Orucu xurma ilə açmaq vacibdirmi?

Salman b. Amir (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurdu:

Biriniz iftarını açacağı zaman, xurma ilə açsın. Əgər (xurma) tapmazsa, su ilə iftar etsin. Çünki, su, təmizləyicidir.[1]

---------

İzahı:

Əhməd ( رحمه الله) , Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , Darimi ( رحمه الله) və Hakim ( رحمه الله) də bunu rəvayət etmişlərdir.

Hədisdəki əmr, məndubluq üçündür, vaciblik üçün deyildir.

Əl-Mənhəl əsərinin müəllifi, xurma ilə iftar açmağın hikməti haqqında belə deyir:

Çünki xurma şirindir. Oruc tutma ilə zəyiflənən gözlər, şirniyyat yeməklə qüvvət qazanır.

Xurma yemək, iman şirinliyinə və günah acılığının ortadan qaldırılmasına da işarəttir. Çünki oruc, ibadətlərin ən böyüklərindəndir və ibadətlər pislikləri ortadan qaldırar.

İbn-i Həcər əl-Məkki ( رحمه الله) , bu haqda belə deyir:

Xurmanın özəlliklərindən biri budur:

1️⃣. Xurma, mədəyə çatdığı zaman, onu boş taparsa, qida vəzifəsini yerinə yetirər.

2️⃣. Mədədə yemək artığını taparsa, onu bağırsaqlara sürükləyər."

3️⃣. Təbiblər, xurmanın gözü zəyiflətdiyini söyləmişlərsə də, onların sözü, çox xurma yeməyə aiddir.

4️⃣. Xurma tapılmadığı təqdirdə, su ilə iftar edilməsi əmr edilərək, suyun çox təmizləyici olduğu bildirilmişdir.

5️⃣. Su, susuzluğu ortadan qaldırır, vücudun maddi və mənəvi yönlərdən təmizlənməsi izahına vəsilə olur.

[1]. İbn Macə, Sünən Tərcümə və Şərhi, Kitabu's-Siyam: iftarı nə ilə açmağın müstəhəb olduğuna dair gələn hədislər babı, hədis no: 1699)

Read 4 times
In order to make a comment, please login or register