Ölüm sonrası mömin və kafirlərin aqibətləri necə olacaq?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Ölüm döşəyində olan kimsənin yanında mələklər hazır olar. İnsan dindar olunca mələklər:

"Ey gözəl cəsəddə olan gözəl nəfs (ruh)! Mədh edilərək (təriflənərək) çıx və rəhmət, gözəllik və qəzəbli olmayan Rəbb(ə qovuşmaq) ilə müjdələn." deyərlər.

Artıq can çıxıncaya qədər davamlı olaraq ona belə söylənər. Sonra o ruh, göyə yüksəldilər və göy (qapısı) onun üçün açılar. Sonra:

"Bu kimdir?"

deyə soruşular. Onu aparan mələklər:

"Filan kimsədir."

deyərlər. Bu dəfə (göydə vəzifəli mələklər) tərəfindən:

"Gözəl nəfsə mərhəba! (O), gözəl cəsəddə idi. Tərifə layiq olaraq gir və rəhmət, gözəllik və qəzəbli olmayan Rəbb(ə qovuşmaq) ilə müjdələn." deyilər.

Sonra Allah (azzə və cəllə)'nin (hökmlərinin açıqlanıb mələklər tərəfindən alınmaqda) olduğu göyə götürülüncəyə qədər, ona davamlı olaraq belə deyilər.

(Ölüm döşəyində) pis adam olduğu vaxt, (vəzifəli) mələk:

"Çıx, ey pis cəsəddə olan pis nəfs. Pislənmiş olaraq çıx və qaynar su, cəhənnəm xalqının irini və bunların misli fərqli-fərqli başqa əzab ilə müjdələn!" deyər.

O xəbis nəfs, (cəsəddən) çıxıncaya qədər, ona davamlı olaraq belə (təhdidlər) deyilər. Sonra o nəfs (yəni ruh), göyə çıxarılar. Lakin göy (qapısı) ona açılmaz və:

"Bu kimdir?" deyilər.

"Filan kimsədir." deyə cavab verilər. (Bunun üzərinə):

"Xəbis nəfsə mərhəba olmaz. O pis nəfs, pis cəsəddə idi. Qınanmış olaraq geriyə dön. Çünki sənə göyün qapıları qətiliklə açılmayacaqdır."

deyilər və bunun üzərinə o ruh, göydən (yerə) göndərilər və sonra cəsədin olduğu məzara varar."

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədi səhih olub raviləri siqadır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ölümü xatırlamaq və ona hazırlaşmaq babı", hədis no: 4262)

--------------------------

İzahı:

Bu hədis, dini vəzifələrini yerinə yetirərək qulluq vəzifəsini ifa edən möminin ölüm döşəyində ikən:

• İlahi lütf, ehsanlarla müjdələndiyinə; və

• Ruhunun göylərin fövqünə yüksəldildiyinə; və

• Rəbbinin rizasına qovuşduğuna dəlalət edər.

Digər tərəfdən, günahkar və pis insanın da ölüm döşəyində ikən:

• Pisliyi üzünə vurularaq, qarşılaşacağı qorxunc nəticələrlə təhdid ediləcəyinə;

• Ruhunun göydən geri çevriləcəyinə; və

• Cəsədinin olduğu yerə geri veriləcəyinə

dəlalət edər.

----------------------

Hədisdə keçən bəzi kəlimələri açıqlayaq:

Ravh: İstirahət, rəhmət və fərəh mənalarında açıqlanmışdır.

Reyhan: Gözəl ruzi, rahatlıq və cənnətin gözəl qoxulu reyhan adlı bitkisi mənalarında izah edilmişdir.

Vaqiə surəsini 88 və 89-cu ayətlərində də, dindarlıqda iləri olan möminlərin, ölüm döşəyində "ravh, reyhan" və nemətləri tükənməz kədərsiz cənnətlə müjdələndiyi xəbər verilməkdədir.

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ • فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

"Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər."

Hamim: "Qaynar su" deməkdir.

Ğassəq: "Cəhənnəm xalqının irini, zəmhərir suyu" mənalarında açıqlanmışdır.

Sad surəsinin 57 və 58-ci ayətlərində Allah (azzə və cəllə) belə buyurur:

هَـٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ • وَءَاخَرُ مِن شَكْلِهِۦٓ أَزْوَ‌ٰجٌ

"Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır."

Allah Taala, bizi ölüm döşəyində İlahi müjdələr qazanmış olanlardan etsin və nəfs ilə şeytanın şərrindən qorusun.

Read 10 times
In order to make a comment, please login or register