"Oruclu üçün iki sevinc vardır"- hədsinin anlamı nədir?

Əbu Hureyrə (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurdu:

Adəm oğlunun işlədiyi hər yaxşılıq (xeyir və ibadətin mükafatı yönündən) 10 mislindən 700 mislinə, Allahın dilədiyi sayıya qədər artırılar.

Allah Taala buyurur ki: Amma oruc belə deyildir. Çündki oruc mənim üçündür. Və onun mükafatını mən verərəm. Oruclu kimsə, şəhvətini və yeməyini Mənim üçün tərk edir.

Oruclu üçün 2 sevinc vardır:
Birinci sevinc- iftar vaxtındakı sevincidir.
Digər sevinci də - Rəbbinə qovuşduğu zamandakı sevincidir.

(And olsun ki) oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir." (1)

Oruc və Ramazan kəlimələri haqqında qısa məlumat:

Savm (Oruc) nə deməkdir?
Savm və siyam kəlimələri, ərəb dilində- tutmaq, susmaq, durğunlaşmaq, özünü əngəlləmək kimi mənalara gəlir.

Şəriətdə isə, fəcrin doğuşundan gün batıncaya qədər xüsusi bir niyyətlə yeməkdən, içməkdən və cinsi münasibətdən özünü tutmaq, əngəlləməkdir.

Ramazan nə deməkdir?
Ramazan, ərəbcə bir kəlimədir. Bu aya Ramazan adının verilməsindəki hikmətlər, alimlər tərəfindən belə bildirilmişdir:

1️⃣. Yayın sonu payızın əvvəlində yağıb, yer üzünü tozdan təmizləyən yağış mənasına gələn "ramda" kəliməsindən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan da, möminləri günah kirlərindən təmizləyər.

2️⃣. Günəşin şiddətli hərarətindən daşların yanıb qızarması mənasına gələn "ramad" kəliməsindən alınmışdır.

Belə qızmar yerdə yeriyənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər.

Bunun kimi də, oruc tutan kimsə də, aclıq və susuzluğun hərarətinə qatlanar, məşəqqət çəkər, içi yanar.

Qızmar yer orada yeriyənlərin ayağını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

3️⃣. Qılıncın tiyəsini (kəsən hissəsi) vəya ox dəmirini incəldib kəskinləşdirmək üçün zindanın (yanan iki daşın) arasına qoyub döymək mənasına gələn "ramd" dan alınmışdır.

Bu aya Ramazan isminin verilməsi də, ərəblərin bu ayda silahlarını kəskinləşdirib hazırladıqlarından dolayıdır. (1)

Əl-Mənhəl əsərinin müəllifinə görə isə:

4️⃣. Ərəblər, ayların isimlərini dəyişdirdikləri zaman, hər ayı, rast gəldiyi fəsilə görə isimləndirirdilər. Ramazan ayı, istiliyin şiddətli olduğu zamana rast gəldiyi üçün, Ramazan adını vermişdilər.

Ramazan orucu hicrətin ikinci ili Şaban ayının üçüncü bazar ertəsi günü fərz qılınmışdır. Ramazan orucunun fərziyyəti, Kitab, sünnət və icma ilə sabitdir. Bundan dolayı, fərziyyətini inkar eden, kafir olur.

Ramazan orucu fərz olmadan əvvəl, Muhamməd ümmətinə hansı bir orucun fərz qılınıb-qılınmadığı xüsusunda, alimlər ixtilaf etmişlərdir.

Əl-Mənhəl əsərinin müəllifi, bu xüsusda verdiyi məlumatın icmalı budur:

Hənəfilərə görə, ilk əvvəl Aşurə günü, yəni Məhərrəm ayının 10-cu günü orucu fərz qılınmış, sonra hər ayın 10 günündən birinin orucla keçirilməsi fərz qılınmış, daha sonra isə, Ramazan orucu fərz qılınınca, zikr edilən orucların fərziyyəti qaldırılmışdır.

Cumhura və Şafei alimlərinin məşhur qövlünə görə, Ramazan orucundan əvvəl, hər hansı bir oruc fərz qılınmamışdır.

Hədisin izahı:

Buxari ( رحمه الله) və Muslim ( رحمه الله) də bu hədisi rəvayət etmişlərdir. Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) və Nəsai ( رحمه الله) də bu mənanı ifadə edən bənzər hədisləri rəvayət etmişlərdir.

Hədis, mömin qulun işlədiyi hər ibadət və xeyirli işin mükafat baxımından ən az 10 qat arttırılacağını, bu artımın 700 qata, hətta daha böyük rəqəmlərə çata biləcəyini müjdələyir.

Bəqara surəsinin 261-ci ayətində də Allah, Öz yolunda xərclənən malın savabının bu şəkildə arttırılacağını müjdələyir:

"Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir."

Hədis, orucun savabının bu ölçüdən müstəsna olub, çox daha artıq olduğunu hökmə bağlayır. Bu hökmə səbəb olaraq da:

"Çünki oruc Mənim üçündür və onun mükafatını Mən verərəm." buyurur.

Hədisin bu cümləsinin mənası xüsusunda alimlər fərqli açıqlamalar gətirirlər.

İmam Nəvəvi ( رحمه الله) , Muslimin Səhihinə yazığı şərhdə, bu hədisin açıqlamasını verərkən icmal olaraq belə deyir:

"Bütün ibadətlər Allah Taala üçün olmaqla bərabər bu hədisdə Allah Taala'nın:

"Oruc Mənim üçündür..." buyurmasının səbəbi xüsusunda alimlər ixtilaf etmişlərdir. Belə ki:

1️⃣. Bəzi alimlərə görə, səbəb budur:

Kafirlər bütlərinə namaz, səcdə, sədəqə, zikir və bənzəri ibadət şəkilləri ilə ibadət ettikləri halda, bəşər tarixinin heç bir dövründə, oruc tutmaq surəti ilə ilahlarına ibadət etməmişlərdir. Dolayısı ilə, heç bir dövrdə Allahdan başqa heç bir İlah üçün oruc tutulmamışdır.

2️⃣. Namaz, həcc, cihad, sədəqə və digər ibadətlər açıqdan edildiyi üçün riya və göstərişdən tamamən uzaq tutulması çox çətindir. Bu cür ibadətlərdə ixlasın zədələnməsi mümkündür.

Amma oruc, qul ilə Allah arasında gizli qalan bir ibadət olduğu üçün riya və göstərişdən uzaqdır. Sırf Allah rızası üçün edilir.

3️⃣. Yemək yeməyə ehtiyac duymamaq, Allah Taala'nın sifətlərindəndir. Qul, oruc tutmaqla Allah Taala'nın bu sifətlərinə sarılmaq istəyər. Amma heç bir şey Allah'ın sifətlərinə bənzəməz.

4️⃣. Allah Taala, orucdan başqa ibadətlər qarşısında verəcəyi mükafatı, bəzi qullarına açıqladığı halda, orucun mükafatını bildirməyərək:

"Orucun savabının miqdarını və neçə qat arttırılacağını ancak Mən bilirəm." buyurmuşdur.

5️⃣. Orucun qədir və qiymətinin ucalığını və üstünlüyünü ifadə etmək üçün bu ifadə buyurulmuşdur.

Zikr edilən cümlənin sonundakı:

"...və onun mükafatını Mən verərəm..." cümləsi:

Orucun fəzilətinin əzəmətini və savabının çoxluğunu bəyan edir. Çünki Kərim və Comərd bir kəs:

'Bu mükafatı mən şəxsən verərəm.'

dediyi zaman, veriləcək mükafatın və ehsanın böyük olması gərəkər."

---------------

Hədisin: "Oruclu üçün 2 sevinc vardır..."cümləsinə gəlincə, İmam Nəvəvi ( رحمه الله) belə deyir:

Oruclunun iftarını açdığı zamanki sevincinin səbəbi: Oruc ibadətini tamamlaması, orucu pozan şeylərdən uzaq qalması və orucun uca savabını gözləməsidir.

Oruclunun Allaha qovuşduğu zamanki sevinci'nin səbəbi isə, o anda görəcəyi orucun uca mükafatı və Allahın onu bu ibadətə müvəffəq qılma nemətini xatırlamasıdır."

imam Əbul Həsən əs-Sindi ( رحمه الله) , oruclunun iftar anındakı sevinc səbəbini açıqlayarkən, İmam Nəvəvi ( رحمه الله) 'nin bəyan etdiyi səbəbin yanında, insanın o anda yemək və su ehtiyacını ortadan qaldırmağı bacarması ilə duyduğu təbii sevinci də zikr edərək belə izah gətirənlərin də olduğuna diqqət çəkir.

--------------------

Hədisin: Oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir: cümləsi ilə bağlı olaraq, İmam Nəvəvi ( رحمه الله) belə deyir:

Xuluf: ağız qoxusunun pozulmasıdır. Bəziləri bu kəliməni "xaluf" deyə qeyd etmiş isələr də, Xattabi'nin dediyi kimi, bu, xətadır, doğrusu "xuluf"dur.

Bu cümlənin mənası haqqında əl-Maziri ( رحمه الله) belə deyir: Bəzi qoxuların gözəlliyi və bundan xoşlanmaq, canlı varlıqların sifətlərindəndir. Onlar, təbiətlərinin meyl ettiyi şeylərdən xoşlanırlar. Təbiətlərinin nifrət ettiyi şeylərdən isə, xoşlanmazlar.

Bu hal, Allah haqqında imkansızdır. Onun üçün bu cümlə, məcazi mənada istifadə edilmişdir. Bundan məqsəd:

Oruc birinin aclığı dolayısı ilə, dəyişən ağız qoxusunun, Allah qatında məqbul və qiymətli olmasıdır.

İmam Qadı İyad ( رحمه الله) 'ın dediyinə görə, bəziləri belə demişlərdir:

Allah Taala oruclunu, ağız qoxusunun dəyişməsinə qarşılıq, qiyamət günü mükafatlandırar və qiyamətdə onun ağız qoxusu, müşk qoxusundan daha xoş olar. Necə ki, şəhidin qanının qoxusu, müşk qoxusu olar.

Bu qövlə (sözə, görüşə) görə, zikr edilən cümlədən məqsəd:

Bu qoxunun Allahın mələkləri qatındakı xoşluğu, bizim yanımızdakı müşk qoxusunun xoşluğundan üstündür.

İmam Nəvəvi ( رحمه الله) sözlərinə davamla belə deyir:

Ən səhih məna, Məğrib alimlərindən əd-Dəravərdi ( رحمه الله) 'nin və bəzi dostlarımızın (Şafii alimlərinin) bəyan etdikləri bu mənadır:

Oruclunun ağız qoxusunun pozulması ilə, hasil olan savab, cümələrdə, bayramlarda, hədis və zikir məclislərində və s. xeyirli toplantılarda, yığıncaqlarda məndub (ədəbə uyğun, dinən əmr edilməsə də, gözəl görülən davranış) olan gözəl qoxu və xüsusi ilə də müşk qoxusu istifadə etməkdən əldə edilən savabdan daha çox olmasıdır.

Dostlarımız (Şafii alimləri) bu hədisi dəlil göstərərək, oruclunun zöhrdən sonra misvaq istifadə etməsinin məkruhluğuna hökm etmişlərdir. Çünki misvaq istifadə etmək, fəzilətli isə də, oruc birinin zöhrdən sonra istifadə etməsi, bu hədisdə fəziləti bildirilən qoxunu ortadan qaldırır. Bu qoxunun fəziləti isə, misvaq istifadə etməyin fəzilətindən daha böyükdür.

Necə ki, şəhid qanının qoxusunun gözəlliyi hədislərdə bildirilmiş və bu səbəblə şəhidin cənazəsinin yuyulması tərk edilmişdir.

Halbuki ölünü yumaq, fərzdir. Gözəlliyinə hədislə şəhadət edilən şəhid qanının qalmasını qorumaq üçün fərz olan yuyulma tərk edilincə, gözəlliyinə hədisdə şəhadət edilən oruclunun ağız qoxusunun qorunması üçün vacib olmayan misvaq işini tərk etmək, təbii görülür.

(1) İbn Macə, Sünən tərcümə və şərhi: Orucun fəziləti haqqında gələn hədislər babı, hədis no: 1638)

(2) M. Hamdi Yazır, Haqq dini Quran dili, 1. Cild, s. 643-644

Read 8 times
In order to make a comment, please login or register