Osman Peyğəmbərin sürgün etdiyi Əl-Həkəmi vəzifəyə gətirmişdirmi?

Bu iftiraya isə üç yöndən cavab vermək olar:

Birinci: Bu hadisə öz təsdiqini tapmayıb və bu haqda tutarlı sənəd yoxdur.

İkinci: Həkəm Məkkənin fəthində İslamı qəbul edənlərdəndir. O, Tuləqadan (Məkkənin fəthində Peyğəmbər (صلى الله عليه وسلم) tərəfindən əfv edilənlərdən idi. Bu adamlar yalnız Məkkədə yaşayırdılar. Onlar əsla Mədinədə yaşamayıblar. Belə olduğu halda Peyğəmbər (صلى الله عليه وسلم)  onu Mədinədən necə qova bilər?! O ki, Mədinə sakini deyildi.

Üçüncü: Şəriətimizdə məlum olduğu kimi, sürgünün maksimum müddəti bir ildir. Allahın şəriətində ömürlük sürgün yoxdur. Görəsən o hansı günahdır ki, ona görə insan ömürlük sürgün edilsin?!

Sürgün, rəhbərin cinayətkarı tərbiyələndirmək üçün təyin etdiyi cəzadır. Fərz edək ki, həqiqətən Peyğəmbər (صلى الله عليه وسلم) onu sürgün etmiş və bu sürgün həm rəsulullahın sağlığında, həm də Əbu Bəkr (رضي الله عنه) və Ömərin (رضي الله عنه) xilafəti dövründə davam etmişdir, bəs Osman (رضي الله عنه) onu sürgündən nə vaxt azad etmişdir? Əgər Həkəm on beş ildən sonra sürgündən geri qayıtmışdısa, problem nədir?

Bütün bu fərziyələr hadisənin mötəbər olduğu halda müzakirə edilər. Əlbəttə belə hadisə öz təsdiqini tapmamışdır. Həmçinin onu da qeyd edək ki, Peyğəmbər (صلى الله عليه وسلم) Osmanın (رضي الله عنه) Abdullah ibn Səd ibn Əbussərh üçün etdiyi üzrxahlığını qəbul etmişdi. Halbuki, Abdullah ibn Əbussərh mürtəd olmuşdu. Amma Həkəm belə bir cinayət etməmişdi. Necə olur ki, Peyğəmbər (صلى الله عليه وسلم) İbn Əbussərh kimi cinayətkarı bağışlayır, amma Həkəmi bağışlamır?!

Read 39 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR