Orqan nəqli olar?

Bu kimi yeni məsələlərin həlli iki xüsusu bilməklə asanlaşar.

 

Birincisi: Sözünə inanılar, peşəsinin əhli bir həkimin buna ehtiyac göstərməsi.

 

İkincisi də: Təhlükənin ciddi olması, müalicənin başqa asan bir üsulla mümkün olmayacağına qərara gəlilməsi.

 

Bu iki xüsus qətilik qazandıqdan sonra orqan nəql ediləcəyi kimi, başqa haram dərmanlarla da müalicə caiz ola bilər.

 

Necə ki Fetavayı Hindiyye də bu hökmlər vardır:

Sözünə inanılar bir həkim xəstənin ancaq şərab içməklə müalicə olacağını, başqa yöndən müalicənin mümkün olmayacağını söyləsə, həqiqətən bu ehtimal da mövcudsa, alimlərin əksəriyyəti bu müalicənin edilə biləcəyini bildirmişlər.

 

Bu mövzuda İslam Fiqhində bu nəticəyə çatılmaqdadır:

İnsandan insana qan nəqli necə caizsə, orqan nəqli də eləcə caizdir. Ancaq, bu kimi mövzular üzərində İslam Fiqhində mütəxəssis olan qiymətli elm adamlarının bir araya gələrək fətva vermələri çox daha məqsədəuyğun olar.

Read 5.498 times
In order to make a comment, please login or register