"Ölənin qiyaməti qopmuşdur." hədis
...Kiçik qiyamətlə, ölüm halını vurğulayıram. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Ölənin, qiyaməti qopmuşdur." (Deyləmi, "Müsnədü'l-Firdevs", 1121; Acluni, "Kəşfu'l-Xafa", 2/279)
Bu qiyamətdə, qul, tək başına olacaq və ona belə deyiləcək:
وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَـٰكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَـٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ...
"Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz..." (Ənam/94)
Yenə burda, bunlar da söyləniləcəkdir:
ٱقْرَأْ كِتَـٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًا
"Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər." (İsra/14)
Ancaq böyük qiyamət deyilən o böyük hadisədə, bütün məxluqat bir araya gələcək, orda kimsə tək başına olmayacaq. Əksinə, insanlar, camaatlar qarşısında sorğu-suala çəkiləcək. Burda tək-tək deyil, bölüklər halında, təqva sahibləri cənnətə, günahkarlar da cəhənnəmə sövq ediləcəklər.
İlk dəhşət, kiçik qiyamətin (ölümün) dəhşətidir. Böyük qiyamətin bütün qorxunc mənzərələrinin bənzərləri, kiçik qiyamətdə də vardır.
Məsələn, yerin sarsılması hadisəsi (zəlzələ). Sənə xas olan torpaq, sən öldüyündə, zəlzələyə məruz qalır. Sən, çox yaxşı bilirsən ki, hər hansı bir yerdə zəlzələ olduğunda, ətraf ərazilərdə olmasa belə:
"Filan yerdə zəlzələ oldu." deyilə bilər və bu söz, doğrudur. Hətta insanların sakin olduğu hər hansı bir yerdə, sadəcə bir ev belə zəlzələyə məruz qalsa, yenə bu zəlzələ hökmünün bura verilməsi, isabətlidir. Çünki bütün yer üzü sarsıldığında, başqasının məskəni deyil, öz məskəni sarsıldığı üçün zərər görür və zəlzələdən nəsibini alır.
Bunu unutma:
Sən torpaqdan yaradılmış, torpağa xas bir varlıqsan. Torpaqdan xüsusi olaraq hissəsi olan, sadəcə sənin vücudundur. Ancaq başqasının vücudunun, sənin payınla bir münasibəti yoxdur. Halbuki üzərində mövcud olduğun ərazi, sənin vücuduna nisbətlə, bir zərf, bir məkandır. Mövcud olduğun yerin zəlzələsindən qorxmağın, bu səbəblə vücudunun sarsıldığındandır. Yoxsa hava, hər zaman hərəkət halındadır. Nə var ki, vücudun bu səbəblə (havanın hərəkəti səbəbilə) sarsılmadığından, havanın hərəkətindən qorxmursan. Bütün yer üzünü ehtiva edən zəlzələ hadisəsində, sənin görəcəyin zərər, sadəcə sənin bədənin zəlzələsidir. Bu da, sənin torpağın və sənə xas olan ərazindir.
~ Sümüklərin- ərazinin dağları;
~ Başın- ərazinin göyü;
~ Qəlbin- ərazinin günəşi;
~ Qulaqların, gözlərin və digər hislərin- göyünün ulduzları;
~ Bədənindəki damar qaynaqları- ərazinin dənizləri;
~ Əlin, ayağın və digər fiziki orqanların- ərazindəki ağaclardır.
Vücudunun bütün parçaları, beləcə davam edib gedir.
Ölümlə, vücudunun təməl ünsürləri yıxıldığında, yer üzü, həqiqətən sarsılmışdır.
~ Sümüklər ətlərdən ayrıldığında, yer üzü və dağlar yükünü almış, bir sarsıntı ilə sarsılmışlardır. (Burda imam, insanın vücudunu örtən əti, yer üzünü örtən torpağa; sümükləri də, torpaq altında yerin müvazinətini qoruyan dağlara bənzətmişdir.) Sümüklər çürüdüyündə, dağlar toza çevrilmişlərdir.
~ Ölüm anında qəlbin qaraldığında, günəş, həqiqətən qaralmışdır;
~ Qulağın eşitməz, gözün görməz, digər hislərin hissizləşdiklərində, ulduzlar tam sönmüşdür;
~ Beynin (başın) yarıldığında, göy yarılmış;
~ Ölümün dəhşətindən alnından tərlər boşaldığında, dənizlər fışqırmış;
~ Miniyin olan baldırlar bir-birilərinə dolandıqlarında, sağılan dəvələr işə yaramaz hala gəlmiş;
~ Ruh cəsəddən ayrıldığında, yer öz yükünü çölə çıxarıb boşalmışdır.
Mən, bütün hadisələrlə, dəhşətli qorxu anları arasındakı müvazinəyə diqqət çəkərək, mövzunu uzatmaq niyyətində deyiləm. Ancaq bunu söyləyirəm:
Ölüm həqiqətilə, sənin haqqında bu kiçik qiyamət qopar, ancaq böyük qiyamətdən, sənə, hətta səndən başqalarına xas heç bir şey yox olmaz. Məsələn:
~ Başqaları haqqında axıb gedən ulduzlar, sənin, -sayələrində baxıb zövq aldığın - hislərin dağılıb yox olduğunda, sənə nə fayda təmin edər?!
~ Kora görə, gecə ilə gündüz, günəşin batması ilə açması, birdir. Çünki onun haqqında bir dəfə batmışdır. Onun günəşdən nəsibi budur. Artıq günəşin çıxması, başqalarının faydalanacağı bir şeydir.
~ Başı ikiyə ayrılanın da, göyü parçalanmışdır. Çünki göy, başın üstündə yer alan şeydən ibarətdir. Başı olmayanın, göyü də yoxdur. O halda, başqalarına aid göydən, necə faydalana bilər?!
Bax bu da, kiçik qiyamətdir. Əsl qorxu, əsl dəhşət, daha sonra gələcək, bu da, böyük fəlakət gerçəkləşdiyində görüləcək, o vaxt, xüsusilik qalxacaq, göylər və yer üzü hüviyətlərini (öz şəxsiyyətlərini) itirəcəklər, dağlar toz-duman olub sovrulacaq, hər tərəfdən dəhşət fışqıracaqdır.
Bil ki, biz, kiçik qiyaməti vəsf edərkən, sözü uzatmış kimi görsəndiksə də, 1/100-nə belə diqqət çəkə də bilmədik. Böyük qiyamətə nisbətlə kiçik qiyamət, böyük doğuma nisbətlə kiçik doğum kimidir. Çünki insanın 2 doğuş şəkli vardır:
1. Atanın sülbündən rəhimə keçməsi və burda müəyyən müddət qalmasıdır. Çox təbiidir ki, burda təkamül mərhələləri keçirir, nütfə, qan, ət parçası halı və daha başqa mərhələləri kimi, rəhmin dar sahəsindən ucsuz-bucaqsız aləmə çıxış dövrəsi. Böyük qiyamətin ümumiliyinin kiçik qiyamətin xüsusiliyinə nisbəti, ucsuz-bucaqsız kainatın, rəhim boşluğunun genişliyinə nisbətini xatırladır.
2. Qulun, ölümdən sonra addım atdığı aləmin genişliyinin dünya fəzasının genişliyinə nisbəti, dünya fəzasının genişliyinin rəhm fəzasının genişliyinə nisbəti kimidir. Hətta daha geniş və daha böyükdür. Bundan dolayı, indi var sən axirəti dünyaya qiyas et!
Allah Taala, belə buyurur:
مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَٰحِدَةٍ...
"Sizi yaratmaq və (ölüm sonrası) diriltmək, bir tək nəfsi yaratmaq və diriltmək kimidir..." (Loğman/28)
İkinci diriliş, birinci yaradılışa qiyas edilməkdədir. Yoxsa 2 cür yaradılış yoxdur. Bu həqiqətə, Allah Taalanın bu ayətilə işarət edilməkdədir:
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ
"Sizi bənzərləriniz ilə əvəz etməyə və
-sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa-
Bizə mane olan tapılmaz." (Vaqiə/61)
2 qiyaməti iqrar edən, qeyb və şəhadət aləminə inanmış, fiziki və fiziki aləmin fövqündəki aləmlərə iman gətirmişdir.
Kiçik qiyamətə inanıb böyük qiyamətə inanmayan, 2 aləmdən birinə kor gözlə baxır deməkdir. Bu cahillik, azğınlıq və dəccal koruna tabe olmaqdır.
Ey miskin, bədbəxt -ki, hamımız miskinik- qəflətin nə qədər qalındır!
Bütün bu dəhşətlər qarşısında, cahillik və azğınlıqla böyük qiyamətə inanmırsansa, kiçik qiyamətin ortaya qoyduğu həqiqətlər, sənə kifayət etmirmi?!
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Nəsihətçi olaraq, ölüm yetər." sözlərini, heç eşitmədinmi?!
Bir-birilərilə çəkişərlərkən özlərini yaxalayacaq bir qorxunc səsi (bax: Hicr/73) gözləyən; və artıq nə vəsiyyət edə bilən, nə də ailələrinə qayıda bilən qafil şəxslərə tabe olaraq, ölümün sənə anidən hücum edəcəyini uzaq görməkdən utanmırsanmı?!
Bəli, o qafillər ki, özlərinə xəstəlik, ölümü xatırladan bir xəbərçi olaraq gələr, ancaq oyanmazlar. Saçlarında, saqqallarında da ağ tüklər çıxar, ancaq ibrət almazlar.
يَـٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
"Veyl olsun, bu qulların halına! Onlara hansı elçi gəlirdisə, onunla istehza edirdilər." (Yasin/30)
O qafillər, yoxsa özlərinin dünyada əbədi qalacaqlarınımı sanırlar?
أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ
"Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?" (Yasin/31)
Yoxsa ölülərin özlərindən ayrılıb yoxluğa məhkum olduqlarınımı düşünürlər? Xeyr!
وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
"Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər." (Yasin/32)
Ancaq onlar, hələ də qəflətdədirlər. Bəs necə?! Allah belə buyurur:
وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍ مِّنْ ءَايَـٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
"Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər." (Yasin/46)
Bunun səbəbi də, ayətdə belə dilə gətirilmişdir:
وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَـٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ • وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
"Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər." (Yasin/9-10)
(Ğazzali, "İhya'u-Ulum'id-din", 2-ci kitab: "Səbr və şükür")
- İlham-7
- Axirətin İsbatı
- Zilzal surəsi təfsiri
- Ənam surəsi 59-cu ayətin təfsiri
- Yarpaqlar Allahın icazəsi olmadan düşmürmü?
- Qızıl nisbətlə əlaqədar vacib məlumatlar.
- Allahın əl-Qəyyum adı haqqında məlumat verərsiniz? Kainatın genişlədiyi kimi, Allahın da buna daxil olduğu iddiası doğrudur?
- Ölüyə Yasin oxumaq olarmı?
- Şeytanın Adəmoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?
- Zahir və Batin isimlərinin şərhi- 1