Necə edə bilərəm ki, namazda sadəcə Allahı düşünüm?
...Qəlblərlə bağlı olaraq açıqladığımız fərqli mənaları görən insanlar, başlıca olaraq 2 qrupa ayrılmış oldu:
1. Namazını tam qılan və bir an belə qəlb rahatını gerçəkləşdirə bilməyən qafil insanlar;
2. Namazını tam qılan və bir an belə olsa, qəlbi rahatdan ayrılmayan, əksinə bütün maraq dairəsi, namaz olub, çevrəsində cərəyan edən hadisələrin fərqində olmayan şəxslər.
Bundan dolayı, Muslim b. Yəsar, məsciddə namaz qılarkən, xalqın toplanmasına səbəb olacaq şəkildə böyük bir gürültü ilə yıxılan məscid sütununun yıxılmasının fərqinə belə varmamışdı.
Sələfdən biri uzun illər məsciddə camaatla namaza davam etdiyi halda, sağında və solunda namaza duranları tanımamışdı.
Allah dosdu- İbrahim əleyhissəlamın qəlb atışları 2 mil məsafədən eşidilirdi.
Yenə sələfdən bir qrupun, namazda ikən üzləri sapsarı kəsilir, tir-tir titrərlərdi.
Bütün bunlar qəribsənməsi lazım olmayan təzahürlərdir.
Bunların qat-qat üstündəki nümunələr, dünyaya bağlanan insanların, aciz, zəif və xəsis sultanların hüzurunda özlərini aparmaqlarında rahatlıqla görülə bilməktədir.
Məsələn, bir padşahın və ya bir vəzirin hüzuruna varıb dərdini ərz etdikdən sonra ayrılan birinə, padşahın çevrəsində kimlərin olduğu və ya padşahın üzərində necə bir paltarın olduğu soruşulsa, bu sualları doğru bir şəkildə cavablandıra bilməyəcək.
Çünki hüzurdakı tək düşüncəsi, öz dərdini necə anladacağı olmuş, bu düşüncəsi, padşahın çevrəsindəkiləri tanımağını və ya paltarına diqqət çəkməsini əngəlləmişdi.
Bəli, bir ayətdə də buyurulmaq üzərə:
"---وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟ ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا يَعْمَلُونَ---"
"---Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.---" (Ənam/132)
hər kəsin namazından payı, qorxusu, huşusu və hörməti nisbətindədir.
Nöqsan sifətlərdən uzaq olan Allah'ın nəzərgahı qəlblərdir, hərəkətlərin görüntüləri deyildir. Bundan dolayı səhabələrdən biri belə demişdir:
"İnsanlar, qiyamət günündə, namazdakı huşuları və duyduqları zövq üzərinə həşr olunarlar."
Həqiqətən də doğru söyləmişdir. Çünki hər kəs öldüyü haldakı kimi dirildilir və yaşadığı haldakı kimi də ölür.
Vücudlar, axirət yurdunda qəlblərin sifətlərinə görə şəkillənər. Orda Allah Taala'nın hüzuruna sağlam bir qəlblə çıxanlardan başqası üçün qurtuluş yoxdur.
Allah Taala'nın lütf və kərəmindən müvəffəqiyətin gözəlliyini diləyirik.
(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 4. Kitab/3. Bölmə: Namazın batini şərtləri, s. 377-378)
- Şüursuzca qılınan namaz batildirmi?
- Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan qılmağım üçün nələr tövsiyə edərsiniz?
- Təvəkkülə dairdir-2
- İbadətlərin Xülasəsi Namaz
- NAMAZIN HƏQİQİ MƏNASI
- Fiqhi ixtilafların həqiqəti
- Xavaric kimlərdir?
- Mütəşabih naslar
- Əttəhiyyətu
- Yunus surəsi 87-ci ayətin təfsirini verə bilərsinizmi?