Ölüyə Yasin oxumaq olarmı?

Mə'qil b. Yəsər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"O surəni (yəni Yasin surəsini) məvtanızın yanında oxuyun."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Cənaiz: "Xəstə ölüm döşəyinə düşdüyü zaman, onun yanında nə danışılacağı haqqında gələn hədislər babı", hədis no: 1448)

------------------------

İzahı:

Əbu Davud, Beyhaqi, ibn Hibban və Hakim də bunu rəvayət etmişlərdir. Əhməd və Nəsai də bunu daha uzun bir mətn halında rəvayət etmişlərdir.

Məvta: Meyitin cəm halıdır.

Bir görüşə görə, burda: "ölüm döşəyinə düşən ağır xəstələr" qəsd edilmişdir. 

Çünki Deyləmi və başqalarının əbu Dərda'dan mərfu olaraq (sənədi qüvvətli olsun və ya olmasın, Allah rəsuluna isnad edilən hədis) rəvayət etdikləri bir hədisdə, Allah rəsulu belə buyurmuşdur:

"Ölüm döşəyində olan heç bir xəstə yoxdur ki, Yasin ona oxunsun və Allah onun səkəratını (can çəkişmə anını) xəfiflətməsin."

Digər bir görüşə görə:

Hədisdəki "məvta" ifadəsi ilə, həqiqi ölülər qəsd edilmişdir.

Bəzi alimlərin bu haqda olan görüşlərinə nəzər salaq. Misal olaraq:

• Əbu Davud (rahmətullahi aleyh), hədisdə ifadə edilən "ölülər" təbirilə, ölmək üzərə olanların deyil, ölmüş olanların qəsd edildiyi qənaətindədir. Bu görüşündən dolayıdır ki, məzkur hədisi, "Ölünün üzərini örtmək" babından sonrakı babda nəql edir.

• Şafi alimlərdən, ibn Rufat və Muhibbu't-Təbəri də, hədisin zahiri mənasını alaraq, "məvta" ifadəsiylə qəsd edilənin: "ruhu bədəndən ayrılan şəxs olduğunu və hədisin, ölmək üzərə olanlara həml edilməsinin, heç bir məsnədinin olmadığını söyləyirlər. (İbn Həcər, "Təlhisu'l-Xabir, ll, 650; Şirbini, Muğni'l-Muhtac, ll, 5)

• İmam Şəvqani də: Hədisdəki ləfzin, ölülər haqqında nas olduğunu; bu ləfzin, ölmək üzərə olanlara həml edilməsinin isə, məcaza girdiyini və həqiqəti tərk edib məcaza girmənin, bir qərinəyə ehtiyac duyduğunu söyləyərək, hədisdən anlaşılması lazım olanın, həqiqi ölülər olduğunu ifadə edir. (bax, Şəvqani, "Nəylu'l-Ətvar, lV, 22)

---------------------------------------------------------------------------------------------------------------

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u sunən-i əbu Davud" müəllifi- imam Mahmud Muhamməd Xattab əs-Subqi, can çəkişmə anına girən xəstənin yanında Yasin surəsinin oxumasındakı hikmət ilə bağlı olaraq belə deyir:

"Xəstə o əsnada qüvvətdən düşür, qəlbi Allaha yönəlir. Yasin surəsi onun yanında oxunduğunda:

• qəlbi qüvvətlənir;

• dinə inancı şiddətlənir; və 

• o surədə zikr edilən qiyamət hallarını duymaqdan xoşlanır.

İmam Tibi bu mövzuda belə deyir:

"Yasin surəsində:

• iman əsasları;
• din təməlləri;
• imana dəvət;
• keçmiş ümmətlərin halları;
• qədərin isbatı;
• qulların fellərinin Allaha dayandığı;
• Allahın varlığı və birliyinin isbatı;
• qiyamətin əlamətləri;
• öldükdən sonra dirilmə;
• axirətdəki hesab;
• cəza 

kimi həqiqətlər bəyan edilməktədir. 

Bu səbəblə, xəstənin başında oxunması, məşru qılınmışdır."

----------------------------------------------------------------------------------------------------------

*Mütəaxxirun'dan bəzi alimlər, hədisin zahirini əsas tutaraq:

"Yasin surəsi, cənazə üzərində dəfndən əvvəl oxunar." demişlərdir.

Bəziləri də:

"Dəfndən əvvəl də, sonra da oxunar." deyərək, ibn Adiyy'in əbu Bəkr (radiyallahu anh)'dan rəvayət etdikləri bu hədisi dəlil göstərmişlərdir:

"Kim atasının və anasının və ya bunlardan birinin qəbrini cümə günü ziyarət edərək orda Yasin surəsini oxuyarsa, Allah qəbir sahibini məğfirət edər."

(Haşiyə:

*Mütəaxxirun- hicri üçüncü və xüsusilə də beşinci əsrdən sonra gələn alimlər.)

--------------------------

Hədisin fiqhi yönü:

Hədis, Yasin surəsinin oxunmasının fəzilətinə, ölüm döşəyinə düşən xəstənin başında oxunmasının mətlub olduğuna; 

İkinci izaha görə, dəfindən öncə və sonra ölünün yanında oxunmasının mətlub olduğuna və gərək xəstə, gərəksə ölünün, oxunan Yasin surəsindən faydalandıqlarına dəlalət edər.

Ölünün dua və sədəqədən də faydalandığı xüsusunda, alimlərin ittifaqı vardır. 

Cumhura görə, edilən nafilə ibadətin savabını bir ölüyə və ya diriyə verilməsi, caizdir.

Edilən ibadət: namaz, oruc, həcc, sədəqə, Quran oxumaq və başqa ibadətlər ola bilər.

İbadəti edən şəxsin savabından heç bir şey nöqsan olmadan, ölü bundan faydalanar. 

İmam Azam əbu Hənifə və Əhməd də bununla hökm edən alimlərdəndirlər.

• Cumhurun dəlillərindən biri, Taberani və Beyhaqi'nin, ibn Ömər (radiyallahu anh)'dan mərfu olaraq rəvayət etdikləri bh hədisdir:

"Sizdən biri, nafilə bir sədəqə verəcəyi zaman, savabını ata və anasına bağışlasın. 

Çünki bu təqdirdə onlar savab verilər. Özünüm savabından bir şey əksilməz."

• Digər bir dəlil, Əhməd, Muslim, Nəsai və ibn Macə'nin, əbu Hureyrə'dən rəvayət etdikləri bu hədisdir:

"Bir adam Allah rəsuluna: 

'Atam öldü. Vəsiyyət də etmədi. Onun yerinə mənim sədəqə verməyim ona fayda verər mi?' diyə soruşdu.

Allah rəsulu da: 'Bəli.' buyurdu."

• Allah (cəllə cələluhu):

---وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا---

---"De ki: Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” (İsra/24) 

ayətində, ata və anaya dua etməyi əmr etmiş və:

"---وَالْمَلٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْاَرْضِۜ---"

"---Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər.--- (Şura/5) 

ayətində, mələklərin möminlər üçün istiğfar etdiklərini xəbər vermişdir.

• Bununla bərabər:

"--- ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍ رَّحْمَةً وَعِلْمًا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ---" 

"---Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!---" (Ğafir/7)

ayəti, Ərşi daşıyan mələklərin, möminlərə istiğfar etdiklərini bildirir.

Bir qismi yuxarıya alınan dəlillər, başqasının əməlindən fayda təmin edilə biləcəyini qətiliklə bildirir.

"---وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ---"

"---İnsan, ancaq çalışdığına nail olar.---" (Nəcm/39)

ayəti, yuxarıdakı dəlillərə zidlik təşkil etməz.

Çünki mömin, xeyirli bir əməl işləyib savabını bir mömin qardaşına bağışladığı zaman, bu savab bağışlanan kimsəyə yetişir. Artıq özü işləmiş kimi olur. 

Digər tərəfdən bu ayət, bir qismi yuxarıda zikr edilən dəlillər muvacəhəsində (qarşısında, önündə, çərçivəsində) xüsusiləşmişdir.

İkrimə'dən rəvayət edildiyinə görə, bu ayət, Musa (əleyhissəlam) və İbrahim (əleyhissəlam)'ın qövmlərinə məxsusdur.

Muhamməd (sallallahu aleyhi və səlləm) ümməti isə, bir birinin əməlindən faydalanır.

Çünki zikr edilən dəlillər bunu gərəkdirir. 

Ayrıca, Buxari və Muslim'in ibn Abbas (radiyallahu anh)'dan rəvayət etdikləri bir hədisdə, belə buyurulur:

"Bir adam Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə'

Bacım Həcc etməyi əhd etdi. Və əhdini yerinə yetirmədən öldü." dedi. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əgər bacın boynunda bir borc olsaydı, sən onun yerinə borcunu ödəyəcəkmiydin?" diyə soruşdu.

O şəxs: "Bəli." diyə cavab verdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O halda, bacının Allah Taala'ya borcunu ödə. O, ödənməyə daha layiqdir." diyə buyurdu.

İmam Muslim, əbu Davud, Tirmizi, Nəsai və ibn Macə'nin rəvayət etdikləri bu hədis də, ayrı bir dəlildir:

"İnsan öldüyü zaman əməli kəsilər. Ancaq 3 şeydən kəsilməz:

• Sədəqə-i cariyə (savabı öldükdən sonra da davam edən xeyirli əməllər, sədəqələr);

• Faydalı elm; və

• Ona dua edən saleh bir övlad."

Bəziləri: 

"Zikr edilən dəlillərə tərs düşdüyü zənn edilən məzkur ayətdəki insan kəliməsi ilə, 'kafir kimsə' qəsd edilmişdir." demişlərdir.

Buna görə, ayətin izahı belə olur:

"Kafir kimsə üçün, əməlindən başqa heç bir xeyir yoxdur. O, işlədiyi xeyrə qarşılıq, dünyada bol ruzi və səhhət kimi nemətlərə qovuşdurular. Axirətdə isə, onun üçün heç bir xeyir yoxdur."

-------------------------

 

Oxunan Quran'dan ölü faydalanır mı?
 

əl-Mənhəl müəllifi İmam Subqi, yuxarıdakı məlumatları verdikdən sonra, bu xüsusda belə deyir:

"Oxunan Quran'ın savabının ölüyə çatması haqqında alimlər arasında ixtilaf vardır. Belə ki:

1. Əgər qarşılıqsız olaraq oxunarsa, imam əbu Hənifə və əshabı (Hənəfi üləma) və Əhmədə görə, ölü faydalanar.

İmam Zeylai, "əl-Kənz"in şərhində: 'Başqasının yerinə həcc etmək' babında belə deyir:

'Əhli Sünnət və'l-Camaat məzhəbinə görə, namaz, oruc, həcc, sədəqə, Quran oxumaq, zikirlər kimi hər cür nafilə xeyirlərin savabının başqasına bağışlanması, caizdir. 

Bu savab ölüyə çatır və ölü ondan faydalanır.'

Mötəzilə məzhəbinə görə, insan, əməlinin savabını başqasına bağışlaya bilməz. Bağışlasa belə, bağışladığına çatmaz və mənfəət təmin etməz. 

Dəlilləri də:

"---وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ---"

"---İnsan, ancaq çalışdığına nail olar.---" (Nəcm/39) ayətidir.

Bu ayətin dəlil olmadığını yuxarıda zikr etdik.

Malik və Şafi'dən məşhur rəvayətə görə, Quran oxumağın savabı, ölüyə çatmaz. 

Lakin Malik və Şafi'nin bəzi dostları (Maliki və Şafi alimlər)'in seçdikləri qövlə görə, qiraətin savabı ölüyə çatır.

Ancaq oxuyanın, öz qiraətini bir dua ilə ölüyə bağışlaması gərəkdir.

Nəvəvi də, "əl-Əzkar"da belə deyir:

'Alimlər, duanın ölülərə faydalı olduğuna və savabının onlara çatdığına icma etmişlərdir.

Bunların dəlilləri, bu hökmü ifadə edən məşhur ayətlər və hədislərdir. Bunlardan biri:

"---وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَ‌ٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَـٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَآ إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ---"

• "---Səhabələrdən sonra gələnlər deyirlər: 

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr/10) ayətidir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

• "Allahım! Bakiu'l-Ğarkad (məzarlığı) xalqına məğfirət et." hədisi ilə:

• "Allahım! Bizim dirimizə və ölümüzə məğfirət et." hədisi də, bu mövzudakı dəlillərdəndir.

Alimlər, Quran oxuma savabının başqasına çatması haqqında ixtilaf etmişlərdir.

Şafi'nin məşhur qövlü ilə bir camaatın qövlünə görə, çatmaz. 

Əhməd, alimlərdən bir camaat və Şafi'nin dostlarından (Şafi alimlərdən) bir camaat: 'Çatır.' demişlərdir.

Ən yaxşısı, oxuyucu, öz qiraətini bitirdiyində:

'Allahım! Oxuduğum Quran'ın savabını, filan şəxşə yetişdir.' şəklində dua etməsidir."

---------------------

2. Pul və ya hər hansı bir şey qarşılığında oxumağa gəlincə, Hənəfi və Hənbəli alimlərinə görə, bunda savab yoxdur. Bunu alan da, verən də günah işləmiş olar.

Şafi və Maliki alimlərinə görə, Quran oxumaq qarşılığında haqq almaq, caizdir.

Bunların dəlili, Buxari'nin ibn Abbas (radiyallahu anh)'dan rəvayət etdiyi Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:

"Qarşılığında haqq aldığınız şeylərin buna ən layiq olanı, Allah'ın kitabıdır."

 

 

 

Read 165 times
In order to make a comment, please login or register