Ölünün saleh kimsələr arasına dəfn edilməsinin müstəhəbliyi
Əli (radiyallahu anh), belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, ölülərimizi, saleh insanların arasına dəfn etməyimizi əmr etdi. Çünki, ölülər, eynilə dirilər kimi pis qonşudan narahat olarlar."
Bu xəbəri, "Kənzu'l-Ummal"da (Vlll, 119) bildirildiyi üzərə, əl-Məlini, "əl-Mu'təlif və'l-Muxtəlif" adlı əsərində nəql etmişdir. Ancaq biz, sənədindən xəbərdar ola bilmədik.
əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Ölülərinizi, saleh insanların arasına basdırın. Çünki ölü, məhəllənin, pis qonşudan narahat olduğu kimi; pis qonşudan narahat olar." buyurmuşdur.
Bu xəbəri, əbu Nuaym, "Hilyətu'l-Övliya"sında rəvayət etmişdir.
Şeyximiz dedi:
"Bu, zəif bir hədisdir."
Əzizi'də belə qeyd edilmişdir (l, 72).
Bu 2 hədisi, mətndə keçən: "Qəbirdə yatana, əziyyət etmə." şəklindəki Amr b. Hazm (radiyallahu anh) hədisi (2292 no-lu hədis) də dəstəkləməkdədir.
Dolayısı ilə, ölünü, saleh insanların arasına dəfn etmək, müstəhəb olmaqdadır.
------------------------
ibn Qudamə əl-Hənbəli'nin "əl-Muğni" adlı əsərində, belə deyilməkdədir:
"Bərəkətlərinin ölüyə çatması üçün, saleh kimsələrlə şəhidlərin çox olduğu qəbiristanlığa dəfn etmək, müstəhəbdir. Şərəfli yerlərə dəfn etmək də, belədir. Buxari və Muslim'in, öz isnadları ilə nəqllərinə görə, Musa (əleyhissəlam), vəfat edəcəyi vaxt, uca Allahdan, Özünü, müqəddəs torpağa bir daş atımlıq məsafə qədər yaxınlaşdırmasını istəmişdir." (Buxari, "60-cı kitab: Nəbilərə dair hədislər", 31-ci bab: "Musanın vəfatı və ondan sonrası", hədis no: 3407)"; Muslim, "Fədail"/157) (haşiyə)
ibn Qudamə, açıqlamasına belə davam edir:
Qohum-əqrəbanı eyni yerə dəfn etmək, gözəldir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Osman b. Mə'zun (radiyallahu anh) torpağa verildiyində, "Onun yaxınına, ailəmdən vəfat edəcəkləri dəfn edəcəyəm." buyurmuşdur.
Bu hədisi, əbu Davud ("Cənaiz"/59) rəvayət etmişdir. İsnadı, daha əvvəl də işarət etdiyimiz üzərə, həsəndir. Çünki, qohum-əqrəbanı eyni yerə dəfn etmək, onları daha asan ziyarət etməyə və qarşılıqlı sevginin daha çox artmasına vəsilədir.
---------------------------
(Haşiyə:
Nəvəvi, (Muslimdəki) hədisin şərhində deyir:
Musa (əleyhissəlam)'ın ardu'l-muqaddəs (müqəddəs yer)'ə yaxınlaşdırılmasını istəməsi, oranın şərəfi; və orda, nəbilərin və başqalarının dəfn edilmiş olmasından dolayı fəzilətli olması səbəbilədir.
Bəzi alimlər belə demişlərdir:
Musa (əleyhissəlam)'ın ora yaxınlaşdırılmasını istəməklə bərabər, şəxsən Beytu'l-Maqdis'i istəməməsinin səbəbi, qəbrinin, onlar arasında məşhur olacağından və bunun sonunda, insanların, qəbri səbəbilə fitnəyə düşmələrindən qorxduğu üçündür.
Burdan, fəzilətli və mübarək yerlərdə, salehlərin dəfn edildiyi yerlərə yaxın yerlərdə dəfn edilməyin müstəhəb olduğu da başa düşülməkdədir. Allah, ən gözəl biləndir...)
-----------------------
1392. Amr b. Meymun əl-Əvdi, belə deyir:
Ömər b. Xattab (radiyallahu anh), oğluna belə dedi:
"Ey Ömərin oğlu Abdullah! Möminlərin anası Aişə'nin yanına get və belə de: 'Ömər b. Xattab, sənə salam deyir.' Sonra, ondan, 2 dostum (Peyğəmbər və əbu Bəkr) ilə bərabər dəfn edilmək istədiyimi de."
Aişə, belə dedi:
"Mən, Peyğəmbər və əbu Bəkr'in qəbirlərinin yanını, özüm üçün istəyirdim. Bu gün isə, (Öməri), öz nəfsimə tərcih edəcəm."
Abdullah, atası Ömərin yanına qayıtdığında, Ömər: "Nə oldu?" deyə soruşdu.
- Abdullah: "Sənə icazə verdi, ey möminlərin əmiri." deyə cavab verdi.
- Ömər, belə dedi: "Mənim üçün, ora dəfn edilməkdən daha əhəmiyyətli bir şey yoxdur. Mən ölüncə, cənazəmi Aişə'nin yanına aparın. Əgər icazə verərsə, Məni, ora dəfn edin. İcazə verməzsə, müsəlmanların qəbiristanlığına dəfn edin..."
İbn Həcər Asqalani, bu hədisin şərhində, belə deyir:
Hədisdə, salehlər üzərinə enəcək rəhmətin və onları ziyarət edən xeyir əhli kimsələrin duasının, özünə isabət etməsi istəyilə, insanın, saleh kimsələr yanında dəfn etmə xüsusunda arzulu olması, caizdir. (ibn Həcər Asqalani, "Fəthu'l-Bari", 23-cü Kitab: "Cənazələr", 96-cı bab: "Peyğəmbərin qəbri ilə əbu Bəkr və Ömərin qəbirləri haqqında gələn (hədis)lər babı"
