Nisə surəsi 41-ci ayətin təfsirini verə bilərsinizmi?

Abdullah b. Məs'ud (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) mənə:

'(Ey ibn-i Məsud!) Mənə Quran oxu.' diyə əmr etdi. Mən də Ona, Nisə surəsini oxumağa başladım. Nəhayət:

"---فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدًا---"

"Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?" (Nisa/41)

ayətinə çatdığım zaman, Ona baxdım. Onun iki gözündən yaşların axmaqda olduğunu gördüm.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Allah qorxusundan dolayı) hüzünlənib ağlamaq babı", hədis no: 4194)

-----------------

İzahı:

Bu hədisi, Buxari, Muslim və Tirmkzi də rəvayət etmişlərdir.

Bu ayət, axirət günü hər peyğəmbərin öz ümməti haqqında və Peyğəmbərimizin möminlər, kafirlər və münafiqlər haqqında şahidlik edəcəklərini, o gün kafirlərin halının pis olduğunu bildirir. 

Təbii ki, möminlərin iman etdikləri və kafirlər ilə münafiqlərin iman etmədikləri yolunda şahidlik ediləcəkdir.

Tuhfətu'l-Əhvəzi müəllifinə görə, ibnu'l-Mübarək, Zühd babında, Səid b. əl-Müsəyyəb'dən bu mürsəl hədisi rəvayət etmişdir:

"Allah rəsulunun ümmətinin Ona sabah və axşam ərz edilmədiyi heç bir günah yoxdur. Artıq O, ümmətini simalarıyla və əməlləriylə tanıyar və bunun üçündür ki, onlar haqqında şahidlik edəcəkdir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ağlama səbəbi haqqında, fərqli görüşlər bildirilmişdir. Belə ki:

• ibn-i Battal belə deyir:

"Çünki O, bu ayət oxunduğu zaman:

• qiyamət gününün qorxularını;

• ümməti üçün şahidlik etməsini gərəkdirən halın şiddətini; və 

• məhşər xalqı üçün şəfaətçi olma tələbini 

göz önünə gətirmişdi. Bu mənzərə üçün ağlamaq, haqdır."

• Əl-Hafiz ibn-i Həcər, öz görüşünü belə açıqlayır:

"Məncə O, ümmətinə mərhəmətindən dolayı ağlamışdı. Çünki O, ümmətinin əməlinə görə şahidlik edəcəyini bilirdi. Ümmətinin bir qisminin əməli, doğru olmaya bilər. Bu hal isə, onların əzaba girmələrinə səbəb olar."

• Hüccətü'l-İslam imam Ğazzali isə, belə deyir:

Quran oxuyarkən ağlamaq, müstəhəbdir. Ağlamağı təmin edə bilmək üçün:

• təhdid və əzab ayətləri;

• İlahi əmrlərə və qadağalara dair ayətləri;

• Allahın qullarından istədiyi itaət haqqındakı ayətləri; və

buna bənzər mövzulara dair ayətləri oxuyarkən mənaları düşünülməli, diqqətlər bunun üzərinə yönəldilməlidir. 

Sonra oxuyan kəs, öz halını bu ayətlərə görə incələyib qüsurlarını təsbit edib ağlamalıdır, hüzünlənməlidir.

Əgər qəlbinə hüzün girməzsə, bu dəfə qəflət və qatı ürəkliliyi üçün ağlamalıdır. Çünki bu hal, böyük müsibətlərdəndir."

Read 3 times
In order to make a comment, please login or register