Namazı son dəfə qılırmış kimi qıl

Əbu Əyyub (əl-Ənsari) radiyallahu anh'dan belə rəvayət edilir:

Bir adam Allah rəsulunun yanına gələrək:

"Ey Allah'ın rəsulu! Mənə (faydalı şeyi) öyrət və vəciz söz (zəngin mənalı qısa söz) söylə." dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) (də, adama):

" • Namazına durduğun zaman, vida edənin namazı kimi namaz qıl;

• Üzrxahlıq diləməyini gərəkdirəcək bir sözü danışma; və

• İnsanların əllərindəki (dünyalıq) şeylərdən ümidini kəsməyə əzm və qərar ver." buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Hikmət babı", hədis no: 4171

--------------------------

İzahı:

Hədisin "...vida edənin namazı..." ifadəsindən məqsəd, dünyadan ayrılmaq üzərə olan möminin qıldığı son namaz ola bilər.

Yəni sanki sən, son namazını qılırsan. Bu etibarla, namazını diqqətlə, qəlb rahatı ilə, mənəvi zövqlə, huşu içində qıl.

Bu ifadədən məqsəd bu daola bilər:

Namaza durduğun zaman, bütün dünyanı xatirindən çıxart, tam mənası ilə Allaha yönəl, Onun hüzurunda olduğunu bir an belə unutma. Beləcə, dünyaya vida etmiş kimi ol.

Read 5 times
In order to make a comment, please login or register