Nass nədir?

----------------------

Lüğət mənası etibarı ilə, "nass": "sözü, sahibinə qədər çatdırmaq; bir şeyi açığa çıxarıb daha görünən hala gətirmək üçün yuxarı qaldırmaq; bir şeyin son həddinə çatmaq" kimi mənalara gəlir.

-----------------------

Zahir haqqında danışarkən, dedik ki, bəzi Şafii və Maliki'lərə görə, nass, əsla ehtimal qəbul etməz. Bəzilərinə görə, dəlildən meydana gələn ehtimalı da qəbul etməz.

Hənəfi'lərə görə isə, "nass": "sövq edildiyi mənaya dəlalət edən ləfz"dir.

~ Bir az əvvəl keçən və faizlə alış-verişi bir-birindən ayıran ayə, buna misal ola bilər.

Yenə,

وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًا مِّنَ ٱللَّهِ

~ "Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!" (Maidə/38);

ٱلزَّانِيَةُ وَٱلزَّانِى فَٱجْلِدُوا۟ كُلَّ وَ‌ٰحِدٍ مِّنْهُمَا مِا۟ئَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِى دِينِ ٱللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ

~ "Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin." (Nur/2);

وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

"İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir." (Nur/4)

ayələri də, nass'ın misalları arasındadır.

Nass'ın hökmə dəlaləti, zahirdən daha qüvvətlidir. Bu səbəblədir ki, zahirlə zidd düşərsə, nass tərcih edilir. Bu da, zahir kimi, təxsis və təvil qəbul edir. Nəsxi də qəbul edir; lakin, nəsxə dair bir dəlil tapana qədər, zahir kimi, bununla da əməl edilir. Bildirməliyik ki, heç kim, bu nəsxin hər əsrdə sabit olacağını iddia edə bilməz. Əsasən nəsx, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əsrində sabit olmuşdur.

Nass'ın, zahirə tərcih edilməsinə misal olaraq, bu ayəti zikr edə bilərik:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

• إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَ‌ٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ

"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/90-91)

ayəsi, bu ayə ilə zidd düşməz:

لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جُنَاحٌ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

"İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir." (Maidə/93)

Bu ayə, hər cür yemək və içkinin halal olduğunu bildirmək üçün sövq edilməmişdir. Ancaq, təqvanın dərəcəsini açıqlamaq üçün nazil olmuşdur. Təqvalı şəxs isə, Allahın halal qıldığı təmiz ruziləri, özünə haram qılan kimsə deyildir. Ancaq təqvalı kimsə, iman edən, çəkinən və gözəl işlər görən kimsədir. Bu etibarla, içki içən bir kimsə, Ömər (radiyallahu anh)'ın yanına gətirilincə, xəlifə, ona, nə üçün içki içdiyini soruşmuş; o da, bu ayəni, etdiyi işin mübah olmasına dəlil gətirmişdir. Ömər də, ona cəza olaraq vurulan şallağın sayını artırmış və: "Bundan artığı, sənin pis təvilin üçündür. Əgər sən, Allahdan çəkinsəydin, içki içməzdin." demişdir.

(əbu Zəhra, "Usulul-Fiqh")

 

 

 

 

 

Read 18 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR