Nüzul səbəbi nədir?
Quran-i Kərim, 2 hissəyə ayrılır:
1. Allah qatından xüsusi bir səbəbə bağlı olmadan, bir başa enən ayələr. Bu ayələr, sadəcə, insanlara haqqı göstərmək üçün enmişlərdir. Bu cür ayələr, çoxdurlar və bir araşdırma və açıqlamağa ehtiyac duymayacaq qədər açıqdırlar.
2. Xüsusi bir səbəb üzərinə enən ayələr. Bu cür ayələr, bu yazımızın mövzusudurlar. Ancaq biz, burda, bir səbəb üzərinə enən bütün ayələri tədqiq etməyəcəyik. Çünki bu, geniş bir araşdırmaya ehtiyac duymaqdadır. Alimlərdən bir qrup, bu mövzuya yönəlmiş və bu sahədə, müstəqil əsərlər yazmışlardır. Məsələn:
~ Buxari'nin şeyxi Əli b. əl-Mədini;
~ Vahidi;
~ əbu'l-İshaq əl-Cabəri;
~ ibn Həcər; və
~ Suyuti,
bu alimlər arasında yer almışlardır. İmam Suyuti, böyük əmək məhsulu, geniş həcmli bir kitab təlif etmiş və bu çalışmasına, "Lübabu'n-Nüqul fi Əsbabi'n-Nüzul" adını vermişdir.
Bu yazımızda, 11 cəhətdən nüzul səbəbi haqqında, oxuyucuya məlumat verəcəyik. Belə ki:
1. Nüzul səbəbinin mənası;
2. Nüzul səbəbini bilməyin faydaları;
3. Nüzul səbəbini bilmə yolları;
4. Nüzul səbəbi ifadələri;
5. Səbəbin, 1-dən çox; enən ayətin isə, 1 olması;
6. Səbəbin, 1; enən ayətin, 1-dən çox olması;
7. Şari'nin ləfzilə ayətin səbəbi arasındakı ümum-xüsus münasibəti;
8. Ləfzin ümumiliyi və səbəbin xüsusiliyi mövzusundakı ixtilafın, elmi olaraq ələ alınması;
9. Ləfzin ümumiliyi və səbəbin xüsusiliyi mövzusunda, cumhurun/əksəriyyətin görüşünün dəlilləri;
10. Bu mövzudakı müxalif görüşdəki insanların iddiaları və bu iddiaların çürüdülməsi;
11. Ləfzin ümumi olması ilə bərabər səbəbin xüsusi olmasına bənzəyən hal.
----------------------------
----------------------------
1. Nüzul səbəbinin mənası:
Nüzul səbəbi: "meydana gəldiyi zamanda bir hadisədən bəhs edən, ya da bir hadisənin hökmünü açıqlayan ayət və ayətlərin enişinə səbəb olan hadisə və ya sual"dır.
Bu, bu mənaya gəlir:
Nüzul səbəbi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə meydana gələn bir hadisə; ya da Ona ünvanlanan bir sualdır. Bunların dərhal ardından, Allah Taala, bəhsi keçən hadisə ilə bağlı bir açıqlama, ya da ünvanlanan suala cavab xüsusiyyətində olan ayə, ya da ayələr endirmişdir.
• Bəzən hadisə, Evs və Xəzrəc qəbilələrinə mənsub 2 qrup arasında Allahın düşməni olan yəhudilərin hiləsilə meydana gələn və tərəflərin, "Silaha sarılın! Silaha sarılın!" deyə öz qəbilə fərdlərindən yardım istədikləri nümunədə olduğu kimi, yaşanan bir düşmənlikdir. Necə ki, bu hadisə üzərinə, Al-i İmran surəsinin 100-cü ayəsində
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَـٰنِكُمْ كَـٰفِرِينَ
"Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra belə, döndərib kafir edərlər." şəklində başlayan ayələri nazil olmuşdur. (Suyuti, "Lübabu'n-Nüqul", s. 81)
Bu ayələr, bölünmə və ayrılıqdan, ən mükəmməl şəkildə uzaqlaşdırmaqda; sevgi, birlik və ittifaqı da, ən gözəl şəkildə təşviq etməkdədir.
• Bəzən də, hadisə, sərxoş ikən, insanlara namaz qıldıran kimsənin sərxoşluğu nümunəsində olduğu kimi, edilən çox pis bir xəta ola bilər. Sərxoş ikən insanlara namaz qıldıran şəxs, Kafirun surəsindəki
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ
Lə ə'budu mə tə'budun.
Yəni:
"Sizin ibadət etdiklərinizə ibadət etmərəm." (Kafirun/2) ayəsindəki لا/lə inkar hərfini oxumamışdı. Bu halda məna: "Mən, sizin ibadət etdiklərinizə ibadət edərəm." şəklində olur. Bunun üzərinə, bu ayət enmişdir:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ...
"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, namaza yaxınlaşmayın." (Nisa/43)
• Bəzən hadisə, bəzi alimlərin, haqqında müstəqil əsərlər təlif etdikləri Ömər'in müvafiqliyi nümunəsində olduğu kimi, bir təmənni və bir istək ola bilər. Buxari və digər hədis imamlarının Ənəs'dən nəql etdikləri bu rəvayət, buna nümunədir:
Ömər (radiyallahu anh), belə deyir:
3 şeydə, Rəbbim, mənim təmənnilərimi gerçəkləşdirdi:
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə: "İbrahim məqamında bir namazgah edinək." dedim. Allah Taala:
...وَٱتَّخِذُوا۟ مِن مَّقَامِ إِبْرَٰهِۦمَ مُصَلًّى...
“İbrahimin dayandığı yeri namazgah edin!” (Bəqərə/125) ayətini endirdi.
~ Hicab ayətində də (Əhzab/53), Rəbbim, mənim təmənnimi gerçəkləşdirdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, "Ey Allahın rəsulu! Xanımlarına örtünmələrini buyur. Çünki, həm yaxşı, həm də pis insanlar, onlarla danışırlar." dedim. Bunun üzərinə, hicab ayəti endi.
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xanımları, qısqanclıq xüsusunda, Ona qarşı birləşmişlərdir. Onlara: "Bəlkə də, Rəbbi, o, sizi boşayarsa, sizdən daha xeyirli xanımları Ona nəsib edər." dedim. Bunun üzərinə, bu ayə (Təhrim/5) endi." (Buxari, "Salət", 43)
Nüzul səbəbi olması cəhətindən, Peyğəmbərə, keçmişdə gerçəkləşmiş və hal-hazırda gerçəkləşən, ya da gələcəklə bağlı bir hal haqqında sual soruşmaq arasında, bir fərq yoxdur.
~ Keçmişdə meydana gəlmiş hadisəyə dair suala, Kəhf surəsindəki bu ayəti nümunə olaraq vermək, mümkündür:
وَيَسْـَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِ...
"Səndən, Zülqarneyn haqqında soruşurlar." (Kəhf/83)
~ Hal-hazırda bəhsi keçən bir hala dair suala isə, İsra surəsindəki bu ayə, nümunə olaraq verilə bilər:
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا
"Səndən, ruh haqqında soruşurlar. De: 'Ruh, Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir." (İsra/85)
Gələcəklə bağlı bir hal haqqındakı suala da, bu ayət nümunə olaraq verilə bilər:
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا
"Səndən, o Saat barəsində: 'O nə vaxt qopacaq?'– deyə soruşurlar." (Naziat/42)
Tərifdə keçən "meydana gəldiyi zamanda" ifadəsilə, Quran'ın, səbəb haqqında məlumat verərək endiyi zaman dilimi qəsd edilməkdədir. Bu şəkildə, ayətin enməsinin, səbəbin dərhal ardından gerçəkləşməsi ilə hər hansı bir hikmətdən dolayı bir müddət gecikməsi arasında, bir fərq yoxdur. Necə ki, Qureyş qəbiləsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, ruh, Əshab-ı Kəhf və Zülqərneyn haqqında sual ünvanlamışdılar. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, "inşallah" demədən, "Sabah sizə, xəbər verəcəm." demişdi. Bu səbəbdən, ibn İshaq'ın rəvayətinə görə, vəhy, 15 gün gecikmişdi. Vəhyin gecikməsi, bu xüsusdakı bir başqa görüşə görə, 3; digər bir görüşə görə isə, 40 gün davam etmişdir. Bu hal isə, Peyğəmbərə ağır gəlmişdi. Sonunda, müşriklərin ünvanladığı sualların cavabları, enmişdi. Bu suallara cavab verilərkən, Allah Taala, peyğəmbərinə, Allahın diləməsi ilə istisna etmə qaydasını öyrətmişdi. Bu haqda, belə buyurmuşdur:
وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا • إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّى لِأَقْرَبَ مِنْ هَـٰذَا رَشَدًا
"Heç bir şey barəsində: 'Mən, onu, sabah edəcəyəm!'– demə! Ancaq: 'Əgər Allah istəsə!' (“inşallah”– de!) Unutduğun zaman Rəbbini yada salıb: 'Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin'– de." (Kəhf/23-24)
Tərifdə keçən "meydana gəldiyi zamanda" ifadəsi, eyni zamanda, mütləq olması lazım gələn bir qeyddir. Bu qeyd hər hansı bir səbəb olmadan, bir başa enən ayət və ayələri, tərifin xaricində tutmaq üçün lazımdır. Çünki, bu şəkildə enən ayələrin bir qismi də, keçmişdə baş vermiş, ya da iləridə gələcəkdə gerçəkləşəcək bəzi hadisələrdən bəhs etməkdədir. Daha əvvəl yaşamış peyğəmbərlərin və onların göndərildikləri insanların qissələri haqqında danışılan ayələr ilə qiyamətin və qiyamət ilə bağlı mövzuların işləndiyi ayələri, buna nümunə olaraq vermək, mümkündür. Quranda, bu cür ayələrin sayları, çoxdur.
---------------------------------
---------------------------------
Il. Nüzul səbəbini bilməyin faydaları:
Bəzi insanlar, nüzul səbəbini bilməyin heç bir faydası olmadığını; bu cür biliklərin nüzul tarixindən iləri keçmədiyini; və ya tarixin axışı içərisində gerçəkləşən hadisələrdən başqa bir şey olmadığını iddia etmişlərdir. Halbuki, nüzul səbəblərini bilməyin, bir deyil, bir çox faydaları vardır. Belə ki:
1. Quran ilə din olaraq müəyyənləşdirilən mövzularda, Allahın hikmətinin bilinməsi.
Bunun, həm mömin üçün, həm kafir üçün faydaları vardır. Belə ki:
Mömin kimsənin, Quran ayələrinin eniş səbəblərini və ayələrdəki hökmlərin daşıdıqları üstün özəllikləri və faydaları qavradıqca, imanı artar; və o, Allahın hökmlərini həyata keçirmək və Kitabı ilə əməl etmək üçün, əlindən gələn bütün səyləri göstərər.
Kafirə gəlincə, insaflı olması halında, bu bənzərsiz hikmətlər, onu imana yönləndirər. Çünki, İslami təşri'nin, təzyiq, azğınlıq və istibdada söykənmədiyini, insanın maslahatına riayət etdiyini öyrənər. Xüsusilə də, bir mövzuda İslami təşri'nin izlədiyi seyri və mərhələ-mərhələ ilərləməsini gördüyü vaxt, bunu bilməsi, daha asan olar. Buna dəlil olaraq, içkinin haram qılınması və bu mövzuda enən ayələr, kifayət edir.
2. Ayətin başa düşülməsində köməkçi olması və başa düşülməsindəki problemləri həll etmək:
Vahidi, "Əsbabu'n-Nüzul" adlı əsərində (s. 7), belə deyir:
"Hekayəsi üzərində dayanmadan və nüzul səbəbini açıqlamadan, bir ayətin təfsiri, mümkün deyildir."
ibn Teymiyyə də, belə demişdir:
"Nüzul səbəbini bilmək, ayətin başa düşülməsinə köməkçi olur. Çünki, səbəbi bilmək, nəticənin bilinməsinə aparır." ("Muqaddimə fi Usuli't-Təfsir", s. 47)
Bu xüsus, 3 nümunə ilə açıqlanacaqdır. Belə ki:
a. Allah Taala, Bəqərə surəsi 115-ci ayədə, belə buyurmuşdur:
وَلِلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا۟ فَثَمَّ وَجْهُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٌ
"Məşriq də, məğrib də, Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü, orada olar. Həqiqətən, Allah, hər şeyi Əhatəedəndir, Biləndir."
Ayədəki ifadələr, ilk baxışda, insanın, gərək iqamət halında, gərəksə də səfər halında ikən istədiyi tərəfə doğru namaz qıla biləcəyini; yönünü Kəbəyə tərəf çevirməsinə ehtiyac olmadığını göstərir. Ancaq, bu ayətin, sadəcə səfər sırasında qılınan nafilə namaz, ya da qiblə yönünü təyin etmək üçün ictihad edib sonra da xəta etdiyi ortaya çıxan insanlar haqqında endiyi bilinərsə, bu, ilk baxışda ağla gələn mənanın ayətdə qəsd edilmədiyi ortaya çıxar. Doğrusu, burda, sadəcə nafilə namaz xüsusunda səfərilərə, ya da qibləni bilmədiyi üçün yön təyin etmə xüsusunda ictihad edib sonra xəta etdiyi ortaya çıxan kimsələrə, asanlaşdırma göstərmək üçün gətirilmişdir. ibn Ömər (radiyallahu anh)'dan nəql edildiyinə görə, bu ayə, fərqli cəhətlərə yönələn minik üzərində səfər edən kimsənin, nafilə namazı haqqında enmişdir. (Muslim, "Salətu'-l-Musəfirin", 33) Bir digər rəvayətə görə isə, bir qrup, qibləni təyin edə bilməmiş, bunun üzərinə, bu qrupdakılar, fərqli cəhətlərə doğru namaz qılmışlardır. Sabah olunca da, yalnış cəhətə doğru namaz qıldıqlarını başa düşmüş; ancaq bu şəkildə namaz qılmaları, üzrlü görülmüşdür. Ayətin, daha başqa xüsuslarda nazil olduğu da ifadə edilmişdir. Ancaq bura qədər danışdıqlarımız, kifayət edir. (Vahidi, "Əsbabu'n-Nüzul", s. 31-32; Suyuti, "Əsbabu'n-Nüzul", s. 29-31)
b. Buxari'nin "Səhih"ində, Mərvan b. əl-Hakəm'in bu ayəti başa düşmədə çətinlik çəkdiyi nəql edilmişdir:
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
"Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır." (Al-i İmran/188)
Mərvan, "Etdiklərinə sevinən, etmədiklərilə də təriflənmək istəyən hər kəs əzab görəcəksə, hamımız əzab görəcəyik." demişdi. Onun bu sualı, ibn Abbas, özünə, ayətin nüzul/eniş səbəbini açıqlayıncaya qədər davam etmişdi. ibn Abbas, Mərvana, bu ayətin:
~ soruşduğu sualın cavabını gizləyən;
~ bunun yerinə, başqa şeylər söyləyən; və
~ özlərindən soruşulan suala cavab verdiklərini göstərməyə çalışıb bununla da etdiklərindən dolayı Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in özlərini tərifləməsini istəyən
kitab əhli haqqında endiyini bildirmişdi. Mərvanın müşkülü həll olmuş, Allahın, bu sözü ilə, nə qəsd etdiyini və təhdidini başa düşmüşdü. (Buxari, "Təfsir-u Surə", 3)
c. Urvə b. Zubeyr'ə, bu ayətdən dolayı, Səfa və Mərvə arasında səy etməyin fərz olduğu nəticəsinə çatmaq, problemli gəlmişdi:
إِنَّ ٱلصَّفَا وَٱلْمَرْوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ ۖ فَمَنْ حَجَّ ٱلْبَيْتَ أَوِ ٱعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا...
"Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz..." (Bəqərə/158)
Urvə'nin problemi, ayətin, 2 təpə arasında səy etməkdə günah olmadığını açıqlamasından qaynaqlanırdı. Çünki, ona görə, bir şeyin günah olmaması ilə fərz olması, eyni şey deyildi. Urvə'nin bu sualı, xalası Aişə (radiyallahu anha)'dan bu ayəti soruşuncaya qədər davam etmişdi. Aişə, ona, bu ayətin günah olmadığını ifadə etməsinin, fərz olmağa əngəl olmadığını bildirmişdi. Burda günah olmadığını ifadə etməkdən məqsəd, o günlərdə, müsəlmanların zehnlərində yerləşən Səfa ilə Mərvə arasında səy etməyin, cahiliyyə adətlərindən biri olduğu düşüncəsini yıxmaqdır. Müsəlmanlar, Səfa təpəsində olan İsaf adındakı bütə və Mərvə təpəsində olan Nailə adındakı bütə baxaraq, bu fikrə gəlmişdilər. Müşriklər, bu 2 təpə arasında səy edərkən, əllərini, bu bütlərə sürtürdülər. İslam dini gəlincə, bütləri qırdı. Müsəlmanlar da, bundan dolayı, 2 təpə arasında səy etməkdən geri durdular. Bax bunun üzərinə bəhsi keçən ayət endi. Rəvayətlərdə, hadisə, bu şəkildə bildirilməkdədir. Ancaq Buxari'nin "Səhih"ində, ayətin nüzulu, eynilə bu şəkildə bildirilmişdir:
Urvə'nin, belə söylədiyi nəql edilmişdir:
Aişə (radiyallahu anha)'dan, Allahın,
"Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz..." ayəti haqqında fikrini soruşaraq, "Allaha and olsun ki, Səfa ilə Mərvə arasında səy etməyən kimsəyə günah yoxdur." dedim. Aişə (radiyallahu anha), belə cavab verdi:
"Ey bacımın oğlu! Sən nə pis söz söylədin! Əgər məna, sənin başa düşdüyün kimi olsaydı, ayətdəki ifadənin, 'Onları səy etməməyinizdə günah yoxdur.' şəklində olması lazım gələrdi. Allah, bu ayəti Ənsar haqqında endirmişdir. Onlar, müsəlman olmadan əvvəl, Müşəlləl bölgəsində ibadət etdikləri azğın Mənat bütü üçün həcc edirlərdi və Səfa və Mərvə'ni tavaf etməkdən çəkinirlərdi. Müsəlman olduqdan sonra, bu halı, Peyğəmbərə ərz edərək, 'Ey Allahın rəsulu! Biz, daha əvvəl, Səfa və Mərvəni səy etməkdən çəkinirdik.' dedilər. Bunun üzərinə, Allah (azzə və cəllə): 'Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...' ayətini endirdi.
Peyğəmbər, Səfa ilə Mərvə arasında səy etməyi, bir sünnət olaraq ortaya qoymuşdur. Dolayısı ilə, heç kimin, bunu tərk etməyə haqqı yoxdur." (Buxari, "Həcc", 79)
Mənat, bir bütün adı idi. Amr b. Luhayy'ın, bölgənin dənizə baxan tərəfində düzəltdiyi bir qaya parçası idi. Ərəblər, bu bütə ibadət edirdilər.
Bu rəvayətdə keçən Aişə'nin "sünnət olaraq ortaya qoymuşdur" sözü, Qurandan deyil, sünnətdən bir dəlil ilə "dini bir vəzifə halına gətirdi", ya da "fərz qıldı" mənasına gəlir.
Görüldüyü üzərə, bu rəvayət, Urvə'nin, "onları tavaf/səy etməsində, özünə bir günah yoxdur" cümləsindən, Səfa və Mərvə arasında səy etməməyin günah olmadığını başa düşdüyünü göstərməkdədir. Buna görə, fərziyyət, ortadan qalxmaqdadır. Elə başa düşülür ki, o, bu görüşündə, bir mövzuda günah olmadığının bildirilməsinin, əksəriyyətlə mübah məsələlərdə istifadə edildiyinə söykənmişdir. Aişə isə, Səfa və Mərvə arasında səy etməyin fərz olduğunun, sünnətdən qaynaqlandığını və "onları tavaf/səy etməsində özünə bir günah yoxdur" cümləsinin, Urvə'nin başa düşdüyü kimi, bu fərz ilə zidd düşmədiyini başa düşmüşdür. Çünki, bu 2 təpə arasında səy etməyin qadağan edilməsi, "Bunların ikisi arasında səy etməmək xüsusunda, ona bir günah yoxdur" cümləsi ilə ola bilərdi. Bu ayətdə, Səfa və Mərvə arasında səy etmədə, bir beis olmadığı bildirilmişdir. Çünki bu mövzuda, Ənsarın zehnlərində, bir çəkinmə yerləşmişdi. Necə ki, Aişə'nin bildirdiyi nüzul səbəbi, bunu açıqlamaqdadır.
3. Zahiri hasr/məhdudiyyət ifadə edən ayələrdən, hasr zənnini qaldırmaq:
Buna, bu ayəti, nümunə olaraq vermək, mümkündür:
قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ
"De: 'Mənə gələn vəhylər içərisində, ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm." (Ənam/145)
İmam Şafi, bu ayətdə, hasrın mövcud olmadığı görüşünü mənimsəmişdir. "Bu ayətdə, hasr vardır." şəklində bir yalnış anlaşılmanı ortadan qaldırmaq üçün, bu ayətin, inadları ilə Allaha və rəsuluna olan düşmənlikləri səbəbindən, Allahın halal qıldıqlarını, haram; haram qıldıqlarını da, halal sayma xüsusunda israr edən kafirlər haqqında endiyindən faydalanmışdır. Mücməl olaraq ifadə etmək lazım gələrsə, bu ayət, həqiqi hasr ifadə etmək məqsədilə deyil; Allah və rəsulunun, o münkirlərə qarşı sərt və qatı davranışını göstərmək üçün hasr şəklində enmişdir. Bu xüsusda, Suyuti, imam Şafi'nin belə dediyini nəql etmişdir:
"Kafirlər, qarşı çıxıb qəti bir davranış sərgiləyərək, Allahın haram qıldığını, halal; halal qıldığını, haram qəbul edincə, ayət, onların məqsədlərinə müxalif olaraq enmişdir. Ayədə, sanki belə buyurulmaqdadır:
'Sizin haram qıldıqlarınızdan başqa halal; sizin halal saydıqlarınızdan başqa da haram yoxdur.'
Bu ifadə, sənə, 'Bu gün, şirin şey yemə!' deyən birinə, 'Bu gün, şirin şeydən başqa bir şey yeməyəcəm.' deməyin kimidir.
Burdakı məqsəd, bir şeyi qadağan etmək, ya da bir həqiqəti isbat etmək deyil; qarşı çıxmaqdır. Allah Taala, bu ayədə, sanki belə buyurmaqdadır:
'Sizin halal saydığınız leş, qan, donuz əti və Allahdan başqası üçün kəsdiyiniz qurbanlar xaricində, haram yoxdur!'
Bu ifadə ilə, Allah Taala, bunların xaricindəkiləri halal olduğunu qəsd etməmişdir. Çünki burda məqsəd, halal olan şeyləri saymaq deyil, haram olan şeyləri təsbit etməkdir."
4. Ayənin kimin haqqında endiyini qəti olaraq bilmək:
Ayətin kimin haqqında endiyi qəti olaraq bilinincə, məsum insanların ittiham edilməsinə, şübhə oyandıran insanların da məsum qəbul edilməsinə yol açacaq olan qarışıqlıq ortadan qalxar. Bu sayədə, Aişə (radiyallahu anha), haqqında
وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّ لَّكُمَآ...
"Ata-anasına: 'Tfu sizə' deyən..." (Əhqaf/17) ayətinin endiyini söyləyərək, qardaşı Abdu'r-Rahməni ittiham edən Mərvana qarşı cavab vermiş və belə demişdir:
"Allaha and olsun ki, bu ayə, onun haqqında deyildir. Əgər bu ayətin kimin haqqında endiyini söyləmək istəsəydim, əlbəttə bunu edərdim." (Buxari, "Təfsir-u Surə", 46)
5. Əzbərləməyi və başa düşməyi asanlaşdırmaq:
Nüzul səbəbini bildiyi zaman, ayəti dinləyən hər kəsin zehnində, vəhy yerləşər; başa düşmək asanlaşar; və əzbərləmək bəsit hala gələr. Çünki,
~ nəticələri, səbəblərə;
~ hadisələri, şəxslərə, zamanlara və məkanlara
bağlamaq, mövzunun, zehnə yerləşməsini; və düşüncə mərhələsində, başqası ilə qarşılaşdıraraq xatırlanmaq istəndiyi vaxt, asanca xatırlanmasını təmin edən səbəblərdəndir. Bu, psixologiyada qəbul edilmiş mücərrəd mövzuları xatırlatma qanunudur.
-------------------------
-------------------------
Ill. Nüzul səbəbini bilmə yolları:
Səhih rəvayətlər xaricində, nüzul səbəblərini bilməyin bir yolu yoxdur. Vahidi, sənədilə bərabər, ibn Abbas təriqilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu nəql etmişdir:
"Bildikləriniz xaricində, hədisdən çəkinin. Çünki kim, bilə-bilə Mənim adıma yalan uydurarsa, cəhənnəmdəki yerinə hazırlaşsın. Kim, bilmədən Quran adına bir yalan söyləyərsə, cəhənnəmdəki yerinə hazırlaşsın." ("Əsbabu'n-Nüzul", s. 8)
Bax bundan dolayı, nüzul səbəbi xüsusunda, ancaq nüzul müddətinə şahidlik etmiş, nüzul səbəbini araşdırmış kimsələrdən gələn rəvayət ilə söz söylənə bilər. Buna görə, bir səhabədən nəql edilən nüzul səbəbi, özünü dəstəkləyən başqa bir rəvayət olmasa da, qəbul edilər. Çünki, səhabənin bu mövzudakı sözü, ictihad ediləcək bir sahədə deyildir. Dolayısı ilə, Onun sözü, Peyğəmbərə rəf edilən (yəni, çatdırılan) rəvayətlərin hökmü ilə eynidir. Çünki, səhabənin bu sahədə öz başına söz söyləməsinə, ehtimal verilməz. Üstəlik, nüzul səbəbi, ancaq rəvayət, ya da şahid olmaqla bilinə biləcək bir xəbərdir.
Nüzul səbəbi, mürsəl hədis olaraq, daha açıq ifadə ilə sənədindən səhabənin düşdüyü və tabiunda qalan rəvayət ilə nəql edilməsi halında, ancaq, bu 3 şərtin gerçəkləşməsi ilə qəbul edilə bilər:
1. Rəvayətin səhih olması;
2. Başqa bir mürsəl rəvayət ilə dəstəklənməsi;
3. Ravinin, Mücahid, İkrimə və Səid b. Cubeyr kimi səhabədən elm öyrənən təfsir imamlarından biri olması.
