"Ölülərinizə lə iləhə illəllahı təlkin edin." hədisini izah edərsinizmi?

1444- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ölülərinizə (ölüm döşəyində olanlarınıza) Lə iləhə İlləllah'ı təlkin edin."

---------------------

1445- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ölülərinizə (ölüm döşəyində olanlarınıza) Lə İləhə İlləllah'ı təlkin edin."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Cənaiz (Cənazələr kitabı): "Ölüyə (ölüm döşəyində olana) Tövhid kəliməsini təlkin etmək haqqında gələn hədislər babı")

-----------------------

İzahı:

1444 no-lu Əbu Hureyrə (radiyallahu anh) hədisini, Muslim də rəvayət etmişdir.

1445 no-lu Əbu Səid (radiyallahu anh) hədisini:

• Əhməd;

• Muslim;

• Tirmizi;

• əbu Davud;

• Nəsai və

• Beyhaqi

də rəvayət etmişlərdir.

---------------------

Təlkin: "xatırlamaq"dır. Hədisdəki "məvta" kəliməsi: "ölüm döşəyində olanlar" deyə açıqlanmışdır. Kəlimənin əsl mənasının "ölülər" olduğu məlumdur. Bu kəlimə, "meyyit"in cəm halıdır.

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi, Mahmud Muhamməd Xattab əs-Subqi, hədisin açıqlaması bəhsində belə deyir:

"Yəni ölüm döşəyinə girən xəstələrinizə, tövhid kəliməsini xatırladın. Bu kəlimələri söyləmələri üçün, əmr verməyin, açıqca istəməyin və israr etməyin. Çünki o saat, sıxıntı və kədər saatıdır. Bu xüsusda ediləcək israr, Allah qorusun, ölünün halının dəyişməsinə səbəbiyyət verə bilər."

Yəni xəstəliyin şiddəti və sıxıntının izdirabı yanında, tövhid kəliməsi üçün israr edilərsə, bunun icabında xəstə:

"Məndən nə istəyirsiniz?" və ya:

"Söylədiyinizi söyləyə bilmərəm."

kimi nöqsan sözlər sərf edə bilər ki, bunun iman baxımından təhlükəsi böyükdür.

------------------------

Təlkin və xatırlatma belə olur:

Xəstənin başında olanlardan biri, açıq səslə öz-özünə tövhid kəliməsini oxuyar. Xəstə onun səsini eşidincə, bu kəliməni dilə gətirər. Beləcə, məqsəd hasil olmuş olar.

Yuxarıda bildirildiyi kimi, "məvta"dan məqsəd, "ölüm döşəyinə girənlər"dir.

İbn Hibban və başqaları, bu babda rəvayət edilən hədisləri dəlil göstərərək, belə açıqlama gətirmişlərdir. İbn Ömər (radiyallahu anh)'dan mərfu olaraq rəvayət edilən bu hədis də, bu izahı açıqlayar:

"Ölülərinizə, tövhid kəliməsini təlkin edin. Çünki öləcəyi zaman, bunu söyləyən heç bir müsəlman yoxdur ki, Allah, onu cəhənnəm atəşindən qurtarmasın."

Bütün imamlar, ölüm döşəyindəkinə bu təlkinin edilməsinə hökm etmişlərdir. Nəvəvi, Muslim'in şərhi'ndə belə deyir:

"Bu təlkinə aid əmr, məndubluq üçündür. Alimlər bu təlkinin məşruluğu üzərində ittifaq etmişlərdir və xəstəyə bu kəliməni çoxca və ard-arda söylətməkdən, kərahət duymuşlardır. Çünki xəstəliyin şiddəti dolayısıyla xəstə, edilən isrardan xoşlanmaya bilər və ya uyğun olmayan bir söz ağzından çıxara bilər. Alimlər demişlərdir ki:

Xəstə bu kəliməni söylədikdən sonra, başqa bir şey danışmadıqca, ikinci dəfə təkrarlaması üçün təlkin edilməməlidir."

Tirmizi'də bəyan edildiyinə görə, Abdullah ibni Mübarək (radiyallahu anh), səkərata (ölüm sərxoşluğuna) girdiyi zaman, bir adam ona tövhid kəliməsini təlkin etmiş və təlkini dəfələrlə təkrarlamışdı. Bunun üzərinə, Abdullah ibni Mübarək:

"Mən tövhid kəliməsini bir dəfə söyləyincə, danışmadığım müddətcə tövhid kəliməsi üzərindəyəm." demişdir.

Cumhura görə isə, bu təlkin, məndubdur. Hədisin zahiri, təlkinin vacibliyini gərəkdirir. Alimlərdən kiçik camaat, vacibliyinə hökm etmişlərdir. Əli əl-Qari (rahmətullahi aleyh)'in dediyinə görə, Maliki'lər, bu təlkinin vacibliyi xüsusunda alimlərin ittifaqını nəql etmişlərdir.

------------------------

Dəfndən sonra təlkinin hökmü:

"əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa"da bəyan edildiyinə görə:

• Şafi və Hənbəli məzhəblərinə görə, bu təlkin, müstəhəbdir.

• Hənəfi üləma isə:

"Bu təlkinin edilməsi üçün əmr edilməz və edənlər də bundan əngəllənməz." demişlərdir.

• Malikilər'ə görə, dəfndən sonrakı təlkin, məkruhdur.

Read 5 times
In order to make a comment, please login or register