Novruz bayramını qeyd etmək olarmı?

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) (hicrətdən sonra Məkkədən) Mədinəyə gəldiyində, Mədinə'lilərin əyləndikləri 2 günləri (Novruz və Mehrican) vardı.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bu günlər nədir?" deyə soruşdu.

- Mədinə'lilər:

"Biz (İslamdan əvvəlki) cahiliyyə dövründən bəri bu günlərdə əylənirik." deyə cavab verdilər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Şübhəsiz Allah sizə, o 2 günün yerinə daha xeyirli olan 2 bayramı: Qurban bayramı ilə Ramazan bayramını vermişdir."

----------------------------------

İzahı:

Bu hədisi:

~ Hakim, "əl-Müstədrək"də (l, 294);

~ Əhməd, "Müsnəd"də (lll, 103, 235, 250)

rəvayət etmişlərdir.

Mədinə'lilərin cahiliyyədə bayram kimi qəbul edib əyləndikləri 2 günləri vardı. Bunlar:

• Baharın ilk günü olan və 21 marta təsadüf edən "Niruz və ya Novruz"; ilə

• Payızın ilk günü olub 21 sentyabra təsadüf edən "Mihrican"

deyilən günlərdir.

Bu günlərdə, hava olduqca mötədil, gecə və gündüz bir-birinə bərabər olduğu üçün, əvvəlki astronomiya elmilə məşğul olanlar tərəfindən bayram olaraq qeyd edilmiş, digər xalqlar da, bunları təqlid etmişlərdir.

Beləcə, bu günlər bayram olaraq qalmış və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qadağan etməsinə qədər davam etmişdir.

Hədis:

~ müsəlmanların, özlərinin olmayan bayramlarına etibar etməməyini;

~ qeyr-i müsəlmanların bayramlarını qeyd etməmələrini

əmr etməkdədir.

✓ Hənəfi məzhəbi alimlərindən əbu'l-Hafs əl-Kəbir (rahmətullahi aleyh), belə deyir:

"Novruz günündə, o günü təzim məqsədilə, müşrik bir şəxsə, hədiyə olaraq bir yumurta belə verən, kafir olar."

✓ Yenə Hənəfi alimlərindən əl-Həsən b. Mansur da, bu mövzuda, bunları deyir:

"Niruz (Novruz) günü, başqa günlərdə almadığı bir şeyi alan və ya kafirlərin bu günə hörmət etdikləri kimi hörmət edərək başqasına hədiyə verən bir şəxs, kafir olar."

Bu alimlərin, sadəcə Novruz gününü bəhs mövzusu etmələri, dövrlərində qeyr-i müsəlmanların ən yayğın bayramı bu gündə olduğu üçündür. Yoxsa Müsəlman ölkələrinin çox yerlərində qeyd edilən "Yeni İl" xəstəliyinin və ya qeyr-i müsəlmanların bayramları olduğu halda, bəzi ölkələrdə bayram olaraq keçirilən bəzi günlərin, NOVRUZ'dan FƏRQİ YOXDUR. Novruz üçün söylənən hökm, bunlar üçün də caridir. Çünki Novruz üçün söylənənlər, bu gününün müşriklərin bayramı olduğu üçün söylənmişdir. "Yeni İl" də, xristiyanların bayramıdır.

Bu kimi günlərdə, gərək Müsəlmanlarla və gərəksə də, kafirlərlə hədiyləşmək, CAİZ DEYİLDİR. Çünki bu cür hərəkətlər, belə günlərə dəyər verildiyinin əlamətidir. Halbuki Allah rəsulu (sallallahu aleyhi və səlləm), qeyr-i müsəlmanların bayramlarına etibar edilməməsini əmr etmişdir.

"Bir qövmə bənzəyən, onlardandır." buyurulduğu, ağıldan çıxarılmamalıdır.

----------------------------

Hədisdən çıxan bəzi hökmlər:

Müsəlmanların, Ramazan və Qurban olmaq üzərə, 2 dini bayramları vardır. Bunlara əlavə olaraq, başqa dinlərə aid bayramların qeyd edilməsi və sevincə vəsilə qılınması, CAİZ DEYİLDİR.

(Əbu Davud, Sünən tərcümə və şərhi, "Kitabu's-Salah", 239-cu bab: "Bayram namazları babı", hədis no: 1134)

Read 8 times
In order to make a comment, please login or register