Nisa surəsi 43-cü ayətin təfsiri
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءً فَتَيَمَّمُوا۟ صَعِيدًا طَيِّبًا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
Yə əyyuhəlləzinə əmənu! Lə təqrabu's-salətə və əntum sukəra hətta tə'ləmu mə təqulun və lə cunubən abiri səbilin hətta təğtəsilu və in kuntum mərda əv alə səfərin əv cəə əhədun minkum minə'l-ğaiti əv ləməstumu'n-nisəə fə ləm təcidu məən fətəyəmməmu saidən tayyibən fəmsəhu bi vucuhikum və əydikum. İnnəllahə kənə Afuvvən, Ğafuran.
Yəni:
"Ey iman gətirənlər!
~ Sərxoş ikən nə dediyinizi anlayana qədər;
~ cünub ikən də -yolçu olan müstəsna- qüsl alıncaya qədər,
namaza yaxınlaşmayın. Əgər:
~ xəstə; və ya
~ səfərdə olsanız; yaxud
~ sizlərdən biri ayaq yolundan gəlibsə; və ya
~ qadınlara toxunub
(bu hallarda da) su tapmasanız, təmiz torpağa yönəlin (yəni, təyəmmüm edin), üzlərinizə və əllərinizə sürtün! Şübhəsiz, Allah, Afuvv (əfv edən)'dir, Ğafur (bağışlayan)'dır." (Nisa/43)
------------------------------
Təfsiri:
"Ey iman edənlər! Siz, sərxoş ikən, namaza yaxınlaşmayın."
Bu İlahi bəyan haqqında, fərqli görüşlə iləri sürülmüşdür. (Belə ki):
~ Deyildi ki: Bunun mənası, "Sərxoş ikən namaz qılınan məkana yaxınlaşmayın." deməkdir. Bunun kimi, cünub (yəni, qüslsüz) olan da, namaz qılınan məkana yaxınlaşa bilməz.
Bu, ibn Məsud (radiyallahu anh)'ın görüşüdür. (Tabəri, "Camiu'l-Bəyan", V, 98; Suyuti, "əd-Durru'l-Mənsur", ll, 548)
~ Yenə deyildi ki: "Sərxoş ikən namaza yaxınlaşmayın." ayəti(nin mənası), sərxoşluq halında namaz qılmağı qadağan etməkdir.
Rəvayət edildiyinə görə, bir adam, yemək hazırlayıb, əbu Bəkr, Ömər, Osman, Əli və Sad b. əbi Vaqqas (radiyallahu anhum)'u dəvət etmiş; onlar da bu yeməkdən yemiş; ardından da, onlara şərab içirmişdi. Bu hadisə, içkinin qadağan edilməsindən əvvəl baş vermişdi. Məğrib (axşam) namazının vaxtı gəlmiş; içlərindən biri imam olmuş; və surə olaraq "Qul, yə əyyuhə'l-Kafirun" surəsini, "lə" (inkar ədatlarını) ataraq oxumuşlardı. Bunun üzərinə, uca Allah, "Sərxoş ikən, namaza yaxınlaşmayın." ayətilə başlayan surə endirmişdir. (Tabəri, "Camiu'l-Bəyan", V, 95)
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, belə buyurduğu rəvayət edilmişdir:
"Qıldığı namazı bilməyəcək halda olan kimsə, namaz qılmasın."
Bu ayədə, bu xüsuslara da işarət vardır:
Namazda fərz olan sözlər və qiraətlər vardır. Sərxoş ikən tərk edilər qorxusu ilə onlara yaxınlaşmaq qadağan edilmişdir. Yaxud sərxoş ikən olmaması lazım gələn sözlər qarışdırılar qorxusu ilə, bu sözlərə yaxınlaşmaq qadağan edilmişdir. Burda, istər qəsdən, istər xəta ilə olsun; dünya kəlamı danışmaqla namazın fasid olacağını göstərən dəlil vardır. Çünki, sərxoş kimsə, bunu, qəsdən deyil; xəta yolu ilə edər. Bu məsəldə, hərəkət nöqtəsi, budur:
Allah, sərxoş ikən namaz qılmağı, namazın özü üçün qadağan etməmiş; əksinə, sərxoşluq halında ikən namaz qılmağı qadağan etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Qaçmış nökərin və ərinə qarşı itaətsizlik göstərən qadının namazı, qəbul edilməz." (Muslim, "İman", 124) hədisi də, bunun kimidir.
Burda, namazı qadağan etmək deyil; nökərlər üçün, qaçmaqdan və qadınlar üçün də, ərlərinə qarşı itaətsizlikdən qadağan etmə vardır. Bunun kimi, əvvəl keçən bəzi səbəblə qadağa qoyulan hər ibadətdəki qadağa, sadəcə o səbəbə bağlı olub Allahın əmr etdiyi ibadətlərdən dolayı deyildir. Çünki, nökərin qaçması, qadının itaətsizliyi və sərxoşluq, o fərzin yaxud o ibadətin düşməsində, təsir edici xüsusla bağlı deyildir.
Təfsirini etməkdə olduğumuz ayədə, buna da işarət vardır:
Sərxoş olan kimsə də (ayıq kimsə kimi), Allah Taala'nın, "Sərxoş ikən namaza yaxınlaşmayın." qadağasına muxatabdır. Dolayısı ilə, sərxoş bir halda ikən namaza yaxınlaşmaq, qadağan edilmişdir. Burdakı qadağa, sərxoşluq halına aiddir. Bu haldakı insan, muxatab sayılınca; onun boşaması da, etdiyi digər əqdlər də, keçərli olur. Məgər görmürsənmi ki, uca Allah, başqa bir ayədə, belə buyurur:
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
"Həqiqətən, şeytan, sərxoşedici içki və qumar vasitəsilə, sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz, buna son qoyacaqsınızmı?" (Maidə/91)
Əgər insanlar, sərxoş ikən də Allahı zikr etməklə mükəlləf olmasaydılar, bu çərçivədə Allahı zikr etməkdən əngəlləməyin, bir mənası olmazdı. Dolayısı ilə, sərxoşun da, muxatab olduğu başa düşülməkdədir.
Bax, imam əbu Yusuf'un, bu sözü, bunun üçündür:
Sərxoş kimsə, İslamdan dönsə, onun bu feli, dindən dönmək sayılır. Çünki, belə birinin xanımını boşaması və digər əqdləri ilə fəsxləri, keçərlidir. (Elə isə) dindən dönməsi də, belədir.
İmam əbu Hənifə'yə görə isə:
Sərxoş, istihsən (haşiyə) qaydasına görə, dindən dönmüş sayılmaz. Çünki, dindən dönmək, digər əqdlər və fəsxlər kimi deyildir. Belə ki:
Digər əqdlərin meydana gəlməsi, -qəlbən razı olmaq şərt qoşulmuş olsa da- dil ilə ifadə etməyə bağlıdır. Lakin iman və küfr, belə deyildir. Xalq arasında, dil ilə ifadə edilməsi hər nə qədər şərt qoşulmuş olsa da, o, qəlbən gerçəkləşir. Hal belə olunca da, insan, sərxoş olduğunda, sərxoşluq, qəlbi hökmsüz buraxmış olur. Sanki, o sözü, özü söyləməmiş kimi olur. Digər əqdlər isə, dil ilə söyləməyə bağlı olduqlarından, əqd, onunla gerçəkləşir. Allah, ən doğru biləndir...
--------------------------
"Namaza yaxınlaşmayın."
Allah Taala'nın bu bəyanı haqqında, fərqli görüşlər iləri sürülmüşdür:
~ Bəziləri: burdakı qadağanı, namaz qılma yerinə nisbət etmişdir. Çünki, namaz, bir işdir, (içkili ikən), işə yaxınlaşılmaz.
~ Bir qismi də: Qadağanı, "namaz işinə yaxınlaşmayın" mənasına həml etmişlərdir. Yəni, "Namaz qılmayın." deməkdir.
Bu təvillərdən hansı qəsd edilirsə edilsin, digəri, ona daxildir. Çünki, sərxoş kimsəyə, hörmətli olmaq səbəbilə namaz qılınan yerdə olmaq qadağan edilincə; namaz qılma feli, haramlıq və əngəlləmə cəhətində, daha güclü bir mövqedə olmuş olur. Bu xüsusu, "...nə dediyinizi bilincəyə qədər..." ifadəsi də dəstəkləməkdədir. Bir işi edərkən, insan, nə dediyini bilməyə ehtiyac duyar ki, fərz olan bir mətni tərk etməyib namaz fasid olmasın; yaxud haram qılınmış bir şeyi qataraq, fasid olmasın. Haqqında danışılan 2 təvildən biri, buna işarət edər; namazın ümumunda isə, ikisi də mövcuddur. İnsan, bunu, xəta ilə də deyə bilər. Xətanın isə, namazı pozması, sabit olmuşdur. Əgər pozmayacaq olsaydı, qadağan etməkdən başqa bir şey olmazdı. Təxirdə (ertələməkdə) isə, yenə qadağa vardır. (Yəni, imamın qəsdi budur ki: Danışmaq, namazı pozan bir hal olmasaydı, namaz qılanın nə dediyini biləcək zamana qədər namazı ertələməsinin, bir mənası olmazdı. Çünki, namazı, səbəbsiz olaraq ertələmək, qadağan edilmişdir.)
Əgər bu bəyan ilə namaz qəsd edilirsə, məkan da, namaz üçündür. Namaz qılma imkanı olmadan namaz qılınacaq yerdə olmağın isə, bir mənası yoxdur. Allah, ən doğru biləndir...
Cünub (qüslsuz) insanın və müsəfirin (səfərinin, yolçunun) halı da, eyni şəkildədir. Bunların namazı, təyəmmümlə də mümkündür. Bir də, məscid kimi məkanlara, belə bir yerə, təyəmmümlə girib-keçmək, mübahdır. Bizə görə, bir yerə cünubluqdan yuyunmaq üçün girmək, caizdir. Məscidə girmək xüsusunda cünub olan kimsəyə təyəmmümlə girmək mübah olunca, təyəmmümdə, bir cür dini təmizləmə xüsusiyyətinin mövcud olduğu da ortaya çıxır. Dolayısı ilə, insanın, üzr səbəbilə təyəmmümlə namaz qılması, caizdir. Allah, ən doğru biləndir...
Məğrib namazında sərxoş ikən "Qul yə əyyuhə'l-kafirun" surəsini, lə inkar ədatlarını ataraq oxuyan imamdan rəvayət edilən; və "Sərxoş ikən, namaza yaxınlaşmayın!" ayətilə bağlı olaraq gələn hədisdə, sərxoşluq halında, küfrü gərəkdirəcək sözü söyləyən kimsənin, təkfir edilməyəcəyinə işarət edən dəlil vardır. Çünki, Allah Taala, ayətin başında, onlara, imanla (yəni: "Ey iman edənlər!" deyə) xitab etmişdir. Bu səbəblə, belə şəxs, əbu Hənifə'yə görə, kafir olmaz. Bu da var ki, xəta yolu ilə dilindən küfr kəliməsi çıxan kimsə, hökm cəhətindən, kafir olmaz. Küfr kəliməsi, sərxoşun dilindən, xəta ilə çıxar. Bunun dəlili, (sərxoşun) ayıldıqdan sonra, bu kəliməni xatırlamamasıdır. Halbuki, qəlbdən keçirərək söylənilən söz, unudulmaz. Xüsusilə, bütün məzhəblərdə, bu, belədir. Belə mövzunun səbəbləri haqqında düşünmək, insanın qənaətinə görə, alternativlərin ən uyğununu seçməklə olur. Bu da, ya qəti bir dəlil, bir ehtimal və ya təqlid ilə hüsn-ü zəndən meydana gəlir. Sıraladığım bu xüsuslarda, yanılma ehtimalı yoxdur. Lakin, sərxoşun halı, belə deyildir. Elə ki, yaxın zamanda xatırlamaq istəsə də, xatırlaya bilməz. Bu halda, bu sözün, xəta yolu ilə söylənmiş olduğu, sabit olmuşdur. Halbuki nasslar, xətaların məsuliyyətini qaldırmışdır. Bu mövzunun söykəndiyi əsas, budur:
İnsan, din işlərində, xüsusilə qəlb ilə meydana gələn inkar xüsusundakı qəti inancını, dilini istifadə etmədən hiss etdirir. Eyni şəxs, bu sahədə xəta edərsə, bu, qəlbin işi olmayıb, dilin işidir. O dil ki, qəlbdə var olan düşüncə və inancı göstərir. Bundan dolayı, küfrü dililə bildirən və sifətlərini sayan şəxs, daxili dünyasının bir əksi olaraq buna inandığını bildirmədikcə, küfrə girməz. Bunun üçündür ki, hal, açıqladığımız kimidir.
Bu halda, Quranı qəsdən yalnış oxuma, küfrə aparır. Ancaq hörmət və iman məqsədilə (xətaən yalnış) oxuyuşunun küfr qəbul edilməsi, caiz deyildir. Bu danışdıqlarımız, dil ilə icra edərkən, oxuyuşda xəta edən kimsədən, küfr hökmünün qaldırılmış olduğunu təsdiq etmişdir. Sərxoşun xəta etməsi də, bunun kimidir. Allah, ən doğru biləndir...
--------------
Müfəssirlər, "cünub ikən də -yolçu olan müstəsna-" ayətinin təvili haqqında, fərqli görüşlər iləri sürmüşlərdir. Əli (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, O, belə demişdir:
"Bu şəxs, səfərdə (yolçuluqda) su tapa bilməyib, təyəmmüm edən kimsədir." (Tabəri, "Camiu'l-Bəyan", V, 97)
ibn Abbas'dan da, onun, səfəri olduğu nəql edilmişdir.
Belə də deyilmişdir:
"Cünub ikən, -yolçu olan müstəsna-": (yəni), cünub olan kimsənin, məscid və namaz qılacaq yerə girməsi, qadağan edilmişdir (deməkdir). "Yolçu olan müstəsna", yəni, bu yerlərdən keçən müstəsna. Ayəti, məsciddən keçən mənasında təvil edənin bu təvili, uzaq bir ehtimal deyildir. O, belə deməkdədir:
Cünub kimsənin, sadəcə məsciddə qalması qadağan edilmişdir. Müvəqqəti bir iş üçün ordan keçənə isə, ruxsat verilmişdir. Məgər görmürsənmi ki, cünub olan kimsəyə, ayətin bir parçasını oxumağa ruxsat verilmişdir. Ancaq onu tam olaraq oxuması, caiz deyildir?! Cünubun, oturmadan məscidlərdən keçməsi, tamamlamadan bir ayət parçasını oxuması kimidir. Cünub insan da, belədir. Səfərinin istisna edilməsi, namazı təyəmmümlə qılmasına bağlıdır. Dolayısı ilə, ayədə, təyəmmümün cünub kimsəyə işarəti vardır; bir də məkana. O təqdirdə, yenə, təyəmmümlə keçmək üçün namaz qılınan məkana girmək, mübah olur.
-----------------------
"...Əgər:
~ xəstə; və ya
~ səfərdə olsanız; yaxud
~ sizlərdən biri ayaq yolundan gəlibsə..."
Haqq Taala, muqim olan (səfəri olmayan) xəstəyə təyəmmüm etməyi, mübah qılmışdır. Ayə də, xəstəliyi, ümum ifadə ilə zikr etmişdir. Fəqihlər, dəstəmaz aldığı təqdirdə suyun özünə zərər verəcəyindən qorxmayan xəstənin təyəmmüm edə bilməyəcəyi xüsusunda, ittifaq etmişlərdir. Onlar, su ilə dəstəmaz aldığı təqdirdə, xəstəyə zərər verməsindən qorxması halında, təyəmmüm üçün cəvaz vermişlərdir. Bu da, bunu göstərməkdədir:
Allah Taala, xəstə üçün təyəmümmü mübah qılarkən; onu, xəstəlik adı ilə deyil, xəstəlikdəki bir özəllik səbəbilə mübah qılmışdır. Bunun da dəlili, -zikr edildiyi üzərə- hər xəstə üçün olmayıb, bəzi xəstələr üçün, mübah qılınması; bəziləri üçün də, mübah qılınmamasıdır. Bu məsələdə, əbu Hənifə'nin bir dəlili vardır. Elə ki, əbu Hənifə, ölümə məruz qalma bəhs mövzusu olunca, muqim olan cünub kimsə üçün də, təyəmmümlə namaz qılmağı mübah qılmışdır. Məgər görmürsənmi ki, əziz və cəlil olan Allah, səfəri üçün təyəmmümü mübah qılmış; lakin, səfər adına deyil; səfərdəki bir özəllikdən dolayı mübah qılmışdır. O özəllik də, insanın, su tapa bilmədiyi bir məkanda olduğu zamandır. Məgər görmürsənmi ki, səfər adı mövcud olsa da, səfər özəlliyi mövcud olmadığı üçün, şəhərlərdə yaşayan şəxs üçün, təyəmmüm, mübah deyildir. Buna bağlı olaraq, xəstə üçün təyəmmümün mübah qılınması, xəstəlikdəki özəllikdən dolayıdır. Yenə görmürsənmi ki, Allah Taala, insanın ayaq yolundan gəlməsini zikr etmişdir. "əl-ğait/ayaq yolu", insanın ehtiyacını qarşıladığı rahatlama yeridir. Lakin, o məkandan gələn hər kəsə də, dəstəmaz və təyəmmüm almaq lazım gəlməz. Bu halda, təyəmmümün mübah qılınması, xəstəlikdəki bir özəllikdən dolayıdır. Əvvəlki məsələnin hökmü də, buna görədir. Rəvayət edildiyinə görə, yaralı birini yuyurlar və adam, bunun təsirilə ölür. Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatdığında, belə buyurur:
"Onu, öldürdülər. Bir ovuc torpaq, ona kifayət edirdi." (ibn Macə, "Təharət", 93)
Xəstəlik, səfər və ayaq yolu məkanından qəsd edilənin, -daha əvvəl zikr etdiyimiz üzərə- xəstəlik, səfər və ayaq yolu yerlərinin özləri deyil; bunlardakı bir xəstəlikdən dolayı olduğu sabit olunca, təyəmmüm, hər xəstəyə deyil, sadəcə, bəzi xəstələrə mübah olur. Bu səbəblə, hər səfər üçün deyil, bəzi məkanlar üçün mübah qılınmışdır ki, o da, suyun olmadığı məkandır.
-----------------------
-------------------
Buna bağlı olaraq, uca Allahın: "...qadınlara toxunub (bu hallarda da) su tapmasanız, təmiz torpağa yönəlin (yəni, təyəmmüm edin)..." bəyanından məqsəd, toxunmaq deyil; cinsi münasibətdə olmaqdır. Necə ki, ibn Abbas (radiyallahu anh)'dan, belə dediyi nəql edilmişdir:
"Toxunmaq, cinsi münasibətdə olmaqdır...Lakin Allah Taala, bunları, kinayə yolu ilə zikr etmişdir." (Tabəri, "Camiu'l-Bəyan", V, 102)
Həsən, Ubeyd b. Umeyr və Ata: "Mulaməsət / toxunmaq, çılpaq olaraq toxunmaq', cinsi münasibətdir, demişlərdir." (Tabəri, "Camiu'l-Bəyan", V, 102-103)
------------------
Əgər, "Xəstəlik, səfər, ayaq yolu və toxunmaq kəlimələrindən qəsd edilən məna, bunlardan başqasıdırsa, onları zikr etməyin hikməti, nədir?" deyə soruşularsa, buna, belə cavab verərik:
Bunların zikr edilməsindəki hikmət, budur:
Xəstəlik, ümumiyyətlə, insanı, su istifadə etməkdən aciz qoyur. Bununla bərabər, səfərdə də, əksəriyyətlə, insan, su istifadə etməkdən aciz qalır. Bunun kimi, ayaq yolundan gələn kimsə də, əksəriyyətlə, ehtiyacını ortadan qaldıraraq gəlir. Çünki insanlar, sadəcə bunun üçün ayaq yoluna gedirlər. Ər-arvad arasındakı təmas da, belədir. Bundan dolayı, ayədə, başqa ehtimallar mövcud olmaqla bərabər, ümumi anlayış çərçivəsində bir ifadə istifadə edilmişdir. Bu da, cümlənin quruluşuna baxaraq, zahiri və ümumi məna ilə istidlal etməyin yalnış olduğunu göstərir. Çünki, heç kimin, ayətin zahirinə baxaraq belə deməsi, mümkün deyildir:
Hər xəstəyə, yaxud hər yolçuya, bunlar, bunlar lazımdır, ancaq bu müstəsna.
İndi, "ləms", yəni "toxunmaq" və təmas etməklə cinsi münasibət qəsd edilərsə, bu, 2 cəhətdən mümkündür:
• Birincisi: ər-arvad arasındakı öpüşmə və 2 əllə toxunma alışqanlığı, məlumdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə müctəhid imamların, xalqın etdiyi bu şeyi bilməməsi, mümkün deyildir. Əgər bu fellərdən dolayı dəstəmaz almaq lazım gəlsəydi, açıqlanmaması, ehtimal daxilində olmazdı. Elə ki, ümmətin əksəriyyəti, namaz felində qadağan olan bir şeyi etmiş olardı.
• İkincisi: kişilərlə qadınlar arasında bəhsi edilən toxunmaq və təmas işi, cinsi münasibətdən kinayədir. Bunun kimi, cinsi münasibətdən kinayə olma ehtimalı olan "mübaşərət", "ğişyan" və digər kəlimələr də, belədir. Namaz qılmaq üçün cünub kimsənin təyəmmüm almasını caiz görən hər səhabə, buna hökm etmişdir. Əgər bu kəlimə ilə cinsi münasibət xaricində bir çox yönə ehtimalı olan mənalar qəsd edilərsə, bu təqdirdə, hamısını əhatə etməyib xüsusi bir mənaya yönələr. O da, ümumiyyətlə, məni'nin çıxmış olmasıdır; bəzən olmasa da. Bu da, iləri dərəcədə bir toxunmaqdır. Bunun dəlili, ayədə, xəstəlik və səfərin, şəxsən hökmə yaxın olmadan zikr edilməsidir. Çünki, bu 2 məfhum, fərqli hökmləri ehtiva edir; lakin, yoxluq və acizlik kimi ruxsat, nə üçün verilmişdirsə, o xüsuslara çevrilmişlərdir. İlk təyin edilən dəstəmaz halı da, bunun kimidir.
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri, -müxtəsər-)
----------------------
----------------------
Əlavələr:
Qadına toxunmaqdan dolayı dəstəmazın pozulmayacağı (Hənəfi məzhəbinin dəlilləri):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qadina-toxunmaqdan-dolayi-d%...
