Nisa surəsi 11-ci ayə
Quranda oğlan və qız övlad arasındakı miras bölgüsü, ədalətlidirmi?
Dinsizlər, bu ayəni bəhanə edərək, Quranın bu hökmünün ədalətli olmadığını iddia etməkdədirlər. Onlara görə ədalətli olan, mirasın qız və oğlan arasında bərabər bölünməsi, daha ədalətlidir.
Biz də, burda, bunun hikmətilə bağlı olaraq, Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanlarına yer vermək istəyirik. Belə ki, müəllifimiz, belə deyir:
فَلِلذَّكَرِ مِثْلُ حَظِّ اْلاُنْثَيَيْنِ olan hükm-ü Kur'ânî, mahz-ı adalet olduğu gibi, ayn-ı merhamettir.
Evet, adalettir. Çünkü, ekseriyet-i mutlaka itibarıyla bir erkek, bir kadın alır, nafakasını taahhüt eder. Bir kadın ise, bir kocaya gider, nafakasını ona yükler, irsiyetteki noksanını telâfi eder.
Yəni:
Quranın, "Kişiyə, iki qadının payı qədər pay düşür." (Nisa/11) hökmü, məhz ədalət olduğu kimi, mərhəmətin də məhz özüdür.
Bəli:
1. Ədalətdir. Çünki mütləq əksəriyyət etibarı ilə, 1 kişi, 1 qadınla evlənər və onun (yəni, qadının) nəfəqəsini öz öhdəsinə götürər. 1 qadın isə, 1 kişiyə ərə gedər; nəfəqəsini ona yükləyər; irsiyyətdəki (yəni, mirasdakı) nöqsanını da düzəldər.
"Hem merhamettir. Çünkü, o zaife kız, pederinden şefkate ve kardeşinden merhamete çok muhtaçtır. Hükm-ü Kur'ân'a göre o kız, pederinden endişesiz bir şefkat görür. Pederi, ona "benim servetimin yarısını ellerin ve yabanilerin ellerine geçmesine sebep olacak zararlı bir çocuk" nazarıyla endişe edip bakmaz. O şefkate, endişe ve hiddet karışmaz. Hem kardeşinden rekabetsiz, hasetsiz bir merhamet ve himayet görür. Kardeşi, ona "hanedanımızın yarısını bozacak ve malımızın mühim bir kısmını ellerin eline verecek bir rakip" nazarıyla bakmaz; o merhamete ve himayete bir kin, bir iğbirar katmaz."
Yəni:
2. Həm (qıza) mərhəmətdir də. Çünki o zəif qız, atasından şəfqətə və qardaşından mərhəmətə çox möhtacdır. Quranın hökmünə görə, o qız, atasından rahat bir şəfqət görər. Atası, ona, "Mənim sərvətimin yarısını, ellərin və yadların əllərinə keçməsinə səbəb olacaq zərərli bir uşaq" nəzərilə narahat olub baxmaz. O şəfqətə, narahatlıq və hiddət qarışmaz. Həm qardaşından, rəqabətsiz, həsədsiz bir mərhəmət və himayə görər. Qardaşı, ona, "Xanədanımızın yarısını pozacaq və malımızın mühim bir qismini ellərə verəcək bir rəqib" nəzərilə baxmaz. O mərhəmətə və himayəyə, bir kin və bir iğbirar (incinmə) qatmaz.
"Şu halde, o fıtraten nazik, nâzenin ve hilkaten zaife ve nahife kız, sureten az birşey kaybeder; fakat, ona bedel, akaribin şefkatinden, merhametinden tükenmez bir servet kazanır. Yoksa, rahmet-i Haktan ziyade ona merhamet edeceğiz diye hakkından fazla ona hak vermek, ona merhamet değil, şedit bir zulümdür. Belki, zaman-ı cahiliyette gayret-i vahşiyâneye binaen kızlarını sağ olarak defnetmek gibi gaddarâne bir zulmü andıracak şu zamanın hırs-ı vahşiyânesi, merhametsiz bir şenaate yol açmak ihtimali vardır."
Yəni:
Bu halda, o fitrətən nazik, nazlı və xilqətən zəif və nahif (zəif, incə, nazik) qız, surətən az bir şey itirər; lakin buna müqabil, qohum əqrəbanın şəfqətindən, mərhəmətindən, tükənməz bir sərvət əldə edər. Yoxsa, Haqqın rəhmətindən çox ona mərhəmət edəcəyik deyə ona haqqından çox haqq vermək, ona mərhəmət deyil; şiddətli bir zülmdür. Hətta, cahiliyyə zamanındakı vəhşi qürur (və heysiyyat)'dan dolayı qızlarını sağ olaraq dəfn etmək kimi; qəddarvari bir zülmü xatırladacaq bu zamanın vəhşi hərisliyinin, mərhəmətsiz bir çirkinliyə (alçaqlığa) yol açmaq ehtimalı vardır.
(Not:
Müəllifin qəsdi, budur:
Qızların mirasdan bərabər pay alması, ata və qardaşlarda, hissi bir incinməyə səbəb olur. Yəni, bunu, özlərinin (yəni, ata və qardaşların) ömürləri boyunca qazanıb topladıqları malın kürəkənə getməsi olaraq görür və bacısına qarşı da, bir düşmənlik hissi yaradır. Bu da, zəif və incə olan qızın, qorunma cəhətini sarsır. Qızın başına bir iş gəlsə, məsələn, boşansa, sığınacağı olan ata və qardaşından, qəzəb görməsinə səbəb olur.
İslam, bu həssas cəhəti düzəltmək üçün, qızın mirasdakı payından 1-ini, ata və qardaşa, sanki əmanət kimi buraxmış olur. Ta ki, qızın, sığınacağı bir nöqtəsi olsun.
Müasir hüquq isə, bu incəliyə nəzər etməyib qıza bərabər miras payı verincə, qızın güvən və istinadını, çökdürmüş olur. Yəni, qızı, ata və qardaşdan uzaqlaşdırır, ki, bu da, qızı, psixoloji olaraq diri-diri dəfn etmək mənasına gəlir.)
