"Ölüdən dolayı üz-gözünə vuranlar, yaxalarını cıranlar, bizdən deyildir." hədisini izah edərsinizmi?

"Abdullah ibn Məsud (radiyaılahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

• (Ölülər üçün) yanaqlarına vuran;

• Yaxalarını cıran; və

• Cahiliyyədəki adət üzərə fəryad edən (və ya dua edən) kimsə,

bizdən deyildir."

(bax:

• Buxari, "Səhih", 23-cü kitab: "Cənazələr", 39-cu bab: "Müsibətlə qarşılaşan şəxsin, cahiliyyə dövründəki kimi fəryad etməsinin qadağan edilməsi babı", hədis no: 1298);

• Muslim, "Səhih", "İman kitabı", 44-cü bab: "Yanaqlara vurmağın, yaxaları cırmağın və cahiliyyə dövründəki kimi fəryad etməyin haram qılındığı bab", hədis no:281

• ibn Macə, "Sünən", Kitabu'l-Cənaiz (Cənazələr kitabı): "Yanaqlara vurmaq və yaxaları cırmaqdan nəhy haqqında gələn hədislər babı", hədis no: 1584;)

---------------------------

Şərhi:

Cuyub: "Ceyb" kəliməsinin cəm halıdır. "Ceyb": "yaxa" deməkdir.

Şaqq: "Yarmaq, ayırmaq" kimi mənalara gəlir. Biz bunu, "cırmaq" deyə tərcümə etdik.

"əl-Mənhəl Azbi'l-Məvrud" müəllifi: Mahmud Muhamməd Xattab əs-Subqi'yə görə, burdakı "yaxaları şaqq" etməkdən məqsəd:

"paltarın yaxasını tutub aşağıya qədər açmaq və bənzəri hərəkətlərdir."

-----------------

Xudud: "xad" kəliməsinin cəm halıdır. Xadd'ın əsl mənası, "yanaq"dır. Ölü üçün üzünü döyənlər və ya üzünə vuranlar, əksəriyyətlə yanaqlarına vurduqları üçün, bu kəlimə zikr edilmişdir. Əsad məqsəd isə, üzdür. Çünki yanaqlarını deyil, üzünün hər hansı bir tərəfini döymək də, bu qadağaya daxildir.

-----------------

"Cahiliyyə adəti üzərə dua"dan məqsəd:

"ağlayarkən, söylənməsi dini cəhətdən caiz olmayan və cahiliyyə dövrü insanlarının dedikləri:

'öldüm, həlak oldum, məhv oldum...' kimi sözləri söyləməkdir."

Bu hərəkətlər, Allaha qarşı açıq bir üsyan və hökmünə razı olmamaq mahiyyətini daşıdığı üçün, qadağan edilmişdir. Hədis, bu cür hərəkətlərin haramlığına dəlalət edir.

---------------------------

Hədisdə zikr edilən hərəkətləri edən kimsələr üçün buyurulan:

"...bizdən deyildir..." ifadəsinə gəlincə, bundan məqsəd:

"Belə edənlər, bizim sünnət əhlimizdən və mükəmməl yolumuzun yolçularından deyillərdir."

Hədisdən məqsəd, təhdid və bu cür hərəkətlərin qarşısının alınmasıdır. Necə ki, uşağını azarlayan ata:

"Mən, səndən deyiləm, sən də, məndən deyilsən." deyir. Yəni:

"Sən, mənim yolumda deyilsən." demək istəyir.

Hədisdəki ifadədən məqsəd, belə edənlərin dindən çıxarılması hökmü deyildir. Ancaq bilə-bilə, bu hərəkətləri halal görən və ya qədərə qarşı çıxaraq, Allaha qəzəblənən kimsə, dindən çıxar.

İbnu'l-Munzir belə deyir:

"Zikr edilən ifadədən məqsəd, bu cür hərəkətlər edənləri tərk etmək, onlardan üz çevirmək və onlarla olan münasibəti kəsməkdir. Ta ki, bu cəza ilə tədib edilib (ədəbləndirilib), İslamın çirkin gördüyü bu hərəkətləri tərk etsinlər."

Sufyan'dan nəql edildiyinə görə isə, özü bu ifadəni təvil etməkdən xoşlanmazdı və:

"Daha çox təsirli olması üçün, təvildən çəkinmək daha uyğun olar." deyərdi.

Read 3 times
In order to make a comment, please login or register