Nur surəsi 27-ci ayətinin təfsirini verə bilərsinizmi?

"---يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَ‌ٰلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ---"

"Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız." (Nur/27)

-------------------

Bu buyuruğa dair açıqlamalarımızı 17 başlıq altında təqdim edəcəyik:

1. Başqalarına aid məskənlərə girmə ədəbi:

"Ey iman gətirənlər! Öz evlərinizdən başqa evlərə...girməyin."

Bu buyuruq ilə uca Allah bizə bunu bildirməkdədir:

Şanı uca Allah şərəfli və üstün qıldığı Adəm oğluna məskənlərdə qalma özəlliyi vermiş, başqalarının görmələrinə qarşı, onları bu məskənlərdə sətr etmişdir (örtmüşdür). Tək başlarına bu məskənlərdən gərəyi kimi faydalanma haqqı tanımışdır. 

Digər insanların xaricdən bu məskənlərə muttali olmasını (evin içindən xəbərdar olmağı), yaxud məskən sahiblərinin izni olmadan oralara girməyi qadağan etmişdir. 

Bu baxımdan, hər hansı bir kimsə onların hər hansı bir övrətlərinə (başqaları tərəfindən görülməsini istəmədikləri bir hallarına) muttali olmaması üçün, başqalarına qarşı təsəttürə aid olan xüsuslara riayəti bildirib onlara gərəkli ədəbləri öyrətmişdir 

Muslim'in Səhih'ində yer alan rəvayətə görə, Əbu Hureyrə (radiyallahu anh), Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edir:

"Hər kim iznləri olmadan başqalarına aid evə muttali olarsa, o ev xalqının o kimsənin gözünü çıxartmadı halal olar."

Bu buyuruğun təvili xüsusunda fərqli görüşlər vardır:

• Kimi elm adamları belə demişlərdir:

"Bu hədis, zahirinə anlaşıldığı şəkli ilə anlaşılmamalıdır. Çünki gözün çıxardılması qarşılığında bir təzminat bəhs mövzusudur və bu xəbər, bu yönü ilə nəsx edilmişdir. Bu buyuruq, uca Allahın:

"---وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّـٰبِرِينَ---"

"Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir." (Nəhl/126)

buyuruğunun enişindən əvvəl varid olmuşdur. 

Digər bir tərəfdən qəti bir hökm ifadə etmək məqsədilə deyil də, təhdid məqsədilə söylənmiş olma ehtimalı da vardır. Uca Allahın kitabına müxalif gələn bir rəvayət gərəyincə əməl etmək də caiz deyildir.

Həm Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bəzən zahirindən anlaşılan mənanın xaricində bir məqsədlə söz söylədiyi olurdu. Necə ki, bir xəbərdə rəvayət edildiyinə görə, Abbas b. Mirdas, onu tərifləməyə başladığında Bilala:

"Qalx onun dilini kəs." diyə buyurmuşdur. 

Halbuki bundan məqsədi, ona bir şeylər verməsidir, yoxsa bu sözləri ilə həqiqətən də dilini kəsməyi qəsd etmiş deyildir. 

Bax bu buyuruqda da, -eyni şəkildə- gözün çıxarılmasını bəhs mövzusu etməklə birlikdə, daha başqa bir evə baxmasını önləyəcək bir şəkildə ona bir tətbiqat edilməsini qəsd etmiş olmalıdır.

----------------------

2. Ayətin nüzul (eniş) səbəbi:

Bu ayətin nüzul səbəbi Təbəri və başqalarının Adiyy b. Sabit'dən rəvayət etdiklərinə görə belədir:

Ənsardan bir qadın:

"Ey Allahın Rəsulu! Mən, evimdə atam olsun, oğlum olsun, heç bir kimsənin görməsini istəmədiyi bir hal üzərə ola bilirəm. Mən, bu halda ikən, atam gələr yanıma girər, yenə ailəmdən bir başqa adam çıxıb gələ bilər. Nə edim?"

Bunun üzərinə ayət nazil oldu.

-----------------------

3. Evlərə girmək üçün izn istəmək:

Uca Allah bizə aid olmayan evlərə girməyin haram olmasını, izn istəmək demək olan "isti'nas"a qədər iləri götürmüşdür. 

İbn Vehb belə deyir: Malik dedi ki:

"İsti'nas, bizim görüşümüzə görə -doğrusunu Allah bilir- "isti'zan" (izn istəmək) deməkdir. 

Necə ki, Ubeyy, ibn Abbas və Said b. Cubeyr'in qiraətində: "izn alıb, o ev xalqına salam vermədən girməyin." şəklindədir.

"İsti'nas"ın: "öyrənmək istəmək" mənasında da olduğu söylənmişdir. "Evdə kim olduğunu öyrənmədən girməyin." demək olur.

Mücahid deyir ki:

"Bu da öskürməklə yaxud mümkün olan hər hansı bir şəkildə olur. Özünün gəldiyinin fərq edildiyini anlayacağı bir müddət qədər də ağır hərəkət edər və bundan sonra içəri girər."

Bu mənadakı bir açıqlamanı, Təbəri də vermişdir.

Mən isə (imam Qurtubi), deyirəm ki, ibn Macə'nin "Sünən"ində belə bir rəvayət vardır:

Əbu Əyyub əl-Ənsari (radiyallahu anh) deyir ki:

"Ey Allahın Rəsulu, salam nə olduğunu bilirik. Bəs isti'nas nədir?" diyə soruşduq. O, belə buyurdu:

"Adam ya subhanallah, ya Allahu Əkbər, ya əlhəmdulilləh deyər, öskürər və ailə xalqını xəbərdar edər."

--------------------

5. İcazə istəmənin sünnət şəkli:

İcazə istəməkdə sünnət 3 dəfədir, daha artıq izn istənilməz. 

İbn Vehb deyir: Malik dedi ki:

"İcazə istəmək 3 dəfədir, hər hansı bir kimsənin daha artıq icazə istəməsini uyğun görmürəm. Ancaq iznini eşitdirə bilmədiyini qəbul edən kimsənin, iznini eşitdirə bilmədiyi qənaəti özündə hasil olarsa, daha artıq iznini təkrarlamasında əngəl görmürəm."

İzn istəmək şəkli, insanın: 

"əs-Sələmu aleykum, girim mi?" deməsi surətilə olur. Ona izn verilərsə, içəri girər. Geri dönməsi söylənərsə, geri dönər. Səs çıxarılmazsa, 3 dəfə izn istəyər və üçüncüsündən sonra geri dönər.

"İzn istəməkdə sünnət, izn istəyini 3 dəfə təkrarlamaqdır və bundan artıq izn istənilməz."

deməyimizin səbəbi, əbu Musa əl-Əşari (radiyallahu anh) yolu ilə gələn hədisdir. 

O, Ömər b. Xattab (radiyallahu anh)'a qarşı, bu hədis gərəyincə davranmış, bu xüsusda Əbu Musa lehinə, ilk əvvəl Əbu Səid əl-Xudri, sonra da Ubeyy b. Ka'b (radiyallahu anhum) şahidlik etmişlərdir.

Bu, məşhur bir hədis olub bunu Buxari "Səhih"ində rəvayət etmişdir. Bu hədis, bu xüsusda açıq bir nassdır. Hədisdə belə deyilməkdədir:

Ömər b. əl-Xattab, Əbu Musa əl-Əşari'yə: "Yanımıza gəlmənə nə əngəl oldu?" diyə soruşdu. O (əbu Musa əl-Əşari) belə dedi:

"Mən gəldim, qapında durub 3 dəfə salam verdim. Sən mənim salamımı almayınca, mən də geri döndüm. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizdən hər hansı biri 3 dəfə izn istədiyi halda ona izn verilməyəcək olarsa, geri dönsün."

İzn istəmə şəkli ilə bağlı olaraq sözünü etdiyimiz xüsusa gəlincə, bu da əbu Davud'un Ribi'dən nəql etdiyi rəvayətə dayanmaqdadır. O belə deyir:

Bizə Amir oğullarından biri bildirdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir evdə ikən, hüzuruna girmək üzərə izn istədi(m) və içəri girim mi? diyə soruşdu(m). 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) xidmətçisinə belə buyurdu:

"Çıx da, bu adama izn istəməyi öyrət." 

Xidmətçi ona dedi ki:

"əs-sələmu aleykum, girim mi?" de." 

Adam onun bu sözlərini eşidincə:

"əs-sələmu aleykum, girim mi?" dedi.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də ona izin verincə, o da içəri girdi.

--------------------

6. İzn istəməyin 3 dəfə ilə məhdudlaşdırılmasının səbəbi:

Elm adamlarımız (Allahın rəhməti onların üzərlərinə olsun) deyirlər ki:

İzn istəməyin 3 dəfə təkrarlanmasının səbəbi, bir sözün, 3 dəfə təkrarlanıb eşidilməsinin anlaşılmış olmasını -əksəriyyət etibarı ilə- təmin etməsindən dolayıdır.

Bunun üçündür ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir söz söylədi mi, söylədiyi yaxşıca anlaşılsın diyə 3 dəfə təkrarlardı. 

Bir topluluğa da salam verdi mi, salamını 3 dəfə təkrarlardı. 

3 dəfə çoxluqla eşidilib anlaşıldığına görə, 3 dəfə izn istədiyi halda, izn istəyənə icazə verilməyəcək olarsa, ev sahibinin izn verməyi istəmədiyi ortaya çıxar, ya da bir üzrü dolayısı ilə cavab verə bilməyəcək haldadır, deməkdir.

Bax o vaxt, izn istəyənin geri dönməsi lazımdır, çünki izn istəməyi daha artıq təkrarlamaq, ev sahibini narahat edə bilər. Necə ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Əbu Əyyub (radiyallahu anh)'dan izn istədiyində, o da tez-tələsik çıxdığında, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Biz səni tez-tələsik gətirmiş ola bilərik..." demişdi.

Aqil b. Şihab'ın belə dediyi rəvayət edilir:

3 dəfə salam vermə sünnətinə gəlincə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Sa'd b. Ubadə'yə gedib:

"əs-sələmu aleykum" dediyi halda, ona cavab vermədilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sonra təkrar olaraq: "əs-sələmu aleykum" dediyi halda, yenə də salamını almadılar. Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) geri döndü. Sa'd Onun bir daha salam vermədiyini görüncə, geri döndüyünü anladı. Arxasından çıxdı və nəhayət ona yetişib:

"Və aleykum salam, ey Allahın Rəsulu" dedi. Biz sadəcə Sənin bizə daha çox salam verməyini istədik. Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Sa'd ilə birlikdə geri döndü və evinə girdi.

İbn Şihab deyir ki:

"Bax 3 dəfə salam vermək, bu qəbildən olan rəvayətlərdən alınmışdır."

-----------------------

9. Qapı necə döyülməlidir?

Qapı, eşidilə biləcək qədər yavaş döyülməlidir, şiddətlə döyülməz. 

Ənəs b. Malik (radiyallahu anh) belə deyir:

"Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in qapıları, dırnaqlarla döyülərdi."

Bunu Əbu Bəkr Əhməd b. Əli b. Sabit əl-Xatib "Cami" əsərində zikr etməkdədir.

---------------------

10. Qapını döyənin: "Kimdir?" diyə soruşması üzərinə: "Mən" deyə cavab verməsi:

Buxari, Muslim və başqalarının rəvayətinə görə, Cabir b. Abdullah (radiyallahu anh) belə deyir:

Allah Rəsulu sallallahu aleyhi və səlləm'in hüzuruna girmək üçün izn istədim. O:

"Kimdir?" diyə soruşdu. Mən də:

"Mənəm." dedim. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bundan xoşlanmamışcasına: "Mənəm, mənəm." diyə buyurdu.

Elm adamlarımız deyirlər ki:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bu sözdən xoşlanmamasının səbəbi, "mənəm" deməsi ilə tanımanın hasil olmamasından dolayıdır. 

Bu xüsusda tabe olunması gərəkən hökm isə, Ömər b. əl-Xattab (radiyallahu anh) ilə Əbu Musa'nın tətbiqatında olduğu kimi, adını zikr etməsidir. Çünki insan, öz adını zikr etməklə, təkrar sual və cavab külfəti ortadan qaldırılmış olur.

Muslim'in "Səhih"ində də qeyd edildiyinə görə, Əbu Musa, Ömər b. əl-Xattabın hüzuruna varmış və: "əs-sələmu aleykum, bu Əbu Musa'dır, əs-sələmu aleykum, bu əl-Əşari'dir..." demişdir.

-----------------------

13. İçəri girmədən salam vermək:

• Əbu Davud'un Kələdə b. Hənbəl'dən rəvayətinə görə, Safvan b. Umeyyə (radiyallahu anh), Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə götürmək üzərə onunla bir miqdar süd, 6-7 aylıq ceyran balası və bir miqdar acur (tərəvəz növü) göndərmişdi. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də o sırada, Məkkə'nin yuxarı tərəflərində idi. Yanına salam vermədən girdim, O da:

"Geri dön və: 'əs-sələmu aleykum' de." diyə buyurdu. 

• Əbu Zubeyr'in Cabir (radiyallahu anh)'dan rəvayətinə görə də, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Salam ilə sözə başlamayana izn verməyin."

• İbn Cureyc bunu zikr edir:

Mənə Ata xəbər verib dedi ki: Əbu Hureyrə (radiyallahu anh)'ı belə deyərkən dinlədim:

Adam: "girim mi?" diyə soruşub  da salam verməyəcək olarsa, sən də ona:

"Açarı gətirincəyə qədər xeyir." de." Mən:

"Əs-sələmu aleykum mu?" diyə soruşdum. O: "Bəli" dedi.

• Rəvayət edildiyinə görə, Huzeyfə (radiyallahu anh)'a bir adam gəldi və evin içində nə olduğuna baxıb:

"əs-sələmu aleykum, girim mi?" diyə soruşdu. Huzeyfə (radiyallahu anh) ona belə cavab verdi:

"Sən ayağınla hələ girmədən əvvəl, gözünlə zatən girməkdəsən."

----------------------

14. Dəvət edilmək, girmək üçün izn sayılır mı?

Bu bəhsə girən xüsuslardan biri də, Əbu Davud'un qeyd etdiyi bu rəvayətdir. Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bir kimsənin, bir kimsəyə elçi göndərməsi, ona izn verməsi deməkdir."

Yəni bir insan, digərinə xəbər göndərəcək (və ya çağıracaq) olarsa, içəri girməsi üçün ona izn vermiş deməkdir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hədisi də buna açıqlıq gətirməkdədir:

"Sizdən biriniz, bir yeməyə dəvət edilib də, o da göndərilən elçi ilə birlikdə gələrsə, şübhəsiz ki, bu, ona verilmiş bir izn deməkdir."

-----------------------

16. İnsanın öz evinə girməsi ilə bağlı hökmlər:

Sözünü etdiyimiz bütün bu hökmlər, insanın öz evi xaricindəki evlər haqqındadır. 

İnsanın öz qaldığı evə gəlincə, əgər o evdə insanın öz xanımı varsa, yanına girmək üçün izn istəməyə gərək yoxdur. Ancaq yanına girdi mi, salam verər.

Qatadə deyir:

"Evinə girdiyin təqdirdə ailənə salam ver. Çünki onlar, özlərinə salam verdiklərin arasında, bu işə ən layiq olanlardır.

Əgər evdə səninlə birlikdə anan və ya bacın varsa, elm adamları deyirlər ki:

Öskür, ayağını yerə vur ki, sənin girdiyinin fərqinə varsınlar. Çünki xanımının səndən utanmasını gərəkdirəcək bir tərəfi yoxdur, ancaq anan və bacın, sənin özlərini görmək istəmədiyin bir hal üzərə olmaları mümkündür."

İbnu'l-Qasım deyir: Malik dedi ki:

İnsan, öz anasının və bacısının yanına girmək istədiyində izn alar. 

Ata b. Yəsar'dan rəvayətə görə:

Bir adam, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə: 

"Anamın yanına girmək üçün izn istəyim mi?" diyə soruşdu. O da: "Bəli" diyə buyurdu.

Adam: "Amma mən ona xidmət edirəm axı..." dediyində, yenə ona:

"Yanına girmək üçün izn istə." diyə buyurdu. 

Adam sözlərini 3 də təkrarladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də:

"Sən onu çılpaq görmək istəyərsən mi?" deyincə, adam: "xeyir" diyə cavab verdi. Bu səfər Allah Rəsulu "sallallahu aleyhi və səlləm):

"Elə isə, yanına girəcəyin vaxt, izn istə." diyə buyurdu. 

Bunu Təbəri zikr etməkdədir.

-----------------------

17. İnsan öz evinə girdiyində kimsə yoxdursa:

• İnsan öz evinə girib də evdə kimsə yoxdursa, elm adamlarımız deyirlər ki:

"Salam olsun bizlərə Rəbbimizdən, o ən gözəl salamlar, xoş, təmiz və mübarək qılınmış sözlər. Salam, Allaha məxsusdur." deyər.

Bunu ibn Vehb, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'dən zikr etmiş isə də, sənədi zəifdir.

• Qatadə deyir:

"Sən içində heç kimin olmadığı bir evə girəcək olsan:

'əs-sələmu aleynə və alə ibədilləhi's-salihin:

---salam bizə və saleh qulların üzərinə olsun---' de.

Çünki belə demək əmr olunmuşdur. Bizə nəql edildiyinə görə də, mələklər, belə deyənlərin salamını alarlar."

Qatadə'nin bu sözü gözəldir.

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Nur/27 təfsiri)

Read 27 times
In order to make a comment, please login or register