Oruc tutanın ağız qoxusu, müşkdən daha gözəldirmi?

Əbu Hureyrə radiyallahu anh'dan rəvayət edildiyinə görə Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Əziz və Cəlil olan Allah buyurur ki:

"Adəm oğlunun hər bir əməli özünə aiddir. Oruc müstəsnadır. O, Mənim üçündür. Onun qarşılığını Mən verəcəyəm.

Muhammədin nəfsi əlində olan Allaha and olsun ki, oruc tutanın dəyişən ağız qoxusu, Allah nəzdində müşk qoxusundan daha xoşdur."

(Nəvəvi, "ən-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", Oruc kitabı, hədis no: 2698)

----------------------

Şərhi:

"Adəm oğlunun hər bir əməli özü üçündür..."

Elm adamları, bütün itaətlər uca Allah üçün olmaqla bərabər, bunun nə mənaya gəldiyi xüsusunda fərqli qənaətlərə sahibdirlər.

1. Orucun uca Allaha izafə edilməsinin səbəbinin:

• oruc ilə uca Allahdan başqa heç bir kimsəyə ibadət edilməmiş olduğu;

• kafirlərin (bəşər tarixinin) heç bir dövründə, hər hansı məbudlarını oruc tutaraq təzim etməmiş olduqlarıdır

deyə açıqlanmışdır. Hər nə qədər namaz, səcdə və sədəqə, zikr və daha başqa xüsuslarla, məbudlarını təzim edirdisələr belə...

2. Bir digər açıqlamaya görə:

Oruc gizli bir ibadət olduğundan dolayı, riyakarca edilməkdən uzaqdır. Halbuki namaz, həcc, sədəqə və digər açıqdan edilən ibadətlər belə deyildir.

3. Başqa bir açıqlamaya görə:

Orucdan, orucun və nəfsinin heç bir payı mövcud olmamaqdadır. Bu açıqlamanı Xattabi vermiş olub belə deməkdədir:

"Bir digər görüşə görə, yeməyə möhtac olmamaq, uca Allahın sifətlərindəndir. Hər nə qədər uca Allahın sifətlərinə heç bir şey bənzəmirsə də, oruc tutan bir kimsə, bu sifət ilə aidiyyəti olan bir hal ilə Allaha yaxınlaşmağa çalışır."

Bunun, bu mənaya gəldiyi də deyilmişdir:

"Onun savabının miqdarını və həsənatının qat-qat artırılmasını, yalnız Mən bilirəm. Oruc xaricindəki ibadətlərə gəlincə, şanı uca olan Allah, yaratdıqlarından bir qismini, bunların savab miqdarından xəbərdar etmişdir."

Bu hədis ilə orucun fəzilətinin nə qədər böyük olduğu bəyan edilməkdə və oruc tutmağa təşviq edilməkdədir.

--------------------

Uca Allahın: "Onun mükafatını Mən verəcəyəm..." buyuruğu, fəzilətinin əzəmətini, savabının çoxluğunu açıqlamaqdadır. Çünki Kərim olan uca Rəbbimiz, bunun mükafatını şəxsən verməyi üstünə aldığını xəbər verməsi, mükafatın miqdarının çox böyük, ehsanın çox geniş olmasını gərəkdirməkdədir.

--------------------

"Oruc tutanın dəyişən ağız qoxusu..."

Burdakı "xulfə", sonra gələcək bir rəvayətdə "xuluf" ləfzləri, "ağız qoxusunun dəyişikliyə uğraması" deməkdir.

Hədisin mənasına gəlincə, Qadı İyad belə deyir:

"əl-Mazəri dedi ki:

Bu, bir məcaz və istiarədir. Çünki bəzi qoxulardan xoşlanmaq, xoşuna gələn şeylərə meyl göstərən və bəzi şeylərdən tiksindiyi üçün nifrət edib uzaqlaşan təbiətə sahib olan heyvanların (yəni canlıların) xüsusiyyətlərindəndir. Şanı uca olan Allah isə, bundan uca və müqəddəsdir. Lakin bizim adətimiz, xoş qoxuları özümüzə yaxın tutmaq olduğundan dolayı, uca Allaha yaxınlaşdırıcı özəlliyi dolayısıyla bu da oruc haqqında istiarə olaraq istifadə edilmişdir."

Yenə Qadı İyad belə deyir:

Bir digər açıqlamaya görə, Allah oruc tutana axirətdə qarşılığını verər. Beləliklə onun qoxusu, müşkün qoxusundan daha xoş olar. Necə ki, şəhidin qanı da, müşk qoxacaqdır.

Bir digər açıqlamaya görə, oruc tutan kimsəyə verilən savab, müşk sahibinin əldə edəcəyindən daha çox olacaqdır.

Bir digər açıqlamaya görə, oruc tutanın dəyişən ağız qoxusu, uca Allahın mələklərinə görə, bizim nəzdimizdəki müşk qoxusundan daha xoşdur. Orucdan dolayı dəyişən ağız qoxusu bizə görə əksi olsa belə.

Lakin ən səhih olanı, məğribli alimlərdən əd-Davəri'nin və bizim məzhəb alimlərimizdən bu qənaət sahibi olanların söylədikləridir:

Dəyişən ağız qoxusunun savabı, müşkün savabından daha çoxdur. Çünki cümə günündə, bayramlarda, hədis və zikr məclislərində və digər xeyirli toplantılarda müşk istifadə etmək, təşviq edilmişdir.

Məzhəb alimlərimiz, bu hədisi, oruclu bir kimsənin, misvaq istifadə etməsinin məkruh olduğuna dəlil göstərmişlərdir. Çünki misvaq istifadə etmək, sifəti və fəziləti belə olan dəyişən ağız qoxusunu ortadan qaldırır. Hər nə qədər misvaq istifadə etmənin, ayrı bir fəziləti varsa da, bu, belədir. Çünki orucdan dolayı ağız qoxusunun dəyişməsinin fəziləti daha böyükdür.

Məzhəb alimlərimiz bunu da demişlərdir ki:

Şəhidin qanının xoş və təmiz olduğuna şahidlik edildiyi və bundan dolayı, ölünü yumaq vacib olmaqla birlikdə şəhidin yuyulması tərk edildiyi kimi,

xoş və təmiz olduğuna şahidlik olunmuş qanın qalmasını təmin etmək üçün, vacib olan (yumaq) tərk edildiyinə görə,

eyni şəkildə, haqqında şahidlik edilmiş olunan dəyişən ağız qoxusunun qalmasını təmin etmək üçün, vacib olmayan misvaq istifadə etməyi tərk etmək, daha əhəmiyyətlidir. Ən doğrusunu Allah bilir...

Read 8 times
In order to make a comment, please login or register