Ölü yuyulmadan əvvəl nə edilməlidir?

Birinci fəsil: Ölümə hazırlanmaq

Ölümə yaxınlaşan bir kimsə, sağ yanı üzərinə, qibləyə qarşı çevrilər. Bu, bir sünnətdir. "Hidayə"də də belədir.

• Bu, ölmək üzərə olan kimsəyə, bir zəhmət olmayacağı təqdirdədir. Əgər zəhmət olacaqsa, o şəxs, öz halı üzərə tərk edilər. "Zahidi"də də belədir.

• Ölümün yaxınlaşmasının əlaməti: Ölmək üzərə olan kimsənin ayaqlarının qüvvətdən düşməsi (boşalması); ayaqlarını bükə bilməməsi; burnunun əyilməsi; gözlə qulaq arasının qaralıb çökməsi; xayasının dərisinin çəkilməsidir. "Təbyin"də də belədir.

• Üzünün dərisinin çəkilib toplanması; üzündə təattuf (mərhəmət, şəfqət)'in görülməməsi də, ölümün yaxınlaşması əlamətlərindəndir. "Siracu'l-Vəhhac"da da belədir.

• Ölmək üzərə olan kimsəyə, şəhadət kəlimələri təlqin edilər.

Bu təlqin, belə edilir:

Ğarğara halından (yəni, can boğaza gəlmədən) əvvəl, halətu'n-nəzi (can çəkişmə vaxtında), o kimsənin yanında, açıqdan və ona eşitdirəcək bir şəkildə: "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən Rasulullah" deyilər.

Şəhadət kəliməsi, bu kimsənin yanında təkrar edilər və lakin: "Sən də de!" deyilməz. Söyləməsi üçün israr edilməz. Çünki, bunda, rədd etmə qorxusu vardır. Bu kimsə, kəlime-i şəhadəti, 1 dəfə söyləyərsə, təlqin, təkrarlanmaz; ancaq, başqa bir söz söylənə bilər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bu təlqin, icma ilə sünnətdir. Lakin, bizə görə, zahir'r-rivayə'də, bir kimsəyə, öldükdən sonra təlqin edilməz. "Ayni"də, "Mi'racu'd-Dirayə"də də belədir.

Biz, bu təlqini, ölərkən və dəfn edilərkən söyləyərik. "Mudmarat"da da belədir.

• Təlqin edən üçün müstəhəb olan, ölünün ölməsinə sevinməsilə ittiham edilməməsi və onun yaxşılığına inananlardan olmasıdır. "Siracu'l-Vəhhac"da da belədir.

• "Ölümü yaxınlaşan kimsədən, küfrü gərəkdirən sözlər meydana gələrsə, o kimsənin küfrünə hökm edilməz. Və ona, müsəlman kimi davranılar." deyilmişdir. "Fəthu'l-Qadir"də də belədir.

• Xeyir əhlindən və salehlərdən olan kimsələrin, ölmək üzərə olan kimsənin yanında olmaları, mərğub (rəğbət edilən bir şey)'dir.

• Ölmək üzərə olan kimsənin yanında, Yasin surəsini oxumaq, müstəhəbdir. İbn Əmiru'l-Hacc'ın "Munyətu'l-Musalli Şərhi"ndə də belədir.

• Ölümə yaxınlaşan kimsənin yanında, gözəl qoxu qoyular. "Zahidi"də də belədir.

• Ölümə yaxın olan bir kimsənin yanında, heyz və cünub halındakı kimsələrin olmasında, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsə, öldüyü vaxt, çənələri və gözləri bağlanar. Bu işi, ailəsi içindən ən mərhəmətlisi, ən asan bir şəkildə və gücünün çatdığı qədər mülayim bir hərəkətlə edər. Və geniş bir bez ilə, alt çənənin altından, başın üstünə doğru, çənələrini bağlayar. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bu kimsə, ölən şəxsin gözlərini bağlayarkən:

"Bismilləh. Alə millət-i Rasulilləh." deyər.

Və: "Allahummə! Yəssir aleyhi əmrahu və səhhil aleyhi mə bə'dəhu və əsidhu bi liqaikə vəcəl mə xəracə ileyhi xayran mimmə xaracə anhu." deyər. "Təbyin"də də belədir. (İbnu'l-Hümam, "Fəthu'l-Qadir", "Cənazələr babı", 2-ci cild, s. 105)

Yəni:

"Allahın adı ilə. Rasulullahın milləti üzərə."

və

"Allahım! Bunun işini asanlaşdır. Bundan sonra da buna asanlıq göstər. Bunu, Sənə qovuşması səbəbilə xoşbəxt et. Çıxıb çatacağı yeri, çıxıb getdiyi bu yerdən daha xeyirli qıl." "Təbyin"də də belədir.

• Bu kimsə, ölən şəxsin məfsəllərini ovxalayar, yumşaldar. Qollarını, yanlarına uzadar. Barmaqlarını, ovuclarına qoyaraq, ölünün barmaqlarını açar və uzadar. Budları qarnına doğru çəkər; baldırını da, buduna doğu çəkər; sonra hər ikisini də (gözəl bir şəkildə) uzadar (düzəldər). "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Ölən kimsənin üzərindəki paltarları çıxarmaq, müstəhəbdir. Və bütün vücudunu örtəcək şəkildə, üzərinə bir örtü örtülər. Başındakı şəxs, ölən kimsəni, yüksək bir taxta və ya sədr üzərinə uzadar. Yerin rütubətinin ölən şəxsə isabət etməməsi üçün belə edilir. Otağın qoxusu da, dəyişdirilər.

Ölünün başındakı şəxs, ölən kimsə şişməsin deyə, qarnının üzərinə, ya bir dəmir parçası və ya yaş torpaq kimi bir şey qoyar. "Siracu'l-Vəhhac"da da belədir.

• Ölən kimsənin qohum-əqrəbasına və qonşularına ölümünü xəbər vermək, müstəhəbdir. Beləcə onlar, o kimsənin, cənazə namazını qılaraq və ona dua edərək, haqqını əda etmiş olsunlar deyə..."Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bəzi alimlər, bir şəxsin ölümünü elan etmək üçün, bazarlarda (və ya küçədə) çağırmağı, kərih görmüşlərdir. Bəziləri isə, bunda, bir beis görməmişlərdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Ölünün borcunu ödəməyə və onu borcdan qurtarmağa çalışmaq, müstəhəbdir.

• Ölünün təchizinə, dərhal başlanılar. Bu, ertələnməz. Əgər bir kimsə, anidən ölərsə, ölümü yaxşıca bilinsin deyə, (ölü), bir müddət gözlədilər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir...

• Yuyuluncaya qədər ölünün yanında Quran oxumaq, məkruhdur. "Təbyin"də də belədir.

• imam Muhamməd: "Ölən bir qadının qarnındakı uşaq hərəkət edərsə, o qadının qarnı, yarılar və uşaq çıxardılar. Buna, icazə vardır." demişdir. "Fətəva Qadıxan"da da belədir.

("əl-Fətəva əl-Hindiyyə")

------------------

Dəlilləri:

1. Ölmək üzərə olan kimsəni, sağ tərəfinə qibləyə çevirmək:

2188. Əbu Qatadə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), Mədinəyə gəldiyində, Bəra b. Mə'rur (radiyallahu anh)'ı soruşdu. Ona: "Vəfat etdi və qibləyə çevrilməsini vəsiyyət etdi." dedilər. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Fitrətə isabət (yəni, fitrətə uyğun hərəkət) etdi." deyə buyurdu. Sonra gedib namazını qıldı.

Hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 353) rəvayət etmiş və: "Hədis, səhihdir. Ölmək üzərə olan kimsənin üzünü qibləyə tərəf çevirmək xüsusunda, bundan başqa bir rəvayət bilmirəm." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 340)

Bu rəvayət, ölmək üzərə olan kimsənin qibləyə tərəf çevriləcəyinə dair açıq bir dəlildir.

2189. Bəra b. Əzib (radiyallahu anh)'dan belə nəql edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), mənə: "Yatağına girmək istədiyində, namaz dəstəmazı kimi dəstəmaz al. Sonra, sağ tərəfi üzərinə yat." buyurduqdan sonra,

"Allahummə! Əsləmtu = Allahım! (Sənə) təslim oldum." şəklində başlayan duanı öyrətdi və sonra da, belə buyurdu: "Əgər (belə etdiyin təqdirdə) ölərsənsə, fitrət üzərə ölmüş olarsan."

Hədisi, Buxari ("Səhih", "Daavat"/6) rəvayət etmişdir.

Ölmək üzərə olan kimsənin qibləyə tərəf çevrilməsi hökmü, yuxunun, ölümlə qarşılaşılacaq bir hal olmasından dolayıdır. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), "Sonra sağ tərəfinə yat!" dedikdən sonra, "Əgər ölərsənsə..." ifadəsilə buna işarət etmişdir. Çünki, bu işarətdən başa düşülən, ölmək üzərə olan kimsənin, sağ tərəfi üzərə yatmasının uyğun olmasıdır.

Bizə görə, bütün bu şəkillər, müstəhəbdir.

-----------------------------

2. Ölmək üzərə olan kimsəyə təlqin; ona nəyin deyiləcəyi; və yanında nə oxunacağı:

2190. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ölülərinizə, lə iləhə illəllahı təlqin edin. Çünki, ölərkən son sözü lə iləhə illəllah olan kimsə, cənnətə girmədən əvvəl başına bəzi şeylər gəlsə belə, bir gün cənnətə girər."

Hədisi, ibn Hibban, "Səhih"ində (Vll, 304); və Əhməd b. Hənbəl, "Müsnəd"ində (lll, 3) nəql etmişlərdir. "Kənzu'l-Ummal"da (Vlll, 81) belə qeyd edilmişdir. "Təlxisu'l-Habir"də (l, 152), hədisi, sadəcə ibn Hibban'ın nəql etdiyi qeyd edilməkdə və belə deyilməkdədir:

İbnu'l-Cevzi xəta etmiş və hədisi, Buxari'nin rəvayət etdiyini bildirmişdir. Halbuki bu hədis, Buxari'də mövcud deyildir. əl-Muhib ət-Təbəri'yə gəlincə, o, hədisin muttəfəqun aleyh (üzərində ittifaq edilmiş) olduğunu iləri sürmüşdür; lakin hədis, belə deyildir.

2191. Talha və Ömər (radiyallahu anhumə)'dan belə nəql edilmişdir:

Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdik:

"Elə bir kəlimə (dua) bilirəm ki, bir kimsə ölərkən onu desə, ruhu cəsədindən çıxarkən rahatlıq hiss edər və o kəlimə qiyamət günü, o şəxsə nur olar."

Bir başqa nəqlə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Allah, onu rahatladar; rəngini parladar və o şəxs, özünü sevindirəcək şeyi görər."

buyurduqdan sonra, cümlənin "Lə iləhə illəllah" olduğunu bildirmişdir.

Bu hədisi, əbu Yə'lə "Müsnəd"ində (ll, 13); və Hakim, səhih bir isnadla rəvayət etmişlərdir. (Suyuti, "Şərhu's-Sudur", s. 15)

Bu 2 hədis, ölmək üzərə olan kimsəyə "lə iləhə illəllah" cümləsinin təlqin ediləcəyinə dair açıq bir dəlildir.

2192. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölülərinizə, lə iləhə illəllahı təlqin edin; ancaq onlara, diqtə etdirməyin (yəni, zorla dedizdirməyin). Çünki, onlar ölüm səkəratı (sərxoşluğu) içindədirlər." buyurmuşdur.

Hədisi, Deyləmi, ("Kənzu'l-Ummal", Vlll, 81) rəvayət etmişdir. Hədisin isnadı, onun qaydasına görə, zəifdir.

Bu hədis də, ölmək üzərə olan kimsələrə təlqin ediləcəyinə və bunun necə ediləcəyinə dair açıq bir dəlildir.

Şeyx dedi:

Təlqinin necə ediləcəyi, "əd-Durru'l-Muxtar" və başqa əsərlərdə, belə bildirilir:

Ölmək üzərə olan kimsəyə, özünü çətinliyi salmamaq üçün, "Sən də et!" şəklində istənilmədən təlqin edilər. İnsan, təlqini 1 dəfə desə, bu, kifayət edər. Son nəfəsini verməkdə olan kimsə, dünya kəlamı danışmadığı müddətcə, verilən təlqin, təkrar edilməz.

Burda, bunu xatırlatmaqda fayda vardır:

Bir rəvayətin isnadının zəif olması, hər hansı bir problem doğurmaz. Çünki o, əsas qaydanı (qiyası) gücləndirmək üçün nəql edilmişdir. Nəvəvi, bu haqda belə deyir:

Alimlər, bu təlqinin verilməsi xüsusunda, ittifaq etmişlərdir. Ancaq, təkrar-təkrar və ard-arda söylənməsini, məkruh görmüşlərdir. Çünki bu, -ölmək üzərə olan bu kimsənin halı çətin olduğu və çox çətinlikdə olduğu üçün-, onu narahat edər. Beləcə, qəlbən, təlqindən nifrət edər və ya uyğun olmayan bir söz söyləyər.

Alimlər, belə demişlərdir:

Ölmək üzərə olan kimsə, təlqin cümləsini 1 dəfə söylədiyində, artıq təkrar edilməz. Ancaq, bundan sonra, başqa bir söz də danışarsa, təlqin cümləsi dünyadakı son ifadəsi olsun deyə, təkrar, üstü qapalı təklif edilər.

2193. əbu Dərda və əbu Zərr (radiyallahu anhumə)'nin bərabər nəqllərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölərkən yanında Yasin oxunub Allahın özünə asanlaşdırmayacağı heç kim yoxdur." buyurmuşdur.

Hədisi, əbu Nuaym rəvayət etmişdir (Əli əl-Müttəqi, "Kənzu'l-Ummal", Vlll, 80).

"əd-Durru'l-Mənsur"da, əbu Dərda'nın bu rəvayətinin, ibn Mərduyə və Deyləmi tərəfindən rəvayət edildiyi nəql edilməkdədir.

əbu Zərr (radiyallahu anh) rəvayətinin isə, əbu'ş-Şeyx və Deyləmi tərəfindən nəql edildiyi bildirilməkdədir.

2194. Məqil b. Yəsər (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"O surəni (Yasini), məvtanıza (ölmək üzərə olanlara) oxuyun." buyurmuşdur.

Hədisi, əbu Davud (Cənaiz/20) rəvayət etmiş və haqqında bir söz danışmamışdır. "Büluğu'l-Məram"da (l, 100), hədisin, əbu Davud və Nəsai ("əs-Sünənu'l-Kubra", Vl, 265) tərəfindən rəvayət edildiyi və ibn Hibban'ın hədisə səhih dediyi ("Səhih", Vll, 269) qeyd edilməkdədir.

Müəllif belə deyir:

Bu 2 hədis, ölmək üzərə olan kimsənin yanında nə oxunacağına dair açıq bir dəlildir. Əbu Dərda və əbu Zərr'in bərabər rəvayət etdikləri hədisin isnadını isə, bilə bilmədim. Lakin ibn Həcər'in, "Təlxisu'l-Habir"də, haqqında sükut etməsi səbəbilə, bu hədis, həsən və ya səhihdir.

Digər tərəfdən, mövzunun, insan ölmədən əvvəl ona verilən təlqin ilə bağlı olduğunu bilmək lazımdır.

Bir də, cənazə torpağa verildikdən sonra olan təlqin vardır.

"Təlxisu'l-Habir"də, Taberani'nin nəqlinə görə ("əl-Mu'cəmu'l-Kəbir", Vlll, 249), əbu Umamə belə demişdir:

Öldüyümdə, mənə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ölülərimizə edilməsini əmr etdiyini edin. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə belə buyurdu:

"(Din) qardaşlarınızdan hər hansı biri ölüb qəbri üzərinə topraq atdıqdan sonra, biriniz, qəbrinin baş tərəfində ayağa qalxıb belə desin: 'Yə fulən ibnu fulənə'

(Yəni: Ey filan xanımın oğlu!)

Çünki o, eşidər, lakin cavab verə bilməz.

Sonra O, belə buyurdu:

O: 'Yə fulən ibnu fulənə' desin.

(Yəni: Ey filan xanımın oğlu!)

Bundan sonra, oturaraq, belə desin:

'Yə fulən ibnu fulənə'

(Yəni: Ey filan xanımın oğlu!)

- Məzardakı kimsə:

'Ərşidnə, yərhəmukəllah.'

(Yəni: Bizi, irşad et, Allah sənə rəhmət etsin.) deyər, ancaq siz, bunu eşitməzsiniz.

Təlqin edən şəxs, belə desin:

'Uzkur mə xəractə aleyhi minə'd-dunyə. Şəhədətu ən lə iləhə illəllah; və ənnə Muhammədən abduhu və rasuluhu. Və ənnəkə radiytə billəhi Rabbən; və bi'l-İsləmi dinən; və bi Muhammədə Nəbiyyən; və bi'l-Qurani iməmən.'

(Yəni: Dünyadan, nə üzərə (yəni, hansı iqrar üzərə) çıxdığını, yəni, Allahdan başqa ilah olmadığına; Muhammədin, Onun qulu və rəsulu olduğuna şəhadət etdiyini xatırla! Rəbb olaraq, Allahdan; din olaraq, İslamdan; Peyğəmbər olaraq, Muhamməd'dən; imam olaraq, Qurandan razı olduğunu xatırla!)

Çünki, Münkər və Nəkir'dən hər biri, digərinin əlini tutaraq:

'Qalx! Hüccəti özünə təlqin edilən şəxsin yanında oturmayaq.' deyər.

(Bu vaxt), bir nəfər ayağa qalxaraq:

'Ey Allahın rəsulu! Bəs (təlqin edən), ölünün anasının adını bilmirsə? (yəni, belə olsa, necə olacaq?)'

- Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Onu, (ilk) anası Həvva'ya nisbət edərək: 'Ey Həvvanın oğlu!' deyər.' buyurdu.

Bu hədisin isnadı, səhihdir. əd-Diyə, "Əhkam"ında (l, 166-167), hədisin güclü olduğunu söyləmişdir. (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", Vlll 249)

"əd-Durru'l-Muxtar"da, belə deyilməkdədir:

Cənazə qəbrə qoyulduqdan sonra, təlqin yoxdur. Ancaq, təlqin edənə də, 'Etmə!' deyilməz.

"əl-Cəvhərə"də: "Bu, Əhl-i Sünnətə görə, məşrudur." deyilməkdədir.

"Raddu'l-Muxtar"da isə, belə bir açıqlama vardır:

~ Bəziləri, rəvayət etdiyimiz xəbərin zahirini əsas alaraq, 'Dəfn edilmiş ölüyə təlqin edilər.' deyərlərkən;

~ Bəziləri: 'Təlqin edilməz!' demişlərdir.

~ Bəziləri isə: 'Bu, əmr edilməz. Edənə də, 'Etmə!' deyilməz.' demişlərdir. (ibn Abidin, "Raddu'l-Muxtar", l, 891)

Tahavi isə, belə deyir:

"əl-Məzid" və "ət-Təcnis" adlı əsərlərdə: "Öldükdən sonra təlqini, alimlərimizdən bəziləri tətbiq etmişlərdir." cümləsi yer almaqdadır.

"əl-Fətəva əl-Aləmgiriyyə"də isə, belə deyilir:

Məzhəbimizdə, zahiru'r-rivayə'yə görə, öldükdən sonra, təlqin verilməz.

əl-Hidayə şərhi "Ayni" ilə "Mi'racu'd-Dirayə"də, belə qeyd edilmişdir. Biz, ölərkən və öldükdən sonra, buna görə hərəkət edərik. "əl-Mudmarat"da da belədir. (I, 100)

"Raddu'l-Muxtar"da, "əd-Durru'l-Muxtar"ın "Edənə, etmə deyilməz." ifadəsi açıqlanarkən, belə deyilir:

"Fəthu'l-Qadir"də: "Ölülərinizə, lə iləhə illəllahı təlqin edin." hədisindəki "ölülərinizə" kəliməsinin həqiqi mənada olduğu görüşünü dəstəkləmək məqsədilə, mövzu çox uzadılamışdır. Lakin "əl-Munyə" şərhində, belə deyilir: "Əksəriyyətə görə, 'ölüləriniz' kəliməsindən məqsəd, kəlimənin məcazi mənasıdır. "əl-Mi'rac"da, "İncibaziyyə" və "əl-Kafi"nin bu görüşünün, mötəzilənin görüşü olduğunu söylədikləri yer almaqdadır. Çünki mötəziləyə görə, öldükdən sonra (qəbr içində) dirilmə, imkansızdır. Əhl-i Sünnətə gəlincə isə, 'Ölülərinizə təlqin edin.' hədisi, həqiqi mənasına həml edilmişdir. Çünki, uca Allah, xəbərlərdə yer aldığı üzərə, o şəxsi dirildir. "əl-Mi'rac" müəllifi, bundan sonra, az əvvəl zikr etdiyimiz xəbərlərə yer verir və sonra isə, belə deyir: "Şərhu'l-Munyə"də, belə deyilmişdir: Ölü, torpağa verildikdən sonra, ona təlqin qadağan edilməz. Çünki, bunda, hər hansı bir zərər yoxdur. Əksinə, fayda vardır. Çünki ölü, xəbərlərdə ifadə edildiyi üzərə, xatırlatmaqla təklikdən qurtular." (ibn Abidin, "Raddu'l-Muxtar", l, 890)

Qısacası, ölü, torpağa verildikdən sonra, təlqin, hədislərdə, əmr siğası ilə varid olduğu üçün, hədd-i zatında, müstəhəbdir. Lakin, bu günlərdə, rafizilərin şüarı halına gəlmişdir və Əhl-i Sünnət, bunu tərk etmişdir. Çünki, bu hərəkətdə, töhmətə uğramaq qorxusu vardır. Bundan dolayı, təlqin edilməz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Töhmətə uğrayacağınız şeylərdən çəkinin." buyurmuşdur.

Bu xəbəri, Buxari, -Allamə əl-Münavi'nin 'Künuzu'l-Həqaiq' adlı əsərində (l, 5) bildirdiyi üzərə- "Tarix"ində nəql etmişdir.

Günümüzdə isə, ittiham edilməkdən əmin olunduğu təqdirdə, ölüyə təlqin vermək, gözəl qəbul edilir.

Allah, ən gözəl biləndir...

"Ölülərinizə təlqin edin." hədisinə gəlincə, hədisdə keçən "ölü" kəliməsi, əksəriyyətin ifadə etdiyi üzərə, (həqiqi mənasına deyil), məcazi mənasına həml edilmişdir. İbn Hibban'ın fərqli olaraq nəql etdiyi: "Çünki, son sözü lə iləhə illəllah olan, cənnətə girər." cümləsi, mətndə keçmişdi. Bu da, ifadənin məcaz olduğunun bir qərinəsidir.

-----------------------------

3. Ölünün gözünü yummaq:

2195. Şəddad b. Əvs (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölülərinizin yanına gəldiyinizdə, gözlərini bağlayın. Çünki göz, ruha tabedir. Xeyir söyləyin. Çünki mələklər, ev xalqının söylədiyinə 'amin' deyərlər." buyurmuşdur.

Bu xəbəri,

~ ibn Macə, "Sünən"ində (Cənaiz/7);

~ Əhməd b. Hənbəl, "Müsnəd"ində (lV, 125);

~ Hakim, "əl-Müstədrək"ində (l, 503)

rəvayət etmişlərdir.

Hakim, xəbərin isnadının səhih olduğunu; ancaq, Buxari və Muslim'in rəvayət etmədiklərini bildirmişdir.

Bu xəbərə,

~ Bəzzar da, "Müsnəd"ində yer vermişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 341)

Sindi (l, 229), ibn Macə'nin isnadı haqqında, belə deyir:

əz-Zəvaid'də, "Hədisin isnadı, həsəndir. Çünki, Qazəa b. Suveyd, haqqında ixtilaf edilən bir ravidir. Hədisin qalan raviləri isə, siqadır." deyilməkdədir.

Təhanəvi'nin bu sözünə, biz də, bunu əlavə edək:

Qazəa, haqqında ixtilaf edilən bir ravidir. "Təhzibi't-Təhzib"də, ibn Adiyy'in bu ifadəsi yer almaqdadır:

"Onun, bu zikr edilənlər xaricində, sağlam hədisləri vardır. Ümid edirəm, onda bir beis yoxdur." (İbn Həcər, "Təhzibu't-Təhzib", Vlll, 376-377)

Əzizi, "Şərhu'l-Camii's-Sağir"də, belə deyir: "Şeyx: 'Hədis, səhihdir.' demişdir." (Əzizi, l, 97)

2196. Ümmü Sələmə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbu Sələmə'nin yanına girdi. Gözü açıq qalmışdı, onu bağladı."

Hədisi, Muslim ("Cənaiz"/7) rəvayət etmişdir.

Bu hədis, ölünün gözlərinin bağlanacağına dair açıq bir dəlildir.

(Təhanəvi, "İ'lau's-Sünən")

-------------------------------------

Əlavələr:

"Ölülərinizə lə iləhə illəllahı təlqin edin." hədisi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/olul%C9%99riniz%C9%99-l%C9%9...

"Ölülərinizə Yasin surəsini oxuyun." hədisi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/oluy%C9%99-yasin-oxumaq-olar...

 

Read 121 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR