pozular.
"Fatih (açan) kimsə, imamın ilişməsini açmaq niyyətilə, -imamın, namaz caiz olacaq qədər oxumasından əvvəl olsun, sonra olsun-, imamın oxuduğu yerin xaricindən, imama qarşı oxuyarsa, bu açanın namazı, pozular. Bu kimsə, bunu, imamın başqa bir ayətə keçə bilməsi üçün, -lakin, imam, namaz caiz olacaq qədər oxumuş olduqdan sonra- etmiş və ya başqa bir ayətə təhvil üçün oxumuşdursa, yenə, namazı pozular." deyilmişdir.
Səhih olan isə, bu halların hamısında da, açanın və imamın namazlarının, -imam, açanın oxumasından faydalanmış olsa belə- pozulmamasıdır. "Kafi”də də belədir.
• Muqtədi'nin, imam ilişər-ilişməz, dərhal o dəqiqədə, onu açması, məkruhdur. Çünki, imamın xatırlaması və oxumağa davam etməsi, mümkündür. Bu halda isə, muqtədi, ehtiyac olmadan, imamın arxasında oxumuş olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• İmamın, özünü, başqasının açmasına meydan verməsi, uyğun deyildir. Çünki bu hal, arxasındakının Quran oxumasına yol açır ki, bu da, məkruhdur. Əgər imam, kifayət qədər Quran oxumuşdursa, dərhal rukuya getməlidir və ya başqa ayətə intiqal etməli (keçməli)'dir. "Kafi"də də belədir.
• Bir ayəti təkrar-təkrar oxumağa və ya susub dayanmağa, "ilca" deyilir. "Nihayə"də də belədir.
• Namazda olmayan bir kimsə, imama qarşı tərpənmiş və onu açmış isə; imam da düşünüb xatırlamışdırsa, əgər imam, onun açması tamam olmadan oxumağına davam edərsə, namazı pozulmaz. Lakin o kimsənin oxumasına tabe olarsa, imamın namazı, pozular. Çünki, -burda- xatırlamaq, açmağa izafə edilir.
Mürahiq'in açması da, baliğin açması kimidir.
Namaz xaricində olan kimsəni, imama tabe olan biri dinləmiş olsa və bu muqtədi, dinlədiyi şeylə imamı açsa, bu halda, hamısının namazı da, batil olar. Çünki, təlqin, xaricdən gəlmişdir. "Bahru'r-Raiq"də də belədir.
• Namaz qılan kimsəyə, pis bir xəbər verilsə, o da: "İnnə lilləhi və innə ileyhi raciun" desə; və ya sevincli bir xəbər verilsə, o da: "əlhəmdulilləh" desə; bu kimsə, əgər bunlarla, xəbər gətirənə cavab verməyi qəsd edərsə, namazı pozular; lakin, cavab vermək qəsdilə deyil, namazda olduğunu bildirmək qəsdilə bunları söyləmişdirsə, namazı pozulmaz. Bunda, icma vardır. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılmaqda olan bir kimsəyə, heyrət etdirən bir xəbər verilsə və o da: "Subhanallahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər" desə, əgər bununla, xəbəri gətirənə cavab verməyi qəsd etməmişdirsə, namazı pozulmaz. Bu, hər kəsə görə belədir. Lakin bununla xəbəri gətirənə cavab verməyi qəsd etmişdirsə, imam əbu Hənifə və imam Muhammədə görə, namazı pozular.
"Bu halda, namazı pozulmaz. Çünki, -söylədiyi- insan kəlamı deyildir." deyənlər də olmuşdur. "Nisab"da: "Fətva, buna görədir." deyilmişdir. "Bahru'r-Raiq"də də belədir.
• Namaz qılan kimsə, ayı görsə və: "Rabbi və Rabbukəllah" desə, imam əbu Hənifə və imam Muhamməd'ə görə, namazı pozular.
Alimlərimizə görə, qızdırma və ya bənzəri bir xəstəlikdən Allaha sığınmaq məqsədilə, -namazda- Quran oxuyan kimsənin namazı, pozular. "Zahiriyyə"də də belədir.
• Namaz qılan xəstə, ayağa qalxarkən və ya əyilərkən: "Bismilləh" desə, özünə isabət edən məşəqqət, ağrı və ya acıdan dolayı belə demişdirsə, namazı pozulmaz. Fətva da, bunun üzərinədir. "Mudmarat"da da belədir.
• Sadru'ş-Şəhid'in "Camiu's-Sağir"ində: "Bir kimsə, innə lilləhi və innə ileyhi raciun'u, cavab qəsdilə deyərsə, hər kəsin yanında, namazı pozular." deyilmişdir.
• Namaz qılan kimsə, başqalarına cavab qəsdi olmadan, "Allahummə, salli alə Muhamməd" və ya "Allahu əkbər" desə, icma ilə, namazı pozulmaz. Lakin, bunları, cavab qəsdilə söyləmiş olarsa, bəziləri: "Bu halda, hər kəsə görə, bu kimsənin namazı, pozular." demişlərdir. Zahir olan qövl də, budur.
• Namaz qılan bir kimsə, birinə cavab verməyi qəsd etmədən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərinə salavat gətirmiş olsa, namazı, pozulmaz. Lakin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in adını eşidincə, cavab olaraq salavat gətirərsə, namazı pozular.
• Bir kimsə,
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ...
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir..." (Əhzab/40) ayətini oxusa, namaz qılan kimsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə salavat gətirsə, namazı pozulmaz.
Yenə, bir kimsə, şeytandan bəhs etsə, namaz qılan kimsə: "Allah, ona lənət etsin." desə, namazı pozulmaz.
Bir kimsə: "Yüksək səslə fatihə oxuyun, mühim, çox mühim şeylər üçün." desə, məsbuq da oxusa, namazı pozular. Fətva da, bu qövlə görə verilmişdir. "Xülasə"də də belədir.
• Namaz qılan bir kimsə, bir şairin şeirində də keçən bir ayəti, şeir qəsdilə oxumuş olsa, namazı pozular. Məsələn:
Bu ayələri, şeir oxumaq qəsdilə oxuyan kimsələrin namazı, pozular:
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ. فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ.
وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ.
"Dini yalan sayan o kimsəni gördünmü? O elə adamdır ki, yetimi qovar." (Maun/1-2) • "(Allah), onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin." (Tövbə/14)
Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, qəlbindən, şeir və ya xutbə inşa etsə, lakin bunu, dililə söyləməsə, namazı pozulmaz, lakin, günahkar olar. "Munyətu'l-Musalli"də də belədir.
• Fətvalarda: "Bir kimsə, namaz qılarkən; hədis, şeir, xütbə və ya bir məsələ düşünmüş olsa, namazı pozulmaz; lakin, məkruh olar." deyilmişdir. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan bir kimsənin dilində, "nəam / bəli" kəliməsi cərəyan etsə, əgər bu kəlimə, o şəxsin, danışmasında sıx-sıx söylədiyi bir kəlimədirsə, namazı pozular. Lakin bu kəliməni sıx-sıx söyləmək adəti deyildirsə, o kimsənin namazı, pozulmaz. Çünki o, Qurandan olmuş olur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılan bir kimsə, əgər insanlardan istənilməsi muhal/imkansız olan bir şeyi tələb edərək, namaz içində Allah Taalaya dua edərsə, namazı pozulmaz. Sihhət, məğfirət və ruzi istəmək kimi...və ya
اَللَّهُمَ اِغْفُرُ لِى اَللَّهُمَ ارْزُقْنِى الْحَجَّ
"Allahım, məni bağışla. Allahım, məni, həcc ilə ruziləndir." kimi...
~ اَللَّهُمَ اطْعِمْنِى
"Allahım, məni yedir."
~ اَللَّهُمَ اقْضِى دَيْنِى
"Allahım, mənim borcumu ödə."
~ اَللَّهُمَ زَوّجْنِى
"Allahım, məni evləndir."
~ اَللَّهُمَ ارْزُقْنِى فُلَانَةً
"Allahım, məni, filan qadınla ruziləndir."
Bu ləfzlərin hamısı, namazı pozar. Çünki, bu ləfzlər, insanlar arasında istifadə edilir.
• Bir kimsə,
اَللَّهُمَ اغْفِرْلِى وَ لِوَالِدَيَّ
"Allahım, məni və valideynlərimi bağışla." deyə namaz içində dua etmiş olsa, namazı pozulmaz. Çünki, bu ləfz, Quranda (İbrahim/41) mövcuddur.
• Əgər bir kimsə, namazda,
اَللَّهُمَ اغْفِرْ لِاَخِى
"Allahım, qardaşımı bağışla." demiş olsa, şeyx əbu'l-Fadl əl-Buxari'yə görə, o kimsənin namazı, şübhəsiz pozular.
Səhih olan isə, bu halda, namazın pozulmamasıdır. Çünki, bu ləfz də, Quranda (Əraf/151) mövcuddur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılan bir kimsə, əgər namaz içində
اِغْفِرْ لِاُمّىِ
"Anamı bağışla."
اِغْفِرْ لِعَمِى
"Əmimi bağışla."
demiş olsa və ya
اِغْفِرْ لِزَيْدٍ
"Zeydi bağışla." desə, namazı pozular. "Siracu'l-Vəhhac"da da belədir.
• İmam, namazda, tərğib və tərhib (haşiyə) ayələrini oxumuş olsa, muqtədi də,
صَدَقَ اللهُ وَ بَلَّغَتْ رُسُلُهُ
"Allah, doğru söylədi. Peyğəmbəri də, təbliğ etdi." desə, bu muqtədinin namazı, pozulmaz. Lakin, günahkar olar. "Fətəva Qadıxan"da da belədir.
--------------------------
(Haşiyə:
Lüğətdə, "istəmək" mənasındakı "rəğbət" kökündən meydana gələn "tərğib", "bir kimsəni, bir işi görməyə həvəsləndirmək, təşviq etmək" deməkdir.
"Qorxmaq, çəkinmək" mənasındakı "rəhbət" kökündən meydana gələn "tərhib" isə, "bir kimsəni qorxutmaq, bir işi görməkdən çəkindirmək" mənasına gəlir.
Bu 2 kəlimə, dini ədəbiyyatda, ümumilikdə bərabər istifadə edilir.
~ Tərğib, dinin xoş, doğru, gözəl və fəzilətli qəbul etdiyi şeylərə həvəsləndirib təşviq etməyi;
~ Tərhib isə, dinin pis, yalnış və günah olaraq vəsf etdiyi söz və davranışlardan çəkindirib uzaqlaşdırmağı
ifadə edir.
İnsanın 2 xüsusiyyəti olan qorxu və ümid (xof və rəca)'nın balansda tutulmasına, İslamda əhəmiyyət verilmişdir. Dinin möminlərə vəd etdiyi mükafatla, dini inkar edənlərə veriləcək cəzalar arasında, bir balans qoyulmuş; bu mükafat və cəzanın insanlara eşitdirilməsinə tərğib və tərhib deyilmişdir.)
----------------------
• Namaz qılan kimsə, nə vaxt
يَا اَيُّهَا الّذِينَ اَمَنُوا
"Ey iman edənlər!" ayəti oxunduğunda,
لَبَّيْكَ سَيّدِى
"Buyur, ey Seyyidim!" demiş olsa, hərçənd, bunu deməklə, namazı pozulmaz; lakin ən gözəl olanı, belə etməməkdir. Səraxsi'nin "Muhit"ində də belədir. Səhih olan da, budur. "Fətəva Qadıxan"da da belədir.
• Bir hacı, namaz qılarkən təlbiyə etsə, yəni:
لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لاَ شَرِيكَ لَكَ
"Buyur, Allahın! Buyur, buyur. Sənin şərikin yoxdur. Buyur. Həmd və nemət, ancaq Sənin üçündür. Mülk də, sənindir. Sənin şərikin yoxdur." desə, namazı pozular. "Xülasə"də də belədir.
• Bir kimsə, təşriq günlərində (Qurban bayramının ərəfəsindən etibarən 4 gün) namazın içində, "Allahu Əkbər" demiş olsa, namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, namaz içində istəyərək azan oxusa, əbu Hənifəyə görə, namazı pozular. "Muhit"də də belədir.
• Namaz qılan kimsə, azanı eşitdiyi vaxt, müəzzinə cavab verməyi istəyərək, onun söylədiyini təkrarlasa, namazı pozular; bu niyyətlə söyləməzsə, namazı pozulmaz. Müəzzinin söylədiyi azan ləfzlərini təkrarlayarkən, heç bir niyyəti olmazsa, yenə pozular. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namazda şeytan vəsvəsə versə,
لاحَولَ وَ لا قُوَّةَ إِلّا بِاللّه
"Allahdan başqa güc və qüvvət sahibi yoxdur." desə, əgər bunu, axirətlə bağlı bir iş üçün etmişdirsə, namazı pozulmaz. Əgər dünya ilə bağlı bir iş üçün etmişdirsə, namazı pozular. "Timurtaşi"də də belədir. (haşiyə)
----------------------------
(Haşiyə:
https://suallarlaislam.com/.../l%C9%99-h%C9%99vl%C9%99-v...)
----------------------------
• Bir kimsə, namazın sonunda, təşəhhüdü unudaraq salam verər və sonra da bunu xatırlayar və təşəhhüd oxumaqla məşğul olar, lakin bunu tamamlamadan salam verərsə, imam əbu Yusufa görə, namazı pozular. Çünki, bu kimsə, təşəhhüdə dönmək səbəbilə, birinci oturuşu tərk etmiş olar və bu halda, təşəhhüdü tamamlamadan əvvəl salam verərsə, namazı pozular. İmam Muhammədə görə isə, bu kimsənin namazı, pozulmaz. Çünki, o kimsənin birinci oturuşu, təşəhhüdə dönməsilə tamamilə tərk edilmiş olmaz. Ancaq, təşəhhüddən oxuduğu miqdarı tərk edilmiş olar; və ya heç tərk edilmiş olmaz. Çünki, təşəhhüdün oxunacağı yer, oturulan zamandır. Onun tərkinə, zərurət yoxdur. Fətva da, bunun üzərinədir.
• Haqqında bir rəvayət olmayan bu məsələ də, alimlərin ixtilaf etdikləri məsələlərdəndir:
Bir kimsə, namazda, fatihəni və damm-u surəni oxumağı unutduğu vaxt, bunu, rukuda xatırlasa və onları oxumaq üçün ayağa qalxsa və sonra da qalxdığına peşman olsa və dərhal ardınca səcdəyə getsə, rukunu, tamamilə və ya heç tərk etmiş sayılmaz. Çünki, o, rukunu, qiraət üçün tərk etmişdir. Qiraətdə olmadığı vaxt, sanki o qiraət, yoxmuş kimi olar. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, namaz içində inləsə, "ah" desə və ya ağlasa; ağlarkən də səsini yüksəltsə və bu səsdən hərflər meydana gəlsə; əgər bu ağlama, cənnət və ya cəhənnəmin zikr edilməsindən və onları xatırlamış olmasından dolayı olmuşdursa, o kimsənin namazı, tamamdır. Lakin, bu kimsə, bir ağrıdan və ya bir müsibətdən dolayı ağlamış olsa, namazı pozular. Ah çəkmək, günahının çoxluğundan dolayıdırsa, yenə, namazı pozulmaz.
• Namaz qılan kimsə, səssiz ağlasa və gözlərindən yaş axsa, namazı pozulmaz.
• Ənin: "Ah, ah" deməkdir. Təəvvüh isə: "Vah, vah" deməkdir. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, namazda "ah, ah" desə, icma ilə namazı pozular. Lakin bu "ah" çəkməsi eşidilməzsə, namazı pozulmaz, ancaq, məkruh olar. Çünki bu, bir söz deyildir. "Muhit"də də belədir.
• Namaz qılan kimsə, səcdə yerində olan torpağa üfürmüş olsa, əgər üfürərkən səsi eşidilməzsə, namazı pozulmaz. (Nəfəs alıb vermək kimi...) Lakin, bu halda, qəsdən üfürmək, məkruhdur.
Bu üfürmə, heca hərfləri şəklində eşidilərsə, bu hal, danışmaq məsabəsində olduğundan, üfürən kimsənin namazı, pozular. "Xülasə"də də belədir.
• Namaz qılan kimsə, əgər iti "hirr" ya da "cirr" diyərək qovarsa, namazı pozular. Əgər heca hərfləri olmadan qovarsa, namazı pozulmaz.
Yenə, bir kimsə, heca hərflərilə pişik çağırarsa, namazı pozular. Heca hərfləri olmayaraq çağırarsa, namazı pozulmaz. Yenə, pişiyi, heca hərfləri olan bir səslə qovarsa, yenə namazı pozular. "Zəxirə"də də belədir.
• Üzrsüz öskürmək, namazı pozar. Öskürəyi dəf etməyə gücü çatan kimsə, -namazda- öskürməz. Çünki, öskürüldüyündə, hərflər hasil olur. "Təbyin"də də belədir.
• Öskürülüncə hərflər hasil olmazsa, ittifaqla namaz pozulmaz; lakin, məkruh olar. "Bahru'r-Raiq"də də belədir.
• Əgər öskürmək, bir üzrdən dolayı olarsa, namazı pozmaz. Çünki, ondan qaçmağa imkan yoxdur. Ənin və təəvvüh də, belədir. İnsanın xəstə olub özünə malik ola bilmədiyi vaxt, bu halların meydana gəlməsi, asqırmaq və gəyirmək kimidir.
Bir kimsə, namazda asqırsa və ya gəyirsə, bunlardan da hərflər hasil olsa, o kimsənin namazı, pozulmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılan kimsə, əgər səsini düzəltmək və gözəlləşdirmək üçün öskürərsə, namazı pozulmaz. Səhih olan da, budur.
Yenə, imam, namazda yanılsa; muqtədi də ona yol göstərmək üçün öskürsə, namazı pozulmaz.
"Ğayə" adlı kitabda: "O öskürmək, namazda ilam (bildiriş) üçündür və onunla, namaz pozulmaz." deyilmişdir. "Təbyin"də də belədir.
• Namaz qılan kimsə, Qurana baxaraq oxuyarsa, əbu Hənifə'yə görə, namazı pozular. Digər 2 imamımıza görə isə, bu kimsənin namazı, pozulmaz.
Həqiqətdə, Quranı daşımaq, yarpaqlarını (vərəqlərini) çevirmək və Ona baxmaq, namaz üçün, çox əməldir və ondan çəkinmək lazımdır.
Buna görə, Quran, rəhlənin üzərinə və ya namaz qılan kimsənin qarşısına qoyulmuş olsa və onu daşımasa, yarpaqlarını çevirməsə və ya mehrabda yazılı olana baxaraq oxusa, o kimsənin namazı, pozulmaz. Çünki, Qurandan öyrənmək, namazın əməlindən deyildir.
Səhih olan isə, bütün bu hallarda, namazın pozulmasıdır. "Kafi"də də belədir.
• "Bir kimsə, namazda Quran əzbərləmiş olsa və onu daşımadan yazılı bir yerdən oxusa, namazı pozulmaz." deyilmişdir.
• "Muxtasar"da və "Camiu's-Sağir"də, Qurana baxaraq oxumağın, çoxu ilə azı arasında, bir fərq qoyulmamışdır.
Bəzi alimlər: "Baxaraq oxunan qisim, 1 ayə miqdarı olarsa, belə oxuyan kimsənin namazı, pozular." demişlərdir.
Bəziləri isə: "Fatihə miqdarı oxuyarsa, namazı pozular. Deyilsə, pozulmaz." demişlərdir. "Təbyin"də də belədir.
• Namaz qılan kimsə, bir yazıya baxmış olsa, o da Quran olsa və baxan şəxs, onu başa düşsə, -heç bir fərdin görüş ayrılığı olmadan- o kimsənin namazı, caiz olar. "Nihayə"də də belədir.
• Husəmi'nin "Camiu's-Sağir"ində: "Namazda ikən, fiqh kitabına baxıb bir şey öyrənənin namazı, icma ilə pozulmaz." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Mehrabın üzərində, Qurandan olmayan bir şey yazılmış olsa, namaz qılan da ona baxsa, düşünsə və başa düşsə, əbu Yusufa görə, belə etdiyi üçün, o kimsənin namazı, pozulmaz. Alimlərimiz, bu görüşü qəbul etmişlərdir.
İmam Muhamməd'ə görə isə, bu kimsənin namazı, pozular.
Səhih olan isə, icma ilə, bu kimsənin namazının pozulmamasıdır. Bu xüsusda, oxuduğunu başa düşən ilə başa düşməyən arasında, bir fərq yoxdur. "Təbyin"də də belədir.
• Namaz qılan kimsə, İncildən, Tövratdan və ya Zəburdan oxumuş olsa, bu oxuduğu şeylər, Qurana uyğun olsun, uyğun olmasın, o kimsənin namazı, pozular. "Fətəva Qadıxan"da da belədir.
----------------------------------------
2. Namazı pozan fellər
• "Çox əməl", namazı pozar; "az əməl" isə, namazı pozmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
Fasil (çox əməl ilə az əməl arasında qalan şeylər) xüsusunda 3 qövl haqqında ixtilaf edilmişdir:
1. İki əllə edilməsi adət olan işlər, "çox əməl"; bir əllə edilən işlər isə, "az əməl"dir.
• Sarıq sarmaq, paltar geymək, şalvarını düymələk, ox atmaq kimi 2 əllə edilən işlər, 1 əllə edilmiş olsa belə, "çox əməl" olar.
• Tək əllə edilən işlər isə, -2 əllə edilmiş olsalar belə- "az əməl"dir. Köynəyi çıxartmaq, şalvarının düyməsini açmaq, təkkə taxmaq və ya onu çıxarmaq, cilovu çıxarmaq kimi işlər, bu cümlədəndir.
• Təkrarlanmış olmayan və 1 əllə edilə bilən işlərin hamısı, -2 əllə edilsə belə- "az əməl" sayılır. "Fətəva Qadıxan"da da belədir.
2. "Çox əməl" ilə "az əməl" arasındakı fərq, namaz qılanın rəyinə buraxılmışdır. Namaz qılan kimsə, əgər etdiyi işi çox görərsə, o iş, "çox əməl"dir; və əgər etdiyi işi az görərsə, o da, "az əməl"dir. Bu qövl, əbu Hənifə'nin qövllərinə çox yaxındır.
3. Namaz qılan kimsəyə, uzaqdan baxan biri, onun etdiyi işləri görüncə, onun namaz qılmamaqda olduğunda şübhə etməzsə, o iş, "çox əməl"dir. Və bu iş, namazı pozar. Lakin əgər şübhə edərsə, yəni, o kimsənin namazda olub-olmadığını ayıra bilməsə, o iş, "az əməl"dir və bu iş, namazı pozmaz. Əsahh (ən doğru) olan da, budur. "Təbyin"də də belədir. Ən gözəl olan qövl də, budur. Səraxsi'nin "Muhit"ində belədir. Ümumun ixtiyarı da, budur. "Fətəva Qadıxan"da və "Xülasə"də də belədir.
• Namaz qılan kimsə, qılıncını qınına qoysa və ya onu qınından çıxarsa, namazı pozulmaz.
• Yenə, namaz qılan kimsə;
~ bir rida (beldən yuxarı geyinilən paltarı) geyinsə; və ya
~ 1 əli ilə daşıya biləcəyi xəfif bir şeyi yüklənsə; və ya
~ bir uşağı qaldırsa; və ya
~ hər hansı paltarı çiyninə atsa,
namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, daşınması çətin olan bir şeyi, -namazda- çətinliklə daşısa, namazı pozular. "Zahiriyyə"də də belədir.
• Namaz qılan bir kimsə, istər qəsdən olsun, istər unudaraq olsun, bir şey yeyər və ya içərsə, namazı pozular. "Fətəva Qadıxan"da da belədir.
• Dişlərinin arasında yemək qalıntıları qalmış olan bir kimsə, namaz əsnasında bunları çeynəsə və udsa, əgər bunlar, noxuddan kiçikdirsə, o kimsənin namazı, pozulmaz; lakin, məkruh olar. Əgər bu şey, noxud qədər -və ya ondan böyükdürsə- bu kimsənin namazı, pozular. "Siracu'l-Vəhhac"da da belədir. Bu, "Təbyin"də, "Bədai"də və "Tahavi şərhi"ndə də belədir. Bəqali də: "Bu, əsahh'dır." demişdir. "Bircəndi"də də belədir.
• Namaz qılan kimsə, dişlərinin arasındakı qanı udsa, -bu qan, tüpürcəyini keçsə, yəni, ondan çox olsa belə-, namazı pozulmaz. "Siracu'l-Vəhhac"da da belədir.
• "Nisab"da: "Bir kimsə, namaza başlamadan əvvəl yeyib-içsə, sonra da namaz qılmağa başlasa; ağzında yemək artıqları və ya su artığı qalsa və onları, -namazda- yesə və içsə, namazı pozulmaz. Fətva da, bunun üzərinədir." deyilmişdir.
• Yenə bir kimsə, dişləri arasında qalmış olan şeyi, namaz əsnasında udsa, -əgər bu şey, noxud qədərdirsə- imam əbu Hənifə və əbu Yusuf'a görə, bu kimsənin namazı, pozulmaz. "Mudmarat"da da belədir.
• Namaz qılan kimsə, dişlərinin arasından çıxan qanı udsa, bu qan, ağız dolusu olmadıqca, namazı pozulmaz. "Fətəva Qadıxan"da, "Xülasə"də və "Muhit"də də belədir.
• Bir kimsə, xaricdən küncüt alsa, onu udsa, namazı pozular. Səhih olan da, budur.
Şirin bir şey yeyən kimsə, sonra namaza dayandığında, ağzında qalmış olan dadı udsa, namazı pozulmaz.
• Namaz qılan kimsə, ağzına fəniz (bir növ şəkər) və ya şəkər daxil etsə, ancaq udmasa; lakin dadı, mədəsinə getsə, namazı pozular. "Xülasə"də də belədir. Muxtar olan da, budur. "Zahiriyyə"də də belədir.
• Namazda saqqız çeynəmək, -saqqız çox olarsa- namazı pozar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılan kimsə, çox miqdarda fəvfələ çeynədiyi vaxt, ondan bir şey qopub ayrılmasa belə, o, "çox əməl" olduğu üçün, o kimsənin namazı, pozular.
Əgər ondan bir şey qopub ayrılar və boğazına girərsə, az da olsa, yenə o kimsənin namazı, pozular. Lakin o çeynənmədiyi vaxt, tüpürcəyinə girməklə, o kimsənin namazı, pozulmaz.
• Namaz əsnasında, ağzına, yağış, dolu və ya qar parçası düşən kimsə, onu udarsa, namazı pozular. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan kimsə, lampanın fitilini qaldırmış olsa, namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Namaz qılan kimsə, ağız dolusu qussa, bu halda, dəstəmazı pozular; namazı pozulmaz. Ağız dolusundan az qusarsa, dəstəmazı da, namazı da pozulmaz. Bu, əbu Yusuf'un qövlüdür. İmam Muhamməd'ə görə isə, bu kimsənin namazı, pozular. Ehtiyata ən uyğun olan isə, bu qövldür. "Fətəva Qadıxan"da da belədir.
• Namaz qılan kimsə, öz istəyilə qusar (yəni, barmağını boğazına soxmaq surətilə öz-özünü qusdurar) və bu, ağız dolusundan az olarsa, o kimsənin namazı, pozulmaz; ağız dolusu olarsa, namazı pozular. "Muhit"də də belədir.
• Namaz əsnasında, iləriyə doğru yeriyən kimsənin, əgər yönü qibləyədirsə, namazı pozulmaz. Lakin, yeriyərkən geriyə dönməməsi; məsciddə və səhradadırsa, səflərdən xaricə çıxmaması lazımdır. "Munyə"də də belədir.
• Bu kimsə, qibləyə arxasını döndüyü vaxt, namazı pozular. "Zahiriyyə"də də belədir.
• Namaz qılan kimsə, namaz içində, bir səf miqdarı yerisə, namazı pozulmaz. Lakin o kimsə, iki səf miqdarını 1 dəfədə keçərsə, namazı pozular. Ancaq, bir səf miqdarı yeriyər, bir az dayanar; və sonra iləriki səfə, təkrar yerisə, namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Əlləri qaldırmaq, namazı pozmaz.
Lakin, ayaqları uzadaraq eşşəyi sürmək, namazı pozar. Bu iş, minikdə ikən bir ayaqla edilərsə, namazı pozmaz. "Xülasə"də də belədir.
• Namazda ikən, heyvan üzərində, davamlı olaraq 1 ayağı sallamaq, namazı pozmaz. Bir kimsə, bu halda, 2 ayağını sallayarsa, namazı pozular. Bu halda, 2 ayaqla iş görmək, 2 əllə iş görmək; 1 ayaqla iş görmək, 1 əllə iş görmək kimidir. Bəziləri isə: "2 ayağını xəfifcə sallayarsa, yenə namazı pozulmaz." demişlərdir. "Muhit"də də belədir. Əvcəh (ən uyğun) olan da, budur.
• Namazda ikən, sinəsini qiblədən çevirən kimsənin namazı, pozular. Lakin, qiblədən, sinəsini deyil, üzünü çevirmiş olan kimsənin namazı, pozulmaz. "Zahidi"də də belədir. Bu, bir an çevrildiyi vaxtdır.
• Namazda ikən heyvana minmək, namazı pozar. Çünki bu, ancaq, 2 əllə edilir. Lakin, namazda ikən, heyvandan düşən kimsənin namazı, pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, namaz qılan bir şəxsi, yerindən qaldırıb sonra təkrar yerinə qoyduğunda, əgər yönünü qiblədən çevirməmişdirsə, o şəxsin namazı, pozulmaz. Lakin o şəxsi yerindən qaldırar, heyvan üzərinə qoyarsa, namazı pozular. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan kimsə, üzrsüz olaraq, imamın qarşısına keçmiş olarsa, namazı pozular. "Fətəva Qadıxan"da da belədir.
• Fadli'nin "Fətəva"sında: "Səhrada namaz qılan kimsə, səcdə yeri qədər (yəni, ayağı ilə, səcdə etdiyi yerin məsafəsi qədər) geriləyərsə, namazı pozulmaz. Bu halda, səcdə miqdarına, arxasında, sağında və solunda olan yerlərə etibar olunur. Qiblə tərəfində olduğu kimi, digər tərəflərdə də bu qədər məsafə, məscid hökmündədir. Namaz qılan kimsə, bu qədər yerdən çıxmaz isə, o kimsə, məsciddən çıxmamış deməkdir. Bu xüsusda, cizgiyə etibar edilməz. Hətta bir kimsə, ətrafına cızıq çəkmiş olsa və o cızıqdan çıxmasa, lakin, bizim dediyimiz qədər olan məsafədən ayrılmış olsa, o kimsənin namazı, pozular." deyilmişdir. "Muhit"də də belədir.
• Səfdə açıq bir yer olarsa, namaz qılan kimsə, dərhal oraya girər. Yanında namaz qılan kimsə, yerini genişlədənə qədər ilərləyərsə, namazı pozular. "Xizənətu'l-Fətəva"da da belədir.
• Bir kimsə, evində məğrib (axşam) namazı qılarkən, başqa biri gəlib ona tabe olsa; imam, unudaraq üçüncü rükətdə oturmadan dördüncü rükətə qalxsa, muqtədi də ona tabe olsa, bu halda, hər ikisinin də namazları pozular. "Fətəva Qadıxan"da da belədir.
• Namaz içində, əqrəb və ilan öldürmək, namazı pozmaz. 1 dəfə vurmaqla bir neçə dəfə vurmaq arasında, fərq yoxdur. Əzhər (ən açıq) olan qövl də, budur.
"Nəvazil"də: "Bu hal, muqtədi üçün olarsa, ayaqqabısını götürər və ona doğru gedər. İmamdan iləri keçmiş olsa belə, namazı pozulmaz." "Xülasə"də də belədir.
"Bu məsələdə, ilanların hər bir növü, bərabərdir. Səhih olan da, budur." deyilmişdir. "Hidayə"də də belədir.
• Namaz içində əqrəb və ilanın öldürülməsinin namazı pozmaması, onların, namaz qılanın qarşısından keçməsi və özünə əziyyət etmələrindən qorxması halındadır. Lakin, belə bir qorxu yoxdursa, -namaz içində- onları öldürmək, məkruhdur. "Muhit"də də belədir.
• Bir kimsə, namaz içində,
~ 3 daşı arxa-arxaya atarsa; və ya
~ 3 biti arxa-arxaya öldürərsə; və ya
~ 3 tükü arxa-arxaya qopararsa; və ya
~ sürmə çəkərsə,
namazı pozular. "Zahiriyyə"də də belədir.
• "Hüccət"də: "Alimlərdən bəziləri: Namaz qılan kimsə, daşı, qolunu açıb uzadaraq, gücünün çatdığı qadar havaya doğru atarsa, tək bir daş atmış olsa belə, namazı pozular.' demişlərdir." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Həsən'in: "Heyvan üzərində namaz qılan kimsə, heyvan yerisin deyə ona vurarsa, namazı pozular." dediyi nəql edilmişdir.
Bəziləri də:
~ "1 dəfə və ya 2 dəfə vurarsa, namazı pozulmaz; lakin,
~ bir rükətdə, 3 dəfə vurarsa, namazı pozular."
demişlərdir. Burda vurmaqdan məqsəd, arxa-arxaya vurmaqdır. "Muhit"də də belədir.
• Namaz qılan kimsə, başqa bir şəxsə, bir əlilə və ya qamçı ilə vurarsa, namazı pozular. "Munyətu'l-Musalli"də də belədir.
• Namaz qılan kimsə, bir quşa daş atsa, namazı pozulmaz; lakin, bu, məkruhdur. "Xülasə"də də belədir.
• Namaz qılan kimsə, geniş olan məstini ayağından çıxarmış olsa, namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Namaz qılan kimsə, 3 kəlimə qədər yazı yazarsa, namazı pozular. Lakin, daha az yazarsa, namazı pozulmaz. "Xülasə"də də belədir.
• Namaz qılan kimsə, havaya və ya bədəninə bir şey yazsa və lakin ondan bir şey başa düşülməsə, bu yazı, çox belə olsa, yazan kimsənin namazı, pozulmaz. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan kimsə, açıq bir qapını bağlamış olsa, namazı pozulmaz. Lakin, bu kimsə, bağlı bir qapını açarsa, namazı pozular. "Fətəva Qadıxan"da da belədir.
• Uşaq, namaz qılan qadının sinəsindən əmər və sinəsindən də süd çıxarsa, qadının namazı pozular; süd çıxmazsa, qadının namazı, pozulmaz. Çünki, süd çıxdığı vaxt, qadın, süd vermək hökmündə olur; süd çıxmazsa, bu hökmdə olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Uşaq, namaz qılan qadını 3 dəfə əmərsə, süd çıxmasa belə, qadının namazı, pozular. "Xülasə"də də belədir.
• Namaz qılmaqda olan bir qadının, 2 ayağı arasına əri cima etsə, yaşlıq gəlməsə belə, qadının namazı, pozular.
Namaz qılan qadını, əri, şəhvətlə və ya şəhvətsiz olaraq öpmüş olsa; və ya qadını şəhvətlə tutsa, yenə, qadının namazı, pozular.
Lakin bir qadın, namaz qılan kişini öpmüş olsa və bu halda da kişidə iştah olmasa, kişinin namazı, pozulmaz.
Namaz qılan bir kişi, rici (geri qayıdıla bilən) talaq ilə boşamış olduğu xanımının fərcinə (cinsiyyət orqanına) şəhvətlə baxsa, qadına müraciət etmiş olar; lakin, namazı pozulmaz. Muxtar olan da, budur. "Xülasə"də də belədir.
• Bir kimsə, namazda,
~ əlinə şüşə alıb başını və ya saqqalını yağlasa; və ya
~ başına gül suyu töksə, bu kimsənin namazı, pozular.
~ Lakin, əlindəki yağı, başına və ya saqqalına sürtərsə, bu halda, namazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, namaz əsnasında saqqalını darayarsa, namazı pozular. Səraxsi'nin "Muhit"ində də belədir.
• Namaz qılan kimsə, 1 rükndə 3 dəfə bir yerini qaşıyarsa, namazı pozular. Bu hökm, hər dəfə əlini qaldırdığı vaxtdadır. Lakin, hər dəfəsində əlini qaldırmasa, əlini 1 dəfə qaldırınca, təkrar-təkrar qaşıyarsa, namazı pozulmaz. "Xülasə"də də belədir.
• Namaz qılan kimsənin qarşısından keçilsə, namazı pozulmaz; lakin qarşısından keçən kimsə, günahkar olar.
Keçilməsi məkruh olan yer haqqındakı qövllərin ən səhih olanı, insanın namaz qıldığı yerdə, ayağından etibarən səcdə etdiyi yerə qədər olan məsafədir. "Təbyin"də də belədir.
• Alimlərimiz: "Bir kimsə, namaz qıldığı vaxt, səcdə yerinə qədər olan məsafənin qarşısından keçəni görməzsə, bu keçmək, məkruh olmaz." demişlərdir. Səhih olan da, budur. "Xülasə"də də belədir. Əsahh (ən doğru) olan da, budur. "Bədai"də də belədir. Və doğruya ən yaxın olan da, budur. Bu, səhraya aid bir hökmdür.
Bir kimsə, məsciddə namaz qıldığında, qarşısından keçən şəxslə özü arasında, insan kimi bir əngəl; divar, sütun kimi bir mane olsa, qarşısından keçilməsində, bir kərahət yoxdur.
Lakin arada bir maneə olmaz və məscid də kiçik olarsa, hardan keçərsə keçsin, məkruhdur.
Bu xüsusda, böyük məscid, səhra kimidir. "Kafi"də də belədir.
• Namaz qılan kimsənin qarşısından, eyni sürətdə 2 nəfər keçsə, kərahət, namaz qılana yaxın olanadır. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaz qılan bir kimsənin qarşısından keçmək məcburiyyətində olan bir minik sahibinin, günahkar olmamasının çarəsi, budur; O miniyə minən, heyvanın digər tərəfinə keçərək, heyvanını sütrə qılar. "Nihayə"də də belədir.
• Namaz qılan kimsənin qarşısından 2 nəfər keçəcək olsa, onlardan biri, namaz qılanın qarşısında dayanar; digəri isə, keçər. Sonra da, digəri eyni şeyi edər. Beləcə, ikisi də keçmiş olar. "Qunyə"də də belədir.
• Səhrada namaz qılan kimsənin qarşısına, 1 arşından uzun, barmaq qalınlığında bir sütrə qoyulması, uyğun olar. Sütrəni, səcdə edəcəyi yerin az ilərisinə və sağ qaşının hizasına qoyar; sol qaşının hizasına da qoya bilər. Lakin, sağ qaşının hizasına qoyması, daha əfdaldır. "Təbyin"də də belədir.
• Namaz qılan kimsənin, qarşısına, ağac bir sütrə qoymasında bir problem olarsa, o vaxt, bunu qoymaz. "Kafi"də də belədir. Bir camaat, bu qövlü, səhih görmüşdür. "Xülasə"də də: "Bu, əsahh'dır." deyilmişdir. "Qunyə"də də: "Muxtar olan, budur." deyilmişdir.
• Namaz qılan kimsə, qarşısına sütrə qoyacaqsa, onu, uzunlamasına qoyar; eninə qoymaz. "Təbyin"də də belədir.
• Bir kimsə, yanında belə sütrə olacaq bir ağacı olmadığı; və ya qoyacaq başqa bir şey tapa bilmədiyi; və ya qarşısına qoyacaq bir şey olmadığı vaxt, qarşısına bir cızıq çəkərmi, çəkməzmi?
Bu xüsusda,
~ Alimlərimizin bir qismi: "Cızmaz." demişlərdir. Bu qövl, imam Muhamməd'dən rəvayət edilmişdir.
~ Bəzi alimlərimiz də: "Cızılar." demişlərdir. Bu qövl də, imam Muhamməd'dən rəvayət edilmişdir.
"Sütrə yerinə cızıq çəkilər." deyənlər, cızığın necə ola biləcəyində, görüş ayrılığındadırlar. (Belə ki):
~ Bəziləri: "Uzunlamasına cızılar." demiş;
~ Bəziləri də: "Mehrab kimi cızılar." demişlərdir. "Muhit"də də belədir.
• Namaz qılınan yer, yola qarşı deyil və gəlib-keçmək qorxusu da yoxdursa, sütrə qoymağı tərk etməkdə, bir beis yoxdur. "Təbyin"də də belədir.
• İmamın sütrəsi, camaat üçün də sütrə olaraq kifayət edir.
Namaz qılan kimsə, -əgər qarşısında sütrə yoxdursa- qarşısından keçəcək olana, işarət edər və ya "subhanallah" deyər. Bu hal, kişilərə aiddir. Qadınlar isə, əl vurarlar. Əl vurmağın şəkli: Sağ əl ilə, sol əl üzərinə vurmaqdır. "Bahru'r-Raiq"də də belədir.
• Bu halda, işarətlə təsbihi bir arada cəm etmək (yəni, həm işarət etmək, həm də subhanallah demək), məkruhdur. İşarət, qaşla, gözlə və ya başqa üzvlərlə edilir. "Kafi"də də belədir.
• Namazda ruku və səcdələri uzatmaq, zahiru'r-rivayə'yə görə, namazı pozmaz.
Yenə, namazda, çox səcdə, ruku etmək də, namazı pozmaz.
Lakin bir kimsə, namaz bitmədən tam 1 rükət əlavə qılarsa, namazı pozular.
Əgər imam ruku edər və 1 səcdə edərsə; və (sonra) səcdədən başını qaldırar və bir adam içəri girib ona tabe olar və ruku edər və 2 səcdə edərsə, bu, onun namazını ifsad edər. Çünki 1 rükət əlavə olaraq daxil etmişdir. Və bu, ruku və səcdədir. Bu, şübhəsiz ki, namazı ifsad edər. "Muhit"də də belədir.
• Bir kimsə, zöhr namazını qılarkən, təkbir gətirsə, əsr və ya nafiləyə niyyət etsə, namazı pozular. Çünki, bir kimsə, içində olduğu namazdan başqa bir namaza niyyət etsə, nafilə olar; əsrə niyyət etsə, əsr olar.
Bir kimsə, tərtib sahibi və ya qəzasının çoxluğu səbəbilə tərtib sahibi olmaqdan çıxsa; və ya vaxt dardırsa, zərurətdən dolayı, qıldığı namazdan çıxar.
Yenə, bir kimsə,
~ nafilə qılarkən, təkbir gətirib fərz qılar; və ya
~ cümə qılarkən, təkbir gətirər, zöhrü qılar; və ya
~ zikr etdiyimiz yerlərdə, bunların tərsini edərək,
içində olduğu namazdan çıxar. "Təbyin"də də belədir.
• Bir kimsə, zöhr namazından 1 rükəti qılmış olsa, eyni namaza yenidən başlamaq niyyətilə təkbir gətirsə, qıldığı 1 rükət, pozulmaz. Yəni, o kimsə, o 1 rükəti qılmış sayılır. Hətta qalan rükətləri qılarkən, qılmış olduğu o rükət etibarı ilə, son oturuşa oturmamış olsa, namazı pozular. "Bahru'r-Raiq"də də belədir.
• Bu hökm, niyyəti, qəlbilə etdiyi haldadır. Yoxsa, dililə: "Niyyət etdim zöhr namazını qılmağa deyərsə, qılmış olduğu o ilk rükət, batil olar." "Kafi"də də belədir.
• Bir kimsə, tək başına namaz qılarkən biri gəlib ona tabe olsa, o da, özünə tabe olduğundan dolayı ikinci bir təkbir gətirsə, bu kimsə, birinci təkbiri üzərədir. Yəni, o vaxta qədər qıldığı namaz, namaz olaraq sayılır. Və imam olan kimsə, buna görə hərəkət edər. Sonradan tabe olan, qadındırsa, imamın əvvəl qılmış olduğu qisim, sayılmaz. "Nihayə"də də belədir.
• Bir kimsə, zöhr namazına başlamış olsa, sonradan imama tabe olmaq niyyətilə təkbir gətirsə, əvvəl qılmış olduğu qisim, batil olar.
Əgər bir kimsə, zöhr namazını evdə qılsa, sonra camaatla -eyni namazı yenidən- qılsa, əvvəl qılmış olduğu namaz, batil olmaz. "Kafi"də də belədir.
• Bir kimsə, zöhr namazını 4 rükət qılsa; salam verincə də, səhv edərək bir səcdəni etmədiyini xatırlasa; sonra qalxıb yenə başdan 4 rükət daha qılsa və salam versə, -bu- namazı pozular. Çünki, ikinci dəfə zöhrə niyyət, faydasızdır, boşdur. Bu halda, 1 rükət qılarsa, fərz namazından qalan boşluqda, fərz ilə nafiləni qatmış olar. "Bahru'r-Raiq"də və "Xülasə"də də belədir.
• Bir kimsə, məğrib (axşam) namazından 2 rükət qıldıqdan sonra, təşəhhüd miqdarı otursa və namazın bitməsini zənn edərək salam versə, sonra qalxıb təkbir gətirərək məğrib namazının sünnətinə niyyət etsə, sünnət içində səcdə etsin və ya etməsin, məğrib namazı, pozulmuş olar. Çünki, fərz tamamlanmadan, fərzdən nafiləyə dönmək, mümkündür. Lakin salam verdiyi vaxt, məğrib namazını tamamlamadığını xatırlayar və bu halda da namazının da pozulduğunu zənn edərsə, artıq qalxıb ikinci dəfə məğrib namazı niyyətilə 3 rükət qılar.
• Bir kimsə, məğrib namazına başlayar; 1 rükət qılar; və iftitəh təkbiri gətirmədiyini zənn edərək təkbir gətirər; və 3 rükət qılarsa, namazı caiz olar.
Əgər 2 rükət qılar və iftitəh təkbiri gətirmədiyini zənn edərək təkbir gətirər və 3 rükət qılarsa, caiz olmaz.
• "Razzin" adlı kitabda: "Bu qayda, o kimsənin, təkbir gətirib 1 rükət qıldıqdan sonra oturmaması halındadır. Çünki o, qa'dətu'l-əxira (son oturuş)'u təkr etmiş olmaqda və fərz tamamlanmadan nafiləyə dönmüş olmaqdadır." deyilmişdir. "Xülasə"də də belədir.