Necə edə bilərəm ki, namazda sadəcə Allahı düşünüm?

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qıldığı namaz, özünü fuhşiyyat və çirkin işlərdən uzaq tutmayan kimsənin, sadəcə Allah'dan uzaqlığı artar." 

bəyanı, namazda qəlb rahatlığının gərəkliliyini göstərməktədir. Halbuki qəfləttəki bir şəxsin namazı, özünün pislik və çirkinliklərinə əngəl olmaz. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Neçə namaz qılanlar vardır ki, namazdan payları: zəhmət və məşəqqətdir." sözlərilə qafil kimsələri qəsd etmişdir.

Yenə Allah rəsulu, bir digər hədisində belə buyurur:

"Qula namazdan ancaq şüuruna vara bildiyi qədər fayd vardır."

Bu, bir həqiqətdir: Hədisdə bildirildiyi kimi:

"Namaz qılan, Rəbbinə niyaz etməktədir.".

Qəflətlə danışmaq isə, qəti olaraq caiz deyildir. 

Məsələni bir az açaq:

İnsan, zəkatını qəflətlə versə də olar, çünki zəkatın verilməsi, əslində, nəfsin istəklərinə tərsdir, nəfsə ağır gəlir.

Oruc da belədir. Bədənin gücünü qırır, Allah düşməni olan şeytanın azdırma vasitəsi sayılan nəfsani istəklərin hökmranlığını ortadan qaldırır. 

Bundan ötrü, qəflətlə verilən zəkat və tutulan orucun, umulan faydaları təmin etmələri, uzaq görülməməlidir.

Həcc ibadəti də belədir. Həcc vəzifələri, çətin və ağırdır. Bu vəzifələr yerinə gətirilərkən, istər qəlb rahatı olsun, istərsə də olmasın, nəfsə ağrı verən mücahədə, özü-özlüyündən gerçəkləşir.

Halbuki namaz, işarət edilən ibadətlərdən çox fərqlidir. Namaz, içində: rüku, səcdə, qiyam və oturuş kimi davranışlardan meydana gələn bir ibadətdir. 

Zikir, Əziz və Cəlil Allah ilə görüşmə, ona gizlicə yalvarmaqdır. Zikrin məqsədi də:

1. Ya xitab və muhavərə (qarşılıqlı danışmaq);

2. Ya da, necə ki:

• mədə və şəhvət-orucla; 

• vücud- həccin çətinliklərilə; 

• qəlb- sevdalısı olduğu malın başqalarına çıxarılıb verilməsilə imtahan edildikləri kimi;

elə də, dilin çalışıb-çalışmadığını sınamaq üçün, səs və hərflərlə yoxlanılmasıdır.

Heç şübhəsiz, ikinci məqsəd, batildir. Namaz, üçün belə məqsəd, düşünülə bilməz. Çünki dili boş sözlərlə oynadmaq, qafil bir şəxs üçün, ən xəfif bir hərəkətdir. 

Elə isə, dilin hərəkətlərindən hər hansı bir imtahan, bir sınaq, bəhs mövzusu deyildir.

Burdakı məqsəd, ünsiyyət vasitəsi olması cəhətdən, hərflərdir. Ünsiyyət isə, qəlbdəki mənaları yansıtmadıqca, ünsiyyət sayılmaz. Bu da ancaq qəlb rahatlığı ilə gerçəkləşə bilir. Məsələn, namazdakı bir şəxs, Fatihə'ni oxuyarkən:

"Bizi doğru yola yönəlt." mənasındakı ayəti oxuduğunda, əgər qəlbi qəflətdə isə, bu istəyinin nə mənası ola bilər? 

Əgər bu ayəti oxurkən, yalvarma və niyaz kimi bir məqsəd daşımırsa, dilini tərpətmək zəhmətinə qapılmağın, hələ-hələ bir adət halını aldıqdan sonra, nə gərəyi var?

Bunlar zikirlərlə bağlı tənqidlərdir.

Qoy, mən, məsələnin bir az daha incəliklərinə enim:

Biri: "Filan şəxsə əvvəl təşəkkür edəcəm, sonra onu tərifləyəcəm, ardından da bir şey istəyəcəm." 

diyə and içsə və yuxusunda bu mənaya dəlalət edən sözlər söyləsə və qəsd etdiyi adam da o sırada o qaranlıq yerdə olsa; lakin özü onun orda olduğunu bilməsə, andını ifa etmiş sayılmaz. Deyil mi?

Çünki o filan şəxs, onun qəlbində hazır olmadıqca, ona danışmış və ona xitab etmiş sayılmaz.

Bu cümlələr, o adamın olduğu bir yerdə, zehni başqa düşüncələrlə məşğul ikən, gündüz vaxdı qəflətdə ikən ağzından çıxsa, lakin o adama söyləməyi qəsd etməsə, yenə andını yerinə gətirmiş sayılmaz. 

Heç şübhəsiz, Quran oxumaqda, zikr etməkdə, həmd etməkdə, tərifləmək və niyaz etməkdə məqsəd, muxatab (xitab edilən) Allah Taala'dır.

Halbuki qəflət pərdəsi ilə, Ondan pərdələnmiş qəlb, Onu görə bilməz, müşahidə edə bilməz, dil, adət qabilindən hərəkət edir, lakin qəlb, kimə xitab etdiyindən xəbərsizdir. 

• Qəlbi parlatmaq;

• Allahı anmağı yeniləmək;

• İmanın qəlbdə kökləşməsini təmin etmək üçün əmr olunmuş namaz, qəflətlə qılındığında,  bu məqsədi təmin etməkdən nə qədər uzaqdır! 

İcmal olaraq, bu xüsusiyyətin ünsiyyətdə varlığı və onun feldən ayrı dəyərləndirilməsi gərəkdiyi, inkar edilə bilməz.

Rüku və səcdə ilə güdülən məqsəd isə, felən Allah'ın ucalığını iqrardır (doğrulamaqdır). Qəflətlə edilən rüku və səcdədən təzim ruhu çıxınca, ortada bədən tərbiyəsi xaricində bir şey qalmaz. 

Belə bir hərəkətdə, sınağa, yoxlanmağa dəyən bir məşəqqətdən söz edilə bilməz, ki:

• dinin dirəyi sayılsın;

• iman ilə küfrün bariz vəsfi olub həcc və digər ibadətlərə təqdim edilsin; və

• ibadətlərdən yalnız onun edilməməsi halında, qılmayanın öldürülməsinə qərar verilsin.

Buna görə, namaz için qərarlaşdırılan bu böyüklük, yalnız zahiri funksiyalarından ötürü deyildir. Buna yalvarmaq və niyaz da əlavə edilməlidir. 

Oruc, zəkat, həcc və daha başqa ibadətlərə, hətta malı əksildməsi səbəbilə nəfsə qarşı bir savaş vermək olaraq dəyərləndirilən və:

"Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar..." (Həcc/37) 

mənasındakı ayətdə, mahiyəti açıqlanan qurban kəsmə ibadətinə üstünlüyünü təmin edən, bu özəllikdir.

Bəli, Allah Taala, Özünə qəlbi istila edib əmrlərini yerinə yetirməyə sürükləyən və qurban kəsməklə əsl ortaya qoyulmaq istənən bir davranışın, Özünə yüksələ biləcəyini bildirmişdir. 

O halda, hərəkətlərində heç bir əhəmiyyətli cəhət olmayan halda, namaz necədir? Namazla güdülən əsas məqsəd nədir? 

Bax yuxarıda toxunduğum nöqtələr qəlb rahatının, namazı şüurlu bir şəkildə qılmağın şərt olduğunu göstərir.

(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 4. Kitab/3. Bölmə: Namazın batini şərtləri, s. 370-372)

Read 10 times
In order to make a comment, please login or register