Nisə surəsi 59-cu ayətdə, əmr sahiblərindən məqsəd kimlərdir?
Hənəfi imamlarından, Əhli Sünnənin şeyxi, imam Əbu Mənsur əl Maturidi -radiyAllahu anhu- öz möhtəşəm təfsirində Allahın "Allaha və Rəsuluna itaət edin, sizdən olan əmr sahiblərinə də" ayəsini təfsir edərkən, maraqlı bir məqama toxunuraq belə deyir:
"Bu ayədə şiələrin imamət məsələsindəki inancları ibtal edilir. Belə ki, Allah Təala "Allaha və Rəsuluna itaət edin, sizdən olan əmr sahiblərinə də" buyurur. Buradakı "əmr sahibləri" sözünə üç məna verilə bilər:
1. Onlar əmirlərdir.
2. Onlar fəqihlərdir.
3. Onlar rafizilərin iddia etdiyi mənada imamlardır.
Əgər fəqihlər, yaxud əmirlər qəsd edilərsə, şiələrin "burada qəsd olunan imamdır" sözləri batil olur.
Burada onların dediyi mənada imam qəsd edilə bilməz. Çünki Allah Təala, ayənin davamında "Aranızda bir ixtilaf çıxarsa, onun hökmünü Allaha və Rəsuluna həvalə edin" buyurur. Şiələrə görə isə, iddia etdikləri imama itaət etmək fərzdir. Üstəlik onlara görə (hər zamanda var olduğunu deməklə) imam ixtilafa düşmüş kəslərin arasındadır. Məzhəblərinə görə də ona müxalif davranmaq küfrdür.
Əgər bu belə olsaydı (yəni küfr olsaydı) Allah -Özü daha yaxşı bilir- "o məsələni imama (da) həvalə edin, kim ona müxalif olarsa küfrə girər" buyurardı.
Lakin Allah Təala ixtilaflı məsələni Onun kitabına və Rəsulunun -sallAllahu aleyhi və əlihi və səlləm- sünnəsinə həvalə etməyi əmr etdi. Bu da dəlildir ki, hüccət olaraq heç kəsin sözü Allah Rəsulunun -əleyhissalam- sözü mərtəbəsində (yəni inkarı küfr) deyil". [Əbu Mənsur əl Maturidi, Təvilətu Əhlis Sunnə, 1/442-443].
İmamımız demək istəyir ki, yalnız Allah və Peyğəmbərlərinin sözü hüccət olduğu üçün, Allah ixtilaflı məsələləri, həm Öz kitabına, həm də Rəsulunun sünnəsinə həvalə etməyi əmr etdi. Əgər rafizilərin inandığı kimi imama uymaq da fərz olsaydı və onun da sözünün inkarı küfr olsaydı, o zaman Allah onu da qeyd edərdi.
- Nisa surəsi 59-cu ayətin təfsiri
- Nisə surəsi 59-cu ayətin təfsirini verə bilərsinizmi?
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-2
- Əhzab surəsi 33-cü ayətinin təfsirini verə bilərsinizmi?
- Murciə kimdir?
- Yunus surəsi 87-ci ayətin təfsirini verə bilərsinizmi?
- Qəriblər hədisi
- İman, İslam və İhsan hədisinin izahı
- Ömər və təyəmmüm
- Şiəyə görə əhli sünnət kafirdirmi?