Neçə cür şəhidlik vardır?

4917- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şəhidlər 5-dir:

1. Taun xəstəliyinə yoluxaraq ölən;

2. Qarın xəstəliyindən ölən;

3. Boğularaq ölən;

4. Dağıntı altında qalan; ilə

5. Əziz və Cəlil olan Allah yolunda şəhid olandır."

--------------------------

4918- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Siz öz aranızda kimi şəhid sayırsınız?" buyurdu.

Səhabələr:

"Ey Allahın rəsulu! Allah yolunda öldürülən, şəhiddir." dedilər.

O:

"Şübhəsiz, o təqdirdə, ümmətimin şəhidləri çox az olar."

Səhabələr:

"O halda kimlərdir onlar, ey Allahın rəsulu?" deyə soruşduqlarında, belə buyurdu:

"• Allah yolunda öldürülən, şəhiddir;

• Allah yolunda ölən, şəhiddir;

• Taun xəstəliyindən ölən, şəhiddir;

• Qarın xəstəliyindən ölən, şəhiddir."

İbn Miqsəm deyir ki:

Mən, sənin atan haqqında şahidlik edirəm ki, o, bu hədisi rəvayətində:

"Suda boğularaq ölən də, şəhiddir."

-------------------------

4921- Bizə Həmid b. Ömər əl-Bəkravi bildirdi, bizə Abdulvahid -yəni Ziyad- bildirdi, bizə Asim, Sirin qızı Hafsa'dan belə dediyini bildirdi:

Ənəs b. Malik, mənə:

"Yəhya b. əbu Amrə hansı səbəblə öldü?" deyə soruşdu. Mən:

"Taundan öldü." dedim. (Hafsa) deyir ki:

Bu səfər Ənəs dedi ki:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Taun, hər müsəlman üçün bir şəhadətdir." buyurdu.

------------------------

Şərhi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Şəhidlər, 5-dir... Və Allah yolunda şəhid..."

Malikin "Muvatta"da yer alan Cabir b. Atik'in rəvayət etdiyi hədisdə isə:

"Allah yolunda öldürülməyin xaricində, şəhidlər 7-dir."

deyilməkdə və bu hədisdə:

• taun xəstəliyindən ölən;

• qarın xəstəliyindən ölən;

• suda boğularaq ölən;

• dağıntı altında qalıb ölən;

• zatu'l-cənb xəstəliyindən ölən;

• yanğında ölən; və

• hamilə ikən ölən qadını

saymaqdadır.

Muslim'in bir rəvayətində də:

"Allah yolunda öldürülən, şəhiddir. Allah yolunda ölən də, şəhiddir." deyilməkdədir.

Malikin rəvayət etdiyi hədisin səhih olduğunda, bir görüş ayrılığı yoxdur. Buxari və Muslim, bunu təxric etməsələr belə...

• Taun xəstəliyindən ölən kimsə, digər rəvayətdə: "Taun, hər bir müsəlman üçün bir şəhadətdir."

deyə bildirildiyi üzərə, taun xəstəliyinə yoluxaraq ölən kimsədir.

• Qarın xəstəliyi isə, qarında meydana gələn xəstəliyə yoluxan və bu səbəblə ölən kimsə deməkdir ki, bu da, ishal (kolera kimi)'dir.

Qadı İyad belə deyir:

"Bunun istisqa deyilən və qarın şişkinliyi meydana gətirən xəstəlik olduğu da söylənmişdir. Qarnı bir şəkildə xəstələnən kimsə olduğu da deyilmişdir. Qeydsiz və şərtsiz olaraq qarnındakı bir xəstəlik səbəbilə ölən kimsə olduğu da söylənmişdir."

• Suda boğularaq ölənə gəlincə, bu, suda boğulub ölən kimsədir.

• Dağıntı altında qalan kimsə isə, dağıntı altında qalaraq ölənə deyilir.

• Zatu'l-Cənb xəstəliyinə yoluxaraq ölən şəxsə gəlincə, bu, bilinən bir xəstəlik olub böyrün daxilində meydana gələn bir yara (iltihab)'dır.

• Yanğında ölən kimsə isə, yanğın nəticəsi ölən şəxsə deyilir.

• Hamilə ikən ölən qadına gəlincə, balası qarnında olduğu halda, hamilə olan qadın olduğu söyləndiyi kimi, bakirə ikən ölən qadın deyə də açıqlanmışdır. Doğrusu, birincidir.

---------------------

(4918) Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Allah yolunda ölən də, şəhiddir." buyuruğu da, hansı vəsfdə ölürsə ölsün, şəhiddir, mənasındadır.

Elm adamları deyirlər ki:

"Bu ölüm şəkillərinin şəhadət olması isə, şanı uca olan Allahın lütfü ilə və bu səbəblərin olduqca şiddətli və verdiyi ağrı və izdirabın çoxluğu dolayısı ilədir. "Səhih"dəki başqa bir hədisdə:

"Malı uğrunda öldürülən, şəhiddir.

Ailəsi uğrunda öldürülən şəhiddir."

buyurulmuşdur.

Bir başqa səhih hədisdə də:

"Qılıncı uğrunda öldürülən də, şəhiddir." buyurulmaqdadır.

Elm əhli belə deyirlər:

"Allah yolunda öldürülən kimsələr xaricində, bütün bu surətlərdə öldürülənlərin şəhid olmalarından məqsəd:

Onlara axirətdə, şəhidlərin savabının verilməsi deməkdir. Dünyada isə, bunlar, yuyular və namazları qılınar. İman kitabında bunun açıqlaması keçdi. Yenə orda bildirildiyi kimi, şəhidlər 3 qismdir:

• Dünya hökmləri xaricində, yalnız axirət hökmlərinə görə şəhid, bunlar da, burda bəhsi edilən kimsələrdir.

• Bir də axirətdə deyil, sadəcə dünya hökmlərinə görə şəhid olan kimsə vardır ki, bu da qənimətdən yaxud da döyüşdən arxasını dönüb qaçarkən öldürülən kimsədir.

(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", Cihad kitabı, 51/24- "Şəhidlərin bəyanı babı)

Read 448 times
In order to make a comment, please login or register