Niyə günah işləyirik?

Sual:

Bütün məsələ, imana söykənməkdədir. Çünki günahın tərk edilməsi, özünə qarşı səbr göstərməklə mümkündür ---> Səbr isə, ancaq qorxunun bilinməsinə bağlıdır ---> Qorxu da, ancaq elmlə hiss edilir ---> Elm də, günahların zərərlərinin böyüklüyünün təsdiqi ilə reallaşır ---> Günahların zərərlərinin böyüklüyünü təsdiq etmək, Allah və rəsulunu təsdiq etməkdir. Bu da, imandır.

Elə isə, günahda israr edən, inanmadığından dolayı israr etmiş sayılmırmı?

Cavab:

Bunun səbəbi, iman yoxluğu deyil, iman zəifliyidir. Çünki hər mömin, günahların, Allahdan uzaqlaşdıran bir təsiri olduğuna, axirətdə əzab səbəbi olduqlarına inanır.

Ancaq, günaha düşməsinin fərqli səbəbləri vardır. Belə ki:

1. Günahlara verilməsi qabaqcadan bildirilmiş olan cəzaların, bu anda, ortada olmaması.

Halbuki insan fitrəti, mövcuddan təsirlənəcək şəkildə yaradılmışdır. Vəd edilənlərdən təsirlənməsi, mövcudla təsirlənməsinə nisbətlə çox zəifdir.

2. Günahlara təhrik edən şeylər, dərhal yerinə yetirilir, o an insanın qırtlağına yapışır, adət səbəbilə şəhvətləri onu istila edir.

Bəs necə?! Adət, beşinci təbiətdir. Gələcək narahatlığı ilə bu andakı haldan sıyrılmaq, nəfsə olduqca çətin gəlir. Bunun üçün, Allah Taala, belə buyurmuşdur:

كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ • وَتَذَرُونَ ٱلْءَاخِرَةَ

• "Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir, Axirətdən isə uzaqlaşırsınız." (Qiyamə/20-21)

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا • وَٱلْءَاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ

• "Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz. Axirət isə, daha xeyirli və daimidir." (Əla/16-17)

• Bu hadisənin şiddətini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Cənnət, çətinliklərlə; cəhənnəm də şəhvətlərlə əhatə edilmişdir."

kimi ifadələri də açıqlamaqdadır.

Bundan dolayı, şəhvətin bu anda insanın boğazına yapışması, əzabın da gələcəyə ertələnməsi, - imanın əsli mövcud olmaqla birlikdə- günahlara atılmağın görünən ilk səbəbidir.

Bəs necə, susuzluqdan qovrulduğu üçün, xəstə ikən soyuq su içən, tibb elminin əslinə inanmır və bu davranışının özünə zərəri toxunacağını yalanlayır, sayılmaz.

Ancaq şəhvəti qalib olub, səbr ağrısına da qatlanması tükənincə, gözlənən, gələcəyə dair ağrıları gözündə xəfiflədir.

3. Günah işləyən heç bir mömin yoxdur ki, ümumiyyətlə, tövbə niyyəti daşımasın, günahlarını, yaxşılıqlarla yox etmək düşüncəsinə sahib olmasın.

Çünki bu cür (yaxşı) hərəkətlərinin, günahlarını ortadan qaldıracağı vədini almışdır. Ancaq insan təbiətində, uzun arzular daha qalibdir və mütəmadiyən, tövbəsini gələcəyə, iləridəki günlərə ertələyir. Bəs necə?! Tövbəsinin qəbul ediləcəyi ümüdü daşıdığından dolayı, günahlara, iman sahibi olaraq yönəlir.

4. Qəti inanc sahibi mömin, günahların, bağışlanması mümkün olmayan cəzaları gərəkdirmədiyinə inanır. O, bir tərəfdən günah işləyərkən; digər tərəfdən Allahın fəzlinə güvənərək bağışlanacağını umur.

Bax bu 4 səbəb, -imanın əsli olmaqla bərabər- günahlarda israr etməyi gərəkdirən faktorlardır.

5. Bəli, günahkar şəxs, bu 4 səbəbin xaricində imanı zədələyən beşinci bir səbəblə də günahlara yönələ bilir. Bu səbəb:

Peyğəmbərlərin doğru söylədiklərində, şübhə daşımasıdır.

Belə bir şübhə, küfrdür. Bu, eynilə bir həkim, bir xəstəyə, bəzi yeməkləri qadağan etdiyində, xəstənin:

"Görəsən, bu adam, həkimdir, yoxsa deyildir?"

deyə şübhələnməsinə bənzəyir.

Bax belə bir şübhə ilə hərəkət edib laqeydlik edərsə, küfrə girmiş olar.

(Ğazzali, "İhya'u-Ulum'id-din", Tövbə kitabı)

Read 3 times
In order to make a comment, please login or register