Nisə surəsi 148-ci ayətin təfsiri

"Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm, haqsızlıq olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir." [ Nisa 4/148 ]

Abdullah İbn Abbas ( Allah ondan razı olsun )'ın, "Allah, pis sözün açıqca söylənməsini sevməz; ancaq haqsızlıq, zülm olunan kimsələr istisna.” ayəti haqqında belə dediyi rəvayət edilmişdir:

"Allah, bir kimsənin başqa birinə -məzlum olması xaricində- bəddua etməsindən xoşlanmaz. Ancaq məzluma, zülm edənə bəddua etmə izni vermişdir ki, bu da “Haqsızlıq, zülm olunan kimsələr istisna” ifadəsində keçər. Əgər məzlum olan səbr edərsə, bu onun üçün daha xeyirlidir."

Həsən-ı Bəsri ( rahiməhullah ) belə dedi: "Məzluma, özünə zülm edən kimsəyə qarşı bəddua etməsi izni verilmişdir. “Haqsızlıq, zülm olunan kimsələr istisna” ifadəsi bunu anladır." Ancaq kim səbr edərsə, bu onun üçün daha xeyirlidir.

Yenə Həsən-i  Bəsri ( rahiməhullah )  belə deyər: "Həddi aşmadığı müddətcə, məzluma, özünə zülm edən kimsəyə qarşı bəddua etmə izni verilmişdir." Onun belə dediği də rəvayət edilmişdir: "Məzlum, zalimə bəddua etməsin.'Allahım, ona qarşı mənə yardım et. Haqqımı ondan al!' dəsin."

(İbn Rəcəb əl Hənbəli:  Muxtasar fima Ruviyə an Əhli'l-Ma'rifə və'l-Hakaik fi Muameleti'z-Zâlimi's-Sârik, s. 42)

Read 15 times
In order to make a comment, please login or register