Oruclunun və məzlumun duası məqbulmudur?

Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

3 sinif insan vardır ki, duası Allah qatında rədd olunmaz:Adil dövlət başçısının; iftar edincəyə qədər oruclunun; və məzlumun duası.

Allah məzlumun duasını, qiyamət günündəki buludun üstünə yüksəldər, göy qapıları ona açılar və Allah Taala:

İzzətimə and olsun ki, ey məzlum kimsə! Bir müddət sonra belə olsa, sənə mütləq yardım edəcəm - buyurur.[1]

---------------------

İzahı:

Bu hədisi İmam Tirmizi ( رحمه الله) və İmam Hakim ( رحمه الله) də rəvayət etmişlərdir.

Camiu's-Sağir şərhində əl-Azizi ( رحمه الله) 'nin dediyinə görə, bəzi rəvayətlərdə:

"iftarını açıncaya qədər..." ifadəsi yerinə, "iftarını açdığı zaman...'" ifadəsi mövcuddur.

İlk ifadəyə görə, oruclunun gündüzün hansı vaxdında olursa olsun, duası məqbuldur.

İkinci ifadəyə görə isə, oruclu iftarını açdığı zaman və ya iftar açma vaxdı girdiyi zaman edəcəyi dua məqbuldur.

İmam Əbul Həsən əs-Sindi ( رحمه الله) isə, ilk ifadənin, ravilərdən (hədisi rəvayət edənlərdən) birisinin yanılması olduğunu; və ikinci ifadənin doğru olduğunu müdafiə edərək, bundan sonra gələcək hədisi (1753 no-lu hədis), buna haqlı səbəb olaraq göstərmişdir. (Bu hədis və izahını paylaşacağıq.)

Əl-Alqami'nin nəqlinə görə, əd-Demiyri belə demişdir:

Oruclunun dünya və axirət xoşbəxtliyi üçün özünə, sevdiklərinə və müsəlmanlara dua etməsi, müstəhəbdir. Çünki bu hədis və (bundan sonra gələn) Abdullah (رضي الله عنه) 'ın hədisi, oruclunun xüsusilə iftar vaxtındakı duasının məqbul olduğuna dəlalət edər.

------------------------

Məzlumun duası isə, zülümdən qurtulmaq və ya zalım əleyhində ola bilər. Hədisin sonu bunu göstərir.

İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi ( رحمه الله) 'nin dediyinə görə, hədisdəki "əl-ğamam=bulud" kəliməsi ilə Furqan surəsinin 25-ci ayətindəki 'ğamam' qəsd edilmişdir:

---وَيَوْمَ تَشَقَّقُ السَّمَٓاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓئِكَةُ تَنْز۪يلاً---

---"Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün"---

Hədis, məzlumun duası üçün göy qapılarının açıldığını xəbər verir. Göy qapıları, duanın Ərşə yüksəldilməsi üçün açılır. Bu açılış, duanı daşıyan mələk üçün ola bilər. Və ya duanın geçişi üçün ola bilər.

Hədis, Allahın məzlum kimsəyə mütləq kömək olduğunu, onu nəzərindən uzaq tutmayacağını, ancaq bir hikmət üçün köməyini gecikdirməsini bildirir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-siyam (Oruc kitabı): Oruclunun duası rədd edilməz (haqqındakı) bab, hədis no: 1752)

Read 62 times
In order to make a comment, please login or register