Ölmək üçün dua etmək olarmı?

4161- Ənəs (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Ənsar'dan bir adamın ev qapısının üstündə (tikdirdiyi) bir binanın yanından keçdi və:

"Bu nədir?" diyə soruşdu. Orda olanlar:

"Bu, filan adamın tikdiyi binadır." dedilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də:

"Belə (gərəksiz binaya, tikiliyə xərclənən) hər mal, qiyamət günü, sahibi əleyhində bir günahdır." buyurdu.

Sonra bu söz, Ənsar'dan olan şəxsə çatdı və o da, binanı (tikilini) sökdü.

(Bir müddət sonra) Nəbi (sallallahu aleyhi və səlləm) ordan keçdi və o tikilini görə bilmədi. (Bunun üzərinə) tikiliyə nə olduğunu soruşdu.

"Sahibi Sənin buyuruğunu eşitdiyi üçün, tikilini yıxdı (sökdü)." diyə Ona cavab verildi. O da:

"Allah, o adama rəhmət etsin, Allah o adama rəhmət etsin." diyə dua etdi.

Not: Heysəmi"Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədində İsa b. Abdi'l-A'la vardır. Mən, nə onu cərh edən, nə də güvənilən sayan kimsəni görmədim. Sənədin qalan raviləri güvənilən şəxslərdir. Əbu Davud da bu hədisi başqa bir ifadə ilə bu cəhətdən rəvayət etmişdir.

---------------

4162- ibn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mən, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) zamanında, özümü yağış və günəşdən qoruyan (yəni bəsit) bir ev(i əlimlə) tikdim. O evi tikməkdə, Allah Taala'nın heç bir məxluqu mənə kömək etmədi. O çalışmağım sanki gözümün önündədir."

-------------------

4163- Harisə b. Mudarrib (radiyallahu anh)'dan belə rəvayət edilir:

Biz, Habbab (b. əl-Ərət) radiyallahu anh'ı (xəstəliyi dolayısıyla) ziyarət etmək üçün yanına getdik. Habbab (radiyallahu anh) belə dedi:

"Xəstəliyim uzun sürdü. Əgər Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'i:

"Ölümü istəməyin."

buyurarkən eşitmiş olmasaydım, (özümə ölüm) istəyəcəkdim. Qul, (məşru olan) xərclənmələrinin hamısından əcir alar. Yalnız torpağa etdiyin və ya dedi ki:

'Binaya (tikiliyə) etdiyi xərcləmə xaric.'

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Bina tikmək və xarab olması haqqında bir bab"

---------------

İzahı:

4161 no-lu Ənəs (radiyallahu anh) hədisinin bir bənzərini, Əbu Davud "Ədəb kitabı"nın "Babun fi'l-Bina" bölməsində rəvayət etmişdir.

4162 no-lu ibn Ömər (radiyallahu anh) hədisini, Buxari, "İsti'zan" kitabının son babında rəvayət etmişdir. Ordakı rəvayətdə, ibn Ömər (radiyallahu anh), bəhs mövzusu evi, öz əlilə tikdiyini ifadə etmişdir.

"Yağışdan və günəşdən qoruyan" ifadəsi və ev tikilişində kimsənin ona kömək etməməsinin bildirilməsi:

Evin bəsit bir yuva olduğunu bildirmək üçündür.

4163 no-lu Habbab (radiyallahu anh) hədisini, Tirmizi "Əbvabu Sifəti'l-Qiyamə" bölməsinin sonlarında rəvayət etmişdir.

Buxari də, "Kitabu'l-Mərdə" bölməsinin "Xəstənin ölümü istəməsi" babında rəvayət etmişdir. Ayrıca, "Riqaq" bölməsində də rəvayət etmişdir.

--------------------

Hədisdən çıxan hökmlər:

1. Ölümü təmənni etmək (istəmək), caiz deyildir. Bəzi alimlərə görə, məkruh, digər bir qisim elm əhlinə görə də, haramdır.

Buxari'nin Ənəs (radiyallahu anh)'dan yuxarıda verilən babda rəvayət etdiyi bir hədis belədir:

"Hər hansı biriniz, başına gələn bir zərərdən dolayı, ölümü istəməsin. Əgər belə bir dua etmək zərurətilə qarşı-qarşıya qalarsa, belə dua etsin:

"Allahım! Həyat mənim üçün xeyirli olduğu müddətcə, məni yaşat və ölmək mənim üçün xeyirli olduğu zaman, məni öldür."

İbn Həcər Asqalani də, bu hədisin izahında belə deyir:

"Sələf alimlərindən bəziləri, hədisdəki zərəri, dünya ilə bağlı zərər mənasında açıqlamışlardır.

Əgər axirət ilə bağlı bir zərər bəhs mövzusu olarsa, məsələn, din yönündən bir fitnəyə düşməkdən qorxarsa, insanın ölüm təmənni etməsi, bu qadağanın muhtəvasına girməz."

2. Mömin kimsə, məşru (şəriətin icazə verdiyi) yollarda xərclədiyi hər cür şeydən dolayı, savab qazanar.

3. Bina tikilişinə xərclədiyi şey, insana savab qazandırmaz. Bu hökm, ehtiyac xarici olan və ya Allahın razılığını qazanmaq xaricində bir məqsədlə xərclənilən şeylərə məxsusdur.

Bina tikilişinə gərəksiz xərcləmənin uyğun görülməməsinin, mütləq bir sıra hikmətləri vardır. Onlardan biri:

Binalara xərclənilən pulların, ölü investisiya olmasıdır. Böyük pulların sırf daşınmaz əmlakdan kirayə gəlirini təmin etmək üçün xərclənməsinin, çox da doğru olmadığı, açıq bir həqiqətdir.

Sərvətlərin, ticarət, sənaye, kənd təsərrüfatı sahələrində dəyərləndirilməsi, həm sahibi üçün, həm də işsiz insanlara iş sahəsi açmaq cəhətindən, daha isabətli olar.

Read 1.022 times
In order to make a comment, please login or register