Onuncu əsr Mötəzilə aliminin kitabında Azərbaycan haqqında

Mötəzilə Alimlərindən Qadı ƏbdülCəbbar "Təsbitu Dəlailun Nubuvvə" kitabında yazır:

"Müsəlmanlar böyük ilərləmə qeyd etmişlərdi. Bu vəziyyəti düşünsən bu sayıyı az görərsən. Sadəcə Xorasan’ı düşün. Müsəlmanlar  Çin və Hind sərhədlərinə çatmışdılar. Sonra Kabil, Oman, Oman meşələri, Yəmən, Ərəb Yarımadası ki, Rum torpaqlarından genişdir, Məğrib, Əndülüs və Kayrəvanı düşün. Məğrib əhalisinin çoxluğu, gözəlliyi və şəhərləriylə Xorasana bənzəyir. Azərbaycana gəlincə isə genişlik (ərazi) baxımından təxminən Fars vəya İraq kimidir" 

    Maraqlıdır ki, Qadı ƏbdülCəbbar Əzəmətli və geniş islam məmləkətlərinin adını çəkdikdə siyahıda bizim yurdumuzun da adını qeyd edir və Genişliyini İraq və Fars ölkələrinə tay tutur.Nə yazıq ki, günümüzdə bu torpaqların əksəri əsarət altındadır.

  Qadı Əbdülcəbbar 932- 1027-ci illər arasında yaşayıb. O bu ərazilərin təyin edilməsində muasiri İbn Həqvəlin (ö.977) tərtib etdiyi xəritəni görmüşdür. Bu xəritədə Azərbaycan Xəzər dənizinin şimalında Araz və Kür çayları Azərbaycan sərhədləri içində bəllidir. Azərbaycan bab ul-əlbaba qədər uzanır. Istəxrinin(850-934) xəritəsini də görmüş olması mümkündür.

ibn Haqvəl yazır:

Tarixi Azərbaycan ölkəsinin sərhədlərinin haraları əhatə etməsi haqqında 10-cu əsrdə yaşamış ərəb tarixçisi ibni Havqəlin qeydləri. O, “Suratul Ard” adlı kitabının müqəddiməsində Azərbaycan haqqında deyir: "Sonra Azərbaycanın xəritəsini dərc etdim. Oradaki dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat (Van) və Kəbuzan (Urmiya) göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç bir dəniz ilə birləşmir. Elə orada mən Qabq dağını göstərdim".

(İbn Havqəl, “Suratul Ard”, kitabı, cild-1səh-17)

İstəxri isə yazır:

فاما ارمينيه والران واذربيجان فانا جمعناها في صوره واحده و جعلناها اقليما واحدا والذي يحيط بها مما يلي المشرق الجبال و الديلم و غربي بحر الخرز والذي يحيط بها مما يلي المغرب حدود الارمن واللان و شي من حد الجزيره و الذي يحيط بها مما يلي الشمال اللان و جبال القبق والذي يحيط بها مما يلي الجنوب حدود العراق و شي من حدود جزيره

Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinavərin son hüduduna çatır, sonra Hülvan və Şahrazurun o tərəfinədək uzanır, nəhayət, Dəcləyə yaxınlaşır, sonra isə Ermənistan hüdudlarını əhatə edir"


Təsbitu Dəlailun Nubuvvə

Muhamməd Aras

Read 36 times
In order to make a comment, please login or register