Ölünün ailəsinə yemək hazırlamağın müstəhəbliyi və ölü ailəsinin insanlar üçün yemək hazırlamasının məkruhluğu

2303. Abdullah b. Cə'fər (radiyallahu anh), belə deyir:

Cə'fər (radiyallahu anh)'ın şəhid olduğu xəbəri gəlincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Cə'fər'in ailəsinə yemək hazırlayın! Çünki, onların başına, onları məşğul edən bir şey gəlmişdir." (ibn Macə, "Sünən", "Cənazələr kitabı", 59-cu bab: "Ölünün ev xalqına göndərilən yemək haqqında gələn hədislər" babı, hədis no: 1610)

Xəbəri, Tirmizi də ("Cənaiz"/22) rəvayət etmiş və həsən olduğunu bildirmişdir.

"Təlxisu'l-Habir"də: "Bu xəbəri, ibnu's-Səkən əl-Bağdadi, səhih olaraq dəyərləndirmişdir." ifadəsi yer almaqdadır. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 68)

Şeyx ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də, belə deyir:

"Ölünün qonşuları və uzaq qohum-əqrəbalarının, ölünün ailəsi üçün, 1 gün və 1 gecə, onları doyuracaq qədər yemək hazırlaması, müstəhəbdir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'Cə'fər'in ailəsinə yemək hazırlayın.' buyurmuşdur. Çünki, bu, bir yaxşılıq və yardım sevərlikdir. Yemək hazırlayan şəxs, onların, yemək yemələrini israr edər. Çünki, içində olduqları hüzn, yemək yemələrinə manedir və bundan dolayı, zəif düşə bilərlər."

2304. Cərir b. Abdullah əl-Bəcəli (radiyallahu anh), belə deyir:

"Biz, ölünün ailəsilə bir yerdə olmağı və (onun evində) yemək hazırlamağı, ölüyə ağlamaqdan sayardıq."

Bu xəbəri, ibn Macə ("Sünən", "Cənazələr kitabı", 60-cı bab: "Ölünün ev xalqının yanında toplanmaqdan və (ölünün ev xalqı tərəfindən) toplanan xalqa yemək hazırlamaqdan nəhy haqqında gələn hədis babı", hədis no: 1612)

Sindi, belə deyir:

Hədisdə keçən "kunnə nəra = sayardıq" kəliməsi, burda, səhabələrin icması və ya Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in təqriri (görüb qadağan etmədiyi şeylər) olduğu şəklindəki rəvayət məsabəsindədir.

İkincisi olduğu təqdirdə, xəbər, hökmən mərfu olur. Hər 2 halda da, xəbər, dəlil dəyəri daşıyır. "Fəthu'l-Qadir"də, belə deyilməkdədir:

"Cənazənin ailə mənsublarının yemək ziyafəti verməsi isə, məkruhdur. Çünki, ziyafət, bir müsibət vaxtında deyil; sevincli vaxtlarda verilir. Dolayısı ilə, bu, çirkin bir bidətdir." (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", ll, 102)

ibnu'l-Hümam, bundan sonra, yuxarıdakı Cərir (radiyallahu anh) hədisini nəql edir.

(Təhanəvi, "İ'lau's-Sünən")

---------------------

---------------------

Əlavələr:

1610. Abdullah b. Cə'fər (radiyallahu anh), belə deyir:

Cə'fər (radiyallahu anh)'ın şəhid olduğu xəbəri gəlincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Cə'fər'in ailəsinə yemək hazırlayın! (Çünki), onların başına, onları məşğul edən bir şey gəlmişdir."

1611. Əsma binti Umeys (radiyallahu anha)'dan belə rəvayət edilir:

Cə'fər b. əbi Talib (radiyallahu anh) şəhid edildiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Öz ev xalqının yanına qayıtdı və:

"Cə'fər'in ev xalqı, ölülərilə məşğuldurdlar. (Bunun üçün), onlara yemək hazırlayın." deyə buyurdu.

------------------------------

Şərhi:

• 1610 no-lu Abdullah (radiyallahu anh) hədisini,

~ Şafi;

~ Əhməd;

~ əbu Davud;

~ Tirmizi;

~ Nəsai; və

~ Beyhaqi

də rəvayət etmişlərdir.

Tirmizi, hədisin həsən olduğunu; ibnu's-Səkən isə, səhih olduğunu bildirmişdir.

• 1611 no-lu Əsma (radiyallahu anha) hədisi,

~ Əhməd; və

~ Taberani

tərəfindən rəvayət edilmişdir.

əbu Talib'in oğlu və Əli (radiyallahu anh)'ın qardaşı Cə'fər (radiyallahu anh), Mutə döyüşündə, hicrətin 8-ci ili, Abdullah b. Rəvaha və Zeyd b. Harisə (radiyallahu anhumə) ilə bərabər şəhid edilincə, bir möcüzə olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Mədinə'də, eyni vaxtda, səhabələrə eşitdirmişdir. Bu hədisi də, o vaxt əmr etmişdir.

Hədis, ölünün ev xalqının, ölüm kədərilə məşğul olduqları üçün, onlara yemək hazırlanmasının mətlub olduğuna dəlalət edir.

4 məzhəbin bu xüsusdakı görüşlərini, "əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sünən-i əbi Davud"dan mücməl şəkildə burda zikr edirik. Belə ki:

1. Hənəfi məzhəbinin fiqh kitablarından biri olan "Fəthu'l-Qadir"də, belə deyilir:

Ölünün ev xalqı qonşularının və ölünün uzaq qohum-əqrəbalarının, ölünün ev xalqı üçün, 1 gün və 1 gecə kifayət edəcək qədər yemək hazırlamaları, müstəhəbdir. (Bu yerdə, müəllif ibnu'l-Hümam, bu hədisi zikr edir). Ölünün ev xalqının ziyafət vermələri isə, məkruhdur. Çünki, ziyafət, sevinc halında məşrudur (yəni, şəriət, buna icazə verir). Belə hallarda isə, məşru deyildir; (əksinə), çirkin bir bidətdir. Buna dəlil, Cərir (radiyallahu anh) hədisidir.

2. Maliki'lərə görə:

Ölünün ev xalqına yemək hədiyyə etmək, məndubdur. Çünki, onlar, yemək hazırlamaqla məşğul ola bilməzlər. Ancaq, ölünün ev xalqı yüksək səslə ağlamaq və ya çirkin bir söz söyləməklə məşğul olarlarsa, onlara yemək göndərmək, haramdır! Çünki, davam etdirdikləri haram hərəkətlərinə, (onlara yemək göndərməklə) kömək edilmiş olur.

3. Şafii'lərə görə:

Ölünün ev xalqının qonşuları və qohum-əqrəbalarının, onlara, 1 gün və 1 gecə kifayət edəcək qədər yemək hazırlamaları və yemək yemələri üçün onlara israr etmələri, müstəhəbdir. (Yüksək səslə) ağlayanlara yemək hazırlamaq, haramdır. Çünki, bu, günah işləməyə kömək etməkdir.

Ölünün ev xalqının yemək hazırlayıb, xalqı yeməyə çağırmaları, məkruhdur! Bunların dəlili də, Cərir (radiyallahu anh)'ın 1612 no-lu hədisidir. Şafii'lərdən Zəkəriyyə əl-Ənsari, belə deyir:

"Cərir (radiyallahu anh)'ın hədisi, kərahətin fövqündə haramlığa dəlalət edir."

4. Hənbəli'lərə görə:

Üç günə qədər ölünün ev xalqına yemək hazırlayıb göndərmək, sünnətdir. Onların yanında toplanan xalq üçün, yemək hazırlanmaz! Hətta məkruhdur. Çünki, xalqın orda toplanması, məkruhdur. Onlara yemək yedirmək, məkruh bir işə köməkçi olmaq deməkdir. İmam Əhməd:

"TOPLANAN XALQA YEMƏK HAZIRLAMAQ, CAHİLİYYƏ ADƏTİDİR." demiş və buna, şiddətlə qarşı çıxmışdır.

(ibn Macə, "Sünən", "Cənazələr kitabı", 59-cu bab: "Ölünün ev xalqına göndərilən yemək haqqında gələn hədislər" babı, hədis no: 1610-1611)

------------------------------

------------------------------

1612. Cərir b. Abdullah əl-Bəcəli (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Biz, ölünün ev xalqının yanında toplanmağı və onların (toplanan adamlar üçün) yemək hazırlamalarını, ölüyə ağlamaqdan (bir növ) görürdük."

-------------------------------

Şərhi:

Bu hədis,

~ ölünün ev xalqı yanında, xalqın toplanmasının; və

~ toplanan xalq üçün ev xalqının yemək hazırlamasının

qadağan olduğuna dəlalət edir. Alimlər, bu qadağanı, kərahət mənasına həml etmişlərdir.

"əl-Mənhəl" müəllifi Mahmud Muhamməd Xattab əs-Subki, belə deyir:

"Tə'ziyə (baş sağlığı) üçün gələnlərə, ölünün ev xalqının yemək hazırlamasının caiz olmaması, buna ehtiyac və zərurət olmaması şərtinə bağlıdır. Ehtiyac və zərurət olduğunda, məsələn, baş sağlığı üçün uzaq bir yerdən bir adam gəlib gecə orda yatmaq ehtiyacı hiss edərsə, ona yemək hazırlamaq, caizdir. Ancaq, yetimlərin malından ona yemək yedirilməz. Əgər ölünün malı yetimlərə qalarsa, uzaq yerlərdən gələnlərin ehtiyaclarını qarşılamaq, kənd xalqına məxsusdur."

(ibn Macə, "Sünən", "Cənazələr kitabı", 60-cı bab: "Ölünün ev xalqı yanında toplanmaqdan və (ölünün ev xalqı tərəfindən) toplanan xalqa yemək hazırlamaqdan nəhy haqqında gələn hədis babı", hədis no: 1612)

Read 51 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR