Nisa surəsi 117, 118, 119-cu ayətlərin təfsirləri

لَّعَنَهُ ٱللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا • وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَـٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَـٰنَ وَلِيًّا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا •

"Onların Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər), ancaq qadındırlar. Allah ona (şeytana) lənət etmişdir. O:

'And olsun, qullarından müəyyən bir pay alacam.' demişdi.

'And olsun ki, onları azdıracam və olmayacaq xülyalara boğacağam. Onlara əmr edəcəm, heyvanların qulaqlarını kəsəcəklər və yenə onlara əmr edəcəm, Allahın yaratdığını dəyişəcəklər.'

Allahı qoyub şeytanı özünə dost tutan şəxs, açıq-aşkar ziyana uğramış deməkdir." (Nisa/117-119)

----------------------------------

117-118-ci ayətlərin təfsiri:

"Onların Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər), ancaq qadındırlar..."

Yəni bu müşriklər, Allah xaricində, -Uzza, Manat və bənzəri kimi- qadın isimlərilə anılan bütlərdən və heykəllərdən başqasına ibadət etmirlər.

Bilindiyi kimi, isim, ismin olduğu varlığa dəlalət edər. Bunların isimləri dişi/qadın və əskik isimlər olduğuna görə, bu, bu isimlərlə isimləndirilən varlıqların da əskik olduğuna və kamal sifətlərinə sahib olmadıqlarına dəlildir. Necə ki, uca Allah, Kitabının bir çox yerində, bunu xəbər verməkdədir:

Bu uydurma ilahlar:

~ Heç bir şey yarada bilməzlər;

~ Ruzi verə bilməzlər;

~ Özlərinə ibadət edənlərə gələcək zərərləri əngəlləyə bilməzlər; hətta

~ Özlərinə gələcək zərəri də, əngəlləyə bilməzlər;

~ Nə fayda təmin edə, nə bir zərəri əngəlləyə bilərlər;

~ Özlərinə pislik etmək istəyənlərə qarşı dura bilməzlər;

~ Bunların qəlbləri, gözləri və qəlbləri yoxdur.

Bəs yaxşı, elə isə:

~ bu vəsflərə sahib olan varlıqlara necə ibadət edilib ən gözəl isimlərə, ən uca sifətlərə, həmd və kamala, mütləq ucalığa, cəlala, izzətə, camal və rəhmətə, yaxşılıq və ehsana sahib olan, tək başına yaradan və yaratdıqlarını idarə edən, əmr və təqdirdə ucsuz-bucaqsız hikmətə sahib olan uca Allaha ixlasla ibadət, necə tərk edilə bilər?!

Bu, belə bir davranış sərgiləyənin:

~ əskikliyinə;

~ son dərəcə bayağı/sıradan olduğuna;

~ heç bir kimsənin düşünə bilməyəcəyi və yaxud vəsf edə bilməyəcəyi qədər alçaq olduğuna

dəlil təşkil edə biləcək ən çirkin bir iş deyilmi?!

Bununla birlikdə, bunların bu bütlərə ibadətləri, ancaq surət/şəkil etibarı ilədir. Həqiqətdə isə, onlar, şeytandan başqasına ibadət etmirlər. O şeytan isə, onların düşmənidir, onları həlak etməl istəyər və bu mövzuda bütün gücü ilə çalışıb çabalayar.

Ayrıca, şeytan, Allahdan çox uzaqdır. Çünki Allah, onu lənətləmiş, rəhmətindən uzaqlaşdırmışdır. Allah onu rəhmətindən uzaqlaşdırdığı üçün, o da, Allahın qullarını, Allahın rəhmətindən uzaqlaşdırmağa çalışmaqdadır.

إِنَّ ٱلشَّيْطَـٰنَ لَكُمْ عَدُوٌّ فَٱتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُوا۟ حِزْبَهُۥ لِيَكُونُوا۟ مِنْ أَصْحَـٰبِ ٱلسَّعِيرِ

"Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır." (Fatir/6)

Bundan dolayı, uca Allah, şeytanın:

~ Allahın qullarını azdırmaq üçün çalışdığını;

~ onlara pisliyi və fəsadı bəzəkli göstərdiyini; və

~ Rəbbinə and içərək:

"...And olsun, qullarından müəyyən bir pay...", yəni miqdarı bəlli bir pay "alacağam" dediyini xəbər verməkdədir.

O məlun şeytan:

~ Allahın bütün qullarını azdıra bilməyəcəyini;

~ Allahın ixlaslı qulları üzərində hər hansı bir təsərrüfünün olmadığını; ancaq

~ Özünü dost edib özünə itaəti uca Mövlasına itaətə tərcih edənlər üzərində hökmranlığının bəhs mövzusu olduğunu

bilməkdə idi. Necə ki, bir yerdə də, onları azdıracağına dair beləcə and içdiyini görürük:

...وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ • إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ

"...onların hamısını azdıracağam. Yalnız Sənin ixlaslı qulların xaric." (Hicr/39-40)

Bax o məlun/lənətli şeytanın zənn etdiyi və qəti bir qənaət olaraq ifadə etdiyi xüsus, budur. Uca Allah da, bu buyuruğu ilə, bunun gerçəkləşmiş olduğunu xəbər verməkdədir:

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ

"And olsun, iblis, onların əleyhindəki zənnini gerçəkləşdirmişdir. Çünki möminlərdən bir dəstə xaric, (hamısı) onun toruna düşdülər." (Səbə/20)

----------------------------------------

119-cu ayətin təfsiri:

İblis, Adəm oğulları arasından alacağına dair and içdiyi bu müəyyən paydan nələr istədiyini və onlara nələr etdirəcəyini:

"And olsun, onları azdıracağam." ifadəsilə dilə gətirməkdədir. Yəni onları, doğru yoldan, həm elmdə, həm əməldə haqdan uzaqlaşdıracağam.

Bununla birlikdə: "...olmayacaq xülyalara daldıracağam..."

Yəni: haqdan azmalarına rəğmən, hidayətdə olanların əldə etdiklərinə, özlərinin də nail olacağı xülyasını onlara təlkin edəcəyəm. Bu isə, aldanmışlığın məhz özüdür. Çünki iblis, onları azdırmaqla kifayətlənməyib içində olduqları azğınlıqları da, onlara bəzəkli göstərər. Bu isə, onlar üçün, pislik üzərinə pislikdir. Çünki bir tərəfdən cəzalandırılmalarını gərəkdirən cəhənnəmliklərin əməllərini işləyərkən, digər tərəfdən bu əməllərin özlərinə cənnəti qazandıracağını zənn etməkdədirlər. Bu halı, yəhudilərdə, xristiyanlarda və bənzərlərində, ibrətlə müşahidə edə bilirik. Necə ki, uca Allah, onlar haqqında bunu nəql etməkdədir:

وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَـٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ...

~ "Onlar dedilər: 'Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!' Bu onların xam xəyallarıdır..." (Bəqərə/111);

...كَذَ‌ٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ...

~ "...Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik..." (Ənam/108);

قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَـٰلًا • ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

~ "De: 'Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar öz-özlüyündə yaxşı işlər gördükləri gümanındadırlar." (Kəhf/103-104)

Uca Allah, münafiqlərin də qiyamət günündə möminlərə belə deyəcəklərini xəbər verməkdədir:

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ

"Münafiqlər onları haraylayıb deyəcəklər:

'Məgər biz sizinlə birlikdə deyildikmi?' Möminlər deyəcəklər:

'Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı." (Hədid/14)

Uca Allahın:

"...onlara əmr edəcəm, heyvanların qulaqlarını kəsəcəklər..."

buyuruğu:

~ bəhirə;

~ saibə;

~ vasilə; və

~ ham (bax: Maidə/103)

adını verdikləri heyvanlara edilən tətbiqatlara işarətdir. Bununla da, bu növün bütün hamısına diqqət çəkilməkdədir. Belə ki, bu, azdırma növlərindən biri olub Allahın halal qıldığını haram, haram qıldığını da halal qılmağı ifadə edir. Bunlara xarab etiqadlar və haqsız hökmlər də əlavə edilər ki, bunlar da, azdırmanın ən iləri şəklidir.

"...və yenə onlara əmr edəcəm, Allahın yaratdığını dəyişəcəklər..."

Bu isə:

~ döymə vurdurmaq;

~ dişləri incəltmək;

~ qaşları çəkmək;

~ gözəlləşmək üçün dişlərin arasını ayırmaq

kimi, şeytanın insanları azdırmaq məqsədilə təşviq etdiyi və Rahmən olan Allahın xilqətini dəyişdirməyə götürən hər cür işi ehtiva etməkdədir. Bu:

~ UCA ALLAHIN YARATDIĞINA RAZI OLMAMAQ;

~ HİKMƏTİNİ TƏNQİD EDİB BƏYƏNMƏMƏK; və

~ ÖZ ƏLLƏRİLƏ ETDİKLƏRİNİN, RAHMƏN OLAN ALLAHIN YARATDIĞINDAN DAHA GÖZƏL OLDUĞUNA İNANMAQ;

~ ONUN TƏQDİR VƏ İDARƏSİNƏ RAZI OLMAMAQ

mənasına gəlir.

Yenə bu buyruq, batini xilqəti (daxili dünyanı/fitrəti) dəyişdirməyi də, ehtiva edir. Belə ki, şanı uca olan Allah, qullarını həniflər olaraq, haqqı qəbul və tərcih fitrətinə sahib bir qabiliyyətdə yaratmışdır. Ancaq şeytanlar onlara yaxınlaşaraq, onları bu gözəl yaradılışın xaricinə sapdırmış, onlara pislik və şirki, küfrü və fasiqliyi və üsyanı, bəzəkli göstərmişdir.

Heç şübhəsiz ki, hər doğulan, İslam fitrəti üzərinə doğar; ancaq ata-anası, onu yəhudi, xristiyan, məcusi və buna bənzər -Allahın fitrətini qullarının əleyhinə dəyişdirdikləri- hər hansı bir inanca yönəldərlər. Fitrətlərində olan tövhidi, Allahı sevməyi və Onu tanımağı dəyişdirərlər.

Bax bu cəhətdə, şeytanlar, yırtıcı heyvanların və qurdların tək başına qalan qoyunlara hücum etməsi kimi hücum edib onları ələ keçirərlər. Əgər uca Allahın ixlas sahibi qullarına lütf və kərəmi olmasaydı, bu fitnəyə məruz qalan kimsələrin başından keçənlərin bir bənzəri, onlar üçün də bəhs mövzusu olardı.

Rəblərindən, özlərini Yaradanın yolundan üz çevirərək, hər cəhətdən özləri üçün pislik istəyən düşmənlərini özlərinə dost qılmaqlarının nəticəsində qarşı-qarşıya qaldıqları hal, bax budur. Beləliklə, onlar, dünya və axirəti itirərlər, tam bir zərərə uğrayarlar. Bundan dolayıdır ki, uca olan Allah, belə buyurmaqdadır:

"...Allahı qoyub şeytanı özünə dost tutan şəxs, açıq-aşkar ziyana uğramış deməkdir..."

~ Din və dünyasını itirən;

~ Günahları özünü həlak edən;

~ Əbədi olaraq bədbəxt olub sonsuz nemətləri əlindən qaçıran

kimsədən daha aşkar bir zərərə uğrayan kim vardır?!

Digər tərəfdən, Mövlası (olan Allahı) özünə dost edib Onun razılığını tərcih edən kimsə:

~ ən böyük karı əldə edər;

~ ən böyük qurtuluşa nail olar;

~ dünya və axirət səadətini əldə edər.

Allahım! Sənin verdiyini əngəlləyəcək olmadığı kimi, Sənin əngəllədiyini verə biləcək kimsə də yoxdur.

Allahım! Bizləri, Özünə dost qıldığın kimsələr arasına qat və özlərinə əmin-amanlıq verəcəyin kimsələrdən qıl!

----------------------------------

Allahın yaratdığını dəyişdirmək, nə deməkdir? - 2

✓ Beşincisi:

Şeytanın:

"...onlara əmr edəcəm, Allahın yaratdığını dəyişəcəklər..." sözüdür.

Müfəssirlər, bu xüsusda, 2 görüş iləri sürmüşlərdir:

• 1. Allahın yaratdığını dəyişməkdən murad:

"Onun dinini dəyişdirməkdir." Bu:

~ Səid b. Cubeyr;

~ Səid ibnu'l-Museyyəb;

~ Hasan əl-Basri;

~ Dahhaq;

~ Mücahid;

~ Suddi;

~ Nəxai; və

~ Qatadə'nin görüşüdür.

Bu görüşün izahı üçün, 2 şey söylənə bilər:

a. Allah Taala, insanları, Adəmin belindən zərrələr halında çıxarıb, onları:

"Özünün onların Rəbbi olub, onların da Özünə iman etdikləri xüsusunda, özlərinə" şahid tutduğu gün, İslam dini üzərinə yaratmışdır.

Bundan dolayı, kim (bundan sonra) küfrə girərsə, beləcə, Allahın, insanları, üzərinə yaratdığı fitrəti dəyişdirmiş olar. Bax bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Hər doğulan, (İslam) fitrəti üzərinə doğar. Ancaq onu, ata-anası, ya yəhudi, ya xristian və yaxud da məcusi edər..." (Buxari, Cənaiz, 80, 93)

şəklindəki hədisin ifadə etdiyi mənadır.

b. Allahın dinini dəyişdirməkdən murad:

"Halalı harama və yaxud da haramı halala çevirməkdir."

--------------------------------------

• 2. Burdakı "dəyişdirmə":

Zahirlə əlaqəli olan bütün halları dəyişdirmək mənasına alınır.

Bu görüşdə olanlar, bir neçə izah şəkli zikr etmişlərdir:

a. Hasan əl-Basri belə demişdir:

Bundan murad, Abdullah b. Məs'ud (radiyallahu anh)'ın Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi bu hədisdir:

"Parik taxan və taxdıran, döymə vuran və vurduran qadınlara, Allah lənət etmişdir.'

Bu, belədir. Çünki qadın, bu kimi şeyləri etmək surətilə, ZİNAYA YOL AXTARAR." demişdir.

b. Ənəs, Şəhr b. Həvşəb, İkrimə və əbu Salih'dən rəvayət edildiyinə görə, burda Allahın yaratdığını dəyişdirməkdən murad, heyvanı:

~ axtalamaq;

~ qulaqlarını kəsmək; və

~ gözlərini çıxarmaq

deməkdir.

Bundan ötürü, Ənəs, qoçları axtalamağı xoş qarşılamazdı.

Ərəblər, içlərindən bir şəxsin dəvə sayı minə çatdığında, toxumluq olan dəvənin gözünü kor edirdilər.

c. İbn Zeyd, bu dəyişdirmənin:

"Kişilərin qadınlar kimi davranmaları" olduğunu söyləmişdir.

Mən (Razi) isə, deyirəm ki, bu görüşə görə, ayətin mənasına kişilərə bənzəyən (qadınlıq hormonları olmayan) qadınları da əlavə etmək gərəkdir. Çünki:

~ "tahannus" (hunsalıq): qadına bənzəməyə çalışan kişi;

~ "əs-səhq" isə: kişiyə bənzəməyə çalışan qadın

mənasındadır.

d. Zəccac, bəzi kimsələrin belə dediyini nəql etmişdir:

"Allah Taala, mal-qaranı, bir qismindən minik kimi faydalansınlar, bir qisminin də ətini-südünü yeyib-içsinlər deyə, insanlar üçün yaratmışdır. İnsanlar isə, onları, "bəhirə", "saibə" və "vasilə" deyə, özlərinə haram qılmışlardır.

Yenə Allah Taala, günəşi, ayı və ulduzları, insanların faydasından dolayı və onlardan istifadə etsinlər deyə yaratmış, ancaq müşriklər, bu varlıqlara ibadət edərək, Allahın yaratdığı şeyləri dəyişdirmiş (yaradılış məqsədlərindən başqa yönə çevirmiş)'dirlər.

Bax bu mövzuda müfəssirlərin söylədiyi sözlər, bunlardan ibarətdir.

Bu nöqtədə, ayətdən bir məna çıxarmaq xüsusunda, mənim ağlıma bu şəkildə bir başqa izah daha gəlməkdədir. Belə ki:

Bir şeyə zərər və xəstəlik, bu 3 şəkildə gəlir:

1. Qarışma;

2. Nöqsanlaşma; və

3. Batil/xarab olma...

Bu səbəblədir ki, şeytan (Allah ona lənət etsin), insanların əksəriyyətini, dini xəstəlik və zərərlərə salacağını iddia etmişdir ki, bu, onun:

"...mən onları olmayacaq xülyalara salacağam..."

sözündən başa düşülməkdədir.

Sonra bu xəstəliyin, mütləq, zikr etdiyimiz qarışma, nöqsanlaşma və pozulma kimi bir şəkildə olması lazımdır.

~ Qarışma şəklinə gəlincə, şeytan buna:

"...onları mütləq olmayacaq xəyallara salacağam..." sözü ilə işarət etmişdir.

Bu, belədir. Çünki xəyalpərəst adamların ağlı-fikri, bəzi şəhəvi və qəzəbi istəkləri əldə etmək üçün, bir çox incə mənalar, hiylələr və çox həssas yollar axtarmaqla məşğuldur.

Bax bu, bir şeyin qarışması ilə meydana gələn ruhi bir xəstəlikdir.

~ Nöqsanlaşma ilə meydana gələn xəstəliyə, şeytan:

"...onlara əmr edəcəm, mal-qaranın qulaqlarını kəsəcəklər..."

sözü ilə işarət etmişdir.

Bu, belədir. Çünki heyvanların qulaqlarını kəsmək, bir növ nöqsanlaşdırmaqdır. Çünki insanın ağlı-fikri dünyalıq əldə etmək olunca, axirəti istəmədəki əzmi və istəyi, zəif olur.

~ Pozulma/xarab olma ilə meydana gələn xəstəliyə isə, şeytan:

"...onlara əmr edəcəm, Allahın yaratdıqlarını dəyişdirəcəklər..."

sözü ilə işarət etmişdir.

Çünki dəyişdirmə, uzun müddət mövcud olan bir sifəti pozub yox etmək deməkdir. Halbuki dünyəvi ləzzətlər arxasından mütəmadi qaçan və ruhi səadətdən üz çevirən kimsənin qəlbində, dünyaya qarşı bir istək, axirətə qarşı isə bir nifrət, getdikcə artar və çoxalar. Bu hal, o insanın qəlbi tamamilə dəyişincəyə qədər davam edər. Beləcə insan, elə bir nöqtəyə gələr ki, artıq qəlbində axirət hissi yer almaz və ağlından dünya sevgisi heç çıxmaz. Beləcə də, bütün hərəkətləri, sözləri və felləri, ancaq dünya üçün olar. Bax bu da, Allahın yaratdığı şeyin dəyişdirilməsini gərəkdirən bir şeydir. Çünki insanlar, bu maddi aləmə bir yolçuluq üçün gəlmişlərdir. Əslində onlar, axirət aləminə doğrudurlar. Lakin axirət aləmini unudub, yox olub sonlanacaq olan bu hiss edilən (maddi) aləmlə yaxşıca ünsiyyət kəsb edincə/qazanınca, bax bu da, həqiqi mənada yaradılışı dəyişdirmək demək olur. Bu, eynilə:

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

"Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir." (Haşr/19); və

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَـٰرُ وَلَـٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ

"Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur." (Həcc/46)

ayətlərində ifadə edilən xüsus kimidir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)

--------------------------------------

İnsan, ibadət etmək üçünmü yaradılmışdır?

"İ’lem Eyyühel-Aziz (Bil ey əziz qardaşım)! Arslan gibi hayvanların diş ve pençelerine bakılırsa, iftiras (parçalamaq) ve parçalamak için yaratılmış oldukları anlaşılır. Ve kavunun, meselâ, letafetine dikkat edilirse, yemek için yaratılmış olduğu hissedilir.

“Kezalik (eynilə yuxarıdakı 2 misal kimi), insanın da istidadına bakılırsa, vazife-i fıtriyesinin (fitri vəzifəsinin) ubudiyet (qulluq) olduğu anlaşıldığı gibi;

ruhanî ulviyetine (ucalığına) ve ebediyete olan derece-i iştiyakına (şiddətli arzu dərəcələrinə) da dikkat edilirse, en evvel insan bu âlemden daha latif bir âlemde ruhen yaratılmış da teçhizat almak üzere muvakkaten bu âleme gönderilmiş olduğu anlaşılır.”

(Ustad Said Nursi, "Mesnevi-i Nuriye", Zerre bahsi, s. 162)

-----------------------------------

Necə ki:

~ aslanın dişləri parçalamaq;

~ yemişin lətifliyi yeyilmək

olduğuna dəlalət edirsə,

~ insanın istedadları da, onun fitri vəzifəsinin ibadət olduğuna

dəlalət edər.

Həm insanın ruhani yönünün ucalığı ilə əbədi həyat və əbədiyyətə olan şiddətli arzusu dəlalət edər ki, insan, ilk əvvəl, bu aləmdən daha lətif olan başqa bir aləmdə yaradılmış və "təchizatını alıb" təkrar ora dönmək üzərə bu aləmə göndərilmişdir."

------------------------------------

Ustad Nursi (rahiməhullah), əşyanın xilqətindən alacağımız dərslərə misal olaraq, yuxarıdakı 2 nümunəni zikr etmişdir. Ən mükəmməl varlıq insan olduğuna görə, ən böyük dərsi də, onun mahiyyətini oxuyaraq əldə edə bilərik.

Ustad Nursi, bu mövzunu, Sözlər əsəri (23-cü sözdə) geniş olaraq ələ almışdır. O sözdə də, açıqlandığı kimi, heyvan, bu dünyaya "istedadına görə, mükəmməl olaraq gəlir."

Ömrü boyunca, o istedadında, zərrə qədər ilərləmə və geriləmə olmaz. Məsələn, arı, bal verəcək şəkildə yaradılmışdır. İlk arıdan qiyamətə qədər gələcək son arıya qədər, hamısı eyni işi görərlər.

İnsan isə, belə deyil. Onun istedad və qabiliyyətləri, dünya həyatına sığmır. Gözü əbədiyyət yurdundadır. Sərmayəsi bu aləmə çox gəlir və bu fani dünya, bütün ehtişamı ilə birlikdə, onun qəlbini doyura bilmir.

Burdan yola çıxaraq, insanın başqa bir aləm üçün yaradıldığını başa düşürük. Bu dünyaya gəlməsi, Müəllifimizin dili ilə desək, "digər aləm üçün cihazlanmaq, sərmayə toplamaqdır."

Məsələni bir az da açaq:

Məsələn,

~ Qəlb. Qəlbdəki əbədiyyət arzusu, bu dünyaya sığmır. Qəlb, əbədi yaşamaq arzuladığı halda, dünya müvəqqəti və fanidir. Və yaxud qəlbin o qədər çox arzu və istəkləri vardır ki, insan bu dünyada, bunların 1/1000-ni əldə edə bilmir.

~ Ağıl. Ağıl, öz qabiliyyətini, bütünü ilə bu dünyada tam olaraq istifadə edə bilmir. İnsanın əqli qabiliyyətini məhdudlaşdıran və həqiqətləri görməsini əngəlləyən o qədər çox maddi səbəblər vardır ki, ağıl, bu məhdudiyyət və əngəllərdən dolayı, bəzən ən açıq bir həqiqəti belə görə bilmir. Halbuki ağıl, öz mahiyyəti gərəyi, onları idraka əlverişlidir. Ancaq ağlı əhatə edən "qaranlıq pərdələr", onun idrakına əngəl təşkil edirlər.

~ İnsan hislərinin anatomiyası da, bu dünya üçün olmadıqlarını, çox açıq bir şəkildə ortaya qoyurlar. Eynilə ana qarnındakı bir uşağın, əzalarını ana qarnında istifadə edə bilməməsinin, istifadə edə biləcəyi başqa bir aləmə işarət etməsi kimi. Məsələn, əlləri olduğu halda, tuta biləyəci heç bir şey yoxdur. Ayaqları olduğu halda gəzə biləcəyi bir yer yoxdur. Qulaqları olduğu halda, ana rəhmində bundan istifadə mümkün deyil. Gözləri olduğu halda, görəcəyi yer məhduddur... Əgər dünya həyatı yoxdursa, uşağın bu orqanlarla yaradılışı əbəs olmazmıydı?! Halbuki dünyaya gəlib bunların (göz, qulaq, əl, ayaq və s.) qarşılıqları olan aləmləri (görüntülər, səslər, yeriyə biləcəyimiz yerlər, toxuna biləcəyimiz şeylər və s.) gördük.

Xülasə, ana qarnındakı uşağın əzaları, dünyaya necə işarət edirsə, eyni şəkildə, dünya da, axirət aləminə nisbətlə ana rəhmi kimi dar və məhdud olduğu üçün, insanın hisləri (əbədi yaşamaq kimi hisləri) də, axirət aləminə işarət edir.

Read 71 times
In order to make a comment, please login or register