Özünüz üçün arzuladığınızı qonşunuz üçün də arzulamadıqca, (kamil) iman etmiş olmazsınız." hədisini izah edərsinizmi?

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizin heç biriniz özü üçün arzuladığını (din) qardaşı -yaxud qonşusu- üçün də arzulamadıqca, (tam) imam etmiş olmaz."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı", hədis no: 66)

--------------------

İzahı:

Hədis mətnində keçən: "qardaşı və qonşusu üçün" ifadəsindəki tərəddüd, ravidəndir.

Başqa bir rəvayətdə, bu ifadədən yalnız: "qardaşı üçün" qismi olub, şəkk halı yoxdur.

Buxari'nin "Səhih"ində "İman" kitabına alınan rəvayət, şəksiz olanıdır.

-----------------

Hədisdən məqsəd, bu məziyyət olmadıqca, iman, kamilləşməz, deməkdir. Digər bəzi hədislərdə də, başqa məziyyətlər üçün eyni təbir istifadə edilmişdir.

Bu məziyyətlər, imanın kamilləşməsi üçün şərtdir. Şərtlərdən hər hansı birinin və ya bir neçəsinin mövcud olması, mütləq, kamil imanın mövcud olmasını gərəkdirməz.

Bu halda, fərz olan ibadətləri tam etmədiyi halda, bu məziyyətləri daşıyan kimsənin, kamil bir mömin olduğu mənası, bu və bənzəri hədislərdən çıxarıla bilməz.

Bununla bərabər, bu məziyyəti daşımayan kimsənin, imansız olduğu mənası da murad deyildir. İmanlı olduğu halda, bu məziyyətləri olmaya bilər. Beləsinin imansız olduğu hökmü çıxarıla bilməz.

Möminin din qardaşı üçün istəməli olduğu şeylər, din və dünya ilə əlaqəli olan hər cür məşru arzular və xeyirli işlərdir.

Read 4 times
In order to make a comment, please login or register