Neçə cür şəhidlik vardır?

2829- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu 5 qrup insan, şəhiddir:

• Vəba xəstəliyindən ölənlər;

• Qarın ağrısından ölənlər;

• Suda boğulanlar;

• Dağıntı altında qalanlar; və

• Allah yolunda döyüşərkən şəhid edilənlər."

--------------------

2830- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Vəba xəstəliyindən ölən hər müsəlman, şəhiddir/ vəba xəstəliyindən ölmək, hər müsəlman üçün şəhadətdir."

(Asqalani, "Fəthu'l-Bari bi Şərh-i Sahihi'l-Buxari", 56-cı bölmə: Cihad, 30-cu bab: "Allah yolunda döyüşərkən öldürülmək xaricində 7 fərqli şəhadət vardır")

-------------------------

İzahı:

Bu şəkildə ölən insanlara, niyə şəhid adı verildiyi mövzusunda, fərqli görüşlər iləri sürülmüşdür:

1. Nadr b. Şumeyl belə deyir:

"Çünki onlar diridir və ruhları, sanki olub bitənlərə şahiddir, orda mövcud olmaqdadır."

2. İbnu'l-Ənbari belə izah verir:

"Çünki Allah Taala və mələkləri, şəhidin cənnətlik olduğuna dair şahidlik edərlər."

3. Çünki şəhidin ruhu bədənindən ayrıldığı zaman, özü üçün hazırlanan gözəlliklərə şahid olur, bunları görür.

Haşiyə:

İmam Buxari, bölmənin başlığında 7 qrupa işarət etdiyi halda, rəvayətlərdə 5 şəhid qrupundan söz edilməkdə və döyüş sırasında şəhid edilənlər də sayılmaqdadır. Bu halda, Buxari'nin, rəvayətlərdə saydığı şəhid qrupları, 4 olmaqdadır. Bu ziddiyyətin ortadan qaldırılması üçün iləri sürülən bir çox cavabdan ikisinə işarət edək:

1. İmam Buxari, burda şəhadətin sadəcə döyüş sırasında öldürülmək olmadığına, başqa yollarla ölən bəzi kimsələrin də şəhid ola biləcəyinə işarət etmişdir. Zatən bunu ifadə edən hədislər də çoxdur.

2. Buxari, özünün nəql etmədiyi bu hədisə işarət etmişdir:

"Cabir b. Atik'in nəql etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Allah yolunda döyüşərkən öldürülmək xaricində, 7 növ şəhid vardır:

• Vəba xəstəliyindən ölənlər;

• Suda boğulanlar;

• Zatu'l-Cənb (sinə zəri iltihabı) xəstəliyindən ölənlər;

• Qarın ağrısından ölənlər;

• Yanğında ölənlər;

• Dağıntı altında qalanlar; və

• Hamilə ikən ölən qadınlar."

Bu hədisi, Malik, "Muvatta"da rəvayət etmişdir. (bax: imam Bədrəddin əl-Ayni (əl-Hənəfi), "Umdətu'l-Qari", Xl, 369-372)

Read 16 times
In order to make a comment, please login or register