Nisə surəsi 59-cu ayətin təfsirini verə bilərsinizmi?

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan əmr sahiblərinə (ulü'l-əmrə) şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisə surəsi 59-cu ayət)

-------------------

Bu buyuruğa dair açıqlamaları, 3 başlıq halında təqdim edəcəyik:

 

1. İtaətin əhatə etdiyi şeylər və zalım idarəçilərə itaətin gərəkmədiyi:

Bundan əvvəlki ayətdə idarəçilərə xitab edilib onlara əmanəti yerinə gətirmələri, insanlar arasında da ədalətlə hökm etmələri əmr olunduqdan sonra, bu ayətdə idarə edilənlərə (rəiyyətə), öncə Əziz və Cəlil Allaha itaət etmələri əmr olunmaqdadır ki, bu da Onun əmrlərini yerinə gətirmək və qadağalarından çəkinməkdir.

Sonra da vermiş olduğu əmr və qadağalarda Rəsuluna itaəti əmr etməkdədir. 

Üçüncü olaraq da, idarəçilərə itaətin əmr olunduğunu görürük. 

Bu, cumhurun, Əbu Hureyrə, İbn Abbas və digərlərinin görüşünə görə belədir.

Səhl b. Abdullah ət-Tüstəri deyir ki:

7 xüsusda sultana itaət edərik;

1) Sikkə vurduğu dirhəm və dindarlar xüsusunda;

2) Ölçü və çəkilər xüsusunda;

3) Hökmlər;

4) Həcc;

5) Cümə;

6) İki bayram;

7) Cihad xüsusunda.

İbn Hüveyziməndad isə, belə deməktədir:

"Sultana itaət, işlənməsi halında Allaha itaət olan xüsuslarda icab edər. Və lakin, işlənməsi halında Allaha masiyət (üsyan, günah) olan xüsuslarda itaət vacib deyildir."

-------------------

2. Ayətdəki ulü'l-əmrdən (əmr sahiblərindən) məqsəd kimdir:

• Cabir b. Abdullah ilə Mücahid belə deyirlər:

"Əmr sahibləri deyilən kimsələr, Quran və elm əhli olan kimsələrdir. Malik'in (Allah ona rəhmət etsin) tərcihi də budur."

• Əd-Dahhaq'ın da görüşü buna yaxındır:

"Uca Allah bununla, fəqihləri və din alimlərini qəsd etməkdədir."

• Mücahid'dən, burda sözü keçənlərin: xüsusi olaraq Allah rəsulunun səhabələri olduğunu söylədiyi nəql edilmişdir. 

• İkrimə'dən isə, bununla xüsusi olaraq Əbu Bəkr və Ömər'ə (Allah hər ikisindən də razı olsun) işarət olduğunu söylədiyi nəql edilmişdir.

• Süfyan b. Uyeynə, əl-Hakəm b. Əban'dan bunu rəvayət edir:

Əl-Hakəm, İkrimə'yə umvələdlər (ağalarından uşaq sahibi olan cariyələr)'in halı haqqında sual soruşmuş, o da:

"Bu qadınlar, azad olarlar." demişdir. 

-"Bunu nəyə dayanaraq deyirsən?" deyincə də, o:

"Quran-ı Kərimə dayanaraq." deyir. O da:

-"Quranın hansı buyuruğuna dayanaraq?" diyə soruşdum. O da belə dedi:

"-Allaha itaət edin, Peyğəmbərə də itaət edin, sizdən olan əmr sahiblərinə də." diyə buyurulmaqdadır. Ömər də əmr sahiblərindəndir və bunu o, söyləmişdir.

• ibn Keysan ayəti bu şəkildə təfsir edir:

"Əmr sahibləri, insanların işlərini düzgün bir şəkildə çəkib-çevirən, ağıl və görüş sahibi kimsələr deməkdir."

----------------------

İmam Qurtubi sözlərinə davamlı belə deyir:

Mən isə, deyirəm ki:

Bu görüşlərin ən səhih olanları, birinci və ikincilərdir.

• Birincisinin səhih olması bundan dolayıdır:

Əmr, əsli etibarı ilə onlardan (idarəçilərdən)'dir və hökm etmək səlahiyyəti onlara aiddir. 

Buxari və Muslim də, ibn Abbas'dan belə rəvayət edirlər:

"Ey iman edənlər, Allaha itaət edin. Peyğəmbərə də itaət edin, sizdən olan əmr sahiblərinə də." buyuruğu, Səhmli Abdullah b. Huzafə b. Qays b. Adiyy haqqında nazil olmuşdur. 

Allah Rəsulu onu, bir orduya komandir olaraq göndərmişdi.

Əbu Ömər ibn Abdi'l-Bərr deyir ki:

Abdullah b. Huzafə, zarafatcıllığı ilə tanınan biri idi. Onun zarafatlarından biri də budur:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onu bir orduya komandir təyin etmişdi. O da əmri altında olanlara odun toplayıb yandırmalarını əmr etmişdi. Bu od qalanınca, odun içərisinə özlərini atmaqlarını əmr etti və onlara:

"Allah Rəsulu sizə, mənə tabe olmağınızı əmr etmədi mi?" dedi və:

"Kim mənim əmrimə itaət edərsə, mənə itaət etmiş olar." demədi mi?" 

Onlar da bu cavabı verdilər:

"Bizim Allaha iman etməyimizin, Rəsuluna tabe olmağımızın tək səbəbi, oddan qurtulmaqdan dolayıdır."

Allah rəsulu, onların bu uyğun davranışlarını görüb belə dedi:

"Xaliqə (Yaradıcıya) isyanı gərəkdirən xüsuslarda, heç bir məxluqa itaət yoxdur."

Çünki uca Allah:

"Özünüzü öldürməyin." (Nisa/29) diyə buyurdu. 

Bu, isnadı səhih və məşhur bir hədisdir. 

Muhamməd b. Amr b. Alqamə'nin, Ömər b. Əl-Hakəm b. Səvban'dan rəvayət etdiyinə görə, Əbu Səid əl-Xudri belə demişdir:

"Səhmli Abdullah b. Huzafə b. Qays, Bədir əshabından idi və çox zarafatcıl biri idi."

Əz-Zübeyr də deyir ki:

Mənə Abdu'l-Cabbar b. Said, Abdullah b. Vehb'dən bildirdi. Abdullah, Leys b. Sa'ddan belə dediyini nəql etdi:

"Mənə çatdığına görə, o (Səhmli Abdullah b. Huzafə b. Qays) səfərlərin birində, Allah Rəsulunun dəvəsinin bağını açdı, az qalsın Allah Rəsulu bundan dolayı yıxılacaqdı."

İbn Vehb:

'Leysə onu güldürmək üçün mü belə etmişdi?' diyə soruşdum. O da:

'Hə. O, çox zarafatcıl biri idi." dedi.

Meymun b. Mehran, Muqatil və əl-Kəlbi də deyir ki:

"Əmr sahiblərindən məqsəd, ordu komandirləridir."

-------------------------

İkinci görüşün doğruluğuna gəlincə, buna da uca Allah'ın:

"Əgər bir şeydə çəkişərsəniz...onu Allaha və Rəsuluna götürün." buyuruğu dəlildir. 

Uca Allah, haqqında anlaşılmazlığa düşülən bir şeyi, Allahın kitabına və Rəsulunun sünnətinə döndürməyi əmr etməkdədir. Allahın kitabına və sünnətə dönmə keyfiyyətini bilmək isə, elm adamlarından başqa, kimsənin bilə biləcəyi bir iş deyildir. Bu da, elm adamlarından soruşmağın vacib və onların fətvalarına bağlı qalmağın gərəkli olduğuna dəlildir.

İbn Abdullah (Allah ona rəhmət etsin) belə deyir:

"İnsanlar, ədalətli sultanlarını və (haqq üzərə olan) elm adamlarını təzim etdikləri müddətcə, xeyir üzərə davam edərlər. 

Əgər bu 2 qrupu təzim edəcək olarlarsa, Allah, onların dünyalıqlarını da, axirətlərini də islah edər. 

Bu 2 qrupu xəfifə alıb kiçik sayacaq olarlarsa, Allah onların dünyalarını da, axirətlərini də ifsad edər."

--------------

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Nisa/59 təfsiri)

Read 8 times
In order to make a comment, please login or register