Ölü haqqında pis danışmaq olarmı?

1491- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

(Bir dəfə) Allah rəsulu (sallallahu aleyhi və səlləm) (ilə bəzi səhabələr)'in yanından bir cənazə keçirildi. (Orada olan səhabələr tərəfindən) cənazə xeyir ilə anıldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Vacib (=sabit) oldu." buyurdu. 

Sonra başqa bir cənazə oradan keçirildi. Orada olan səhabələr tərəfindən o cənazə şər ilə anıldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də (yenə):

"Vacib (=sabit) oldu." buyurdu. 

Bunun üzərinə Ömər b. əl-Xattab (radiyallahu anh) tərəfindən:

"Ey Allahın rəsulu! O (ilk) cənazə üçün:

"Vacib oldu." buyurdun. Bu son cənazə üçün də:

"Vacib oldu." buyurdun. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Qövmün şahidliyi və ya gərəyi (vacib və sabit oldu). Möminlər, yer üzündə Allahın şahidləridir."

---------------------------

1492- Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"(Bir dəfə) Allah rəsulu (sallallahu aleyhi və səlləm) (ilə bəzi səhabələr)'in yanından bir cənazə keçirildi. (Orada olan səhabələr tərəfindən) cənazə xeyir xislətlərindən sayılan bir yaxşılıqla anıldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Vacib (=sabit) oldu." buyurdu. 

Sonra Onun yanından başqa bir cənazə keçirdilər. (Oradakı səhabələr tərəfindən) bu cənazə şər fellərdən sayılan bir pisliklə anıldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Vacib (=sabit) oldu. Şübhəsiz sizlər, yer üzündə Allah'ın şahidlərisiniz." buyurdu.

-------------------

Not: Heysəmi, "Məcmau'z-Zəvaid'də belə deyir:

"Nəsai,

 
 "---في مناقب الخير---"  

"---في مناقب الشر---"

kəlimələri xaric, bu hədisi rəvayət etmişdir.

Hədisin əsli, Buxari və Muslim'də, Ənəs (radiyallahu anh)'dan rəvayət edilmişdir. 

Tirmizi və Nəsai'nin rəvayət etdikləri Ömər (radiyallahu anh) hədisinə də müvafiqdir.

İbn Macə'nin sənədi, səhih olub ricalı da Buxari və Muslim'in ricalıdır."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Cənaiz: "Ölünü tərifləmək haqqında gələn hədislər babı", hədis no: 1492

-------------------------

İzahı:

1491 no-lu Ənəs (radiyallahu anh) hədisini, Buxari və Muslim bənzər ləfzlərlə rəvayət edirlər. Buxari'nin rəvayətində Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Sən o cənazəyə də, bu cənazəyə də: 'Vacib oldu.' dedin." deyən səhabənin Ömər b. əl-Xattab olduğu bildirilmişdir. 

Tirmizi də bu hədisi qısaca rəvayət etmişdir.

---------------------

1492 no-lu Əbu Hureyrə (radiyallahu anh) hədisini notda bildirilən kəlimələr xaric, Nəsai də rəvayət etmişdir.

Əbu Davud da, əbu Hureyrə (radiyallahu anh)'dan bənzərini rəvayət etmişdir. Əbu Hureyrə'nin oradakı rəvayəti belədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanından bir cənazə keçirdilər və (Peyğəmbərin yanında olan səhabələr) o cənazəni xeyirlə andılar. Allah rəsulu da: "Vacib oldu." buyurdu.

Sonra başqa bir cənazə keçirdilər. Oradakılar onu şər ilə andılar. Bunun üzərinə, Allah rəsulu (yenə): 'Vacib oldu.' buyurdu. 

Sonra: 

'Şübhəsiz, bəziləriniz, bəziləriniz haqqında şahidsiniz." buyurdu."

---------------------

Keçirilən cənazələr haqqında anılan xeyirlərin və şərlərin mahiyətləri, Hakim'in, Ənəs (radiyallahu anh)'dan olan rəvayətində açıqlanmışdır. Oradakı rəvayətdə, Ənəs (radiyallahu anh) belə deyir:

"Mən, Allah rəsulunun yanında oturmuşdum. Bir cənazə keçirildi. Allah rəsulu da:

"Bu cənazə nədir?" buyurdu.

Səhabələr:

'Filan şəxsə aiddir. O şəxs, Allahı və rəsulunu sevər. Allaha itaət edər və bu yolda çalışardı.' dedilər.

Sonra başqa bir cənazə keçirildi. Səhabələr:

'Filan şəxsin cənazəsidir. Bu cənazə, Allaha və rəsuluna buğz (düşmənlik) edər, Allaha üsyan edər və bu yolda çalışardı.' dedilər..."

--------------------

Burada belə bir sual xatirə gələ bilər:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) neçə-neçə fərqli hədislərlə ölülərin yaxşılıqlarının zikr edilməsini və pisliklərinin zikr edilməsindən çəkinməyi əmr etmişdir.

Bu hədisdə, bəhs mövzusu ikinci cənazənin pisliklərini zikr edən səhabələri, bəs nə üçün Allah rəsulu əngəlləməmişdir?"

Bu suala belə cavab verilə bilər:

Ölülərin pisliklərini zikr etmənin qadağanlığı, münafiq, kafir və açıqca fisq və bidət işləyənlərin xaricində qalan möminlər haqqındadır. 

Bu etibarla, münafiqlərin, kafirlərin, açıqdan bidət və fasiqliyi gərəkdirən günahları işləyənlərin pisliklərini zikr etmək və cəmiyyətin, onların yolundan çəkinmələrini təmin etməyə çalışmaq, caizdir.

Bu halda, bu babdakı hədislər, qadağanlığa aid hədislərin hökmünü xüsusiləşdirmiş olur.

"əl-Mənhəlu'l-Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi Mahmud Muhamməd Xattab əs-Subqi'nin bəyanına görə, bəzi alimlərə görə, yalnız kafirlərin və münafiqlərin pisliklərini anmaq caizdir. 

Ölən möminin (fasiq belə olsa) pisliklərini anmaq caiz deyildir. 

Həyatda ikən xalqın ondan çəkinməsi üçün, pisliklərinin zikr edilməsi, caizdir.

Həmin şəxs öldükdən sonra, pisliklərini anmaqda, fayda yoxdur. Xüsusilə tövbə edərək ölmüş olması, möhtəməldir (ehtimal ediləndir).

Allah rəsulunun hüzurunda pisliklə yad etdikləri cənazə, münafiqlərdən idi. Necə ki, Hakim'in, Ənəs (radiyallahu anh)'dan olan rəvayətində açıqlanan pislikləri arasında, onun Allaha və rəsuluna buğz etməsi vardır.

-------------------------

Hədislərdəki: "Vacib oldu." cümlələrinin mənası, yaxşılıqları anılan cənazəyə, Cənnət sabit oldu. Pislikləri anılan cənazəyə, Cəhənnəm sabit oldu.

---------------------

2 hədisin sonunda möminlərin yer üzündə Allah'ın şahidləri olduğu bildirilir.

Hədislərdən anlaşıldığına görə, möminlər, ölən bir mömini xeyirlə anarlarsa, cənnətlik olar; pisliyi açıq olanları pisliklə anarlarsa, cəhənnəmlik olar. 

Bu şahidliyin səhabələrə məxsus olması, möhtəməldir. Çünki onlar adətləri dolayısı ilə, daim doğru və hikmətlə danışarlardı. Onların yolunu izləyən təqva sahibi saleh möminlər də, onlar kimidir. 

Bu halda, hədislərdəki hökmlərin dönüş nöqtəsi, fəzilət, doğruluq və güvən sahibi kimsələrin şahidliyidir. 

Fasiqlərin şahidliyinin bir dəyəri yoxdur. Çünki onlar, bəzən fasiqləri, yaxşılıqla; və fəzilət əhlini pisliklə anarlar.

Nəvəvi, Muslim şərhində belə deyir:

"Saleh və seçkin görüş, bu hədislərdəki şahidliyin ümumi olmasıdır. 

• Bir mömin öldüyü zaman, Allah, müsəlmanların bütününə və ya çoxuna ilham verib, ölünü yaxşılıqla anarlarsa, bu hal, ölünün cənnətlik olduğuna dəlalət edər. Onun keçmişdəki felləri istər cənnətlik olmasını gərəkdirsin, istər gərəkdirməsin. Çünki felləri cənnətlik olmasını gərəkdirməsə belə, mütləq cəhənnəmə girməsi məcburiyyəti yoxdur. O kimsə, Allahın diləməsi hökmü altındadır.

Artıq Allah insanlara onu mədh etməyi ilham edincə, biz bu keyfiyyətdən dəlil çıxararaq, Allahın onu bağışladığı nəticəsinə vara bilərik. Xeyirlə anmanın faydası, beləcə müəyyən olar."

Əl-Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari" əsərində belə deyir:

"Nəvəvi'nin bu görüşü, xeyir bölməsində, açıqdır. Əhməd, ibn Hibban və Hakim'in Ənəs (radiyallahu anh)'dan mərfu (sənədi qüvvətli olsun və ya olmasın, Peyğəmbərə isnad olunan hədis) olaraq rəvayət etdikləri bu hədis, Nəvəvi'nin sözünü təyid edər (dəstəkləyər, qüvvətləndirər):

'Hər hansı bir müsəlman ölüb də, ən yaxın qonşularından 4 şəxs, onun xeyrindən başqa bir şeyini bilə bilməyəcəklərini şəhadət edərlərsə, Allah Taala:

'Mən, sizin sözünüzü qəbul etdim. Və bilmədiyiniz günahlarını bağışladım.' buyuracaqdır."

Şər bölməsinə gəlincə, hədislərin zahirinə görə, bu da xeyir bölməsi kimidir. 

Yəni cəmiyyətin bütünü və ya çoxu, bir ölünü pisliklə anarlarsa, onun cəhənnəmlik olması dəlili üzə çıxar. 

Bilindiyi kimi, bu hal, şərri xeyrinə qələbə çalan kimsə haqqında gerçəkləşər."

----------------------

Hədisin fiqhi yönü:

1. Ölünü, daşıdığı yaxşılıq və ya pisliklə anmaq caizdir.

2. Təqva sahibi salehlərin xeyirlə andığı ölü, cənnətlikdir. Bu hökm, qəti bilgiyə dayanılaraq və ölünün halının zahirinə görə şahidlik edilməsi şərtinə bağlıdır. 

Bizim zamanımızdakı bilir-bilməz insanlar tərəfindən cənazə namazı münasibətilə, biri tərəfindən yönləndirilən cənazə ilə bağlı suala cavab olmaq üzərə edilən təzkiyə (ölünün doğruluğuna şəhadət etmək, onu təmizə çıxarmaq), bu hökmə daxil deyildir.

3. Saleh və təqva sahiblərinin pisliklə andığı bir cənazənin cəhənnəmlik olduğu sanılar. Ölünün pisliklə anılması, haram olan qiybətə girməz. 

Əksinə, xalqın pis yollardan çəkindirilməsi üçün, ölünün pisliklərini zikr etmək mübahdır.

Read 24 times
In order to make a comment, please login or register