Oğrular
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ • فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ • أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Etdikləri əməlin əvəzində, Allahın cəzası olaraq, oğru kişinin və oğru qadının əllərini kəsin! Allah, Əziz'dir və hakimdir (hikmət sahibidir).
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib özünü islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah ğafurdur (bağışlayandır), Rahimdir (rəhmət sahibidir).
Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir." (Maidə/38, 39, 40)
--------------------------------------
Təfsiri:
Bu ayətin, daha əvvəlki (Maidə/33) qisimlə münasibəti xüsusunda, 2 görüş mövcuddur:
1. Allah Taala, əvvəlki ayətdə, yol kəsmək surətilə başqasının malının alınması halında, əl və ayaqların (çarpazvari) kəsilməsini fərz qılınca, bu ayətdə də, oğurluq edərək başqasının malının alınması halında da, əl və ayaqların (haşiyə) kəsiləcəyini bəyan etmişdir.
--------------------------------
(Haşiyə:
Mətndə ayaqlar da keçməkdədir. Lakin biz, bu kəlimənin mətnə yalnışlıqla girdiyini düşünürük. Çünki oğurluqda, yalnız əl kəsmək bəhs mövzusudur.)
---------------------------------
2. Allah Taala:
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَـٰتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ
"Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar." (Maidə/32)
buyuraraq, haqsız yerə adam öldürmə işinin çox böyük günah olduğunu zikr edincə, bundan sonra da, adam öldürmək və əzab verməyi mübah qılan cinayətlərdən bəhs etmiş, beləcə də, əvvəl yol kəsən quldurlardan bəhs etmiş, ikinci olaraq da, oğurluq etmə işini zikr etmişdir.
-----------------------------------------
Ayətlə bağlı bir neçə məsələ vardır:
✓ İkinci məsələ: Ayətin mücməl olduğunu söyləyənlər və dəlilləri
Üsulçu müfəssirlərdən bir çoxu, belə demişlərdir:
Ayət, bu cəhətlərdən mücməldir (mücməl ləfz: sözün, sahibi tərəfindən bir açıqlama verilmədikcə, özü ilə nəyin qəsd edildiyi anlaşılmayan ləfz):
a. Hökm, oğurluq etməyə bağlanmışdır. Halbuki mütləq ("qeyr-i müəyyən bir fərdi və ya fərdləri göstərən; və hər hansı bir sifətlə məhdudlaşmış olmayan ləfz") olaraq hər oğurluq, əl kəsməyi gərəkdirməz. Əksinə, əl kəsməyi gərəkdirən oğurluğun, bəlli bir miqdar malın oğurlanması şəklində olması lazımdır. Bu bəlli miqdar isə, ayətdə bildirilməmişdir.
b. Allah Taala, ayətdə əllərin kəsilməsini fərz qılmışdır. Halbuki ayətdə fərz olanın, sağ əlinmi, yoxsa sol əlinmi kəsiləcəyi xüsusu, izah edilməmişdir. İki əlin birdən kəsilməyəcəyi də, icma ilə sabitdir. Bundan dolayı, ayət, bax bu cəhətlərdən mücməldir.
c. "Yəd"/əl kəliməsi, sadəcə barmaqları belə ifadə edə bilən bir kəlimədir. Görmürsənmi ki, bir kimsə filan şəxsin əlini tutmayacağına and içsə, onun barmaqlarını tutsa belə, andı pozulmuş olur.
Bundan dolayı, "yəd/əl" kəliməsi:
~ sadəcə barmaqları da ifadə edə bilən kəlimədir.
~ Bu, həm barmaqlarla birlikdə ovuc içini də ifadə edən bir kəlimədir.
~ Yenə bu kəlimə, barmaqları, ovuc içini və dirsəklərə qədər qolu da topluca ifadə edə bilir.
~ Yenə bu kəlimə, çiyindən barmaq uclarına qədər bütün qolu da ifadə edə bilir.
"Yəd/əl" kəliməsi, bütün bu mənaları yüklənə bilən bir kəlimə olunca; və ayətdə bu mənalardan biri təyin edilib açıqca bildirilmədiyincə, ayət mücməl olur.
d. "Kəsin!" əmri, bir topluluğa xitabdır. Bundan dolayı, bu kəsmə işi, bütün Muhamməd ümməti üçün ola biləcəyi kimi, onlardan bir qrup və ya bəlli bir şəxs üçün də ola bilər. O bəlli şəxs, alimlərin əksəriyyətinin mənimsədiyi görüşə görə, zamanın imamı (müsəlmanların dövlət başçısı)'dır. Kəsmə işini kimin edəcəyi, açıqca bildirilmədiyi üçün, ayət, mücməl olur.
Bütün bu izahlar ilə, ayətin, istənilən halda mücməl olduğu sabit olur.
Bax bu görüşdə olanların izahları, bundan ibarətdir.
----------------------------------------
✓ Üçüncü məsələ:
Fəqihlərin cumhuru, belə demişlərdir:
"Əl kəsmə cəzası, ancaq 2 şərtin olması halında gerçəkləşir:
1. Oğurlanan şeyin dəyərinin, bəlli bir nisabı (ölçü miqdarını) keçməsi...
2. Oğurlanan şeyin, qorunan (mühafizə edilən) bir şey olması..."
• İbn Abbas;
• İbnu'z-Zubeyr; və
• Hasan əl-Basri:
"Miqdarın nəzərə alınmayacağını, bundan dolayı, oğurlanan şeyin, istər az, istər çox olsun, əl kəsməyin fərz olduğunu" söyləmişlərdir.
(Bununla bərabər), "malın qorunması" şərtinin də, nəzərə alınmayacağını bildirmişlərdir ki, bu, Davud əl-İsfəhani və Xaricilərin də görüşüdür. Onlar, bu məsələdə, daha əvvəl də izah etdiyimiz kimi, ayətin ümumi olmasına söykənmişlərdir. Çünki, "oğru kişi ilə oğru qadın" ifadəsi, istər az olsun, istərsə çox olsun; istər qorunmuş/mühafizə edilmiş olsun, istərsə olmasın, oğurlanan hər şeyi ehtiva edir. Bunun belə olduğu sabit olunca, biz deyirik ki:
Əgər biz, ayəti təxsis etmə (ümum ifadə edən bir ləfzin mənasının, bu ləfzin əhatəsinə girən fərdlərdən bir qismilə məhdudlaşdırılması) cəhətinə gedərsək, bu təxsis etmə işi, ya xəbər-i vahidlə və ya qiyasla olur. Halbuki Quranın ümum olan ifadələrini xəbər-i vahid və ya qiyasla təxsis etmək, caiz deyildir.
Fəqihlərin cumhurunun dəlili budur:
Bizim, ayətin təxsis edildiyini söyləməyimizə, ehtiyacımız yoxdur. Əksinə, biz deyirik ki:
• "Sirqat"/oğurluq ləfzi, ərəbcə bir ləfzdir.
• Yenə biz, zəruri olaraq bilirik ki, dilçi alimlər, başqasının:
~ buğdasından tək bir dənə; və ya
~ tək bir saman çöpü; və yaxud da
~ kiçik bir çörək qırıntısı
götürən bir şəxsə:
"O, filan şəxsin malını oğurladı." DEMİRLƏR.
Beləcə, biz, hər nə surətdə olursa olsun, başqasının malını götürməyin, "sirqat/oğurluq etmək" deyə ADLANDIRILMADIĞINI başa düşmüş oluruq.
• Yenə "sirqat" ləfzi: "mal sahibinin gözünün, bir an üçün qafil olması" mənasına gələn "musəraqatu ayni'l-məlik" ifadəsindən iştiqaq etmişdir (meydana gəlmişdir).
Əgər oğurlanan şey, hər kəsin arzulayıb əldə etmək və əldə saxlamaq istədiyi; bu səbəblə də, oğurluq edənin onu ələ keçirməyə arzu duyduğu, ancaq malı oğurlanan kimsənin də, onu başqasına vermək istəmədiyi bir şey olarsa, bax o vaxt, oğru, "mal sahibinin gözünün bir an qafil olmasına" ehtiyac duyar.
Bax bu səbəbdən dolayı, əl kəsməyin fərz ola bilməsi üçün, götürülən malın, əmsalının qorunan mallar cinsindən olmasına etibar etdik. Çünki qorunma altına alınmayan şeylərdə, mal sahibinin qəflət etməsi mənasına, ehtiyac duyulmaz. Beləcə də, qorunmamış maldan götürülən şey, oğurluq olaraq ADLANDIRILMAZ.
-----------------------------
Davud əz-Zahiri'nin ictihadına görə, oğurluqda nisab axtarılmaz.
O, belə deyir:
"Biz də, bir buğda dənəsinin və tək bir saman çöpünün götürülməsi halında, əl kəsməyin fərz olduğunu DEMİRİK. Əksinə, ələ keçirilməsi və əldə saxlanılması arzulanan və bundan daha az olan şeylərdə də, əlin kəsilməsinin fərz olduğunu söyləyirik."
Çünki azlıq və çoxluq miqdarları, dəyişməyən bir qaydaya bağlı deyildir. Bundan dolayı, çox dəfə, böyük bir kral, milyonlar dəyərində olan pulu əhəmiyyətsiz görür; ancaq kasıb bir kimsə, 2 buğda dənəsini və ona bərabər bir malı, gözündə böyüdür. Bax bundan dolayı, imam Şafi (rahmətullahi aleyh):
"Bir şəxs:
'Məndə, filan şəxsin alacağı böyük bir mal vardır.'
deyib, sonra da bu böyük malın, bir buğda dənəsi olduğunu açıqlasa, özünə son dərəcə ehtiyac duyduğu və ola bildiyi qədər kasıb olduğu üçün, bu buğda dənəsinin, onun gözündə böyüdülmüş, böyük görülmüş olması ehtimalından dolayı, onun bu sözü, qəbul edilər." demişdir.
Azlıq və çoxluq miqdarları müəyyən bir qaydaya bağlanmış olmayınca, hökmü, "mal" deyə adlandırılacaq şeyin ən azına bağlamaq və hökmü, ona bina etmək lazımdır.
Əgər bir nəfər bunu qəribə görüb:
"Bir buğda dənəsinin oğurlanması halında, əlin kəsilməsi, necə caiz ola bilər?! Çünki dinə qarşı olanlar, bunu, şəriəti tənqid etməyə bir səbəb sayar və:
'Bir əlin diyəti (haşiyə) 500 dinar qızıl dəyərində olunca, daha necə bu qədər az bir mal oğurlamaqdan dolayı əl kəsilər?' deyərlər..." deyə BİLMƏZ.
-------------------------------
(HAŞİYƏ:
Diyət: İslam hüququnda, bir şəxsin haqsız olaraq öldürülməsi, şikəst buraxılması və ya yaralanması halında, cəza və qan qarşılığı olaraq ödənilən mal və ya pul)
--------------------------------
Sonra biz, bu tənqidə, bu şəkildə cavab veririk:
Şəriət, bu qədər az bir malı oğurlayıb onu götürməyə tənəzzül etmək (özünü o səviyyəyə endirmək) surətilə, bu qədər alçaqlıq etdiyi üçün, o kimsənin əlini kəsmişdir. Bundan dolayı, şəriətin, bu alçaqlıq səbəbilə o kimsəyə belə böyük bir cəza verməsi, qəribə qarşılana bilməz.
Bu cavab, onların hamısı tərəfindən qəbul görüncə, oğurlanan şey, az və ya çox olsun, əlin kəsilməsinin fərz olması hökmü də, tərəfimizdən məqbul olur.
Davud əz-Zahiri, sözlərinə belə davam edir:
"Bu bəhs etdiyimiz şeylər, burda, Quranın ümum ifadə edən naslarının, xəbər-i vahidlə təxsis edilməsinin caiz OLMADIĞINA dəlalət etməkdədir. Çünki ümum olan ifadələrin təxsis edildiyini söyləyənlər də, bir neçə yöndən ixtilaf etmişlərdir:
Məsələn:
• Şafi (rahmətullahi aleyh):
"1 dinarın 1/4-inin oğurlanması halında, əl kəsmək caiz olar."
demiş və buna dəlil olaraq da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Əl, ancaq, 1 dinarın 1/4 miqdarı (nın oğurlanması halında) kəsilər."
hədisini rəvayət etmişdir. (Muslim, Hudud, 1-4; Buxari, Hudud, 13)
• əbu Hənifə (rahmətullahi aleyh):
"Əl kəsmək, üzəri sikkəli 10 dirhəm və ya daha çoxunun oğurlanması halında, caiz olar."
demiş və bu xüsusda da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Əl, ancaq, bir qalxanın qarşılığı qədər miqdarın oğurlanması halında kəsilər."
şəklindəki hədisini rəvayət etmişdir. (Buxari, Hudud/13)
Bu ifadənin zahirindən, bir qalxanın dəyərinin, 10 dirhəmdən az olmayacağı anlaşılmaqdadır.
• imam Malik, Əhməd b. Hənbəl və İshaq:
Əlin, 3 dirhəm və ya bir dinarın 1/4 qiymətinin oğurlanması halında kəsiləcəyini söyləmişlərdir.
• ibn əbi Leyla isə:
Bu miqdarın, 5 dirhəm olduğunu söyləmişdir.
Bu müctəhid imamlardan hər biri, digərinin rəvayət etdiyi xəbəri tənqid etmişlərdir.
Bax, hal belə olduğuna görə, (ayətin ümum ifadə edən mənasını) təxsis edən bu hədislər, bir-birilə ziddiyyət içindədirlər. Bundan dolayı, bu təxsis ifadə edən xəbərlərdən heç birinə iltifat etməmək gərəkdir. Heç kim:
"Səhabələr, əlin kəsilməsinin, ancaq müəyyən bir miqdar oğurlanması halında fərz olacağı xüsusunda, icma etmişlərdir." deyə BİLMƏZ.
Çünki Hasan əl-Basri, əl kəsməyin, mütləq mənada oğurluq edilməsi halında fərz olduğunu söyləyər və:
"Əlinin, 1 dirhəm səbəbilə kəsilməsindən çəkin."
deyərdi. Əgər səhabələr tərəfindən belə bir icma vaqe olmuş olsaydı, səhabəyə çox yaxın bir zamanda yaşamış olan və dini xüsuslarda ola bildiyi qədər ehtiyatlı davranan Hasan əl-Basri, (bu icmaya) müxalifət etməzdi...
Bax Hasan əl-Basri və Davud əl-İsfəhani'nin məzhəbinin izahı, bundan ibarətdir.
--------------------------------------------
✓ Dördüncü məsələ: Təkrar-təkrar oğurluq edən oğrunun kəsiləcək əzası
• Şafi (rahmətullahi aleyh), bir şəxsin:
~ ilk oğurluğunda - sağ əlinin;
~ ikincisində - sol ayağının;
~ üçüncüsündə - sol əlinin;
~ dördüncüsündə - sağ ayağının
kəsilməsinə hökm edərkən;
• əbu Hənifə və Süfyan əs-Sevri:
~ üçüncü və dördüncü dəfələrdə, heç birinin KƏSİLMƏYƏCƏYİ şəklində hökm vermişlərdir.
İmam Şafi, bu ayəti, bu 2 yöndən dəlil gətirmişdir:
1. Oğurluq, əl kəsməyin fərz olmasının illətidir. Əgər bu illət, üçüncü dəfə də baş verərsə, əl kəsmə də, üçüncü dəfə fərz olar.
Biz:
"Oğurluğun, əl kəsməyin fərz olmasının illəti olduğunu" söylədik. Çünki Allah Taala:
"Oğru kişi ilə, oğru qadının əllərini kəsin!" buyurmuşdur.
Biz, bu ifadənin mənasının:
"Əgər bir şəxs oğurluq edərsə, əlini kəsin." şəklində olduğunu söyləmişdik.
Həm: "Əllərini kəsin." buyuruğunun başında yer alan "fə" hərfi də, əl kəsməyin, edilən oğurluğa müqabil/qarşılıq bir cəza olduğunu göstərməkdədir.
Bundan dolayı, oğurluq, əl kəsməyin illətidir. Şübhəsiz ki, bu oğurluq, üçüncü dəfə də reallaşmışdır. Bu halda, kəsməyi gərəkdirən hal, bu üçüncü dəfə də hasil olmuşdur. Elə isə, gərəyi nədirsə, yerinə yetirilməlidir.
Bunun gərəyinin, ilk dəfədə əlinin kəsilmiş olması keyfiyyətinin olması, caiz deyildir. Çünki hökm, illətindən əvvəl mövcud ola bilməz. Bu, belədir. Çünki əl kəsmə, ilk oğurluq edilməsi ilə fərz olmuşdur. Bundan dolayı, geriyə, bu oğurluğun, ancaq üçüncü dəfə də (edilməsi halında), başqa bir kəsmə işini gərəkdirməsi halı qalır ki, bax əldə edilmək istənən nəticə də, budur.
2. Allah Taala, "əllərini kəsin." buyurmuşdur. Ayətdəki "əydiyə" /əllər ləfzi, cəm ifadə edən bir ləfzdir. Cəmin ən azı isə, 3-dür. Bundan dolayı, ifadənin zahiri, oğurluq edən kişi və qadının, əllərindən (yəni əl və ayaqlarından) üçünün kəsilməsinin fərz olmasını gərəkdirir. İlk oğurluqda, bu hökm ilə əməl edilməmişdir. Bundan dolayı, üçüncü oğurluqda, bununla əməl edilməsi lazımdır.
------------------------------------
Şazz (güvənilən bir ravinin, özündən daha güvənilən bir raviyə zidd olaraq rəvayət etdiyi hədis) qiraətlərin dəyərləndirilməsi haqqında əhəmiyyətli bir not:
İndi əgər:
"İbn Məs'ud (radiyallahu anh), bunu:
فَاقْطَعُوا آيْمَانَهُمَا
'O ikisinin, sağ əllərini kəsin.'
şəklində oxumuşdur. Bundan dolayı, hökm, mütləq olaraq əllərə deyil, sağ əllərə təxsis edilmişdir. Şazz qiraətlər də, xəbər-i vahid hökmünə keçər."
deyərlərsə, biz, belə cavab verərik:
"Şazz qiraətlər, mütəvatir qiraətləri ibtal edib hökmsüz qılmaz. Bundan dolayı, biz, məzhəbimizin (Şafi məzhəbinin) görüşünü isbatda, mütəvatir qiraətləri əsas alırıq.
Həm bizcə, şazz qiraət, bir hüccət DEYİLDİR. Çünki əgər o, Quran sayılsaydı, mütəvatir olardı. Çünki əgər biz, Qurandan hər hansı bir qismin bizə təvatür yolu ilə gəlməmiş olduğunu mümkün görərsək, rafizilərin və mülhidlərin (inkar edənlərin) Quran haqqındakı:
'Bəlkə də, Quranda, Əli b. əbi Talib (radiyallahu anh)'ın xəlifəliyinə dair bir nass olaraq (açıqca) dəlalət edən ayətlər vardı, ancaq onlar, bizə qədər gəlib çatmadı. Bəlkə də, şəriətin hökmlərinin əksəriyyətinin nəsx edildiyini ifadə edən ayətlər vardı. Lakin onlar, bizə qədər nəql edilmədi.'
şəklindəki tənlərinə, qapı açmış olarıq.
Bütün bu iddialar, batil olunca, (biz hökm edirik ki), əgər bunlar Quran olsaydı, mütəvatir olarlardı. Mütəvatir olmadıqlarına görə, Qurandan OLMADIQLARINA qətiyyətlə hökm edirik.
Beləcə, şazz qiraətlərin, qətiyyətlə bir hüccət OLMADIQLARI, sabit olmuş olur.
------------------------------------------
✓ Beşinci məsələ: Oğru, oğurladığı malı, təzmin etməlidirmi (geri qaytarmalıdırmı)?
• İmam Şafi (rahmətullahi aleyh):
"Oğru, oğurladığı malı, təzmin etməlidir." demişdir.
• əbu Hənifə, Süfyan əs-Sevri, imam Əhməd və İshaq:
"Əlin kəsilməsilə oğurlanan şeyin geri ödənməsi cəzası, birlikdə tətbiq EDİLMƏZ. Əgər oğru, oğurladığı malı təzmin edər, geri ödəyərsə, əli kəsilməz. Yox əgər əli kəsilmişdirsə, oğurladığını geri ödəməz." demişlərdir.
• imam Malik (rahmətullahi aleyh) isə:
"İstənilən halda, o oğrunun əli kəsilməlidir. Ancaq varlıdırsa, oğurladığını geri qaytarması lazımdır, kasıb isə lazım deyil." demişdir.
İmam Şafi'nin dəlili budur:
Ayət, oğurluğun, əlin kəsilməsini gərəkdiyini göstərir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:
عَلَى الْيَدِ مَا اَخَذَتْ حَتَّى تُؤَدّيَهُ
"Əl, aldığı şeyi, geri qaytarıncaya qədər, mühafizə etməlidir." (Yəni əl, aldığını geri qaytarmaq məcburiyyətindədir.) (Acluni, "Kəşfu'l-Xafa", 2/69)
buyurmuşdur. Bu hədis, oğurlanan şeyin geri qaytarılmasını gərəkdirir. Oğurluqda, bu 2 şey (yəni əl kəsmək cəzası ilə geri qaytarmaq, yəni təzmin işi) bərabər mövcuddur. Bundan dolayı, həm əlin kəsilməsi, həm də oğurlanan şeyin ödənməsi, VACİBDİR."
Əgər bir kimsə:
"Bu 2 şeyin (həm oğurlanan malın geri qaytarılması, həm də əlin kəsilməsinin) eyni anda mövcudluğu, imkansızdır."
deyərsə, bu, bir muaraza (sözlə mücadilə) olar. Dolayısı ilə, dəlilini gətirməsi lazımdır.
Qaldı ki, biz, belə deyirik:
Allahın cəzalandırması (Allahın haqqını yerinə yetirib hədd tətbiq etməsi), qulların haqqını verməyə mane sayıla bilməz. Bunun dəlili budur ki:
(Həcc sırasında) mülk olan ev heyvanını öldürən ehramlı hacı, cəza qurbanı kəsməklə bərabər, o heyvan sahibinə təzminat ödəməsi də lazımdır.
Bunun, bir dəlili də budur ki:
Oğurluq mal mövcuddursa, ittifaqla, onun, sahibinə geri qaytarılması lazımdır. Eynilə -icma ilə- oğrunun əlinin kəsilməsi vaxtına qədər, oğurluq malın, mal sahibinin mülkiyyətində sayılması da, buna dəlalət edər. Kəsmə işi baş verdiyində də, mülkiyyət, ya tam kəsilmə vaxtına aid olur; yaxud oğurluq vaxtının başlanğıcına (oğurlandığı ilk vaxta) isnad edilir.
Bizə müxalif olan, birinci iddianı mənimsəməz. İkinci ehtimal mövzusunda da, belə demək gərəkdir:
O mal haqqındakı mülkiyyət, kəsmə vaxtından etibarən, o vaxtdan əvvəlki zamanda meydana gəlmişdir. Bu isə, felin, keçmiş zamanda olmuş olmasını gərəkdirir. Bu isə, imkansızdır.
Əbu Hənifə'nin dəlili isə, budur:
"Allah Taala, əl kəsmə işinin bir cəza olduğunu söyləmişdir. Cəza isə, "yetərli, kifayət qədər" mənasındadır. Bundan dolayı, bu əl kəsmə cəzası, oğurluq xüsusunda kifayətdir. Bu kifayət edincə də, oğurladığını geri ödəmək cəzasının, buna əlavə edilməməsi lazımdır."
Əbu Hənifə'yə belə cavab veririk:
"Əgər sizin dediyiniz kimi olsaydı, oğurlanan şeyin mövcud olması halında da, o malın geri verilməməsi lazım gələrdi."
Allah, ən gözəl biləndir.
---------------------------
✓ Altıncı məsələ: Kəsmə işini reallaşdıracaq mərci kimdir?
• imam Şafii (rahmətullahi aleyh)
"Ağa, öz nökərlərinə şəri cəzaları tətbiq etməyə səlahiyyətlidir." deyərkən;
• əbu Hənifə (rahiməhullah):
"Ağanın, belə bir səlahiyyəti olmadığını" söyləmişdir.
~ İmam Şafi'nin dəlili budur:
Ayətdəki: "(O ikisinin) əllərini kəsin." ifadəsi, hər kəs üçün ümumidir. Çünki bu xitabda, kəsmə işinin, müsəlmanların bir qisminə deyil, digər bir qisminə aid olduğuna dəlalət edən bir hal YOXDUR. Hər müsəlman, bu ifadəyə daxil olduğuna görə, nökərin ağası da daxildir. İmam ilə mövla (nökərin ağası) xaricindəkilər xüsusunda, bu nasla əməl, tərk edilmişdir. Beləcə, imam ilə mövla haqqında, bu əmrin cariliyi, vacib olmuşdur.
------------------------------------------
✓ Yeddinci məsələ: Ayətin, imam seçməyin lüzumuna dəlil olması
Kəlam alimləri, bu ayətlə, Muhamməd ümmətinin, özlərinə bir imam (dövlət başçısı) təyin etmələrinin fərz olduğuna istidlal etmişlərdir. Bunun dəlili, budur:
Allah Taala, bu ayətlə, oğru və zina edənlərə, cəzanın tətbiq edilməsini fərz qılmışdır. Muhamməd ümməti, şəri cəzaların, bunları işləyənlərə tətbiq edilməsinin, xalqın tək-tək fərdlərinə fərz OLMADIĞI, əksinə, azad olan bu günahı işləyənlərə cəzaları tətbiq etmə səlahiyyətinin, ancaq dövlət başçısına aid OLDUĞU xüsusunda, ittifaq etmişlərdir.
Bu mükəlləfiyyətlərin hər biri bir vəzifə olub, yerinə yetirilmələri də, ancaq bir imamın (dövlət başçısının) mövcud olmasına bağlı olunca; və --->
bunların da, ancaq dövlət başçısı mövcud olunca gerçəkləşəcəyi sabit olunca; və --->
mükəlləfin də gücünün çatdığı vəzifələri yerinə yetirməsi vacib olunca,
bax o vaxt, bir dövlət başçısının (imamın) təyin edilməsi gərəkdiyinə, qəti olaraq hökm etmək gərəkdir.
--------------------------------------
Ayət sonlarındakı isimlərin, mənaya uyğunluğu:
Haqq Taala'nın:
وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
"Allah, Əzizdir, Hakim'dir." buyuruğu,
"O:
~ intiqam alma xüsusunda Əziz;
~ şəriət və mükəlləfiyyətləri xüsusunda da Hakim (hikmət sahibi)'dir." mənasındadır.
Əsmai, belə deyir:
"Maidə surəsini oxuyarkən, yanımda bir bədəvi ərəb vardı. Bu ayəti, səhvən:
'Allah, Ğafur və Rahim'dir.' şəklində oxudum. Bunun üzərinə, bədəvi:
"Bu, kimin sözüdür?" deyə soruşduğunda, mən:
"Allahın sözüdür." dedim.
~ O:
"Bir daha oxu." deyincə, mən də, təkrar eyni səhvi edib: "Allah, Ğafur və Rahim'dir." dedim və dərhal səhvimin fərqinə vararaq: "Allah, Əziz və Hakim'dir." deyə oxudum.
Bundan sonra, bədəvi:
"Bax indi düzəltdin." dedi.
Ona, bunu necə bildiyini soruşduğumda:
"Ey adam! O (Allah), əziz və hakim olduğu üçün, əlin kəsilməsini əmr etmişdir. O, məğfirət (Ğafur olmaqla) və rəhmətilə (Rahim olmaqla) əlin kəsilməsini əmr etməz." deyə cavab verdi.
----------------------------------------
Sonra Allah Taala:
"Hər kim haqsızlıq etdikdən sonra tövbə edib özünü islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah ğafurdur (bağışlayandır), Rahimdir (rəhmət sahibidir)."
buyurmuşdur. Ayətlə bağlı bir neçə məsələ vardır:
✓ Birinci məsələ: Mücərrəd tövbə, bağışlanmaq üçün kifayətdirmi?
Ayət, Allah Taala'nın, tövbə edənlərin tövbəsini qəbul etdiyinə dəlalət etməkdədir. Əgər:
"Ayətdəki: '...özünü islah edərsə...' ifadəsi, yalnız tövbənin qəbul edilmədiyini göstərir?!" (Yəni əməl də lazımdır.)
deyərsə, belə cavab verərik:
Bu ifadədən məqsəd:
"O kimsə, saleh və sadiq bir niyyət; səhih və bütün digər məqsədlərdən uzaq bir əzm və qərarlılıq ilə tövbə edərsə..." deməkdir.
------------------------------------------
✓ İkinci məsələ:
Əli kəsilmədən əvvəl oğru tövbə edərsə, Allah, onun tövbəsini qəbul edər. Ancaq ondan bu əl kəsmə cəzası düşərmi?
Tabiin alimlərindən bir qismi, belə deməkdədirlər:
"Bu kimsədən, hədd cəzası (əlinin kəsilməsi) düşər. Çünki bu ayətin sonunda, Ğafur Və Rahim isimlərinin zikr edilməsi, əzabın, o kimsədən düşdüyünü göstərir. Halbuki bu ayətdə zikr edilən cəza da, əl kəsmə cəzasıdır. Bundan dolayı, ayətin zahiri, bu cəzanın düşməsini gərəkdirir."
Cumhur isə:
"Bu kimsədən bu cəza düşməz. Əksinə, bu cəza, o şəxsə, bir imtahan məqsədilə tətbiq edilir..." demişlərdir.
---------------------------------------
✓ Üçüncü məsələ:
Ayət, tövbənin qəbul edilməsinin, Allah üzərinə vacib OLMADIĞINA dəlalət etməkdədir. Çünki Allah Taala, tövbəni qəbul etməklə, Özünü mədh etmişdir. Mədh isə, vəzifəsi olan şeyləri ifa etməklə deyil, ancaq lütf və ehsanvari felləri etməklə olur.
------------------------------------------
Daha sonra, Allah:
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir."
buyurmuşdur.
Bil ki, Allah Taala, oğrunun əlinin kəsilməsinin və tövbə ETMƏDƏN ölməsi halında, axirətdə əzaba uğramasının, VACİB OLDUĞUNU qəti olaraq bəyan edib, --->
Sonra da tövbə edərsə, onun tövbəsini qəbul edəcəyini zikr edincə, --->
Bunun ardından, Allahın dilədiyini edəcəyini və iradə etdiyi şəkildə hökm edəcəyini, bu səbəblə, istədiyinə əzab verəcəyini, istədiyini də bağışlayacağını bəyan etmişdir.
Haqq Taala'nın, bu ayətdə, "əzab vermə"yi, "bağışlamaq"dan əvvəl zikr etməsinin səbəbi:
Oğurluğun, tövbədən əvvəl olmasına müqabilə/qarşılıq tərzində varid olmasıdır.
Vahidi, belə deyir:
"Bu ayət, 'ədalət və zülm' xüsusunda, Allahın itaətkar qula mərhəmət etməsinin, üsyankar qula da əzab etməsinin vacib olduğu şəklindəki görüşlərində, Mötəzilə'nin əleyhinə açıq bir dəlildir. Çünki ayət, İlahi rəhmətin, Allahın məşiətinə/istəməsinə bağlı olduğuna dəlalət edər. Halbuki vücub/vaciblik iddiası (yəni Allahın rəhmət etməsinin vacib olması), buna zidd düşür."
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
- Qur'an-ı Kərimdə oğurluq edənin əlinin kəsilməsi əmr edilməkdədir. Bu oğurluq cinayətin cesası, insan hüquqları baxımından ağır bir cəza sayılmazmı?
- Qədr surəsinin təfsiri
- Kəramət- 2
- Kəlam sifəti
- Şura surəsi 51-ci ayətin təfsiri
- Allahın endirdiyi ilə hökm etməyənlər- 2
- Maidə surəsi 44-cü ayətin təfsiri- 2
- Ənam surəsi 75-ci ayətin təfsiri
- Mələkut aləmi nə deməkdir?
- Ənam surəsi 75-ci ayətin təfsiri