Oruc ikən pis söz danışmaq

Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa: -Mən oruclu bir adamam desin.[1]
------------------

İzahı:

Kütüb-ü sittə sahibləri (Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) ,  Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , Nəsai ( رحمه الله) ) və İmam Malik ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də bu hədisi, bənzər ləfizlərlə rəvayət etmişlərdir. Bəzi rəvayətlər isə, bir az uzundur.

---------------

Hədisin: "cahilcə davranmasın" cümləsinin açıqlaması bəhsində, əl-Mənhəl əsərinin (əl-Mənhəlu'l-Azbi'l-Mevrud Şərhu Sünəni Əbî Davud) müəllifi- Mahmud Muhammd Xattab əs-Subqi ( رحمه الله) belə deyir:

Yəni qiybət, boş söz, lağlağı etmək və s. günahlar kimi, cahillərin karı olan şeylərin heç birisini işləməsin. Məqsəd, bu hərəkətlərin yalnız oruc halında qadağan edildiyini, digər zamanlarda mübah olduğunu bildirmək deyildir. Məqsəd, oruc halında bu kimi hərəkətlərdən daha çox uzaq qalmaqdır.

Müəllif, hədisin: "Mən oruclu bir adamam, desin" cümləsinin açıqlaması bəhsində isə, belə deyir: Oruclunun bu sözü dili ilə mi söyləyəcəyi, yoxsa qəlbində mi söyləyəcəyi xüsusunda ixtilaf edilmişdir.

İmam Rafii ( رحمه الله) nin nəqlinə görə, imamlar, bu sözü qəlbində söyləməsi izahını ixtiyar etmişlərdir. Çünki dillə söyləməkdə riyakarlıq və göstəriş ola bilər.

İmam Nəvəvi ( رحمه الله) , əl-Əzkar'da bu sözü dil ilə söyləmə izahını seçmiş, digər izahın da gözəl olduğunu bəyan etmiş və: Əgər həm dil ilə, həm də qəlb ilə söyləsə, bu da uyğundur. demişdir.

İmam Ruyani ( رحمه الله) yə görə isə, əgər Ramazan ayı isə, dili ilə söyləsin, başqa bir oruc tutmuş isə, qəlbində söyləsin.

Oruclunun bu sözü söyləməsindəki hikmət, öz nəfsini pislikdən uzaq tutmaq və ya qarşısındakını bununla pis davranışdan yayındırmaqdır.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam: Oruclunun qiybət və çirkin söz söyləməsi haqqında gələn hədislər babı, hədis no: 1691

Read 438 times
In order to make a comment, please login or register