Peyeğəmbərin şəfaəti kimlərə məxsusdur ?

4310- Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, qiyamət günü Mənim şəfaətim, ümmətimdən böyük günah işləyənlərədir."

----------------

4311- Əbu Musa əl-Əşari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mən, şəfaət etmək və (ya) ümmətimin yarısının cənnətə girməsi arasında sərbəst qılındım. Mən, şəfaət etməyi seçdim. Çünki şəfaət daha ümumi və kafidir. 

Siz bu şəfaətimi təqva sahibi möminlər üçün mü sanırsınız? 

Xeyr. Və lakin o (şəfaətim) günahkar, xətalı və pis işlərə qarışan (müsəlman)'lar üçündür."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Şəfaət haqqında gələn hədislər babı"

--------------

İzahı:

Cabir (radiyallahu anh) hədisini, Tirmizi də rəvayət etmişdir.

Ayrıca yenə Tirmizi, əbu Davud, Nəsai və Əhməd, bunun bir mislini Ənəs (radiyallahu anh)'ın hədisi olaraq rəvayət etmişlərdir.

------------------

Alimlər:

Bu hədisdəki şəafətdən məqsəd:

Allahın, Peyğəmbərə vəd edib qəbul edilməsi qəti olan və axirət gününə saxlanılan xüsusi şəfaətdir, demişlərdir.

• İmam Tibi (rahmətullahi aleyh) hədis haqqında belə deyir:

"Yəni cəhənnəmlikləri qurtaracaq olan şəfaət, böyük günah sahiblərinə məxsusdur." 

• Nəvəvi, Qadı İyad'dan nəqlən belə deyir:

Əhl-i Sünnət məzhəbinə görə, şəfaət işi, əqlən mümkün olub dinən sabit və haqdır. Çünki Allah Taala, Taha surəsinin 109-cu ayətində belə buyurmuşdur:

يَوْمَئِذٍ لَّا تَنفَعُ ٱلشَّفَـٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًا 

"O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir."

Daha buna bənzər ayətlər və bunların cəmi, təvatür həddinə çatan hədislər, axirətdə şəfaətin haqq və doğru olduğunu isbatlayar.

Sələfdən böyük və əvvəlki alimlərimiz və onları izləyən digər İslam alimləri və əhl-i Sünnət məzhəbinə mənsub bütün elm adamları, bu mövzu haqqında icma və ittifaq etmişlərdir.

Mötəzilə və Xaricilər'dən bəzi kimsələr isə, şəfaəti inkar etmişlərdir. Bunlara görə, günahkar möminlər, əbədi olaraq cəhənnəmdə qalacaqlar. 

Bir də onlar, kafirlər haqqında enən aşağıdakı bu 2 ayəti, özlərincə dəlil saymışlardır:

1. 

فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ

"Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz." (Müddəssir/48)

2.

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْءَازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَـٰظِمِينَ ۚ مَا لِلظَّـٰلِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ

"Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar." (Ğafir/18)

Oysa, yuxarıda da bildirdiyimiz kimi, bu 2 ayət, kafirlər haqqındadır və ikinci ayətdə keçən zülümdən məqsəd isə, küfürdür.

Bu 2 məzhəb mənsubları, şəfaət haqqındakı hədisləri, cənnətlik olan möminlərin məqamlarının daha da ucaldılması yolunda izah gətirməkdə isələr də, hədislərin açıq ifadələri, bu görüşü qətiliklə rədd edər, məzhəblərinin batil olduğunu göstərər və cəhənnəmlik olan möminlərin, cəhənnəmdən qurtarılmasına məxsus şəfaət növünün də mövcudluğunu isbatlayar.

Nəvəvi, "Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi- Mübarəkfuri və başqalarının bəyanına görə, şəfaət başlıca 5 qismə ayrılır:

1. Məhşər xalqının qorxunc gözləmələrinə son vermək və hesaba çəkilməyi tezləşdirmək üçün edilən şəfaətdir ki, bu şəfaət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə məxsusdur.

2. Bir qrupun hesabsız olaraq cənnətə daxil edilməsi üçün edilən şəfaət növü. Bu da Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə verilən şəfaət çeşididir.

3. Cəhənnəmlik olan bəzi möminlər üçün edilən şəfaətdir. Bunlar haqqında yenə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) şəfaət edər. 

4. Möminlərdən cəhənnəmə girən günahkarlar haqqındadır. Bunların cəhənnəmdən çıxarılması üçün gərək Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in və gərəksə də mələklər ilə cənnətlik olan din qardaşlarının şəfaət edəcəkləri haqqında hədislər varid olmuşdur. 

Tövhid əhli olan, yəni iman üzərində ölən bütün günahkarlar, nəticə etibarı ilə Allahın icazəsi ilə cəhənnəmdən çıxarılacaq və cəhənnəmdə yalnız kafirlər qalacaqdır.

5. Cənnətdə olanların daha yüksək məqamlara çatmaları üçün ediləcək şəfaətdir.

In order to make a comment, please login or register