Niyə çox vaxt pis insanların başlarına müsibətlər gəlmir? Ancaq müsəlmanların başları bu müsibətlərlə bərabərdir?
"Günah işlədim, amma müsibət görmədim..."
Allahın dünyada yaratmış olduğu hər şey, axirətdə olan şeylərin bir nümunəsidir. Dünyada olub bitən hər şey, axirətdə olacaq şeylərin bir nümunəsidir. Axirətdə yaradılmış olan şeylərə gəlincə, ibn Abbas, bu xüsusda belə demişdir:
"Cənnətdə isimlər xaricində, dünyadakı şeylərə bənzəyən bir şey yoxdur."
Bəli, elədir. Çünki Allah Taala rəfah ilə rəfaha təşviq etmiş, əzab ilə əzabdan qorumuşdur.
Dünyada meydana gələn şeylərə gəlincə, hər zalım, zülmündən dolayı, axirətdən əvvəl dünyada cəzalandırılır. Eynilə bu şəkildə, hər günah işləyən də, bundan dolay dünyada cəzalandırılır. Bu, Allah Taala'nın, bu buyuruğunun mənasıdır:
"Kim pislik edərsə, onunla cəzalandırılar." (Nisa/123)
Bəzən asi (üsyankar), günahkar kimsə, bədəninin və malının salamat olduğunu görüb, bir cəzaya uğramadığını sanır. Oysa ki, özünə verilən cəzadan qafil olması, ona verilən bir cəzadır. Müdriklərdən biri belə deyir:
"Günahdan sonra günah işləmək, günahın cəzasıdır. Yaxşılıqdan sonra yaxşılıq etmək də, yaxşılığın savabıdır."
Bəzən də dünyada gələn cəza, mənəvi bir cəza olur. Eynilə İsrail oğullarından bəzi rahiblərin dediyi kimi:
"Ey Rəbbim! Neçə dəfə Sənə qarşı günah işlədim, amma Sən, məni cəzalandırmadın!"
Bu adama belə deyildi:
"Neçə dəfə səni cəzalandırdım, ancaq sən bilmədin. Səni, Mənə sığınıb yönəlməyin dadından məhrum etmədim mi?!"
Günahdan dolayı cəzalandırmağın bu növünü düşünən kimsə, cəzanın pusquda olduğunu fərq edər. Elə ki, Vuheyb b. Verd (radiyallahu anh)'a:
"Günah işləyən kimsə, ibadətin ləzzətini alar mı?" diyə soruşulduğunda, o:
"Xeyir, nə o, nə də günaha niyyətlənən kimsə, ibadətin ləzzətini ala bilməz."
Neçə kimsələr vardır ki:
• Gözünü sərbəst buraxmış da, bəsirətli olmaqdan məhrum qalmışdır.
• Dilini sərbəst buraxmış da, beləcə "qəlb parlaqlığı"ndan məhrum edilmişdir. Və ya
• Yeməyində şübhəli olan bir şeyi seçmiş də, beləcə daxili qaralmış, gecə namazından və Allaha sığınıb yönəlməyin dadından məhrum buraxılmışdır.
Bundan başqa daha neçə-neçə müsibətlər... Bu hal, nəfs mühasibəsi edən (yəni nəfsini hesaba çəkən) kimsələrin bildiyi bir xüsusdur.
Yenə bunun tam ziddi də, Allah Taala'dan qorxan kimsə, dünyada ikən təqvasından dolayı, gözəl bir mükafat görür.
Əbu Umamə (radiyallahu anh)'ın Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəql etmiş olduğu hədisdə keçdiyi kimi:
"Allah Taala belə buyurmuşdur:
'Qadınlara baxmaq, şeytanın oxlarından zəhərli bir oxdur. Hər kim Mənim razılığımı umaraq ona baxmazsa, Mən, o kimsəyə qəlbində dadını hiss edəcəyi bir imanı bəxş edərəm." (Hakim, "əl-Mustədrək", 3/314)
Bu hədis, bu növdən olan xüsuslarda, özündən qafil qalanları oyadan özlü bir ifadədir.
Açıqca günah işləməyin cəzası isə, ümumilikdə, bu dünyada verilir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu buyuruğu, bu qəbildəndir:
• "Sabah yuxusu, ruzini əngəlləyər." (Heysəmi, "Məcmau'z-Zəvaid", 4/62)
• "Şübhəsiz qul, işlədiyi günahdan dolayı, ruzidən məhrum buraxılar." (İbn Macə, hədis no: 90; 4022)
Bəsirət sahibi kimsə, bu cür şeyləri düşündüyündə, bunlardakı cəzanı görər. Eynilə, Fudayl b. İyad'ın dediyi kimi:
"Şübhəsiz, mən, Allah (azzə və cəllə)'yə qarşı bir günah işləyərəm, bu günahın nəticəsini, cariyəmin və miniyimin mənə davranışında fərq edərəm."
Dünyada verilən cəzaların əcaib olanlarından biri də budur:
• Yusif (əleyhissəlam)'ın öz qardaşlarının əlindən gördüyü zülüm uzandığında, Onu ucuz bir qiymətə satdılar. Onların da, Yusif (əleyhissəlam)'dan bir şey istəyib ona əl açmaları uzun sürdü.
• Və Yusif (əleyhissəlam)'ın nəfsinin Züleyxa'ya meyl etdiyi zaman səbr edincə, Züleyxa'ya halal yolla sahib oldu.
• Züleyxa, Yusif'in əleyhində açdığı iddia ilə həddini aşdığında:
---...مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا...---"
"...sənin (Misir əzizinin) ailən haqqında pislik murad edənin cəzası nədir?" (Yusuf/25)
Haqq Taala, Züleyxa'nı daha sonra belə danışdırdı:
"---Mən, Ondan (Yusifdən) murad almaq istədim..." (Yusuf/51)
Əgər biri, Allah Taala'nın rizası üçün, bir günahı tərk edərsə, heç şübhəsiz, o kimsə, bu əməlinin qarşılığını alacaqdır. İnsan, bir ibadət etdiyi zaman da, hal budur. Hədisdə belə keçməkdədir:
"Kasıblaşdığınız zaman, sədəqə ilə Allahla ticarət edin."
Yəni dünyalıq qazanclarınızın artması üçün, sədəqə verin.
Şübhəsiz ki, biz, dünya rahatlığını arzulayaraq, nəfsinə, şəriətin qadağan etdiyi şeylərdə, musamahalı (xoş görü ilə) davranan kimsələrin hallarının, dünyada zəhər kimi bir hala döndüyünü və məqsədlərinin tam tərsinin başın gəldiyini gördük.
İbnu'l-Cevzi, "Saydu'l-Xatir" (Xatirəli səhifələr), s. 115-119
- Təvəkkülə dairdir-2
- Peyğəmbərin günahı olmadığı halda, niyə Allahdan bağışlanmaq diləyirdi?
- Qədr surəsinin təfsiri
- Daha çox ruzi qazanmaq üçün nə edə bilərəm?
- Qəriblər hədisi
- Al-i İmran surəsi 39-cu ayətin təfsirini verə bilərsinizmi?
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- İlham-7
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Sidikdən dolayı qəbr əzabı vardırmı?