Nisa surəsi 28-ci ayə

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ ٱلْإِنسَـٰنُ ضَعِيفًا

"Allah, sizin üçün yüngülləşdirmək istəyir, (çünki) insan, zəif yaradılmışdır." (Nisa/28)

-----------------------

Təfsiri:

"Allah, sizin üçün yüngülləşdirmək istəyir."

Bu ayənin, bu mənaya gəlmə ehtimalı vardır:

Haqq Taala, yükümüzü yüngülləşdirmiş və keçmiş ümmətlərə yüklədiyi ağır işlər, sıxıntılar, çətinlikləri, bizə yükləməmişdir. Məsələn, onların tövbələrinin qəbul edilməsini, bir-birilərini (və ya öz nəfslərini) öldürməsi şəklində təyin etmişdir. (bax: Bəqərə/54) O, bizim tövbəmizi, qəlbən peşman olmaq, etdiyimiz günahlardan tövbə etməkdən ibarət qılmışdır.

Belə də deyilə bilər:

Bizə dair muamələlərini, xəfif/yüngül tutmuşdur. Elə ki, bizi həlak etməmiş, Özünə müxalifət etmək və Ona itaəti tərk etmək səbəbindən, bizi məvh etməmişdir. Halbuki, keçmiş ümmətləri məhv edərək həlak etmişdir.

...Bax bu, Onun qatından, bir lütf və rəhmət olaraq, Allahın, yükümüzü xəfiflətməsi və asanlaşdırmasıdır.

-------------------

"(Çünki) insan, zəif yaradılmışdır."

Haqq Taala'nın, bu ayətilə, kafiri qəsd etmə ehtimalı vardır. Necə ki, O, belə buyurmuşdur:

• إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا • إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوع

"Həqiqətən, insan, kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda, özündən çıxır." (Məaric/19-20)

Belə də deyilmişdir:

Quranda, insanın zikr edildiyi hər yerdə, kafir qəsd edilmişdir. Zəifliyindən ötürü, kafirin qəlbi daralar; nemətlər içərisində uzun müddət tərk edilməsi səbəbilə, nəfsinə bezginlik gələr.

Allah Taala'nın, bu ayəsində, həm kafiri, həm də müsəlmanı qəsd etmə ehtimalı da vardır. İnsanı, başlanğıc dövründə, zəif olaraq vəsf etmişdir. Necə ki, O, belə buyurur:

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً

"Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır..." (Rum/54)

İnsanı, zəifliklə vəsf etmək, zatındakı zəiflik səbəbilə olana ehtimalı vardır. Allahın, özünə yüklədiyi itaət və ibadətlərdən bezir. O, mələklər kimi deyildir. Necə ki, Allah, mələkləri, zəiflik göstərməyən, yorulmayan və bezməyən, gecə-gündüz, Allahı tənzih edən varlıqlar olaraq vəsf etmişdir. (bax: Ənbiya/19-20) Lakin Adəm oğulları, belə deyildirlər.

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)

----------------------------

----------------------------

Əlavələr:

Dəyərli oxuyucu! İnsanın bu zəifliyi, daha dünyaya gələr-gəlməz özünü göstərməyə başlayır. Digər canlıların balaları, qısa zamanda həyata uyğunlaşıb, öz başlarına həyatlarını davam etdirə biləcək səviyyəyə çatırlar. İnsan balası isə, 1-2 ildə ancaq ayağa qalxır. 15-20 ildə isə, ancaq bir qisim fayda və zərərləri öyrənir. Ömrü boyunca da, həyat qanunlarını öyrənməyə möhtacdır.

Bununla bərabər, insan, çox həssas bir canlıdır. Nə çox istiyə, nə də çox soyuğa; nə aclığa, nə də susuzluğa dözə bilir. Bir mikrob belə, onu yerə sərə bilir. Keçmişi düşünür, kədərlənir. Gələcəyi düşünür, narahat olur. Bütün bunlara baxmayaraq isə, arzuları əbədə uzanır.

Bir də, bəşəri zəifliklərimiz vardır. Bu zəifliklər, bəzi xarakterlərimizdir. Bunlardan bir qismini, bu şəkildə ələ ala bilərik:

1. Nisyan (unutqanlıq)

İnsan, nisyana bulaşmışdır. Hər insanın həyatında, bir çox unutqanlıq nümunələri vardır. Adəm də, eyni nisyanı yaşamışdır. Ayə, bunu belə ifadə etməkdədir:

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا

"Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik." (Taha/115)

Adəmə, qadağan edilmiş meyvəyə yaxınlaşmaması da əmr edilmişdi. Şeytanın vəsvəsəsi ilə yaxınlaşdı və ağacdan yedi. Bunun nəticəsində, dünyaya göndərildi. (bax: Bəqərə/35-37)

Adəmin təbiəti, eynilə Adəm oğullarında da vardır. Nisyanın ən pisi, insanın özünü unutması, nə üçün yaradıldığını ağlına gətirməməsidir. Buna, qəflət deyilir. Haqq Taala, bəzi müsibətlərlə insanı qəflət yuxusundan oyandırır. Onu, yaradılış qayəsinə yönəldir. Lakin çox insan, yenə də unudur. Quran, bunu, belə ifadə etməkdədir:

وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّ مَّسَّهُۥ ۚ كَذَ‌ٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ

"İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus/12)

2. Hərislik və xəsislik:

Bəşəri zəifliklərimizdən biri də, mala düşgünlükdür. Quran, bu xüsusu, belə xəbər verməkdədir:

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا

"(İnsana) bir xeyir nəsib olduqda isə, xəsislik edir." (Məaric/21)

3. Tələskənlik:

İnsan, tələskən bir varlıqdır. Bir anda nəticəyə çatmaq istəyər. Axirət səadətini, dünyada dadmağa çalışar. Quran, bu xüsusu, belə ifadə etməkdədir:

فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا وَمَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَـٰقٍ

"...İnsanlar arasında: 'Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!'– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur." (Bəqərə/200)

وَكَانَ ٱلْإِنسَـٰنُ عَجُولًا...

"Doğrusu, insan, tələsgəndir." (İsra/11)

4. Bəhanə edə bilməsi:

Müsbət işlərdə bir varlıq göstərə bilməyənlər, bəzi bəhanələrlə, özlərini təsəlli edər; öz qüsurlarını görmək istəməzlər. Məsələn, Hudeybiyyə səfərinə qatılmayan bəzi bədəvilərin bəhanələrinə baxaq:

سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَ‌ٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ

"Geri qalan bədəvilər Sənə: 'Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!'– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər." (Fəth/11)

Bax, insanın mahiyyətində, belə neçə-neçə zəifliklər vardır. Bu zəifliklər, əslində, insanın mənəvi tərəqqisində, mühim bir əsasdırlar. Mələklərdə isə, belə zəifliklər olmadığından, onlarda mücadilə də yoxdur. Mücadilə olmayınca, tərəqqi də yoxdur.

Read 30 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR