Orucun hansı dərəcələri var? Bizim orucumuz bunların hansındandır?

Oruc 3 dərəcəlidir:

1. Sıradan xalqın tutduğu oruclar;
2. Havass'ın (seçilmişlərin) orucları;
3. Havassu'l-Havas'ın (seçilmişlər içərisindəki seçilmişlərin) orucları

1. Xalqın tutduğu oruclar:

Mədəni yemə və içməkdən, cinsiyyət organlarını da cinsi münasibətdən uzaq tutmaqdır.

2. Seçilmişlərin tutduğu oruclar:

Yuxarıdakı maddi şərtlərə diqqət etməklə bərabər, qulaqları, gözləri, dili, əl-ayaq və digər orqanları da günahlardan qorumaqdır.

3. Seçilmişlər içərisindəki seçilmişlərin orucları:

Qəlbi bayağı düşüncələr və dünyaya yönəlmiş fikirlərdən uzaqlaşdırmaq surəti ilə Əziz və Cəlil olan Allah'tan başqa hər varlıqla qəlbin münasibətini kəsməkdir.

Belələrinin orucları, Allah Taala ilə axirət günü xaricindəki şeyləri zehinlərinə gətirdiklərində pozulacağı kimi, dini məqsəd daşımayan, dünyaya yönəlmiş düşüncələri ilə də orucları pozulur. Ancaq dini məqsədli düşüncələr, axirət azuqəsi sayılıb, dünyaya aid düşüncələr qəbul edilmədiyindən, bu cür düşüncələrlə, onların orucları pozulmaz.

"Qəlb qəhrəmanları" belə deyərlər:

"Oruclu kimsənin axşam nə ilə iftar edəcəyi dərdinə düşüb yemək hazırlığı etməsi, dəftərinə bir xəta olaraq qeyd edilər."

Çünki belə bir düşüncə, Allahın ehsanına güvənin azlığını, Onun ruzi mövzusunda verdiyi sözə qəti inancın zəyifliyini görsədir. Bu, peyğəmbərlər ilə siddiq və muqarreb (Allaha daha yaxın) kimsələrin rütbəsidir.

Belə bir oruc, Allahdan başqa hər varlıqdan sıyrılıb düşüncəni tamamilə Ona sərf etmək və Əziz və Cəlil Allah'ın:

"(Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər." (Ənam/91)

ayətində vurğulanan mənaya bürünməkdir.

2) Seçilmiş kimsələrin orucları və özəllikləri:

Seçilmişlərdən məqsəd, saleh, yaxşı hal sahibi kimsələrdir. Bunların orucları, organları günahlardan qorumaqdır. Bu da 6 şeyin yerinə gətirilməsi ilə gerçəkləşib tamamlanır:

1. Gözlərin orucu:

Gözləri məşğul edəcək, Allahı anmaqdan uzaq tutacaq pislənən və çirkin görülən hər hərkəttən uzaq tutmaq, görmə sahələrini azaldmaqdır. Peyğəmbər ( ﷺ ) belə buyurur:

'Harama baxmaq, İblis'in oxlarından zəhərli bir oxdur. Allah qorxusu ilə, bu baxışdan vaz keçən kimsəyə, Əziz və Cəlil olan Allah, dadını hiss edəcəyi bir iman verər.'

2. Dilin orucu:

Dili, artıq-əskik sözlərdən, yalandan, qiybətdən, söz daşımaqdan, pis laqqırtılardan, kobud sözlərdən, söz güləşdirməkdən, mübahisələrdən qoruyub susmağa məcbur etmək, Allahı anmaqla məşğul etmək və Quran oxumağa yönəltməkdir. Dildəki bu əməliyyatlar, dilin orucudur.

Bişr b. əl-Haris ( رحمه الله) , Süfyan əs-Sevri'nin ( رحمه الله) :

'Qiybət, orucu pozar.' dediyini rəvayət etmişdir.

Leys bin Sad ( رحمه الله) də, Mücahidin ( رحمه الله) belə dediyini bildirir:

"2 şey orucu pozar: Qiybət və yalan."

Peyğəmbər ( ﷺ ) belə buyurur:

"Oruc bir qalxandır. Biriniz oruclu ikən söyməsin, cahillik edib dalaşmasın. Birisi onunla döyüşməyə qalxsa vəya ona söyməyə başlasa, 'Mən orucam, mən orucam." desin.

Allah rəsulunun sağlığında belə bir hadisənin yaşandığı xəbər verilir:

Peyğəmbər ( ﷺ ) zamanında 2 qadın oruc tutmuş və günün son saatlarına doğru aclıq və susuzluqdan halsız düşmüşlərdi, az qalsın, həlak olacaqlardı. Oruclarını pozmaq üçün Allah Rəsuluna ( ﷺ ) xəbər göndərib, izn istədilər. Allah Rəsulu ( ﷺ ) bir qədəh göndərdi və vəzifəli şəxsə:

-'Onlara de, yediklərini bu qədəhə qussunlar.' diyə tənbeh etdi.

Qadınlardan biri qusunca, ağzından təptəzə qan və ət parçası gəldi və qusduqları ilə qədəhin yarısı doldu. O birisi də, eyni şəkildə qusdu. Beləcə, qədəh doldu. Hər kəs bu haldan təəccübləndi. Bunun üzərinə Peyğəmbər ( ﷺ ) :

'O 2 qadın, Allahın onlara halal qıldığı yeməklərdən uzaq durub oruc tutdular, amma Allahın, üzərlərinə haram qıldığı şeyləri yedilər. Bir arada oturub insanları çəkişdirdilər, qiybət etdilər. Bax bu qədəhdə görülənlər, qiybət etdikləri insanların ətləridir.' buyurdu.

3. Qulaqların orucu:

Qulaqları çirkin görülən şeyləri dinləməkdən qorumaqdır. Çünki söylənməsi haram olan hər sözün dinlənməsi də haramdır. Bundan ötürüdür ki, Allah (Azzə və Cəllə) pis sözlərə qulaq verənlə haram yeyənləri bir tutub Maidə surəsinin 42-ci ayətində belə buyurur:

"Onlar, yalana qulaq asanlar və haram yeyənlərdir.

Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!"

Yənə Allah (subhənəhu və taala) başqa bir ayətdə də belə belə buyurur:

"Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri, onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!" (Maidə/63)

Elə isə, edilən qiybətə səs çıxarmamaq haramdır.

Bir ayətdə də Allah Taala belə buyurur:

"Allah Kitabda (Qur’anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!" (Nisa/140)

Bundan ötürü Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

"Qiybət edənlə qiybətçinin qiybətini dinləyən, günahda ortaqdırlar."

4.Digər orqanların orucu:

Əl və ayaq kimi digər orqanları günah və çirkin davranışlardan, mədəni də iftar vaxdında şübhəli yeyəcək və içəcəklərdən qorumaqdır.

Bəli, halal yeməkləri yeməyib oruc tutmaq və ardından haram yeyəcəklər ilə iftar açmanın mənası yoxdur. Belələri, bir köşk qurmaq üçün bir şəhəri yıxan kimsələri xatırladır. Çünki halal yeməklər, növləri etibarı ilə deyil, çoxluqları cəhətindən zərərlidirlər.

Orucla güdülən məqsəd, bu çox yeməyi azaldmaqdır.

'Zərəri toxuna bilər' qayğısı ilə çox dərman içməkdən qaçıb zəhər içməyə cəhd edən, axmaqdır.

Haram, dini yox edən bir zəhər ikən, halal da azı yararlı, çoxu zərərli bir dərman özəlliyindədir.

Orucun məqsədi, halallardan istifadəni ən minimum səviyyəyə endirməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

'Neçə oruc tutanlar vardır ki, oruclarından aclıq və susuzluqdan başqa faydaları yoxdur.'

Hədisin izahında belə kimsələrin:

oruclarını haramla açanlar olduğu söyləndiyi kimi;

özlərini haram yeməklərdən uzaq tutub haram qılınmış olan qiybətlə insanları çəkişdirmək surəti ilə onların ətləri ilə iftar açanlar olduğu da söylənmişdir.

5. İftarda az yemək:

Seçilmişlərə aid orucu tuta bilmək üçün iftar vaxdında halal yeyəcəklərdən də olsa, qarını necə gəldi doldurmamaqdır.

Gündüz yemədiyi şeyləri, axşam iftar vaxtında yeyən kimsə, Allahın düşmənini (şeytanı) məğlub etmək və şəhvətini qırmaq üçün tutduğu orucdan necə faydalana bilər?

Hətta zaman-zaman bəziləri, oruclu ikən yemədikləri yeməkləri, iftarda yeyirlər. Yenə bir neçə ayda yeyiləməyəcək qədər çox və fərqli yeməklər, Ramazan üçün toplanılıb bu ayda yeyilməsi adət-ənənəyə çevrilmişdir.

Halbuki oruc tutmaqla güdülən məqsəd, təqva mərtəbəsinə çatmaq üçün ac qalıb şəhvəti qırmaqdır.

Mədə sabahdan axşama qədər boş buraxıldığından axşam üstü bol və dadlı yeməklərin qarşısına keçdiyində istəyi qabarır, yeyib doyduqca yemə arzusu artır, gücü qat-qat çoxalır. Nəfsin şəhvət impulsları hərəkətə keçir. Halbuki normal yemək adətini davam etdirsə idi, böyük ehtimalla bütün bunlar başına gəlməyəcəkdi.

Orucun ruhu və özü, şeytanın -pisliklərə sürükləmək üçün vasitə olaraq istifadə etdiyi- güclərini zəyiflətməkdir. Bu da ancaq yeməyi azaldmaqla mümkün olur.

Yəni oruc olmadığında adət etdiyi yemək miqdarı nə qədərdirsə, oruc tutduğunda iftarını açarkən də eyni nisbətdə yeməlidir.

Günün digər hissələrində yediyi yeməkləri toplayıb axşam iftarda yesə, orucundan heç bir fayda görə bilməz.

Hətta aclığı hiss etməsi və bədəninin zəyiflədiyini duyması üçün gündüzləri çox yatmamaq da, orucun ədəblərindəndir.

Belə etdiyi təqdirdə, qəlbi təmizlənər, hər gecə bir az daha zəyiflədiyi üçün rahatca gecə namazlarına qalxmağa və virdlərini (davamlı olaraq etdiyi ibadətlərini, zikirlərini) etməyə fürsət tapar.

Belə bir hala sahib olan kimsənin qəlbi üzərində şeytanın dolaşa bilməyəcəyi və göylərin gizliliklərini seyr edə biləcəyi umular.

Qədir gecəsi də, mələkut aləminin (əşyanın iç üzü, həqiqətinin) sirlərindən bəzi sirlərin açıldığı bir gecədən ibarətdir. Allah Taala'nın:

'Biz, Quranı Qədir gecəsində endirdik.' (Qədir/1)

ayəti ilə də bu məna qəsd edilmişdir.

'Qəlbi ilə sinəsi arasına yemək torbası asan' kimsə, bu sirlərdən məhrum qalar. Bütün düşüncəsi ilə Allaha yönəlmədikcə mədəsini boş buraxması,Allah ilə aradakı pərdəni qaldırmağa yetməz.

Əsas məqsəd, bütün düşüncələri Allaha həsr etməkdir. Bunun ilk pilləsi də, yeməkləri azaldmaqdır.

(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 6. Kitab/2. Bölmə: Orucun batini fərzləri, s. 556-558)

Read 6 times
In order to make a comment, please login or register